Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə58/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

 
280 
Булар да ерiп келедi. 
Тустiк жерге келгенде, 
Сол уакытта сöйлейдi, 
Карындасы Карлыгаш (3, 91-92)  
 
Bu  sətirləri  biz  Azərbaycan  türkcəsinə  belə  çevirməyə 
üstünlük verdik: 
 
Koblan Burıla mindi, 
Ağ zirehin geyindi, 
Qılıncı beldən asdı 
Noğay papağı geydi. 
Birinci gün günorta 
Qaraspan dağın keçib 
Kıyat tərəfə çapdı, 
Getdi belə Koblandı. 
Doxsan yaşlı Toxtarbəy, 
Altmış yaşlı Analıq, 
Qarındaşı Qarlıqaş, 
Gözəl Qurtqa qaraqaş. 
Onlar dördü də birgə
Koblan batır dalınca, 
Bir səmtə üz qoydular
Yaman cana doydular. 
Gün ortaya gələndə 
Bacısı Qarlıqaş dedi: 
 
Qeyd edək ki, epik əsərlərin tərcüməsinin xarakteri bədii 
əsərdə  elmiliyin  və  bədiiliyin  vəhdətini  saxlamağı  zəruri  edir. 
Elmi,  bədii  tərcümə,  hər  şeydən  öncə,  orijinal  və  tərcümə 
dilində yaranan ümumi problemlərin həll olunması baxımından 
ortaya çıxır.  
“Koblandı-batır”ın tərcüməsində doğruluğu, ekvivalentli-
yi  əldə  etmək  üçün  biz  ilk  növbədə  onun  poetik  strukturunun 


 
281 
bütün xüsusiyyətlərini əsərin janr spesifikliyi baxımından qoru-
yub saxlamağa çalışdıq. Buna görə də diqqətlə müşahidə apa-
rılsa,  görəcəyik  ki,  hər  bir  konkret  məqamda  mütərcim 
təhkiyənin  xarakterini  qoruyub  saxlamağa  can  atır.  Bu  isə  söz 
və  ifadələrin,  onların  sintaktik  baxımından  təşkilinin  xüsusi 
şəkildə  seçilməsi  ilə  bağlı  olur,  müvafiq  leksik-semantik  uy-
ğunluqlar  axtarılıb  tapılır,  təhkiyənin  emosional  tonu  qorunur 
və,  beləliklə,  mətnin  məzmunu  ilə  bağlı  tərcümə  olunan  nə 
varsa, onun bütün komponentləri ilə üzvi surətdə uzlaşır. 
Digər  epik  poemalarda  olduğu  kimi,  “Koblandı-batır” 
dastanı  üçün  qədim  epik  hekayət  poetikasının  xüsusiyyətləri, 
daha  çox  uzunçuluq  və  təkrarlar  vardır.  Təkrarlar  əsasən  das-
tandakı  “ümumi  yerlər”  üçün  daha  səciyyəvidir.  Burada  eyni 
tipli hərəkət, davranış və süjet hadisələri daha tez-tez təkrarlar 
üçün şərait yaradır: qəhrəmanın döyüşə hazırlığı, doğmaları ilə 
vidalaşması,  doğmaların onu bu döyüşdən çəkindirməsi,  müx-
təlif tipli  yarışlarda, döyüşlərdə batırın  rəşadəti və s.  bu qəbil-
dəndir.  Təkrarlar  bədii  obrazlı  formulların  qəhrəmanın  daxili 
hiss  və  həyacanlarını,  ürək  çırpıntılarını  verməyə  xidmət  edir, 
döyüşün  başlanğıcı  hərbə-zorba,  söz  atışmaları  ilə  başlayır  və 
daha  sonra  ziddiyyətli  dialoqlara  keçir  ki,  burada  biz  stereotip 
müraciətlərlə,  hədələrlə,  qəhrəmanın  özünü  öyməsi  və  s. 
məqamlarlı  görürük.  Bu  xüsusiyyət  “Koblandı-batır”da  özünü 
daha çox biruzə verməkdədir. 
“Koblandı-batır”ın digər bir cəhətini də qeyd etməyə eh-
tiyac vardır. Bu, bir sıra hallarda söyləyicinin  dastanın ümumi 
mətninə  uyğun  gəlməyən  məqamları  mətnə  daxil  etməsi  ilə 
əlaqədardır.  Belə  məqamlar  bəzən  mətnin  nə  əvvəli,  nə  də 
sonrakı hissələri ilə uzlaşmır, onlar əsər daxilində yamaq kimi 
görünür və nəticə etibarilə dastanın bədii-poetik keyfiyyətini də 
yüksəltmir.  Lakin  buna  baxmayaraq,  onlar  epik  mətndə  yer 
tutmaqdadır.  Tərcümə  prosesində  biz  belə  halları  təxminən 
otuza yaxın sayda izlədik.  


 
282 
Maraqlıdır ki, söyləyicilər bu tipli kontaminasiyaları gah 
bir,  gah  iki,  gah  üç,  gah  dörd,  gah  da  beş  sətirdən  ibarət 
olmaqla mətnə  əlavə  edirlər ki,  bu da  əksər hallarda qafiyənin 
daha  da  mükəmməl  tutulması  və  bəzən  bəndin  tamlığını  əldə 
etmək naminə yaradılır. “Koblandı-batır”da 480-490, 870-880, 
920-940,  990-1000,  1240-1250,  1730-1740,  1940-1950,  2240-
2250,  2260-2270,  2400-2410,  2590-2600,  2630-2640,  2730-
2740,  3280-3290,  3360-3370,  3510-3520,  3550-3560,  4060-
4070,  4100-4110,  4160-4170,  4250-4260,  4340-4350,  4370-
4380,  4740-4750,  4830-4880,  5380-5390,  5900-5910,  6440-
6450-ci və sair sətirlər arasında belə “əlavələr” özünə daha çox 
yer almaqdadır. 
Təhkiyədə  mətnə  daxil  edilən  və  mətnlə  heç  bir  əlaqəsi 
olmayan  bu  sətirlər  qəhrəmanların  monoloqu,  yaxud  digər 
bəndə keçid alınan zaman baş verir. Adətən, onlar ya söyləyici 
tərəfindən  qafiyə  axtaran  zaman,  ya  da  dinləyicidə  (oxucuda) 
müəyyən  psixoloji  əhvalı-ruhiyə  yaratmaq,  ya  da  təhkiyənin 
emosional-ekspressiv gücünü, qavrayışını artırmaq naminə edi-
lir.  Biz  də  tərcümə  zamanı  mümkün  qədər  ənənəvi  epik  heka-
yətçiliyin  belə  xüsusiyyətlərini  saxlamağa  üstünlük  verdik, 
bəzən  Azərbaycan  oxucusu  üçün  anlaşıqlı  olmayan  söz,  ifadə 
və anlayışları xüsusi izahlarda verməyə çalışdıq.  
“Koblandı-batır”  qəhrəmanlıq  eposunda  digər  dastanlar-
da olduğu kimi, çoxsaylı xüsusi əfsanəvi adlar, coğrafi termin-
lər-toponimlər,  zoonimlər,  oykonimlər,  oronimlər,  astronomik 
adlar vardır.  Bu tipli leksik anlayışları da biz mətnə izahlarda 
təqdim  etmişik.  Məsələn,  “Aynagül”,  “Azulı”,  “Atasu”, 
“Qaratau”, “Qaraşa”, “Közdi göl”, “Qırlıqala” kimi yer adları; 
əfsanəvi  “Dariqə”,  -  batır-qız,  “İlyas”  –  Bibliyadakı  İliya 
peyğəmbərə  yaxın  obraz,  “Qəmbər”  -  su  kultu  ilə  bağlı  olan 
qədim allahlardan birinin adı, “Qeys-Kövsər” – müsəlmanların 
inancına  görə  cənnət  bulağı;  “Kuptan”-  namazın  sonuncusu, 
“Namazdigər”  –  üçüncü  namaz,  “Namazşam”  –  dördüncü 
namaz, “Qiblə” – Məkkəyə yön tutma, “Pir” – müqəddəs qoca, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə