Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə61/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   58   59   60   61   62   63   64   65   66

 
290 
Onların  sırasında  Koblandının  oğlu  Bokenbayın  və  Koblan-
dının  özünün  həmyaşıdı  Qaramanın  obrazı  daha  görümlü 
təqdim olunur. Bokenbay əsərdə atası kimi şirə bənzədilir. 
Yestemıs, hər şeydən öncə, türk dastanları üçün ənənəvi 
olan  xanın  özünün  qulluqçusu,  onun  mehtəri  və  kiçikyaşlı 
batırın tərbiyəçisi kimi təqdim olunur. Yestemısin zahiri təsviri 
isə onu batırın özü səviyyəsində olan döyüşçü kimi təqdim edir 
və  burada  təsvirlər  ənənəvi  istifadə  olunan  obrazlı  vasitələr 
çərçivələrindən kənara çıxmır. 
«Koblandı-batır»  dastanında  əsərin  qəhrəmanının  çox-
saylı düşmənləri də epik qaydalara uyğun olaraq kifayət qədər 
gücü  və  bacarığı  ilə  seçilənlərdir.  Onlardan  bəziləri  yetərincə 
ironik  planda  təqdim  olunurlar.  Məsələn,  Alşaqırın  yaxınları, 
nəhəng  qırxbeş  arşınlıq  Qızılərin  oğulları  Ağanas  və  Toğanas 
belələrindəndir. Onlar Qaraspan dağı tək əzəmətli,Qazan xanın 
özü hündür dağ aşırımına bənzədilməklə, həm də xan mənşəli 
olduğu  vurğulanmaqdadır.  Obrazların  mahiyyətindəki  ümumi-
liklərə  baxmayaraq,  burada  da  hiperbolalardan,  şişirtmələrdən 
geniş  istifadə  olunmuşdur.  M.Auezov  və  L.Sobolev  haqlı 
olaraq Koblandının düşmənlərinin – Qazan, Alşaqır və Kobikti 
obrazlarının hamısınında onların öz fərdi simalarının olduğunu 
qeyd  etməyi  yaddan  çıxarmamışdılar.  Burada  fərdiləşdirmə 
digər  türk  xalq  dastanları  üçün  səciyyəvi  olan  ənənəvi  obrazlı 
epitetlərdən geniş istifadə etmənin köməyi ilə ortaya qoyulur. 
Əsərdəki digər epizodlarla (batırın doğulması, onun ilxı-
da  özünə  köhlən  seçməsi,  düşmən  üzərinə  yeriməsi,  düşmən-
lərlə döyüşləri, əsir düşməsi və s.) yanaşı, sevgi-məhəbbət xətti 
də  mühüm  rol  oynayır.  Burada  sevgi-məhəbbət  intriqasının 
ilkin  düyünü  kimi  Kobikti  xanın  qızı  Qarlıqanın  Koblandı  ilə 
ilk  görüşü  qeyd  edilə  bilər.  Qarlıqa  ilk  baxışdan  Koblandıya 
vurulur. Bunu da söyləyək ki, Qarlıqanın anası müsəlman qızı 
olmaqla vaxtı ilə qızılbaş Kobiktinin qıpçaq torpaqlarına etdiyi 
yürüşlər nəticəsində ələ keçirilmişdir. Qarlıqanın anası ölərkən 
öz  qızının  qıpçaq  müsəlmanın  arvadı  olması  vəsiyyətini  qız 


 
291 
atası  Kobiktiyə  xəyanət  etməklə  həyata  keçirmişdir.  Dastanın 
bundan sonrakı süjet quruluşunda Koblandı ilə ona ürəkdən vu-
rulan Qarlıqanın qarşılıqlı münasibətləri görümlü yer tutur. Bu, 
mahiyyət  etibarı  ilə  batırın  qəhrəmanlıq  bioqrafiyasının  ikinci 
xətti və ikinci evlənməsi kimi diqqəti cəlb etməkdədir. Burada 
kolliziyanın əsasına epos və qəhrəmanlıq nağılları üçün səciy-
yəvi  olan  qədim  motiv  qoyulmuşdur  ki,  bu  da  onun  özünün 
batırın gələcək arvadı ilə təkbətək görüşdə gücünü sınamasıdır. 
Bununla  belə,  «Koblandı-batır»  dastanın  da  belə  qədim  süjet 
xətti xeyli dəyişikliklərə də məruz qalmışdır. Belə ki, bu yarış-
da Qarlıqa üzərində qələbəni Koblandı yox, onun oğlu Boken-
bay  qazanır.  Bundan  sonra  çoxsaylı  epizodlarda  Qarlıqa  öz 
sevgisi  uğrunda  mübarizələrdə  iştirak  edir.  O,  öz  sevgilisinə 
yetişmək üçün Koblandını və Qaramanı zindandan azad etmək-
lə onların qaçmasına müvəffəq olur. Yeri gəlmişkən qeyd edək 
ki, düşmən qızının əsir düşmüş qəhrəmana köməyi qədim epik 
ənənəsi  üçün  səciyyəvi  haldır.  Belə  məqamlarla  biz  «Kitabi-
Dədə  Qorqud»,  «Koroğlu» və  «Alpamış»  qəhrəmanlıq  dastan-
ları,  «Yusif  və  Əhməd»  və  s.  məhəbbət-romantik  poemasında 
və  s.  rastlaşırıq.  Burada  biz  ənənəvi  süjetin  «simptomları»  ilə 
rastlaşsaq  da,  «Koblandı-batır»  dastanında  bu  xəttin  işlənməsi 
dərin  psixologizmlərlə  müşayiət  olunmaqla,  həllini  tapmaq-
dadır.  Koblandıya  olan  sonsuz  məhəbbətini  ifadə  etmək  üçün 
Qarlıqa atası Kobiktinin dəbilqəsindəki zəif yeri batıra göstərir 
və  Koblandı  həmin  yeri  nişan  almaqla  Kobiktini  öldürür. 
Bundan  başqa  Qarlıqa  Koblandıya  onun  Alşaqır  xanla  qələbə 
döyüşündə  və  digər  düşmən  batırlara  qarşı  vuruşlarında  da 
yaxından kömək edir. 
«Koblandı-batır» dastanının kompozisiyası və məzmunu, 
bədii ifadə vasitələri sistemi, şeir sətirləri, misraların təşkili və 
quruluşu  qəhrəmanlıq  dastanları  üçün  səciyyəvi  olan  ənənəvi-
liyi əks etdirməkdədir. 


 
292 
Struktur  baxımından  dastan  xronoloji  ardıcıllığa  malik 
olan  bir  sıra  bitkin  epizodlardan  ibarət  olmaqla  vahid  təhkiyə 
zənciri yaratmaqdadır. 
«Koblandı-batır»da  çoxsaylı  şəkildə  istifadə  edilmiş 
bədii-obrazlı formullar qəhrəmanların müəyyən əhval-ruhiyyə-
sinin, halının, hissinin, vəziyyətinin verilməsinə xidmət etmək-
dədir.  Təkrirlər  təhkiyənin  ekspressiyasını  gücləndirməkdə 
mühüm  rol  oynayır.  Məsələn,  döyüş  uğursuzluqları  zamanı 
qəhrəmanın hissləri və həyəcanları, kədəri, qəm-qüssəsi obraz-
ların  çoxsaylı  ağlayış-şikayətləri  daimi  təkrarlanan  dövrə  ilə 
xüsusi ekspressiya yaradır. Təkrirlər dastanda xüsusi emosional 
yükə malik olmaqla, bənzərsiz effekt ortaya qoyur. 
«Koblandı-batır» dastanında dini anlayışlar, müqəddəslə-
rə,  pirlərə,  ocaqlara,  övliyalara,  peyğəmbərlərə,  Allaha  müra-
ciətlər nəzərəçarpacaq nidalarla zəngindir. Bu baxımdan dasta-
nın qaraqalpaq qəhrəmanlıq dastanı «Qırx qız»la səsləşən xeyli 
məqamlarını  görmək  mümkündür.  Qəhrəmanların  poetik  nit-
qində İmam Əli, Həzrət Əli, İxlas-ata, Şəşti Əziz, Qiyas, İlyas, 
Davud, Məhəmməd peyğəmbər, onun qızı Bibifatimə, Xuda və 
Allahın  adına  tez-tez  rast  gəlinir.  Dastanda  müsəlmanlıqla, 
müqəddəs  kitabımız  “Quran”la,  onun  ayələri,  müsəlman  adət-
ənənələri ilə bağlı çoxsaylı məqamlar əksini tapmışdır. Bundan 
başqa  ibadətlə,  namazla  bağlı,  inanclarla  əlaqəli  anlayışlar 
molla, namazşam, namazdigər, Qeys-Kövsər və s. geniş istifa-
də  olunması  bu  əsəri  qazax  etnik-milli  təfəkkürünün  orijinal 
örnəyi kimi dəyərləndirməyə imkan verir. 
«Koblandı-batır»da  işlənmiş  xeyli  ifadələr  və  ibarələr 
həm də sentensiya (nəsihət) xarakterlidir. 
Dastanın  kompozisiyasında  mühüm  yer  tutan  dialoji  və 
monoloji  nitq  formalarından  geniş  istifadə  olunmuşdur. 
Dastanın ifadəliliyini təmin edən mühüm elementlərdən biri də 
qazax  xalq  poeziyasının  geniş  imkanlarını  nümayiş  etdirən 
heca vəznindən, səs, ritmik quruluş, təkrirlərdən intonasiyadan 
istifadə,  alliterasiya  və  assonansların  uğurlu  tətbiqi,  strofa-


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə