OYKONİMLƏRİN ETİMOLOJİ XÜLASƏSİ
AĞARƏHİMOBA
. Rayonun Qımılqışlaq İƏV-də (İnzibati
Ərazi Vahidi) kənd. XIX əsrin ortalarında Quba rayonunun Cek
kəndindən köçmüş ailələrin həmin kəndə məxsus (Ağarəhim adlı
şəxsin) qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır.
Oykonim
“Ağarəhimin obası, Ağarəhimə məxsus oba”
mənasındadır.
AĞAŞİRİNOBA. Kənd rayonun Çinartala İƏD-ə (İnzibati
Ərazi Dairəsi) daxildir. XIX əsrin ortalarında Quba rayonunun
Qrız kəndinə məxsus qışlaq yerində salınmışdır. Oykonim
Ağaşirin (antroponim – şəxs adı) və
oba komponentindən ibarət
olub,
“Ağaşirinə məxsus el, nəsil, yurd” dəməkdir.
AĞAVERDİOBA. XIX əsrin II yarısında Qrız kəndinin sakini
Ağaverdi adlı şəxsin oba yerində salınmış bu kənd Qusarçay İƏV-
nə daxildir. Oykonim
“Ağaverdiyə məxsus oba,
el” mənasındadır.
AĞÇAY
. Rayonun Niyazoba İƏV-də kənd. XIX əsrdə gəlmə
rusların məskunlaşması ilə əlaqədar
Vasilyevka adlandırılırdı.
Hidronim mənşəli bu oykonim Ağçayın sahilində yerləşdiyi üçün
belə adlandırılmışdır. 1992-ci ildən
Ağçay kimi qeydə alınmışdır.
AĞTALA. Nərəcan İƏV-də kənd. XIX əsrin ortalarında burada
rusların məskunlaşması ilə əlaqədar adı dəyişdirilərək
Rodnikovka
(bulaqlı yer) adlandırılmışdır.
“Ağ” sözünün ifadə etdiyi semantik çalarlar çox müxtəlifdir.
Bir sıra coğrafi adların tərkibində bu söz rəng mənasını (Ağdərə,
Ağçay), bir qismində isə keyfiyyət mənasını (Ağsu) ifadə edir.
Ağtala oykoniminin tərkibindəki
“ağ” sözü
“kiçik, xırda, çox
geniş ərazi olmayan, balaca” mənasını ifadə edir. Oykonim
ağ
(kiçik) və
tala (sahə) sözlərindən düzəldilib
“kiçik sahə” demək
dir .
49
ARANOVKA
. Rayonun Müskür İƏV-də kənd. Oykonimin bir-
inci komponentindəki
aran sözü yaylaq yerlərə nisbətən alçaq və
iqlimcə isti olan yerlər mənasındadır. Rusların ərazidə məskun -
laşması ilə əlaqədar Aranovka adlandırılmışdır. 1992-ci ildən
kəndin adı dəyişdirilərək
Əzizli adlandırılmışsa da, hələ də bəzi
mənbələrdə
Aranovka kimi göstərilir.
ARMUDPADAR. Rayonun Yergüc İƏV-də kənd. 1933-cü ildə
Xaçmaz rayonu ərazisində eyniadlı üç kənd qeydə alınmışdır.
Mənbələrdə
padarların Səfəvilər tərəfindən İrandan (Cənubi
Azərbaycandan) köçüb gəlmələri qeyd olunur.
Padarlarla bağlı
olan və
Padar adlanan başqa bir yaşayış məntəqəsindən fərqlən -
dirmək məqsədi ilə belə adlandırılıb. Padar etnooykonimi Ağsu,
Dəvəçi, Sabirabad, Oğuz rayonları ərazilərində tək, Xaçmaz ray-
onunda isə kəmiyyətcə iki olduğuna görə, birinə
armud fərqlən -
dirici ünsürü əlavə edilmiş və beləliklə, onovahidin
di fe ren sial laş ması baş vermişdir (20, 153).
Yerli sakinlər oykonimin tərkibindəki
armud sözünü bu
yerlərdə vaxtilə çoxlu armud bağlarının olması ilə əlaqələndirir.
Əslində isə,
Armudpadar oykoniminin
padar tərkibi
oğuz-səlcuq
tayfalarından
biri olan padarlarla bağlıdır.
Əksər mənbələrdə ən məşhur oğuz tayfalarından biri kimi
təqdim edilən padarların Elxanilər dövründə Orta Asiyadan
Azərbaycana köçürülmüş 200 min türkdilli ailə içərisində mühüm
yer tutmaları qeyd edilmişdir. Onlar əvvəl Cənubi Azərbaycanda
yaşamış, XI–XVII əsrlərdə – Səfəvilər dövründə isə müəyyən
hissəsi dağıstanlıların (ləzgilərin) qarşısını almaq məqsədilə Şimali
Azərbaycana köçürülmüşdü (15, 86).
Mənbələrdə onların daha sonrakı dövrlərdə ictimai-iqtisadi
hadisələrlə əlaqədar yerlərinin dəyişməsi və səpələnərək müxtəlif
zonalarda məskunlaşmaları haqqında məlumatlar var. Yeni
saldıqları yaşayış məntəqələri də onların etnik adı ilə adlandırıldığı
üçün təkrarlanan adların yaranmasına səbəb olmuşdur. Bir-birinə
51