Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə51/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

 
257 
Alşaqır ay, Alşaqır! 
Mənə qulaq as, Şaqır! 
Mənim adım Koblandı 
Kişisənsə gəl tək çıx. 
Belə istəmirsənsə, 
Kimlərin var - birgə çıx. 
Sonra heyfslənərsən, 
Qara qaşqa atla çıx. 
 
Əsərdə  daimi  tiradaların  təkrarlarının  köməyi  ilə  analoji 
situasiyaların  təsvirində  təhkiyənin  ekspressiyası  yüksələn 
xətlə  gedir. Bu batır döyüşlərinin  təsiviri üçün xüsusilə xarak-
terikdir və bir neçə gün ərzində davam gedir. Məsələn, Koblan-
dının Kobikti, sonra isə məkrli Alşaqırla döyüşlərində biz məhz 
belə söhbətlərlə rastlaşırıq.  
Bəzən  Koblandının  döyüşlərinin  təsviri  onun  düşmən 
batırları ilə ekspressiyanın təkrarı vasitəsi ilə yox, yalnız müx-
təlif  tipli  tiradalar  daxilində  gedən  eyni  sətirlərin  təkrarında 
özünün  əks  etdirir.  Koblandının  Alşaqır  xanla  döyüşü  epizo-
dunda görürük ki, bir qəhrəmanın hərəkəti digər qəhrəmanların 
hərəkəti ilə doldurulur, bununla da aparıcı batırın hərəkəti sona 
çatır. Koblandı və onun batırlarının döyüşü səhnəsində olduqca 
güclü  Birşimbayla  rastlaşırıq  ki,  burada  stereotip  frazalarda 
döyüşün son nöqtəyə yaxınlaşdığını görmək olur. Burada batır-
ların  qanadlı  atla  uzun-uzadı  yolları  necə  keçib  getdiklərinin 
təsviri  xüsusi  ekspressiya  ilə  müşayiət  olunur.  Bəzi  hallarda 
poemada  klişelərdən  istifadə  olunur,  başqa  bir  halda  isə 
müxtəlif tipli  tiradaların  daxilində stabil  sətirlər təkrar olunur. 
Batır  döyüşlərinin  razvyaskası  daimi  batırın,  yaxud  onun 
qəbiləsinin və eləcə də digər batır qəbilədaşlarının qələbəsi ilə 
başa çatır və əsərdə bu daimi formula kimi verilir.  
Döyüş əksər hallarda, əksər epizodlarda daimi obraz tərə-
findən  yerinə  yetirilir,  yaxud  da  təkrarlanan  formul  sətirlərin 
köməyi ilə gedir. Digər təkrarlanan epik formullarda qəhrəma-


 
258 
nın  daxili  vəziyyəti,  onun  hissləri,  əhval-ruhiyyəsi  ilk  planda 
batırın cəsurluğu, qoçaqlığı əks olunur. Məsələn, həm Koblan-
dı, həm onun oğlun Bokenbay hələ uşaq yaşlarında möhtəşəm 
güc,  qüvvə  nümayiş  etdirirlər.  Onlar  xəz  dəridən  papaq  geyi-
nib, əllərində qırğı dağlara işıq və səs salır, daşları  yandırırlar. 
Daimi  formullar  daxilində  həm  də  elə  stereotip  sətirlər  vardır 
ki, onlar batırın cəldliyini, çevikliyini əks etdirir. Bəzi hallarda 
öz  qüvvəsinə  bel  bağlayan  batır  həyəcan  içində  olur  ki,  onu 
digər  güclü  batır və  çoxminlik  əsgərlər əlindən  ölüm gözləyir. 
Adətən bu, stabil formullarla daha geniş planda verilir. 
Batırın əsir düşdüyü məqamlar, yaxud Alşaqır qıpçaqları 
ələ  keçirdiyi  səhnələr,  onun  özünün  müvəqqəti  uğursuzluğu 
monoloqda verilən sətirlərin köməyi ilə oxucuya çatdırılır.  
Dastanda xüsusi ekspressiyalarla daimi ekspressiv təsviri 
məqamlar  qəhrəmanın  göz  yaşları  vasitəsilə  verilir.  Poemada 
rast gəlinən koştasu və joktau vida nəğmələrində eposun süjeti 
ilə  bağlı  ənənəvi  məqamlara  rast  gəlirik  ki,  onlar  məzmuna 
xüsusi kolorit verir. Tədqiqatçılar qeyd edirlər ki, koştasu qəh-
rəmanlar  öz  doğma  yurd-yuvası  ilə  vidalaşdıqda,  yürüşdən 
qabaq,  doğma  el-obadan  kənarda  olduqları  zaman  ifa  olunur. 
Vida nəğmələri doğma el-oba ilə dost-sirdaş, silahdaş və yaxın-
larla ayrılığın son dərəcə ağır olduğunu  əks etdirir. Koştasuda 
qəhrəmanın  doğulub  boya-başa  çatdığı  elin-obanın  geniş  düz-
ləri,  çölləri,  gölləri,  onların  çoxsaylı  ilxıları,  sürüləri  və  s. 
görünür. Belə vida nəğmələrinin sonları adətən “xoş”, “əlvida”, 
“aman bol”- “sağ ol” kimi özünəməxsus motivə malik olmaqla, 
ayrılıq leytmotivini göstərir. Koştasu üçün dini obrazlar xarak-
terikdir ki, onlar ötən əsrlərdə məişət nəğmələrində daha geniş 
yer  almış  və  əsasən  ölüm  motivi  ilə  əlaqələnirdi  ki,  bu  da 
xalqın  dini-fəlsəfi  dünya  görüşü  ilə  əlaqədardır.  “Koblandı- 
batır”  dastanında  vida  nəğmələri  ənənəvi  obrazlılıq  və  janr 
əlamətlərini  saxlamaqla,  qəhrəmanların  monoloqlarına  daxil 
edilərkən  stabil  təkrarlara  malikdir.  Onlar  qəhrəmanın  qüs-
səsini, kədərini, qəmini, daxili halını əks etdirməklə, paralelizm 
obrazlılığı əsasında qurulmuşdur.  


 
259 
Bəzən eyni  tipli frazanın  təkrarları tirada  refren şəklində 
özünü göstərir. 
Analoji  emosional  yükü  həm  də monoloqlara daxil edil-
miş  qəhrəmanların  ənənəvi  nəğmə,  ağlayışları  şəklində  olan 
təkrarlar daşıyır. Onların üslubunda koştasu, digər şifahi-poetik 
və  dini  ifadələrin  xüsusi  şəkildə  birləşməsi  görünür.  Bir  tərəf-
dən, qazax folkloru üçün ənənəvi olan müqayisələrin, epitetlə-
rin,  hiperbolaların,  simvolların,  rəmzi  ifadələrin  düzülüşü, 
digər  tərəfdən  isə  burada  müsəlman-dini  kitablarının  perifraz-
ları  əks  olunur.  Dini  anlayış  və  obrazlarla,  nidalarla  Allaha, 
müqəddəslərə,  pirlərə,  övliyalara  müraciətlərdə,  anaların  göz 
yaşlarında, ataların, bacıların, batırların arvadlarının  ağlayışla-
rında və s. məqamlarda rastlaşırıq. Onlar şərq əfsanələrinin və 
əxlaq  hekayətlərinin  obrazlılığı  ilə  uyğunlaşır  (“O  Munlıq!  O 
Zarlıq”  O  Kozı-Korpeş!  O  Bayan”  və  s.).  Onlar  qazax  dastan 
dinləyicilərinə  yaxşı  tanışdır.  Onlar  bu  qəhrəmanlar  haqqında 
dastanlardan  daha  yaxşı  görünür  və  əzab-əziyyətin  poetik 
simvolu kimi səciyyələndirilir.  
Təkrarlar bəzən nəsihət  xarakteri  daşıyır. Onlardan bəzi-
lərində  obrazlı  paralelizmlərdən  istifadə  olunur  ki,  bu,  qazax 
xalq  poeziyasında,  xüsusən  müxtəsər  nəsihət  şeiri  “terme”də 
daha  çox  istifadə  olunmaqdadır.  Poemada  təkrarlar  sentensiya 
xarakterli olmaqla, burada xalq hikmətindən geniş faydalanılır. 
Onların sırasında xeyliləri ümümiləşdirmə dərəcəsinə və lako-
nikliyinə  görə  zərbi  məsəllərə  yaxındır.  Bəzi  sentensiyalarda 
əsərin  poetik  dilinə  gətirilmiş  müsəlman  anlayışları  və  obraz-
ların  əksi  görünür  ki,  bu  da  xalq  arasında  islam  qaydalarının 
geniş yayılmasından xəbər verir.  
Qəhrəmanların poetik nitqi üçün ənənəvi nidalar xarakte-
rikdir. Məsələn, “Əvvəl  Allahı çağırıram! Həqiqətin  yaradıcısı 
– Allahı!”, “Hər şey taledən gəlir!”, “Ay Allah!  Mənə kömək 
ol!”, “Ay Ömər peyğəmbər, Osman peyğəmbər!”, “Allah məni 
saxlasın!”,  “Allah  onun  köməyi  olsun!”  və  s.  Lakin  bununla 
belə  nidaların  əksər  hissəsini  xeyli  türk  xalqları  üçün  ümumi 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə