Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə28/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   24   25   26   27   28   29   30   31   ...   205

ilqar Məmmədov 

lərin mürəkkəbləşməsinə təsir etmiş ən mühüm amillərdən biri hesab 

olunur.  Təsərrüfat  həyatında  istehsalın  güclənməsi,  istehsal 

vasitələrinin 

təkmilləşməsi 

və 


istehsal 

münasibətlərinin 

mürəkkəbləşməsi  ailələrin,  qəbilələrin,  tayfaların  bütöv  bir 

iyerarxiyasının  yaranmasına  səbəb  olan  əsas  amillərdən olmuşdur. 

İstehsalın  təkmilləşməsi,  mürəkkəbləşməsi  sonradan  ictimai  əmək 

bölgüsünün,  «maraqların  bölünməsinin»  güclənməsinə  də  gətirib 

çıxarmışdır. İcmaların inkişaf etməsi nəticəsində bir-biri ilə yaxın olan 

qəbilələri  birləşdirən  tayfalar,  tayfa  ittifaqları  yaranmışdır.  İctimai 

strukturun mürəkkəbləşməsi, böyüməsi isə təbii qüvvələrə, düşmən 

tayfaların aqressivliyinə qarşı dura bilmək imkanlarını artırmışdır. Bu 

səviyyəyə  yüksəlmiş  tayfaların  qonşu  tayfalarla  mübarizədə  onlara 

qalib gəlmək və onları özlərindən asılı etmək gücü də çoxalmışdır. 

Tanınmış  hüquqşünas-alim  V.M.Sırıx  marksist  nəzəriyyənin 

müddəalarından çıxış edərək yazır ki, dövlətin nə olduğunu bilməyən, 

lakin  onu  doğuran  ictimai  quruluş  forması  məhz  qəbilə  quruluşu 

olmuşdur. Onun fikrincə, qəbilə quruluşunda demokratik əsasa malik 

olan ictimai hakimiyyət aşağıdakı əlamətlərə malik idi: 

1)

 



Ali  hakimiyyət  qəbilənin  bütün  müvafiq  yaş  həddinə  çatmış 

üzvlərinin yığıncağına məxsus olmuşdur. Bu yığıncaqda həm kişilər, 

həm də qadınlar iştirak edirdilər. Qəbilə üzvləri ən mühüm məsələləri 

həll etmək üçün yığıncağa toplanırdılar. 

2)

 

Qəbilə daxilində idarəçiliyi peşəkarcasına həyata keçirən hər 



hansısa bir orqan, aparat və ya təşkilat yox idi. Hakimiyyət kollektiv 

xarakter daşıyırdı. 

3)

 

Qəbilə  bütün  qəbilə  üzvlərinin  müdafiəsini  təmin  edirdi. 



Qəbilə üzvünə zərər yetirildikdə bu, bütün qəbiləyə vurulmuş zərər 

hesab  olunurdu.  Buna  görə  də  zərər  çəkmiş  şəxsin  müdafiəsinə 

bütün qəbilə qalxırdı. 

4)

 



Qəbilə  üzvləri  arasındakı  fərqlər  təbii  mənşəli  olmuşdur. 

Kişilər ovçuluqla, balıqçılıqla məşğul olur, tarlada çalışır, qadınlar isə 

ev təsərrüfatı ilə məşğul olurdular.”' 

Сырых B.M. 

Теория государства и права. 

S.16-17. 

84 



Dövlət və hüquq nəzəriyyəsi 

Tədqiqatçıların  əksəriyyəti  belə  hesab  edir  ki,  cəmiyyətin 

inkişafının  dövlətəqədərki  dövründə  icma  üçün  mühüm  əhəmiyyət 

kəsb  edən  bütün  həyati  məsələlər  İcma  üzvlərinin  ümumi 

yığıncağında  həll  olunurdu.  Yetkinlik  yaşına  çatmış  hər  bir  şəxs 

ümumi  yığıncaqda  bütün  məsələlərin  müzakirəsində  və  qərarların 

qəbulunda  iştirak  edə  bilərdi.  Ümumi  yığıncaq  bir  növ  ictimai 

hakimiyyət  orqanı  olmaqla  yanaşı,  həm  də  məhkəmə  orqanı 

funksiyasını həyata keçirirdi. Qəbul olunan qərarlar İsə icmanın bütün 

üzvləri  tərəfindən  qeyd-şərtsiz  həyata  keçirilməli  idi.  Beləliklə  də, 

qəbilə  və  tayfa  üzvlərinin  yığıncağı  bir  növ  ali  suveren  orqan  kimi 

kollektiv  iradəni  ifadə  edirdi.  Tədqiqatçılar  konsensusu,  yekdillik 

prinsiplərinə  uyğun  qərarların  qəbul  edilməsini  bu  yığıncaqlar  üçün 

xarakterik olan ümumi xüsusiyyətlər hesab edirlər. 

İcmanın  idarə  olunması  isə  ağsaqqallar  şurası,  kahinlər  və 

başçılar (qəbilə başçısı, tayfa başçısı, hərbi başçı) tərəfindən həyata 

keçirilirdi. 

Ağsaqqalların  hakimiyyəti  onların  həyat  təcrübəsinə,  şəxsi- 

mənəvi avtoritetlərinə, qəbilə üzvlərinin, icma üzvlərinin onlara olan 

inamına  əsaslanırdı.  Bu  avtoritet  fiziki  gücün  yox,  şəxsin  özünün, 

onun  mənəvi  gücünün  avtoriteti  idi.  İcma  üzvlərinin  ağsaqqalların 

göstərişlərinə  tabe  olması  icmadakı  ümumi  maraqlardan  irəli 

gəlməklə təbii xarakterə malik idi. Ağsaqqallar göstərişlər verərkən, 

qərarlar  qəbul  edərkən  ümumi  razılığa  əsaslanmağa  çalışırdılar. 

Adətən,  ağsaqqal  statusunda  olan  şəxs  icma  üzvləri  tərəfindən 

seçilməklə  belə  bir  status  əldə  etmirdi.  Belə  şəxslər  faktiki  olaraq 

ağsaqqal olurdular, yəni öz xüsusi keyfiyyətlərinə görə icma üzvləri 

tərfindən  ağsaqqal  kimi  qəbul  olunurdular.  Həmin  xüsusi 

keyfiyyətlərə görə icma üzvləri onlardan çəkinir, onlara xüsusi hörmət 

və ehtiram göstərir, hətta həmin şəxsləri müqəddəsləşdirirdilər. 

İcma  daxilində  xüsusi  bir  məcburetmə  aparatı,  həmçinin  də 

müharibələrin aparılması məqsədi ilə yaradılmış hər hansısa bir orqan 

yox  idi.  Silah  götürə  bilən  kişi  cinsinə  mənsub  bütün  icma  üzvləri 

hərbi münaqişələr zamanı silahlı qüvvəni təşkil edirdilər. 

85 



ilqar Məmmədov 

Müharibələrin  aparılmasına  hərbi  başçılar  rəhbərlik  edirdilər.  Hərbi 

başçılar  icma  üzvləri  tərəfindən  seçilir  və  müharibələr  dövründə 

onların  səlahiyyətləri  nisbətən  artırdı.  Qəbilə,  tayfa  başçılarının 

seçilməsinin vahid bir qaydasının olmasını demək yanlış olardı. Belə 

ki,  bəzi  qəbilələrdə,  tayfalarda  başçılar  icmanın  üzvləri  tərəfindən, 

bəzilərində  isə  ağsaqqallar  şurası  tərəfindən  seçilirdi.  Tayfa 

ittifaqlarının  idarə  olunmasında  tayfa  başçıları  şurasının  rolu  böyük 

olmuşdur.  Bu  cür  ittifaqlar  öz  daxilindən  ittifaq  başçısını,  bəzən  bir 

neçə başçını seçir və onlardan birinə hərbi başçı səlahiyyəti verilirdi. 

Nəzəriyyəçilərin  fikrincə,  ibtidai  icma  dövründə  ağsaqqalların, 

başçıların  hakimiyyəti  onların  bərabər  olanlar  arasında  birinci 

olmaları  ilə  xarakterizə  olunurdu.  Bütün  icma  üzvləri  kimi  onlar  da 

əmək  fəaliyyətində  iştirak  edir,  başqaları  kimi  təsərrüfat  işləri  ilə 

məşğul olur və hər bir icma üzvünün üzərinə düşən öhdəlikləri yerinə 

yetirirdilər. Yəni ibtidai icma dövrünün son mərhələlərinə qədər icma 

daxilində ancaq hakimiyyətin həyata keçirilməsində iştirak edən və 

əmək fəaliyyəti ilə məşğul olmayan, digərlərindən üstün olan xüsusi 

səlahiyyətli bir qrup yox idi. 

İbtidai  icma  insanının  dünyagörüşünün,  təsəvvürlərinin 

formalaşmasında,  həmçinin  hərəkətlərinin  idarə  olunmasında 

kahinlər  (büyücülər,  şamanlar,  müqəddəslər  və  s.)  mühüm  rol 

oynayırdılar. Onlar sirli hesab olunan hadisələri izah edir, xeyir və şər 

qüvvələri ilə əlaqə yaradır, icmanı şər qüvvələrin təsirindən qoruyur, 

insanların  günah  əməllərinə  görə  cəzalandırılmasında  fəal  iştirak 

edir,  icma  üzvlərinin  fəaliyyətinin  kollektiv  üçün  səmərəli  olan 

isitqamətə  yönəldilməsinə  təsir  göstərirdilər.  Kahinlər,  həm  də 

adətlərin qoruyucusu hesab olunurdu. 

İcma  daxilində,  onun  üzvləri  arasında  yaranan  mübahisələr 

əksər hallarda mübahisəsi düşmüş tərəflərin özləri tərəfindən, ciddi 

qaydada  rəhbər  tutulan  adətlərə  uyğun  həll  edilirdi.  Mübahisələrin 

həll edilməsində ağsaqqallar və kahinlər də mühüm rol oynayırdılar. 

Cəzanın  ən  sərt  növlərindən  biri  icmadan  qovulmaq  olmuşdur. 

İcmadan qovulmuş fərd hər cür yardımdan məhrum olmaqla sərt və 

amansız təbiət qüvvələrinin, vəhşi heyvanların. 

86 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə