Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə10/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

tayfaya  və  tirəyə  mənsubluq  bildirir:  Ustacallı  (Ustacəlilli),
Qırağlı, Ərəb, Gödəkli, Hülövlü, Qaraqurdlu, Çaxmaqlı və s. belə
oykonim lərdəndir. 
Bu tip məntəqə adı kimi, sabitləşən komponentlər oykonimiya
baxı mından  sadə,  qrammatik  cəhətdən  isə  düzəltmə  quruluş -
ludurlar. Çünki, göstərilən adların tərkibindəki -lı
4
elementləri ilkin
olaraq oykonimləri deyil, etnonimləri yaratmışdır. Bu qayda digər
qrammatik elementlərdən (-lar
2
, -çı
4
, -lıq
4
) ibarət olan yaşayış
məntəqələrinin yaranmasına da aid edilir. Deməli, bu qəbildən
olan  yaşayış  məntəqələri  ilkin  etnonimlərdən  düzəlməklə
oykonimləşmişdir.
Günəş, dalğa, meşə kimi sadə isimlərə -lı, -li, -lu, -lü şəkilçiləri
artırmaqla  Günəşli  (kosmonim  mənşəli),  Dalğalı  (hidronim
mənşəli), Meşəli (coğrafi məkan anlamlı) oykonimləri morfoloji
yolla yaradılmışdır.
-lar, -lər şəkilçisi vasitəsilə yarananlar. Bölgə oykonimlərinin
yaranmasında iştirak edən şəkilçilərdən biri də cəmlik bildirən -
lar,  -lər şəkilçiləridir.  Tədqiqatlar  göstərir  ki,  bu  topoformant
coğrafi relyeflə bağlı müxtəlif obyektləri ifadə edən terminlərə,
hər hansı bir tayfa, xalq, nəsil və şəxs adlarına qoşularaq onların
çoxluğunu  bildirir.  Rayon  ərazisində  qeydə  alınmış  Şıxlar,
Seyidlər, Hacılar, Sahillər kimi oykonimlər belə yaranmışdır. 
Nümunədən göründüyü kimi, -lar
2
şəkilçisi ilə düzəlmiş Şıxlar,
Seyidlər,  Hacılar etnonimləri  həmin  etnosun  adını  bildirən
oykonimlərə çevrilmişdir. Bu şəkilçi Azərbaycan dilində topon-
imik vahidlərin yaranmasında topoformant kimi iştirak edən ən
məhsuldar şəkilçilərdən biridir.
-çı,  -çi,  -çu,  -çü  şəkilçisi  vasitəsilə  yarananlar.  Bu  şəkilçi
dilimizdə  sənət,  peşə,  məşğuliyyət  və  mənsubiyyət  kimi
məzmunları ifadə edir və dilimizin söz yaradıcılığı prosesində
məhsuldarlığı ilə seçilir. -çı

şəkilçisi dilimizdə leksik şəkilçi ol-
maqla, toponim yaradıcılığında topoformant kimi çıxış edir. Xaç-
maz  rayonu  ərazisində  qeydə  alınmış  Bostançı,  İlxıçı (paralel
toponimdir) oykonimləri bu qəbildəndir.
40


-lıq, -lik, -luq, -lük şəkilçisi vasitəsilə yarananlar. Dilimizin
söz yaradıcılığında iştirak edən -lıq, -lik, -luq, -lük şəkilçiləri çox
vaxt  -lı,  -li,  -lu,  -lü şəkilçilərinin  ekvivalenti  kimi  çıxış  edir.
N.A.Baskakova görə -lı
4
şəkilçisi mənşəcə -lıq, -lik, -luq, -lük
şəkilçilərindən yaranmışdır (52, 577). Rayon ərazisində bu şəkilçi
ilə yaranan Qarğalıq oykonimi mövcuddur.
-ka şəkilçisi  vasitəsilə  yarananlar.  Bu  şəkilçi  vasitəsilə
yaranan oykonimlərin əksəriyyəti rus dilinə məxsusdur.
Azərbaycanın rus mənşəli toponimlərinin tədqiqatçısı L.H.Qu -
liyeva onları iki qrupa ayırır:
1.  Mənşəcə  rus  dilinə  məxsus  olub,  rus  dili  vahidləri  və
topoformantları əsasında formalaşanlar (Alekseyevka, Pavlovka,
Krasnı(y) Xutor və s.).
2. Qeyri-rus mənşəli vahidlərdən rus sözdüzəldici formantları
vasitəsilə düzələnlər (56, 5). Aranovka (Əzizli). 
Azərbaycan toponimlərinin az bir qismi -ka şəkilçisi vasitəsilə
yaranmışdır. Bu da təsadüfi deyil. 
XIX əsrin əvvəllərindən Azərbaycanın Rusiya tərəfindən işğal
olunması  nəticəsində  ana  dili  quruluşuna  məxsus  bir  çox
toponimlər dəyişdirildi və iki əsrə yaxın rus antroponimlərinə,
coğrafi anlayışlarına, -ka şəkilçisi qoşularaq müxtəlif oykonimlər
yaradıldı. Bu şəkilçi ilə əmələ gələn oykonimlərə, demək olar ki,
Azərbaycanın bütün bölgələrində rast gəlmək olur. Azərbaycan
müstəqillik qazanana qədər bu şəkilçi ilə formalaşan oykonimlər
Xaçmaz bölgəsində də çoxluq təşkil edirdi. Məsələn: Pavlovka,
Rodnikovka, Zaliyevka, Alekseyevka, Aranovka, Vasilyevka və s.
1992-ci ildən sonra demək olar ki, bu tipli oykonimlərin əvvəlki
adları  qaytarıldı.  Təəssüf  ki,  Alekseyevka  kəndinin  adı  (Xuc
palasa) hələ də qaytarılmayıb yaxud da başqa cür adlandırılmayıb.
41


Sintaktik üsul
Dilimizdə mürəkkəb-analitik yolla sözyaratma sintaktik üsul
adlanır. Yəni burada iki və daha artıq söz müxtəlif münasibətlər
əsasında birləşərək bir mürəkkəb leksik vahid əmələ gətirir. Ono-
mastik  vahidlərin  bu  yolla  əmələ  gəlməsinə  dair  Azərbaycan
dilində çox müxtəlif dil fiqurlarına rast gəlinir. Özü də bu ono-
mastik dil hadisəsi bütün xüsusi adlar qrupunda özünü göstərir
(30, 467).
Məlumdur ki, mürəkkəb tərkibli toponimlər söz birləşmələri
əsasında yaranır. Bu zaman ən azı iki müxtəlif məzmunlu söz -
lərdən istifadə olunur ki, bunlardan biri konkretləşdirici əlaməti,
digəri isə ümumi coğrafi obyekti ifadə edir (13, 97).
Mürəkkəb  tərkibli  sözlərdən  yaranan  oykonimlər  bölgə
oykonimlərində  ən  çox  I  növ  təyini  söz  birləşmələri  şəklində
özünü göstərir.
Mürəkkəb leksik vahid kimi formalaşan oykonimlərin müəy -
yən hissəsi zahirən I növ tipinə oxşasa da, mənaca II və III növ
təyini  söz  birləşmələri  funksiyalarını  yerinə  yetirir.  Məsələn:
Fərzəlioba,  Ağaşirinoba,  Əhmədoba,  Aslanoba,  Əbilyataq,
Qədiməliqışlaq və s. kimi oykonimlərin birinci tərəfləri yiyəlik
hal, ikinci tərəfləri isə mənsubiyyət şəkilçiləri qəbul etməsə də,
onlar semantik yükü və çalarlarına görə II və III növ birləşmələrlə
eynilik təşkil edir: Fərzəlioba – Fərzəlinin obası, Ağaşirinoba –
Ağaşirinin  obası,  Əhmədoba  –  Əhmədin  obası,  Aslanoba  –
Aslanın obası, Əbilyataq – Əbilin yatağı və s.
Professor Q.Kazımov söz birləşmələrindən bəhs edərək yazır
ki, söz birləşmələrinin ən çox istifadə olunan modellərindən biri
ası lı tərəfi atributiv xarakterdə olan substantiv birləşmələr modeli -
dir. Bu modelə isim, sifət ... heç bir morfoloji əlamətə ehtiyac
olma dan atributiv şəkildə bu və ya digər ismə yanaşır və birləşmə
əmə lə gətirir (24, 35). Bu cür birləşmələr mürəkkəb coğrafi adlarda
– oykonimlərdə də özünü göstərir.
42


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə