Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə55/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

 
269 
10.
 
Валиханов  Ч.Ч.  Записка  №  1.  Сочинения.  СПБ., 
1904, Т. XXIX. 
11.
 
Валиханов Ч.Ч. Киргизское родословие. Собр.соч. 
В 5-ти т., Т.1. Алма-Ата, 1961. 
12.
 
Ерзакович  Б.Г.  Нотные  записи  мелодий  из  эпоса 
«Кобланды-батыр» 
// 
Кобланды-батыр. 
Казахский 
героический  эпос.  М.,  Главная  редакция  восточной 
литературы «Наука», 1975. 


 
270 
“Koblandı-batır” dastanının Azərbaycan dilinə 
tərcüməsində milli  özünəməxsusluğun saxlanılması 
 
Türk xalqlarının epik abidələri, əsasən, yazıya alındıqdan 
sonra  digər  xalqların  ixtiyarına  verilmişdir.  Başqa  xalqların 
türklərin  epik  abidələri  ilə  tanışlığı  yalnız  onların  bu  və  ya 
digər dillərə tərcümə olunmasından sonra mümkün olmuşdur. 
Təbii  ki,  hər  bir  epik  abidə  çoxsaylı  söyləyicilərdən 
qələmə alındıqdan sonra ona münasibət daha da ciddiləşmişdir. 
Epik  əsərlərin  əsaslı  nəşri  bütün  hallarda  daha  mükəmməl 
variantı seçib ortaya qoymaqla reallaşır. 
Türk xalqlarının epik abidələrinin Azərbaycan türkcəsinə 
elmi  və  bədii  tərcüməsi  praktikası  heç  də  zəngin  deyildir.  Bu 
günə qədər belə tərcümə işinin nəzəri, tarixi və praktik aspekt-
ləri  də  işlənib  hazırlanmamışdır.  Bu  isə,  məlum  olduğu  kimi, 
türklərin  epik  yaradıcılığının  bir  xalqın  dilindən  digərinə  tər-
cümə işini, xeyli dərəcədə çətinləşdirir. Bəri başdan qeyd edək 
ki,  əgər  rus  epik  abidələri,  bılinaları,  tarixi  nəğmələri  və  s. 
şifahi  ədəbiyyat  nümunələri  Azərbaycan  türkcəsinə  və  Azər-
baycan  dastanları,  xalqımızın  digər  yaradıcılıq  nümunələri  rus 
dilinə bir neçə dəfə tərcümə olunmuşsa, türk xalqlarının zəngin 
mədəni-mənəvi  sərvəti  olan  abidələr  türklərin,  o  cümlədən 
Azərbaycan türklərinin dillərinə tərcümə edilmiş, nə də uyğun-
laşdırılmamışdır.  Bunun  əsasən,  türklərin  özlərinin  mental 
keçmişlərinə müəyyən mənada, həm də onların diqqətsizliyi ilə 
əlaqələndirilməsi  daha  məntiqə  uyğun  görünməkdədir.  Eyni 
zamanda  zəngin  və  qədim  monumental  abidələri  ilə  dünya 
xalqları  yaradıcılğında  aparıcı  mövqedə  duran  türk  epik 
dastanları – “Manas”, “Alpamış”, “Koroğlu”, “Koblandı-batır”, 
“Yer  Tarqın”,  “Yer  Ziuar”,  “Qırx  qız”,  “Canıl  Mirzə”,  “Ural 
Batır”,  “Maaday  Qara”,  “İdukay  və  Muradım”,  “Olonxo”, 
“Nurgun  Bootuur”  və  s.  folklorşünasların  yekdil  fikrinə  görə, 
bəşər övladının əvəzsiz örnəklərindəndir. Belə olduğu halda, nə 
üçün  bu  nümunələri  türk  xalqlarının  özləri  öz  aralarında  tər-


 
271 
cümə,  yaxud  uyğunlaşdırma  yolu  ilə  bir-birinə  çatdırılmamalı 
idi?!  Elə  bu  ehtiyac  üzündən  də  biz  qazax  xalq  qəhrəmanlıq 
eposu “Koblandı-batır”a müraciət etdik.  
Qeyd  edək  ki,  “Koblandı-batır”  dastanı  ilə  yaxın  tanışlı-
ğımız hələ səksəninci illərdən başlamışdır. Məhz o dövrlərdən 
bu  sətirlərin  müəllifi  indiki  Bakı  Slavyan  Universitetinin         
(o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və 
Ədəbiyyatı  İnstitutu)  Rus  sovet  ədəbiyyatı  kafedrasında  çalı-
şarkən  SSRİ  xalqları  ədəbiyyatı  fənnini  aparırdı  və  bu  kursda 
əsasən  Orta  Asiya  və  Qazax  ədəbiyyatları  tədris  olunurdu. 
“Manas”, “Alpamış”, “Qırx qız”la  yanaşı,  həm  də diqqətimizi 
“Koblandı  batır”dakı  monumentallıq,  məzmun  özünəməxsus-
luğu,  kompozisiya  spesifikliyi  cəlb  etmişdi.  Təxminən  həmin 
dövrlərdən də bu dastanın bəzi yerlərinin Azərbaycan türkcəsi-
nə  uyğunlaşdırılmasına  başlamışdıq.  Sonralar  biz  neçə  dəfə 
Azərbaycan radiosu ilə türk xalq dastanları, o cümlədən, “Kob-
landı-batır”  eposunun  bu  və  ya  digər  keyfiyyətləri  haqqında 
dinləyicilərə  məlumat  vermişdik.  Qeyd  etdiklərimizlə  yanaşı, 
həm  də  türk  etnoslarına  olan  rəğbət  “Koblandı-batır”  dastanı-
nın  tərcüməsinin  reallaşmasına  xeyli  dərəcədə  kömək  etdi. 
Məhz  belə  xüsusi  hazırlıq  dövründən  sonra  biz  “Koblandı-
batır”ın  Azərbaycan  tərcüməsi  üzərində  diqqəti  cəmləşdirməli 
olduq. Digər bir mühüm məqamı da nəzərdən qaçırmaq olmaz. 
Belə ki, iyirmi ildən artıq bir zaman kəsiyində qaraqalpaq xal-
qının  etnogenezini,  folklorunu,  psixologiyasını,  həyata  baxış-
larını,  dünyagörüşünü,  tətbiqi  sənətini,  mərasim  adətlərini, 
klassik və müasir ədəbiyyatını paralel olaraq öyrənməkdə, mə-
qalələr çap etdirməkdə, kitablar yazmaqdayıq. Qaraqalpaqların 
folkloruna  vurğunluq,  “Qırx  qız”  qəhrəmanlıq  dastanının  spe-
sifik  xüsusiyyətlərini  dərindən  öyrənmə  bu  xalqın  nağıllarının 
Azərbaycan türkcəsinə tərcüməsi ilə nəticələndi və biz 2006-cı 
ildə “Qaraqalpaq xalq nağılları”nı tələbkar oxucularımızın ixti-
yarına  verdik.  “Qaraqalpaq  xalq  nağılları”  oxucu  ictimaiyyəti 
tərəfindən yüksək qarşılandı və bu, qaraqalpaqlar haqqında xal-


 
272 
qımızın  təsəvvürlərini  nəzərəçarpacaq  dərəcədə  genişləndirdi. 
“Nağıllar”ın  ardınca  isə  biz  “Qaraqalpaq  ədəbiyyatı”  kitabını 
oxuculara  təqdim  etdik.  Qaraqalpaqların  həyatı,  folkloru,  epik 
abidələri  üzərində  iş  bizi  qazaxların  mədəni-mənəvi  aləminə 
daha  da  yaxınlaşdırdı.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  həm 
qazaxlar,  həm  qaraqalpaqlar  qıpçaq  türkləridir,  hər  ikisinin 
çoxsaylı  etnogenetik,  etnopsixoloji,  etnomədəni  yaxınlıqları 
mövcuddur.  Uzun  zaman  kəsiyində  qazaxlar  və  qaraqalpaqlar 
Noğay Ordası və Qızıl Orda tərkibində olmuş, yadelli düşmən-
lərə qarşı birgə  müqavimət  göstərmiş,  adət-ənənələri bir-birin-
dən qaynaq almış, inkişaf etmişdir. Bəzən eyniadlı qəhrəmanlıq 
dastanları,  məhəbbət  poemaları,  tarixi  nəğmələr  həm  qazaxla-
rın,  həm  qaraqalpaqların  milli-mədəni  sərvəti  kimi  dəyərlən-
dirilmiş  və  bu  gün  də  dəyərləndirilməkdədir.  Bütün  bunlar 
nəzər  diqqətimizin  “Koblandı  batır”  üzərinə  yönəlməsini  daha 
da aktuallaşdırdı və biz “Koblandı batır”ın sistemli tərcüməsinə 
başladıq.  
Mənbə  olaraq  1975-ci  ildə  Moskvada  Şərq  Ədəbiyyatı 
Baş  Redaksiyasının  təklifi  ilə  “Nauka”  nəşriyyatında  SSRİ 
Elmlər  Akademiyasının  M.Qorki  adına  Dünya  Ədəbiyyatı  və 
Qazaxıstan SSR Elmlər Akademiyasının M.Auezov adına Ədə-
biyyat  və  İncəsənət  İnstitutunun  birgə  hazırladığı  “Koblandı-
batır”  qazax  xalqının  batırlıq  eposu”  kitabında  qazax  və  rus 
dillərində  oxuculara  təqdim  olunmuş  mənbəyə  istinad  edərək 
altı  min  dörd  yüz  doxsan  sətirdən  ibarət  mətni  götürüb  həm 
qazax, həm də rus dilində dəfələrlə oxuduq. Yer adları, obraz-
lar,  idiomatik  ifadələr,  spesifik,  sırf  qazax  leksik-semantik 
çevrəsində işlənən hallarda zəruri hesab etdikdə rus dilində elə 
həmin  bu  kitabda  təqdim  olunmuş  sətri  tərcüməylə  tutuşdur-
duq, hansı söz, məna və ifadənin konkret çevrədə daha dolğun 
səslənməsini  və  yerinə  düşməsini  yəqin  etdikdən  sonra  onlar-
dan çevirmədə istifadə etdik.  
Qeyd  edək  ki,  “Koblandı-batır”  qəhrəmanlıq  dastanı 
N.V.Kidayş-Pokrovskaya  və  O.A.Nurmaqambetova  tərəfindən 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə