Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə53/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

 
263 
ləri  ifa  etməklə  yayırlar.  Jırau  və  akınlar  əsil  söz  ustadı,  söz 
sərrafı və qazax xalqının mənəvi həyatının inkişafında mühüm 
rol  oynamaqla  yanaşı,  əksər  hallarda  xalq  folklorunun  rənga-
rəngliyini qoruyub saxlaya bilmişdilər.  
Əkizlər – batır və onun bacısı – birgə otlayan ördəyə bən-
zədilir. Bu, yaxınlıq, doğmalıq simvoludur. Əsərdə bacı özünü 
qardaşına  görə  əcdadların  məzarı  üstündə  qurban  verməyə  ha-
zır olduğunu bildirir. Digər təsvirlərdə isə o, dağ yamaclarında 
bitmiş göy ota bənzədilir. Başqa bir məqamda batırın atası ahıl 
vaxtı nəhayət ki, gələcək ümid yerini, köməyini əldə edir.  
Poemadakı  şeiriyyət  xüsusiyyətləri  ilə  bağlı  ümumi 
təsəvvürlərə  malik  olmaq  üçün  bəzi  tədqiqatçıların  müşahidə-
lərinə  nəzər  salaq.  Akad.  M.Auezov  qeyd  edir  ki,  Koblandı 
haqqında dastan formal cəhətdən qazax poemaları üçün xarak-
terikdir. O, yeddi və səkkizilik jır – heca ilə verilmişdir ki, bu-
rada onlar  adicə  formal  əlamətə  görə  bir-biri  ilə  uzlaşır, tirada 
da isə sətirlərin sayı dördlə on dörd arasında olmaqla, tiradanın 
məntiqi  mənası  ilə  bağlanır.  Tiradanın  daxilində  qafiyə  isə 
daimi  mövqeyə  malik  deyil  və  burada  fərq  instrumentavkası 
vardır  ki,  o  da  alliterasiyalara,  assonanslara  və  təkrarlara  söy-
kənərək  təkrirlər  üzərində  qurulmuşdur.  Qazax  eposunda  şeir 
quruluşu mükəmməl texnika ilə fərqlənir, sətirlərin eyni şəkilli 
başlanğıcı epitet və metaforaların səs uyğunluğuna görə seçilir 
və  başdan  ayağa  qədər  özünəməxsus  şəkildə  səslənən  sətir 
dastan-poema şeiriyyətinə uyğun aparılır. 
Bundan başqa jır xüsusən hadisələrlə yükləndiyi yerlərdə 
zidiyyətlər  olan  təsvirlərdə  “jeldirmə”yə  keçir,  daha  doğrusu, 
nəğməli deklamasiya ritmi jıra qarşı dayanır və ehmalca tərzdə 
gedir. 
Koblandı qəhrəmanlıq poemasını şifahi improvizasiya jırı 
kimi  xarakterizə  edən  M.Auezov  təhkiyənin  hekayət  manera-
sında,  tərzində  getdiyini  nəğmə-deklamasiya  ifasının  dombra 
və reçitativin akkompanamentinə hesablandığını söyləmişdir.  


 
264 
Qazax  epik  poeziyasının  tanınmış  tədqiqatçısı  Z.A.Ax-
metov  M.Auzevovun  qəhrəmanlıq  eposunun  şeir  quruluşunun 
spesifikası  ilə  bağlı  qeyd  etdiklərini  məqsədəuyğun  hesab 
etməklə, həm də bu alimin özünün qəhrəmanlıq eposunun ənə-
nəvi şeirşünaslıq spesifikasını zənginləşdirə bildiyini söyləmiş-
dir.  Epik  poeziyada  aparıcı  mövqedə  dayanan  və  yeddi-səkkiz 
jırlıq  belə  şeir  texnikası  bütün  türk  xalqlarının  poeziyasında 
sillabik hecanın şeir vəznində ənənəvi olduğunu göstərir.  
Z.Axmetov  hesab  edir  ki,  jır  reçitativi  oxumaq,  nəğmə-
deklamasiya  demək  şeiridir.  Çevikliyinə  görə  şeirin  ritmik 
quruluşu,  eləcə  də  şeirin  tiradada  sərbəst  birləşməsi  digər 
ölçülərdən fərqli olaraq ifadə intonasiyasına malikdir. Jır şeirin 
ən mükəmməl formalarından biridir. 
Əgər bu ölçüdə tətbiq olunan iki şeir götürmüş olub, onu 
ayrı-ayrılıqda  nəzərdən  keçirsək,  onda  görərik  ki,  4+3,  3+2+3 
strukturludur.  Bu  sadəlik  struktur  aydınlığına  görə  son  dərəcə 
asan qəbul edilir. Jırın şeiri daim üç hecalı qrup ilə bitir ki, o da 
onun ritmik quruluşunun sabitliyini xarakterizə edir. Əgər şei-
rin başlanğıc hissəsi reçitativ ifası ilə tez aparılarsa, gah sürətli, 
gah da yavaş, onda şeirin sonu bərabər hecalarla sonuclanır və 
daim böyük, yaxud kiçik hissələrə bölünür. 
Jırın  özünəməxsus  ölçüsü  qazax  şeirinin  digər  növləri 
kimi heca prinsipinə əsaslanır və müxtəlif ölçülü yeddi, səkkiz 
hecalı  şeirin  bir-biri  ilə  birləşməsini  göstərir.  Məsələn,  yeddi 
hecalı sətirlər həm geniş, həm də son dərəcə təntənəli səslənir. 
Jır  strofik  baxımdan  təşkili  olmayan  şeirdir.  Jırda  poetik  nitq 
bir  neçə  şeir  qrupuna  bölünür  ki,  o  da  ümumi  tiradanın  müx-
təlif  həcmini  təşkil  edir.  Tirada  sətirlər  qrupudur  ki,  təxminən 
dörddən,  beşdən,  iyirmi  beşə  və  daha  artığa  qədər  gəlib  çıxa 
bilir. Onlar birlikdə qafiyə bütövlüyü, intonasiya bütövlüyü və 
qafiyələrlə birləşir. Jırda tirada bir neçə sadə cümlələrdən təşkil 
olunmaqla,  son  dərəcə  mürəkkəb  intonasiyon  sintaktik  birləş-
mə əmələ  gətirir. Müxtəlif nitq dövrəsinin, birləşməsinin daha 
geniş şəkildə tirada ilə qarşılaşması jırda lakonik, strofik quru-


 
265 
luş formasına malikdir ki, o, sintaktik paralelizmlərdən, təkrar-
lardan əmələ gəlir. Tirada böyük bir cümləni əhatə edə bilər ki, 
orada sintaktik quruluş müxtlif tabeli mürəkkəb formalardan – 
bir,  iki,  üç  cümlə  və  feli  bağlamalardan  ibarət  ola  bilər.  Baş 
cümlə  axırıncı  bir  fikri  sona  yetirir  və  feli  bağlama  birləşmə-
sinin  geniş  zəncirini  bağlayır,  emosional  gərginlik  isə  yalnız 
sonda  öz  həllini  tapır.  Jırda  əsas  və  köməkçi  iki  növlü  şeirlər 
müxtəlif  sətirli  qruplar  altında  birləşdikdə,  onlarda  vahid 
birbaşa gedən qafiyədən istifadə edilməsi də xüsusi əhəmiyyətə 
malikdir.  Yenidən  yaranan  bir  neçə  şeir  sətirləri  nitq  axınının 
fasiləsizliyi  haqqında  təsəvvür  yaradır  və  bu,  bəzən  poetik 
nitqin  intonasiya  gərginliyini  göstərir.  Köməkçi  qafiyə  isə 
yalnız  bir  neçə  yanaşı  dayanmış  şeir  sətirlərini  əhatə  edir  ki, 
onlar da təkrarlanır.  
İndi  də  “Koblandı-batır”ın  not  melodiyalarının  yazıya 
alınması  ilə  bağlı  fikir  söyləyək.  Qazax  eposunun  ifası  musiqi 
yaradıcılığının  –  vokal  və  instrumental  növlərini  birləşdirir. 
Bununla  belə,  XX  əsrdə  qorunub  saxlanılmış  epik  dastanların 
ənənəvi təhkiyə forması sinkretik xarakterlidir. Jırçı, yaxud jırau 
ifa  zamanı  vokal  istedadı  və  instrumental  dramatik  ifaçı  ba-
carığını, həm də hekayətçi imkanları ilə üzvü surətdə birləşdirir.  
XX  əsrin  əvvəllərində  sinkretik  növdən  başqa  eposun 
musiqi  təcəssümünün  daha  üç  növü  –  nəğmə-reçitativ,  musi-
qili-illüstrativ (fraqmentar) və musiqili-mükəmməl (proqramlı) 
növləri  yayılmağa  başladı.  Nəğmə-reçitativ  növ  özündə  sink-
retik ifanın başlıca xüsusiyyətlərini birləşdirir. Adətən, jırçı öz 
ifasını  dombra,  yaxud  qopuzun  köməyi  ilə  həyata  keçirdiyi 
halda,  bəzən  elə  jırçılar  da  olurdu  ki,  onlar  ifanı  hər  hansı 
musiqi alətinin köməyi olmadan edirdilər.  
İkinci  növ  –  musiqili-illüstrativ  (fraqmentar)  reçitativ  – 
oxuma  forması  məzmunun  sırf  deklamasiyası  ilə  əvəzlənir. 
Belə olduğu halda musiqili təcəssüm aydın vokal, yaxud instru-
mental  melodik  formalarla  verilir.  İnstrumental  fraqmentlər 
illüstrativ xarakter daşıyır.  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə