Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə57/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   53   54   55   56   57   58   59   60   ...   65
Öz Az dili və nitq mədəniyyəti

90. Arayış, məzmunu, forması və dili


Arayış türk mənşəli söz olub "arama", "axtarma" mənasındadır. Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək və ya harada yaşaması, işləməsi, təhsil alması haqqında təşkilat (idarə, müəssisə) tərəfindən verilən rəsmi sənəddir. Təşkilatların bir-birinə ünvanladığı arayış növü də vardır. Arayışda müəyyən bir hadisənin gedişi və ya cinayət xarakterli bir məsələ də öz əksini tapa bilər. Arayışın kimə və nə məqsədlə verilməsi mütləq göstərilməlidir.
Arayışın özünəməxsus yazılma forması vardır: Vərəqin yuxarı hissəsində ortada böyük hərflə "Arayış" sözü yazılır. Vərəqin sol tərəfdən üst küncündə idarənin ştampı, ştampın aşağı sətrində arayışın nömrəsi və verildiyi tarix (gün, ay, il) qeyd olunur. Arayış sözünün altında nisbətən sağda, ştampın yanından mətnin məzmunu verilir, axırdakı sətirbaşında arayışın təqdim olunduğu yer göstərilir. Sonda arayışı verən idarə rəhbərinin titulu, soyadı (bütöv şəkildə), adı və atasının adı (ixtisarla) yazılır, imza ilə təsdiqlənir və möhür vurulur.
Arayış Türk mənşəlidir. Arama, axtarma mənasındadır. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir.
Mahiyyəti Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir (Bu səbəbdən də xalq arasında arayışa yoxlama da deyilir).
Məzmunu Arayışın kimə və nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayış müəssisə rəhbəri tərəfindən imzalanır (Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə tasdiq olunmalıdır.
Forması Çox vaxt arayışlar xüsusi blankda yazılır. Arayış sözü vərəqin ortasında yazılır. Vərəqin sol tərəfində idarənin ştampı olur. Ştampın aşağı sətrində arayışın nömrəsi və verildiyi tarix göstərilir. Arayışın məzmunu qurtardıqdan sonra müəssisə rəhbərinin imzası, soyadı və titulu göstərilir.
Dili Arayışın dili xüsusi üslubla tənzimlənir. Burada söz sırası pozulur. Xəbər avvalda gəlir. Arayış sırf elmi ədəbi dildə yazılmalı, heç bir bədiiliyə, emosionallığa yol verilməməlidir.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə