Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ


OYKONİMLƏRİN ETİMOLOJİ XÜLASƏSİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə13/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

OYKONİMLƏRİN ETİMOLOJİ XÜLASƏSİ
AĞARƏHİMOBA
. Rayonun  Qımılqışlaq  İƏV-də  (İnzibati
Ərazi Vahidi) kənd. XIX əsrin ortalarında Quba rayonunun Cek
kəndindən köçmüş ailələrin həmin kəndə məxsus (Ağarəhim adlı
şəxsin) qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır.
Oykonim  “Ağarəhimin  obası,  Ağarəhimə  məxsus  oba”
mənasındadır. 
AĞAŞİRİNOBA. Kənd  rayonun  Çinartala  İƏD-ə  (İnzibati
Ərazi Dairəsi) daxildir. XIX əsrin ortalarında Quba rayonunun
Qrız  kəndinə  məxsus  qışlaq  yerində  salınmışdır.  Oykonim
Ağaşirin (antroponim – şəxs adı) və oba komponentindən ibarət
olub, “Ağaşirinə məxsus el, nəsil, yurd” dəməkdir. 
AĞAVERDİOBA. XIX əsrin II yarısında Qrız kəndinin sakini
Ağaverdi adlı şəxsin oba yerində salınmış bu kənd Qusarçay İƏV-
nə daxildir. Oykonim “Ağaverdiyə məxsus obael” mənasındadır. 
AĞÇAY
. Rayonun Niyazoba İƏV-də kənd. XIX əsrdə gəlmə
rusların  məskunlaşması  ilə  əlaqədar  Vasilyevka  adlandırılırdı.
Hidronim mənşəli bu oykonim Ağçayın sahilində yerləşdiyi üçün
belə adlandırılmışdır. 1992-ci ildən Ağçay kimi qeydə alınmışdır. 
AĞTALA. Nərəcan İƏV-də kənd. XIX əsrin ortalarında burada
rusların məskunlaşması ilə əlaqədar adı dəyişdirilərək Rodnikovka
(bulaqlı yer) adlandırılmışdır. 
“Ağ” sözünün ifadə etdiyi semantik çalarlar çox müxtəlifdir.
Bir sıra coğrafi adların tərkibində bu söz rəng mənasını (Ağdərə,
Ağçay), bir qismində isə keyfiyyət mənasını (Ağsu) ifadə edir.
Ağtala oykoniminin tərkibindəki “ağ” sözü “kiçik, xırda, çox
geniş ərazi olmayan, balaca” mənasını ifadə edir. Oykonim 
(kiçik) və tala (sahə) sözlərindən düzəldilib “kiçik sahə” demək
dir .  
49


AĞYAZI  BUDUQ
.  Etnonim  mənşəli  oykonimdir.  Rayonun
Hacıəlibəy İƏV-də yerləşən bu kənd 1917–1933-cü illərdə Ağyazı
şəklində qeydə alınmışdır.
Ağ tərkibi bütün türkdilli xalqlarda yüzlərlə yer-yurd adının
tərkibində işlənir. 
Azərbaycan  toponimiyasında,  ümumilikdə  44  toponimin
tərkibində “ağ” komponentinin işlənməsi qeyd olunur.
Mənbələrə əsaslanaraq filologiya elmləri doktoru F.Xalıqov
yazır  ki,  türk  dillərində  “yazı” leksik  vahidi  hələ  IX  əsrdən
işlədilmişdir. Qədim türk dillərində də “yazı” sözü “çöl”, “düz”
mənalarındadır. (20, 119).
Oykonim Ağyazı və buduq sözlərindən ibarət olub “buduqlular
yaşayan Ağyazı kəndi” dəməkdir. 
ALEKSEYEVKA. Rayonun  eyniadlı  İƏV-də  kənd.  Qusar
çayının sağ sahilindən bir qədər aralıda yerləşir. XIX əsrdə rusların
burada məskunlaşması ilə əlaqədar Aleksey (antroponim) və evka
(rus  dilindəki  məxsusluq  bildirən  komponent)  tərkiblərindən
düzəldilmişdir. Daha sonra bura Quba rayonunun Zıxır kəndindən
kütləvi surətdə tatlar axışıb gəldilər. 
Əvvəllər  Quba  rayonunun  Xuc  kəndinə  məxsus  otlaq  və
təsərrüfat yerləri olan bu ərazi Xuc palasa (Xuc qışlaq) adlanırdı.
Xuc tacik dilində “uçurum” dəməkdir. Tacikistanda Daranxuc,
Xucguh toponimləri  mövcuddur.  Xuclular  Səlcuq-Türkmən
mənşəli əhali hesab olunurlar. 
ALICQIŞLAQ. Mürəkkəb oykonimdir. Yaşayış məntəqəsini
XIX əsrin ortalarında Qubanın Alıc kəndindən köçüb gələn ailələr
özlərinə məxsus qışlaq yerində salmışlar. Alıc/alıs/alış/alic sözü
çoxmənalı olub, qədim türk dillərində çayın ağzı, mənsəbi, axar
suyun hövzəyə tökülən yeri, soyuquzaq, uzaqda olan, duz ol-
mayan, vəhşi qus, kələ-kötür və s. mənaları ifadə edir. Kənd Aşağı
Zeyd İƏV-də yerləşir. 
50


ARANOVKA
. Rayonun Müskür İƏV-də kənd. Oykonimin bir-
inci komponentindəki aran sözü yaylaq yerlərə nisbətən alçaq və
iqlimcə isti olan yerlər mənasındadır. Rusların ərazidə məskun -
laşması  ilə  əlaqədar  Aranovka  adlandırılmışdır.  1992-ci  ildən
kəndin adı dəyişdirilərək Əzizli adlandırılmışsa da, hələ də bəzi
mənbələrdə Aranovka kimi göstərilir. 
ARMUDPADAR. Rayonun Yergüc İƏV-də kənd. 1933-cü ildə
Xaçmaz  rayonu  ərazisində  eyniadlı  üç  kənd  qeydə  alınmışdır.
Mənbələrdə  padarların Səfəvilər  tərəfindən  İrandan  (Cənubi
Azərbaycandan) köçüb gəlmələri qeyd olunur. Padarlarla bağlı
olan və Padar adlanan başqa bir yaşayış məntəqəsindən fərqlən -
dirmək məqsədi ilə belə adlandırılıb. Padar etnooykonimi Ağsu,
Dəvəçi, Sabirabad, Oğuz rayonları ərazilərində tək, Xaçmaz ray-
onunda isə kəmiyyətcə iki olduğuna görə, birinə armud fərqlən -
dirici  ünsürü  əlavə  edilmiş  və  beləliklə,  onovahidin
di   fe   ren     sial laş ması baş vermişdir (20, 153).
Yerli  sakinlər  oykonimin  tərkibindəki  armud sözünü  bu
yerlərdə vaxtilə çoxlu armud bağlarının olması ilə əlaqələndirir.
Əslində isə, Armudpadar oykoniminin padar tərkibi oğuz-səlcuq
tayfalarından biri olan padarlarla bağlıdır. 
Əksər  mənbələrdə  ən  məşhur  oğuz  tayfalarından  biri  kimi
təqdim  edilən  padarların  Elxanilər  dövründə  Orta  Asiyadan
Azərbaycana köçürülmüş 200 min türkdilli ailə içərisində mühüm
yer tutmaları qeyd edilmişdir. Onlar əvvəl Cənubi Azərbaycanda
yaşamış, XI–XVII əsrlərdə – Səfəvilər dövründə isə müəyyən
hissəsi dağıstanlıların (ləzgilərin) qarşısını almaq məqsədilə Şimali
Azərbaycana köçürülmüşdü (15, 86).
Mənbələrdə  onların  daha  sonrakı  dövrlərdə  ictimai-iqtisadi
hadisələrlə əlaqədar yerlərinin dəyişməsi və səpələnərək müxtəlif
zonalarda  məskunlaşmaları  haqqında  məlumatlar  var.  Yeni
saldıqları yaşayış məntəqələri də onların etnik adı ilə adlandırıldığı
üçün təkrarlanan adların yaranmasına səbəb olmuşdur. Bir-birinə
51


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə