Qazax xalq qəhrəmanlıq dastanı


Qazax xalq qəhrəmanlıq dastanı «Koblandı-batır»



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

 
287 
 
Qazax xalq qəhrəmanlıq dastanı «Koblandı-batır» 
Xülasə 
 
Qazax  xalqının  ən  populyar  epik  nümunələrindən  olan 
«Koblandı-batır»  dastanında  yüksək  mənəvi-əxlaqi  keyfiyyət-
ləri  ilə  seçilən  batırların  doğma  Vətənə  bağlılığı,  onların  öz 
təfəkkürü,  qüvvəsi,  gücü  və  cəsurluğu  ilə  doğma  eli-obanı 
yadelli işğalçılarından azad etmələri vəsf olunmuşdur. 
Qazax  xalqının  mənəvi  həyatının  mühüm  tərkib  hissəsi 
olan dastan yaradıcılığı öz rişələri etibarı ilə lap qədim dövrlərə 
gedib  dirənir.  Qeyd  edək  ki,  hələ  V-VIII  əsrlərə  aid  edilən 
Orxon-Yenisey  kitabələrində,  epitafik  yazılarda  türk  batırla-
rının  qəhərmanlıq  şücaətləri  daşlar  üzərinə  həkk  olunmuşdur. 
Konkret olaraq qazax qəhrəmanlıq dastanlarının lap qədim qatı 
VIII-X əsrləri əhatə etməkdədir. Bu, patriarxal–feodal münasi-
bətlərinin  dağılıb  aradan  çıxdığı  dövrə  təsadüf  edir.  Qazax 
dastanlarının  əsasını  qəbilələrin  etnik  konsolidasiyası,  tayfa-
lararası döyüş və vuruşlarla bağlı rəvayətlərin yaranması, tayfa-
ların müxtəlif ərazilərə səpələnməsi və s. təşkil edir. Bu dastan-
ların  epik  üslubunun  inkişafı  və  formalaşması  məhz  əzəmətli 
qəhrəman-şəxsiyyətlərin  ətrafında  cilalanıb  başa  çatdırılmaqla 
sonuclandı.  Qazaxlarda  belə  epik  şəxsiyyətlər  kimi  biz  daha 
tez-tez  Koblandı,  Qəmbər,  Alpamıs  və  s.  kimi  qəhrəmanların 
adlarıyla rastlaşırıq. 
XV-XVI  əsrlərdə  baş  vermiş  çoxsaylı  qəbilələrdaxili 
çəkişmələr Qızıl Ordanın dağılmasına gətirib çıxardı. Məhz bu 
dövrdən sonra qazax xalqının və dövlətçiliyinin yaranması baş 
verdi.  Az  keçməmiş,  daha  doğrusu  XVII-XVIII  əsrlərdə  cun-
qar-kalmık  feodalları  qazax  torpaqları  üzərinə  işğalçı  yürüşlər 
təşkil etdilər. Bu dövrdə gedən proseslər nəticə etibarı ilə qazax 
dastanlarının  tam  şəkildə  formalaşıb  başa  çatması  ilə  nəticə-
ləndi.  Cunqar-kalmıklarla  qazaxlar  arasında  baş  vermiş  bu 
hadisələr  «Yer-Tarqın»,  «Yer  Kokşe»,  «Qarabəy»,  «Utegen-


 
288 
batır»,  «Arxalıq-batır»,  «Urak-Mamay»,  «Şora-batır»  və  digər 
nümunələrdə öz əksini tapmışdır. 
Qazax  xalqının  epik  nümunələri  sırasında  müxtəlif 
yazıya almalarda 6 mindən 9 minə qədər misradan ibarət olan 
«Koblandı-batır»  dastanı  mühüm  yer  tutur.  Əsərin  başlan-
ğıcında  digər  türk  dastnaları  üçün  səciyyəvi  olan  qəhrəmanın 
gözlənilməz  doğuluşu  motivi  dayanır.  Ahıl  yaşlarında  Toktar 
bəylə Analığın – Koblandı və onun bacısı Qarlıqanın – ekizlə-
rin dünyaya gəlməsi baş verir. Koblandı əfsanəvi qəhrəmanlara 
xas  olan  sürətlə  böyüyür,  cəsur,  cəld,  möhkəm,  dözümlü  və 
qorxmazlığı  ilə  diqqəti  cəlb  edir.  Hələ  uşaq  ikən,  6  yaşına 
çatanda  o,  kəhər  atını  yəhərləyib-yüyənləyib  atasının  ilxısının 
mehtəri Yestemisin yanına gəlib ondan ox atmanı, at çapmanı, 
qəhrəmanlığı, sərrast atıcılığı öyrənir. 
Koblandının  evlənməsi  də,  sevdiyi  gözələ  yiyələnməsi 
də, batır atının böyüdülməsi də və s. epik hadisələr qəhrəman-
lıq  dastanlarına  xas  olan  ənənə  çərçivələrində  təsvir  olunur. 
Qəhrəmanın  sevdiyi  gözəl  uğrunda  mübarizədə  iştirakı  onun 
ilk  döyüş  şücaəti  kimi  ortada  dayanır.  Yarışda  qələbə  əldə 
etməklə  o,  gözəl  Qurtqanı  öz  doğma  yurduna  aparır.  Bundan 
sonra  onun  qəhrəmanlıq  bioqrafiyasında  bu  gözəl  və  müdrik 
Qurtqanın mühüm rolu daha çox nəzərə çarpır. 
Koblandının bir-birinin ardınca xeyli yürüş və döyüşlərdə 
yadelli  işğalçılara  -  qızılbaşlara  və  kalmıklara  qarşı  apardığı 
mübarizələrdə  batırın  əsil  qəhrəmanlığı  ortada  dayanır.  Onun 
ilk böyük döyüşü qızılbaş xanı Qazana qarşı aparılır. 
Digər türk və dünya xalqlarının epik poemalarında oldu-
ğu kimi  «Koblandı-batır»ın süjet xəttinin diqqət çəkən başlıca 
düyünü  heç  də  qəhrəmanın  özünün  fərdi  maraqları  ilə  yox, 
onun ictimai  borcu ilə bağlıdır. Çünki  qızılbaşlar və kalmıklar 
qıpçaq  torpaqlarına  həmlələr  və  hücumlar  etdikdə  Koblandı 
Qazan xana və Alşagıra qarşı amansız mübarizə aparmaqla, öz 
doğma  vətənin  bütövlüyünü,  xalqın  əmin-amanlıqda  yaşama-
sını hər şeydən üstün tutur. Dastanda Koblandı obrazının bütün 


 
289 
tərəfləri epik qəhrəmanın başlıca funksiyalarına xidmət etmək-
dədir.  Onun  bütün  fəaliyyəti  ictimai  maraqlarla  əhatələn-
məkdədir.  Elə  buna  görə  də  o,  daim  bütün  hərəkətlərində, 
əsgəri  bacarığında,  batırlıq  şücaətində  digərlərindən  üstündür. 
Koblandı  döyüşə  girən  zaman  qaşları  qarla,  kirpikləri  buzla 
örtülür,  özü  döyülmüş  dəmirə  bənzəyir,  çovğun  kimi  coşub 
tufan  qoparır  və  s.  Onun  qəhrəmanlığı  o  qədər  monumental, 
qüvvəsi bitib-tükənməz kimi təsvir edilir ki, 40 minlik düşmən 
ordusu qəhrəmanın gözündə 40 nəfər kimi görünür, harayından 
döyüş  zamanı  yer  lərzə  gəlir,  qayalar  –daşlar  qopur.  Koblan-
dının  yenilməz  qəhrəmanlığı  ona  digərlərinin  müraciətlərində 
daha önəmli mövqedə durur..  
Əsərdə  digər  türk  xalq  dastanları  üçün  səciyyəvi  olan 
bədii  təsvir  vasitələrindən  geniş  istifadə  olunmuşdur.  Batırla 
bağlı burada müxtəlif məqamlarda tətbiq olunmuş troplar daha 
yadda qalan effekt  yarada bilir. Bu tipli troplar sırasında batırı 
vəhşi  heyvanlara  və  quşlara  bənzədən  qədim  obrazlar  əsərdə 
daha  görümlü təqdim olunur. Buna  görə də Koblandı şir kimi 
doğulmaqla pələngə, canavara, şahinə bənzədilir. Batıra bütün 
elin-obanın sevgisi tükənmizdir. 
Eyni zamanda o, həm də öz ata-anasının gözlərinin işığı-
dır, o, xalqın, elin-obanın başbiləni, şahinidir, xanımının dilin-
də,  ağzında  cəsur,  istəkli,  bacarıqlı  hökmdardır,  anadan  daş 
kimi möhkəm doğulmuş batırdır. 
Koblandının  Tayburıl  atının  təsvirində  döyüşlər  və  at 
yarışmaları  zamanı  hiperbolalardan  istifadəyə  geniş  meydan 
verilmişdir.  Buradakı  ənənəvi  müqayisə  və  epitetlər  qəhrəma-
nın  özü  ilə  bərabər,  həm  də  onun  atının  gözəlliyini  və  üstün 
keyfiyyətlərini  nümayiş  etdirir.  Məsələn,  Tayburılın  alnı  ay 
kimi  par-par  yanır,  qulaqları  qamış  kimi  dik  dayanır,  sürətinə 
gəldikdə isə o ceyrandan, sayqakdan bərk qaçır və i.a. və s. 
Koblandının  döyüş  dostları  və  yaxınları  da  epik  ənənə 
ruhunda  təsvir  olunur.  Bu  obrazlar  yetərincə  ümumiləşməklə 
batıra  xas  olan  əsil  qəhrəmanlığın  açılmasına  xidmət  edir. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə