287
Qazax xalq qəhrəmanlıq dastanı «Koblandı-batır»
Xülasə
Qazax xalqının ən populyar epik nümunələrindən olan
«Koblandı-batır» dastanında yüksək mənəvi-əxlaqi keyfiyyət-
ləri ilə seçilən batırların doğma Vətənə bağlılığı, onların öz
təfəkkürü, qüvvəsi, gücü və cəsurluğu ilə doğma eli-obanı
yadelli işğalçılarından azad etmələri vəsf olunmuşdur.
Qazax xalqının mənəvi həyatının mühüm tərkib hissəsi
olan dastan yaradıcılığı öz rişələri etibarı ilə lap qədim dövrlərə
gedib dirənir. Qeyd edək ki, hələ V-VIII əsrlərə aid edilən
Orxon-Yenisey kitabələrində, epitafik yazılarda türk batırla-
rının qəhərmanlıq şücaətləri daşlar üzərinə həkk olunmuşdur.
Konkret olaraq qazax qəhrəmanlıq dastanlarının lap qədim qatı
VIII-X əsrləri əhatə etməkdədir. Bu, patriarxal–feodal münasi-
bətlərinin dağılıb aradan çıxdığı dövrə təsadüf edir. Qazax
dastanlarının əsasını qəbilələrin etnik konsolidasiyası, tayfa-
lararası döyüş və vuruşlarla bağlı rəvayətlərin yaranması, tayfa-
ların müxtəlif ərazilərə səpələnməsi və s. təşkil edir. Bu dastan-
ların epik üslubunun inkişafı və formalaşması məhz əzəmətli
qəhrəman-şəxsiyyətlərin ətrafında cilalanıb başa çatdırılmaqla
sonuclandı. Qazaxlarda belə epik şəxsiyyətlər kimi biz daha
tez-tez Koblandı, Qəmbər, Alpamıs və s. kimi qəhrəmanların
adlarıyla rastlaşırıq.
XV-XVI əsrlərdə baş vermiş çoxsaylı qəbilələrdaxili
çəkişmələr Qızıl Ordanın dağılmasına gətirib çıxardı. Məhz bu
dövrdən sonra qazax xalqının və dövlətçiliyinin yaranması baş
verdi. Az keçməmiş, daha doğrusu XVII-XVIII əsrlərdə cun-
qar-kalmık feodalları qazax torpaqları üzərinə işğalçı yürüşlər
təşkil etdilər. Bu dövrdə gedən proseslər nəticə etibarı ilə qazax
dastanlarının tam şəkildə formalaşıb başa çatması ilə nəticə-
ləndi. Cunqar-kalmıklarla qazaxlar arasında baş vermiş bu
hadisələr «Yer-Tarqın», «Yer Kokşe», «Qarabəy», «Utegen-
288
batır», «Arxalıq-batır», «Urak-Mamay», «Şora-batır» və digər
nümunələrdə öz əksini tapmışdır.
Qazax xalqının epik nümunələri sırasında müxtəlif
yazıya almalarda 6 mindən 9 minə qədər misradan ibarət olan
«Koblandı-batır» dastanı mühüm yer tutur. Əsərin başlan-
ğıcında digər türk dastnaları üçün səciyyəvi olan qəhrəmanın
gözlənilməz doğuluşu motivi dayanır. Ahıl yaşlarında Toktar
bəylə Analığın – Koblandı və onun bacısı Qarlıqanın – ekizlə-
rin dünyaya gəlməsi baş verir. Koblandı əfsanəvi qəhrəmanlara
xas olan sürətlə böyüyür, cəsur, cəld, möhkəm, dözümlü və
qorxmazlığı ilə diqqəti cəlb edir. Hələ uşaq ikən, 6 yaşına
çatanda o, kəhər atını yəhərləyib-yüyənləyib atasının ilxısının
mehtəri Yestemisin yanına gəlib ondan ox atmanı, at çapmanı,
qəhrəmanlığı, sərrast atıcılığı öyrənir.
Koblandının evlənməsi də, sevdiyi gözələ yiyələnməsi
də, batır atının böyüdülməsi də və s. epik hadisələr qəhrəman-
lıq dastanlarına xas olan ənənə çərçivələrində təsvir olunur.
Qəhrəmanın sevdiyi gözəl uğrunda mübarizədə iştirakı onun
ilk döyüş şücaəti kimi ortada dayanır. Yarışda qələbə əldə
etməklə o, gözəl Qurtqanı öz doğma yurduna aparır. Bundan
sonra onun qəhrəmanlıq bioqrafiyasında bu gözəl və müdrik
Qurtqanın mühüm rolu daha çox nəzərə çarpır.
Koblandının bir-birinin ardınca xeyli yürüş və döyüşlərdə
yadelli işğalçılara - qızılbaşlara və kalmıklara qarşı apardığı
mübarizələrdə batırın əsil qəhrəmanlığı ortada dayanır. Onun
ilk böyük döyüşü qızılbaş xanı Qazana qarşı aparılır.
Digər türk və dünya xalqlarının epik poemalarında oldu-
ğu kimi «Koblandı-batır»ın süjet xəttinin diqqət çəkən başlıca
düyünü heç də qəhrəmanın özünün fərdi maraqları ilə yox,
onun ictimai borcu ilə bağlıdır. Çünki qızılbaşlar və kalmıklar
qıpçaq torpaqlarına həmlələr və hücumlar etdikdə Koblandı
Qazan xana və Alşagıra qarşı amansız mübarizə aparmaqla, öz
doğma vətənin bütövlüyünü, xalqın əmin-amanlıqda yaşama-
sını hər şeydən üstün tutur. Dastanda Koblandı obrazının bütün
289
tərəfləri epik qəhrəmanın başlıca funksiyalarına xidmət etmək-
dədir. Onun bütün fəaliyyəti ictimai maraqlarla əhatələn-
məkdədir. Elə buna görə də o, daim bütün hərəkətlərində,
əsgəri bacarığında, batırlıq şücaətində digərlərindən üstündür.
Koblandı döyüşə girən zaman qaşları qarla, kirpikləri buzla
örtülür, özü döyülmüş dəmirə bənzəyir, çovğun kimi coşub
tufan qoparır və s. Onun qəhrəmanlığı o qədər monumental,
qüvvəsi bitib-tükənməz kimi təsvir edilir ki, 40 minlik düşmən
ordusu qəhrəmanın gözündə 40 nəfər kimi görünür, harayından
döyüş zamanı yer lərzə gəlir, qayalar –daşlar qopur. Koblan-
dının yenilməz qəhrəmanlığı ona digərlərinin müraciətlərində
daha önəmli mövqedə durur..
Əsərdə digər türk xalq dastanları üçün səciyyəvi olan
bədii təsvir vasitələrindən geniş istifadə olunmuşdur. Batırla
bağlı burada müxtəlif məqamlarda tətbiq olunmuş troplar daha
yadda qalan effekt yarada bilir. Bu tipli troplar sırasında batırı
vəhşi heyvanlara və quşlara bənzədən qədim obrazlar əsərdə
daha görümlü təqdim olunur. Buna görə də Koblandı şir kimi
doğulmaqla pələngə, canavara, şahinə bənzədilir. Batıra bütün
elin-obanın sevgisi tükənmizdir.
Eyni zamanda o, həm də öz ata-anasının gözlərinin işığı-
dır, o, xalqın, elin-obanın başbiləni, şahinidir, xanımının dilin-
də, ağzında cəsur, istəkli, bacarıqlı hökmdardır, anadan daş
kimi möhkəm doğulmuş batırdır.
Koblandının Tayburıl atının təsvirində döyüşlər və at
yarışmaları zamanı hiperbolalardan istifadəyə geniş meydan
verilmişdir. Buradakı ənənəvi müqayisə və epitetlər qəhrəma-
nın özü ilə bərabər, həm də onun atının gözəlliyini və üstün
keyfiyyətlərini nümayiş etdirir. Məsələn, Tayburılın alnı ay
kimi par-par yanır, qulaqları qamış kimi dik dayanır, sürətinə
gəldikdə isə o ceyrandan, sayqakdan bərk qaçır və i.a. və s.
Koblandının döyüş dostları və yaxınları da epik ənənə
ruhunda təsvir olunur. Bu obrazlar yetərincə ümumiləşməklə
batıra xas olan əsil qəhrəmanlığın açılmasına xidmət edir.
Dostları ilə paylaş: |