Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə59/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

 
283 
milli oyun növləri “kokpar”, milli alət adları “tuqer” və s. söz 
və  ifadələr  tərcümə  oxucusuna  tərəfimizdən  mümkün  qədər 
düzgün izah olunmuşdur.  
“Manas”, “Koroğlu” və “Alpamış”da olduğu kimi, “Kob-
landı-batır” dastanında da baş qəhrəman obrazının mahiyyətini 
ifadə  etmək  üçün  epitet,  hiperbola  və  müqayisələrdən  gen-bol 
istifadə olunur. Koblandı əsərdə əvəzsiz batır kimi təqdim olu-
nur. Yəni o, yeganədir, qoçaqdır, ata-anasının gözünün işığıdır. 
Ona  valideynləri  “şırağım”  (yəni  “çırağım”)  –  deyə  müraciət 
edirlər,  o,  şahindən,  daşdan  möhkəmdir,  dözümlüdür,  anadan 
da batır kimi  doğulub.  Batırın portreti zəngindir:  onun Bulqar 
kamanında  Buxara  oxu  var,  nizəsinin  gövdəsi  bərk  ağacdan, 
qabı  gümüşdən  və  qızıldandır,  qalxanı  almaz  kimi  itidir.  Özü 
isə  olduqca  nəhəngdir,  düşməni  qurd  qoyunu  didib-dağıdan 
kimi  didib-dağıdır,  döyüşdə  nər  kimi  qızır,  düşmən  onun  hü-
cumundan qulun pələngdən qaçan kimi qaçır və s. Yəni bütün 
məqamlarda batırın fərdi, heç kimə xas olmayan xüsusiyyətləri, 
keyfiyyətləri qeyd olunur: 
 
Kaстары тöмен салынган, 
Кеулiне алган табылган, 
İздеген душпан шабылган, 
Кобаган мурын, кой кöздi, 
Талма беттi, нур жуздi. (3, 174) 
 
Tərcümədə:  
 
Koblana oxşar gəldi
Qaşlı-qabaqlı batır, 
Düşmənə əzab verən, 
Cəsur hücuma keçən 
İri burun, sarı göz, 
Göyçək, nur üzlü batır. 
 


 
284 
Batırla bağlı tətbiq olunmuş troplar, epitetlər, hiperbola-
lar  türk  xalqlarının  digər  qəhrəmanlıq  eposu  üçün  də  xarak-
terikdir. Epik qaydalara uyğun olaraq batır öz döyüş dostu olan 
atından (Tayburıldan) və yaxınlarından – bacısı Qarlıqaş, sev-
gilisi Qurtqa və başqalarından ayrılmazdır. Ənənəvi epitetlər və 
müqayisələr  onun  tülparının  yüksək  keyfiyyət  göstəricisinə 
malik  olduğunu  sübut  edir.  Atın  möcüzəliyi  onun  bəzi 
detallarının  sadalanması  ilə  qeyd  olunur  –  çulu  qızılla  tikilib, 
yəhər  qayışı  qızıldan,  qızıl  nalları,  dəri  tərliyi  və  s.  vardır. 
Bundan başqa, tülparın digər keyfiyyətlərindən də danışılır: 
 
Aлтын, кумiс кыяк жал, 
Лебiзiн сенiн сары алтын, 
Устiндегi тугiннiк 
Жары кумiс, жары алтын. 
Жан серiгiм, Бурыл ат (3,103) 
 
Bu bəndi tərcümədə aşağıdakı kimi vermişik: 
 
Quyruğu sıx, yumşaq yal
Altındur, gümüşdür yal. 
Sanki  səsi altındur, 
Tüklər gümüş, altındur. 
Can özəyim, at Burıl. 
 
“Koblandı-batır”  eposunun  poetikasını  xeyli  dərəcədə 
bədii  priyomlar  kompleksi  xarakterizə  edir  ki,  bu,  yuxarıda 
qeyd  etdiyimiz  kimi,  ümumtürk  ənənəsi  ilə  müəyyənləşir. 
Batır, onun yaxınları, silahdaşları daim işlənən epitet, metafora 
və  müqayisələrlə  fərqləndirilir.  O,  güclü  heyvanlarla,  quşlarla 
müqayisə  olunur,  məsələn,  şirə,  pələngə,  canavara,  qartala, 
şahinə,  nərə,  qoşqara,  quzuya,  qulana,  köşəyə  bənzədilir. 
Məsələn,  “Koblandı-batır”,  yaxud  digər  batırları  “Arıstanım”, 
“Arıstan Koblandı”, “Jolbarsım”, “Quzum”, “Qulanım” çağırır-


 
285 
lar  ki,  onlar  qədim  ənənələrə  görə  cəsurluq,  ruh  yüksəkliyi 
ifadəçisi kimi nəzərdən keçirilir.  
“Koblandı-batır”  qəhrəmanlıq  dastanı  qədim  qazax  şeiri 
nümunəsinə  (jıra)  söykənərək  yeddi-səkkiz  hecalıqla  yazıya 
alınmışdır.  Qazax  jır  metrikasının  özünəməxsusluğu  onunla 
müəyyənləşir  ki,  qazax  şeirinin  digər  növləri  də  məhz  heca 
prinsipinə  əsaslanır.  Yeddi  hecalıq  aramla  səkkiz  hecalığa  və 
əksinə keçərək davam edir. Jır ciddi bənd təşkilindən məhrum-
dur.  Lakin  poetik  nitq  jırda  bir  neçə  qrup  şeirə  bölünür  ki,  o, 
tiradanın  müxtəlif  həcmini  təşkil  edir.  Tirada  təxminən  dörd-
beş  sətirdən  tutmuş  iyirmi  beş  və  daha  artıq  sətirlər  qrupudur 
ki,  onlar  məna,  intonasiya  qapalılığı  və  qafiyə  ilə  bir-birinə 
birləşir.  Əksər  hallarda  tirada  jırda  bir  neçə  sadə  cümlədən 
ibarət  olmaqla,  intonasiyalı-sintaktik  dövrə  yaradır.  Tiradalar 
jırda  dörd,  altı  sətirdən  ibarət  nitq  dövrələri  ilə  çarpazlaşır. 
Bəzən tiradada iri cümlələr ola bilir ki, onların əsasında sintak-
tik  paralelizm,  təkrirlər  özünə  yer  alır.  Sonuncu  fikri  tamam-
layan baş cümlə bəzən bir neçə feli sifət, feli bağlama dövrəsini 
qapatmaqla emosional gərginliyin artmasına şərait yaradır.  
Qazax jırında iki növ - əsas və köməkçi qafiyə olur. Jırda 
vahid əsas qafiyədən istifadə mühüm əhəmiyyətə malikdir. Hər 
dəfə yenidən yarandıqda o, poetik nitqin intonasiya gərginliyini 
cilalayır,  köməkçi  qafiyə  isə  yalnız  bir  neçə  əsas  qafiyədən 
kənarda  olanları  əhatə  edir.  Və  hər  dəfə  də  əsas  qafiyə  yaran-
dıqdan sonra köməkçi qafiyə yeniləşir.  
Tərcümə zamanı biz qazax jırının yeddi-səkkiz hecalığını 
Azərbaycan  şeirinin  yeddi-səkkizlik  heca  vəzni  ilə  verməyə 
çalışdıq. 
“Koblandı-batır”ın  rus  tərcüməsindən  fərqli  olaraq,  biz 
dastanda hərfi (sətri) tərcümədən mümkün qədər kənarlaşmağa 
çalışdıq. Bu isə xeyli çətinliklərlə bağlıdır. Çünki əsər üçün ilk 
növbədə qazax xalq poezisiyasının ənənəvi obrazlılığı spesifik-
dir və xeyli məqamlarda Azərbaycan türkcəsində onların ekvi-
valentini  tapmaq  həm  də  nəzərə  çarpacaq  problemlər  yaradır. 


 
286 
Bundan başqa, tərcümə zamanı heç də bütün hallarda orijinalın 
sintaktik  xüsusiyyətləri  saxlanılmır.  Bəzən  cümlələr,  poetik 
nitq bir neçə sadə konstruksiyalarla verilir, bəzən felin zaman, 
növ  kimi  göstəricilərini  də  saxlamaq  mümkün  olmadıqda,  biz 
onları  dəyişdirərək  tərcümənin  özünə  uyğun  şəkildə  təqdim 
etməyə çalışmışıq. 
 
 
İstifadə edilmiş ədəbiyyat 
 
1.
 
Гоголь  Н.В.Полн.собр.соч.  В.  14-ти  т.,  т.8.  М., 
«Гослитиздат», 1952. 
2.
 
Кидайш-Покровская Н.В. Перевод тюркоязычных 
эпических памятников в академической серии // Фольклор. 
Издание эпоса. М., «Наука», 1977. 
3.
 
Кобланды  Батыр.  Казак  халкынын  батырлык 
эпосы. М., «Наука», 1975.  
4.
 
Львов  В.  Заметки  крохобора.  Журн.  «Дружба 
народов», 1982, № 6. 
5.
 
Нелюбин  Л.А.  Толковый  переводоведческий 
словарь. М., Флинта Наука, 2003. 
6.
 
Скосырев  П.  Наследство  и  поиски.  М.,  «Сов. 
писатель», 1961. 
  
  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə