Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə57/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

 
276 
Qədərsiz idi varı, 
Çoxluca qoyunları. 
Gözdi gölü yaylağı, 
Gözdi gölü oylağı. 
Qalın qıpçaq elinə, 
Bəsdi dövləti, varı. 
 
İndi sətri tərcüməyə müraciət edək: 
 
Lap keçmiş zamanlarda
Qaraqıpçaq Koblandı vardı. 
Atasının adı Toktarbəy, 
Xalqdan asılı olmayan bəy. 
Bəyliyində əsəb yox idi. 
Varının sayı-hesabı yox idi, 
Sürüsü otlaqlarda otlayırdı. 
Yaz yaylağı Gözdi göl, 
Gözdi göldü yaylağı. 
Qalın qıpçaq yaylağına gedirdi. 
 
Sətri  tərcüməni  orijinalla  və  bizim  tərcümə  ilə  tutuşdur-
duqda onunla orijinal və tərcümə əsasında xeyli fərqlərin mey-
dana  çıxdığını  görürük.  Digər  göstəricilər  bir  yana,  prozaiklik 
mətnin  oxunuşunu  çətinləşdirir,  oxucunun  mətnə  münasibətini 
ciddi şəkildə soyudur.  
 Epik  mətnlərin  tərcüməsi  türk  xalqlarının  bu  tipli  bədii 
nümunələrinin adekvat səsləndirilməsi tərcümə edilən materia-
lın  bütün  aspektlərini,  yəni  dil  və  qeyri-dil  aspektlərini,  daha 
doğrusu, onun oxucuya emosional bədii təsirini nəzərdə tutma-
lıdır.  Çünki  tərcümədə  əsərin  emosional  -  ekspressiv,  yaxud 
estetik  funksiyasının  saxlanılması  oxucunun  orijinal  mətnin 
dilini  bilmədiyindən  hiss  etməsi  ilə  bağlı  olmamalıdır,  əksinə 
tərcümə mətni xalq dastanının milli-emosional xüsusiyyətlərini 
oxucuya dürüst çatdırmağa borcludur. 


 
277 
Tərcümə  zamanı  nəzərə  aldıq  ki,  milli  abidələrin,  xüsu-
sən nəzm şəklində olanların əksər xüsusiyyətlərini Azərbaycan 
oxucusuna  çatdırmaq  üçün  sətri  tərcümə  yolu  ilə  getmək 
“Koblandı-batır” kimi sırf milli qazax ənənəsindən qaynaqlan-
mış  bir  əsərin  özünəməxsusluğunun  saxlanılması  ilə  bağlı 
klassiklərin – V.Belinskinin, A.Puşkinin, N.Qoqolun, M.Qorki-
nin;  tərcümə  nəzəriyyəçiləri  A.Fyodorovun,  K.Çukovskinin, 
V.Rosselsin, N.Lyubimovun, P.Skosırevin mülahizələrini qula-
ğımızda  sırğa  etmişdik.  Yəni  tərcümədə  milliliyi  ştamp  kimi 
yox,  əsərin  danılmaz  keyfiyyət  göstəricisi  kimi  əks  etdirməyə 
çalışdıq.  Yüksək  milli  özünəməxsusluğu  ilə  seçilən  əsərlər 
müəllifi N.Qoqol yazırdı: “Əsil millilik heç də sarafanın təsviri 
deyil,  xalqın  ruhunun  nümayişidir.  Şair  o  zaman  da  milli  ola 
bilər  ki,  nə  zaman  o,  ...  təsvir  olunanlara  öz  milli  stixiyasının, 
xalqının gözü ilə baxır, elə danışır, elə hisslər keçirir ki, onun 
həmvətənlərinə  elə  gəlir  ki,  sanki  oradakı  onların  hissləri, 
onların danışığıdır ” (1, 51). 
Düzdür, opponentlər deyə bilərlər ki, həm qazaxlar, həm 
də  azərbaycanlılar  türkdürlər.  Onlardan  biri  qıpçaqlara,  digəri 
oğuzlara aid olsalar da, aralarında xeyli ümumi cəhətlər vardır. 
Biz də bunu inkar etmirik. Lakin bu da faktdır ki, bu xalqların 
etnogenezi,  tarixi,  mədəni-mənəvi  ənənələri  nə  qədər  ümumi 
olsa da, onları  bir-birindən fərqləndirən xüsusiyyətləri də gör-
məliyik  və  elə  şəkildə  bir-birinə  uğunlaşdırmalıyıq  ki,  onlar 
tərcümə mətnində yamaq kimi görünməsin:  
 
Teрi тамып иектен, 
Tугi шыгып бiлектен, 
Жаны бiр тулап журектен, 
Неше бiр курдас айтса да 
Караманнын бул сöзi  
Öтiп бiр кеттi суйектен.  
Сöз суйектен öткен сон 
 


 
278 
Тобылгы атка ер салды, 
Ак алмасты колга алды. 
Камшы басып сауырга, 
Екпiнi усап дауылга (3, 85-86) 
 
Tərcümə:  
 
Çənəsindən tər axdı, 
Tükləri biz-biz çıxdı, 
Bu hiss ürəyin sıxdı, 
Həmyaşıdım olsa da, 
Qaramanın sözləri 
Mənə yamanca dəydi. 
Sanki bu sözlər mənim, 
Lap beynimə işlədi. 
Kəhər atını mindi, 
Oxun əlinə aldı, 
Qırmancla onu vurdu. 
 
Orijinalda Azərbaycan türkcəsində işlədilən xeyli  söz və 
ifadələr  var.  Məsələn:  “tər”,  “tük”,  “damıb”,  “çığıb”,  “yanı”, 
“ürek”, “qardaş”, “söz”, “saldı”, “aldı”, “qamçı” və s. Bəlkə də, 
bu sözlərin, leksik vahidlərin düzümü  və köməyi ilə bu bəndi 
tərcümə  də  edə  bilərdik.  Lakin  bununla biz işimizi  heç də  bit-
miş hesab etmədik. Dilimizin zəngin lüğət fondundan yaradıcı-
lıqla yararlanmağa üstünlük verdik. Və nəticədə orijinalın milli 
ruhunu verməyə çalışdıq. Bəziləri epik mətnlərin tərcüməsində 
sətriliyə üstünlük verirlər. Onlar yaddan çıxarırlar ki, A.S.Puş-
kin demişkən «sətri tərcümə heç vaxt dürüst ola bilməz. Çünki 
hər  bir  dil  özünəməxsus  şərti  dövrələrə  malik  olduğundan” 
sətrilikdə  bədiiliyi,  xüsusən  də  poetikliyi  saxlamaq  mümkün 
deyildir. Digər tərəfdən, sətrilik ilk növbədə əsərin milli özünə-
məxsusluğunu  heçə  endirir.  Azərbaycan  ədəbiyyatının  yaxın 
dostu  prof.  P.Skosırev  milliliklə  bağlı  yazırdı:  “...  milli 


 
279 
kolorit... müəllifin milli xarakterindən başlayır... Milli formada 
isə  millətin, xalqın  bütün  keçmişi  –  onun  məişəti,  tarixi,  onun 
rəğbəti,  ona  xas  olan  assosiasiyalar  sistemi
 
aynada  əks  olunan 
kimi öz əksini tapır” (6, 36). 
“Koblandı-batır”  qəhrəmanlıq  dastanı,  məlum  olduğu 
kimi, məhz hər şeydən öncə qazax məişətini, tarixini, həyat tər-
zini, düşüncəsini bariz şəkildə özündə əks etdirən əsərdir. Yəni 
“Koblandı-batır”  heç  də  yalnız  oxucuda  dastan  təsiri  bağışla-
mır.  Burada  xalq  ənənələri,  onun  yaşam  tərzi,  mərasimləri, 
dosta  rəğbət,  düşmənə  nifrət  hissi  və  duyğuları  və  s.  o  qədər 
qabarıq  verilmişdir  ki,  onların  tarixi  kökünə  varmadan  tərcü-
mədə  uğura  imza  atmaq  da  inandırıcı  görünmür.  Aşağıda 
nümunə  gətirəcəyimiz  sətirlərdə  Koblandının  Burıl  ata  minib 
döyüşə çıxdığını, doxsan  yaşlı Toxtarbəy, altmış yaşlı Analıq, 
bacısı  Qarlıqaş  və  sevgilisi  Qurtqanın  onun  ardınca  kiyatlar 
elinə  üz  tutduğunun  orijinalda  və  tərcümədə  təsvirinə  diqqət 
yetirək: 
 
Тайбурыл атка мiнедi, 
Ак сауытын киедi, 
Белiне семсер iледi, 
Ногай бöркiн киедi,  
Дуйсенбi кунi сескеде 
Караспан тауын бöктерлеп, 
Кешеги кеткен кыяттын 
Кобландыдай батырын 
Сонынан желiп жöнелдi. 
Токсандагы Токтарбай, 
Алпыстагы Аналык, 
Карындасы Карлыгаш 
Жан косагы Кыз Курка 
Тöртеуi калмай сонынан, 
Кескелеп кет деп колыннан, 
Кобландынын iзiнен. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə