Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

 
273 
nəşrə  hazırlanmışdır.  Dastanın  həm  qazax,  həm  də  qeyri-türk 
xalqları üçün əsaslı şəkildə qavranılması ilə bağlı tədqiqatçılar 
kitaba  “Koblandı-batır”  qəhrəmanlıq  poeması”  adlı  geniş  şərh 
də  yazmışlar.  Bu  şərhdə  “Koblandı-batır”ın  yaranma  tarixi, 
onun qazax xalq şifahi yaradıcılığında və epik təfəkkür tərzində 
yeri, əsərdə qazaxların dünyagörüşünün əksi, baş qəhrəmanlar, 
əsas  obrazlar  haqqında  məlumatlar,  kontaminasiyalar,  islam 
düşüncə  tərzinin,  müsəlmanlığın  dastan  poetikasına  təsiri, 
yadelli işğalçılara qarşı mübarizə, batırlıq ənənələri və s. məsə-
lələrə  diqqət  yetirilmiş,  bir  sözlə,  “Koblandı-batır”ın  poetikası 
ilə bağlı dəyərli fikirlər irəli sürülmüşdür.  
“Koblandı-batır”  qazax  xalqının  epik  poeziyasının  möh-
təşəm  nümunəsidir.  Qəhrəmanlıq  poemaları  sırasında  öz  
irihəcmliliyi  ilə  seçilən  bu  əsər  bəzi  variantlarda  altı  mindən 
doqquz min sətirə qədərdir.  
“Koblandı-batır”ın dövrümüzə çatmasında söyləyici-imp-
rovizatorların, jırau və akınların rolu danılmazdır. Böyük qazax 
etnoqrafı və folklorşünası G.G.Valixanov hələ XIX əsrin orta-
larında bu əsəri jırauların heç bir hazırlıq olmadan söyləyərkən 
yüksək ustalıq nümayiş etdirdiklərini qeyd etmişdir.  
“Koblandı-batır”ın  Azərbaycan  türkcəsinə  tərcüməsi 
zamanı biz hər şeydən əvvəl tərcümənin orijinalın xarakterik xü-
susiyyətlərini saxlamağa, orijinal mətnin “üslubi açar”ının təbii-
liyini  qorumağa  çalışmışıq.  Təbii  ki,  “Koblandı-batır”ın  sə-
ciyyəvi  xüsusiyyətlərini  yalnız  tərcümə  praktikası  ilə  tanış  ol-
maqla  həyata  keçirmək  olmazdı.  Burada  ilk  növbədə  karımıza 
gələn yaradıcı təsəvvürlərlə tədqiqatçılıq bacarığını üzvi şəkildə 
birləşdirmək oldu. Daha doğrusu, tərcümənin tarixinin, nəzəriy-
yəsinin  və  praktikasının  əsaslarını  yetərincə  mənimsəmə,  milli 
özünəməxsusluq və onun tərcümə zamanı saxlanılmasının nəyin 
köməyi ilə yaranması probleminə dürüst cavab axtarmağımız bu 
tərcümənin orijinal səslənməsi üçün şərait yaratdı.  
Yeri gəlmişkən qeyd edək ki, rus tərcüməşünası L.L.Nel-
yubin  tərcümənin  otuzdan  yuxarı  müddəaları  əks  etdirdiyini 


 
274 
müəyyənləşdirmişdi. Bu müddəalardan hər biri müxtəlif müstə-
vilərdə məqbul sayılsa da, bir müddəa, zənnimizcə, tərcümədə 
daha  əsaslıdır:  bu,  əslin  elə  tam  şəkildə  verilməsidir  ki,  orada 
hər  hansı  kənarlaşmaya  yol  vermədən  dolğun  əvəzlənmə  apa-
rılmalıdır  (5,  140).  Eyni  zamanda  bu  da  yaddan  çıxarılmama-
lıdır  ki,  tərcümə-orijinalın  izahıdır.  Çünki  elə  etmək  lazımdır 
ki, tərcümədə hər şey oxucuya aydın olsun.Buna görə də bədii 
sözün digər dildə verilməsindən söhbət getdikdə türk xalqları-
nın  epik  yaradıcılığında  çoxmənalılıq,  metaforiklik  və  digər 
bədii  təsvir  vasitələrindən  yerli-yerində  istifadəni  də  nəzərdən 
qaçırmaq  məsələyə  münasibətdə  diletantlıq  kimi  görünərdi. 
Bununla belə əslin dürüst çatdırılması heç də yalnız gərəkli dil 
vasitələrinin  axtarılıb  tapılması,  orijinalın  obrazlı  sözlərini  çe-
virməklə  məhdudlaşmır.  Belə  monumental  əsərlərin  tərcümə-
sində mütərcimin, həm də folklorşünaslıq və ədəbiyyatşünaslıq 
çərçivələrindən  kənara  çıxmasını  ortaya  gətirir  ki,  burada 
mütəxəssisdən  tərcümə  etdiyi  xalqın  mədəniyyətini,  baxışla-
rını,  tarixini,  etnoqrafiyasını,  epik  düşüncəsini  bilməsi  və  s. 
tələb olunur. Tərcüməşünaslardan birinin dediyi kimi, tərcümə-
çi bu gün konkret mədəniyyətin nümayəndəsi deyildir. Burada, 
o,  əsil  ölkəşünas,  tarixçi  və  sənətkar  olmalıdır”  (4,  256).  Elə 
buna görə də N.V.Kidayş-Pokrovskaya bildirir ki, məhz bunlar 
ənənəvi  xarakterli  poetik  ifadələrin,  arxaizmlərin,  realilərin, 
anlayış  və  adların,  atalar  sözünün,  spesifik  obrazlılığın  tam 
şəkildə başa düşülməsinə və tərcümə dilində verilməsinə şərait 
yaradır (2, 120.). Doğrudan da, bunları bilmədən tərcümə mət-
ninin  milli-xarakterik  mahiyyətini  nə  duymaq,  nə  də  onu 
tərcümə edərkən itkilərdən kənarlaşmaq mümkün omaz.  
“Koblandı-batır”ın  Azərbaycan  türkcəsinə  tərcüməsinə 
belə  bir  mövqedən  yanaşma,  elə  zənn  edirik  ki,  iş  prosesində 
bizə  daha  çox  yardımçı  oldu.  Poemanın  tərcüməsi  zamanı  biz 
doğru-dürüst tərcüməyə (hərfi tərcüməyə yox) üstünlük verdik. 
Çalışdıq  ki,  qazax dilinin və qazax xalq  şeirinin  yüksək məna 
dəqiqliyini  saxlamaqla,  bu  qədim  abidənin  ümumi  ideya-bədii 


 
275 
məzmununu öz müasirlərimizə mümkün qədər itkisiz çatdıraq. 
Bu  isə,  təbii  ki,  o  deməkdir  ki,  tərcümədə  biz  heç  də  sözləri 
saxlamağa  üstünlük  vermək  yox,  mənanı  və  orijinalın  bədii-
ifadə  strukturunu  çatdırmağa  meyilli  olduq.  Bilərək  ki,  hərfi 
(həm  də  sətri)  tərcümə  orijinala  münasibətdə  heç  də  səmərəli 
üsul  hesab  edilə  bilməz və  sərbəst  tərcümə  zamanı  mətn  düz-
gün tərcümə olunmadıqda ona ciddi ziyan dəyə bilər, buna görə 
də  bu  yoldan  da  kənarlaşmağa  üstünlük  verdik.  Elə  etdik  ki, 
tərcümədə  təbiiliyi  əldə  etməklə,  onun  orijinal  paralelliyinə, 
adekvatlığına  nail  olaq.  Bunun  canlı  illüstrasiyası  üçün  oriji-
nala və tərcüməyə müraciət edək: 
 
Keшегi öткeн заманда 
Karaкыпшак Кобланды 
Aтасы мунын Токтарбай 
Халыктан аскан болды бай. 
Байлыгында есеп жок, 
Айдалып багып жайылды 
Торт mулiк малдын бəрi сай. 
Жаз жайлагы Кöздi кöл, 
Кöздi, кöлi жайлаган 
Калын кыпшак жагалай. (3, 65) 
 
Xalq  dastanlarının  başlanğıcının  dürüst  tərcüməsi  vacib 
olduğundan  biz  bu  sətirləri  mümkün  qədər  orijinala  uyğun 
olmaqla, dilimizin leksik-semantik imkanlarından geniş istifadə 
etməklə ortaya qoyduq: 
 
Keçmiş, ötmüş zamanda
Qaraqıpçaq elində 
Bir Koblandı varıydı, 
Atası bunun Toktarbəy, 
Xalqa yaxşı tanış bəy, 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə