ilqar Məmmədov
siyasi cəhətdən təşkilatlanmasının xarakeri arasında dialektik əlaqə
var."'
Dövlətlərin, siyasi cəhətdən təşkilatlanmış cəmiyyətlərin
böyüməsi, etnosların bir yerdən başqa yerə köç etməsi nəticəsində
etnik elementlər geniş masştabda bir-birinə qarışmış, bu isə öz
növbəsində politogenezə təsir etmişdir. Belə ki, dövlətlər böyüdükcə
polietnik tərkibli cəmiyyətlər çoxalmağa başlamışdır. Dövlət
ərazisinin genişlənməsi digər etnosların yaşadığı ərazilərin işğal
olunması ilə müşayiət olunduğundan işğalçılar sosiumun imtiyazlı
hissəsinə və ya hakimiyyətə sahib olan yuxarı təbəqəyə çevrilirdilər.
Qədim dövrün böyük imperiyaları bu cür yaranmışdır. Onlardan
bəziləri struktur baxımından möhkəm, bəziləri isə amorf dövlətlər idi.
Qədim dövr insanlarının dövlət hakimiyyətinə münasibətini
hakimiyyətin bütövlükdə varlığın özündən irəli gələn və ona
immanent olan xassə kimi qəbul edilməsi ilə xarakterizə etmək olar.
Həmin dövrdə bütövlükdə kosmosun özü, o cümlədən yer üzərindəki
həyat hakimiyyətsiz təsəvvür edilmirdi. Dövlət hakimiyyəti də
bütövlükdə kosmik hakimiyyətin, varlığın özündə olan hakimiyyətin
(ilahi hakimiyyətin) emanasiyası kimi başa düşülürdü. Bir çox
xalqların yaratdığı miflərə və dinlərə görə, əvvəllər yer üzərində
hakimiyyəti bilavasitə tanrıların özü həyata keçirmiş, sonradan isə
hakimiyyətin üsul və qaydalarını himayə etdikləri insanlara öyrətmiş
və onlara təhvil verərək yer üzərindən çəkilib getmişlər. Misal üçün,
«Tarixin atası» Herodot yazır ki, qədim misirlilərin təsəvvürüncə,
fironlardan əvvəl yer üzərində insanlarla birgə yaşayan tanrılar
hökmdarlıq etmişlər. Yer üzərində hökmdarlıq edən tanrılardan
axırıncısı isə Osirisin oğlu Or olmuşdur.2
Bü cür təsəvvürlər kahinlərdən ibarət təbəqənin hakimiyyətdə
aktiv rol oynamasına şərait yaradırdı. Qədim cəmiyyətlərin bir
'Куббелъ Л.Е. Очерки потестарно-политической этнографии. M.,
1988, S.172.
^ Геродот.
История. Ленинград, 1972, s.125.
102
Dövlət və hüquq nəzəriyyəsi
çoxunda həmin təbəqənin nümayəndələri hökmdarı ilahiləşdir- məkiə
onun hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edirdilər. Təbii ki,
hakimiyyətin ilahiləşdirilməsində kahinlərin marağı vardı. Belə ki,
bunun müqabilində onların xidmət göstərdiyi məbədlərin var-dövləti
daha da artır və maddi maraqları ödənilmiş olurdu. Onlar, həm dövlət
tərəfindən himayə olunur, həm də hakimiyyətə təsir göstərə bilirdi. Bu
isə maddi maraqlarla yanaşı, həm də onların hakimiyyət iradəsilə
bağlı olan tələbatlarının ödənilməsi demək idi. Odur ki, kahinlər
müvafiq sakral təsəvvürlərdən çıxış edərək dövlət hakimiyyətinin
əsaslandırılmasında maraqlı idilər. Sakral təsəvvürlərə, inanclara
müdaxilə olunduqda, hətta bu müdaxilə hökmdar tərəfindən edilsə
belə, onlar öz maraqlarını qorumaq üçün buna sərt müqavimət
göstərirdilər. Belə hadisələr, bir sıra hallarda, kahinləri hökmdara
qarşı çıxmağa və onu başqası ilə əvəz etməyə, hətta hakimiyyətdə
olan sülaləni dəyişmək üçün aktiv mübarizə aparmağa vadar
etmişdir.
ictimai münasibətləri tənzimləyən qaydaların ilahi mənşəli
olması haqqında mifik, teoloji mənşəli inanclar, təsəvvürlər və
fərziyyələr dövlət, hakimiyyət, hüquq, ədalət və s. haqqında olan
daha konkret baxışların və təsəvvürlərin formalaşmasına yaxından
təsir göstərirdi. Lakin zaman keçdikcə həmin hadisələrlə bağlı
görüşlərin, təsəvvürlərin sakrallıqdan uzaqlaşması tendensiyası
güclənmiş və hakimiyyətin əsaslandırılmasına xidmət edən rasional
fikirlər meydana gəlmişdir. Onu da əlavə etməliyik ki, dövlət və
hüquqla bağlı təsəvvürlərin desakralizasiyası (dini, mifik mənşədən
ayrılması), rasionallaşması və nəzəri-fəlsəfi görüşlərin yaranması və
inkişafı prosesinin intensivliyi müxtəlif cəmiyyətlərdə fərqli olmuşdur.
Hüquqşünas alimlərin bir çoxu qədim dövlətləri bir-birindən
fərqləndirərkən onları şərq və qərb üsulunda yaranmış dövlətlərə
bölürlər. Bu halda «şərq», «qərb» anlayışları coğrafi anlayış
olmaqdan çox tarixi-mədəni, sivilizasion anlayışlar kimi işlədilir.
Hesab edilir ki, qərb və şərq üsullarına uyğun yaranmış və inkişaf
etmiş dövlətlər arasında prinsipial fərq qərb üsulu ilə yaranmış
dövlətlərdə xüsusi mülkiyyətin ictimai-siyasi həyatda güclü
103
ilqar Məmmədov
rol oynaması, şərq üsulu ilə yaranmış dövlətlərdə isə xüsusi
mülkiyyət münasibətlərinin cəmiyyətdə özünə əhəmiyyətli dərəcədə
yer tuta bilməməsi, hakimiyyət münasibətlərinin mülkiyyət
münasibətləri ilə birləşməsi ilə bağlı olmuşdur.
Tarixdə ilk dövlətlər şərqin ayrı-ayrı regionlarında, bir-birinə yad
olan cəmiyyətlərin, sivilizasiyaların inkişaf etməsi nəticəsində
yaransa da, həmin dövlətlərdə (şərq üsulunda yaranmış dövlətlər)
həyatın bir sıra sahələrini tənzimləyən münasibətlər mahiyyətcə
bir-birinə çox oxşayırdı. Məsələn, N.A.Kraşeninni- kova yazır ki,
qədim şərq cəmiyyətlərinin inkişafında həlledici rol oynamış əsas
sosial foramalardan biri kənd icması olmuşdur. «Torpağın bilavasitə
mülkiyyətçisi-sahibi qismində icmalar çıxış edirdi. Dövlət isə torpağın
ali mülkiyyətçisi olmaqla icmalardan renta-vergi almaq yolu ilə
mülkiyyətçilik hüququnu həyata keçirirdi».”'
Şərq dövlətlərində iqtisadi münasibətlər mülkiyyətin dövlət və
ictimai mülkiyyət (icma mülkiyyəti) formalarına əsaslanırdı. Dövlət
aparatında yüksək vəzifə tutan məmurlar, iri torpaq sahibləri,
aristokratlar xüsusi mülkiyyətə sahib olsalar da, xüsusi mülkiyyət
münasibətləri iqtisadiyyatın, ictimai həyatın istiqamətverici əsası kimi
çıxış etmirdi. Tacirlərə, sənətkarlara məxsus olan xüsusi mülkiyyət də
iqtisadi münasibətlərin tənzimlənməsində elə bir ciddi rol oynamırdı.
İcmalar daxilində icma inzibatçılığının inkişaf etməsi isə dövlət
aparatı
daxilində
icmalar
səviyyəsində
qapalı
təbəqənin
formalaşmasına səbəb olmuşdur. İcma rəhbərlərinin varislik yolu ilə
öz vəzifələrini əldə etməsi onlara varlanmaq imkanı vermişdir. Bu və
ya digər şəxsin dövlət idarəetmə aparatındakı yeri və mövqeyi də
daha çox onun mülkiyyətində olan əmlakın həcmindən asılı idi.
Həmin münasibətlərdən çıxış edərək V.İ.Vlasov
1 История государства и права зарубежных стран. Под ред. доктора
юридических наук, проф. Жидкова О.А. и доктора юридических наук, проф.
Крашенинниковой Н.А. Часть 1, М., 1999, 8.12.
104
Dostları ilə paylaş: |