Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə18/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

XIII əsrdə monqol yürüşlərində iştirak etmiş bu tayfa sonralar
Azərbaycanın şimal-şərq hissəsində məskunlaşmışdır. Bu isə daha
ağlabatandır. Oykonimin qədimliyini sübut edən nümunələr – bu
dövrə  aid  edilən  minalı  və  şirsiz  qablar  Xaçmaz  Tarix  Diyar -
şünaslıq muzeyinin maraqlı eksponatlarındandır. 
Gelu tayfasının adını Şəki şəhərindəki Güleyli məhəlləsinin,
Abşeron yarımadasındakı Küleyli dağının adı ilə də bağlayırlar.
XAÇMAZ
. Eyniadlı inzibati rayonun mərkəzi (bu barədə kitab -
da verilmiş “Ensiklopedik məlumat”a baxmalı).
XANLIQOBA. Rayonun Çarxı İƏV-də kənd. Oykonim xanlıq
və oba komponentlərindən yaranıb, “xanlara məxsus oba yeri”
mənasını ifadə edir. Bu yaşayış məntəqəsi XIX əsrin ortalarında
Quba rayonunun dağlıq ərazilərindən köçmüş ailələrin xanlıq adlı
ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Həmin ərazi isə
vaxtilə Quba xanlarına məxsus mülk yerləri olmuşdur. 
Bəzi tədqiqatçılara görə xanlıqobalılar xançoban tayfasından
olub,  Cənubi Azərbaycanın  Qaradağ  vilayətindəndirlər.  Onlar
əvvəlcə  Muğandakı  Xanlıq qışlağında  yaşamış,  sonra  isə  bura
köçmüşlər.
XANOBA
. Kənd  Quba  xanlarına  məxsus  ərazidə  salındığı
üçün belə adlandırılıb. Oykonim xan və oba komponentlərindən
ibarət olub, “xanın obası” mənasındadır. Yalama İƏV-də yerləşir.
XARAXOBA.  Oykonimdə  olan  “xarax” sözü  avar  dilində
“köh nə, əski, qədim” sözündəndir. XIX əsrin əvvəllərindən Dağıs -
ta nın  Xarax  kəndindən  köçüb  gəlmiş  ailələrin  məskunlaşması
nəticəsində yaranmışdır. 
XASPOLADOBA
. Oykonim Xaspolad (şəxs adı) və oba kom -
ponent lərindən düzəlib, “Xaspolada məxsus oba” mənasındadır.
64


Əvvəllər paralel olaraq Qasabovka da adlanırdı. Yaşayış məntəqəsi
Müşkür İƏV-nə daxildir.
XƏZƏRLİ
. Rayonun Uzunoba İƏV-də, Xəzər dənizi sahilində
yerləşir. Yaşayış məntəqəsi Böyük vətən müharibəsindən sonrakı
illərdə Xəzər dənizi sahilində salındığı üçün belə adlandırılmışdır.
Xəzər sözü türkdilli xəzərlər etnik birliyinin adından əmələ
gəlmişdir. Bu türklər Şimali Qafqazda “Kaspi” sahillərinin qədim
yerli sakinlərindəndir. Xalqımızın etnogenezində xəzərlər mühüm
rol oynamışdır.
XIRDAOYMAQ
. Bəzi tədqiqatçılar oykonimin xırda (kiçik)
və oymaq (kənd, el, oba) komponentlərindən ibarət olub, “kiçik
kənd,  oba” kimi  mənalandırırlar.  Daha  ilkin  mənbələrdə  isə
oykonimin etnotoponim olması göstərilir və oykonimin Səlcuq
qəbilələrindən  olan  şahsevən  tayfa  nəsillərinin  buraxdığı  iz
nəticəsində yaranması ehtimal olunur (49, 45).
XUDAT
. Xaçmaz rayonunda şəhər. Çox güman ki, “xudat”
sözü fars dilindəki “hakim, hökmdar”, daha qədim mənası isə
Allah (xuda)  sözündəndir.  Mənbələrdə  isə  oykonimin  türk
dillərindəki  xod/xud (tərəvəz)  və  -at (yer)  komponentlərindən
ibarət olub, “bostan yeri” mənasını ifadə etdiyi qeyd olunur (8, 
I c., 251). Bu fikirlə razılaşmaq olmaz.
XVIII əsrin ortalarında Azərbaycanda yaranmış feodal döv -
lətlərindən biri olan Quba xanlığının mərkəzi Xudat olmuşdur.
Xanlığın  banisi  Hüseynəli  xan  Xudatda  müdafiə  qalası  da
tikdirmişdi.
Feodal-ara mübarizələri və xarici basqınlar iqamətgahı Xudat
kimi açıq, çətin müdafiə olunan yerdən təbii müdafiə imkanı olan
yerə  köçürməyi  zəruri  etdi.  Mənbələrdə  xanlığın  mərkəzinin
1747–1748-ci illərdə Qubaya köçürülməsi göstərilir (35, 9).
65


Bəzi mənbələrdə qeyd olunur ki, ərəb istilaları zamanı Orta
Asiyada bir çox əyalətlərin rəhbərləri “Xudat” adlanırdı. Xudat
sözünün kökü “xud” (kut) türkdilli xalqlarda “səadət” məna sın -
dadır. Bu ifadə isə hakimlərin böyüklüyü, ədalətli idarəçiliyi ilə
bağlıdır. Tarixçi alim, həmyerlimiz İ.Şahbazov bu fikri təsdiqləyir.
Xudat 1943-cü ilin oktyabrında eyniadlı rayonun mərkəzinə
çevrilir. Mənbələrin verdiyi məlumata görə 1955-ci ildə rayon
mərkəzinin əhalisi 5 min nəfərdən yuxarı deyildi.
Şəhərdə  cəmi  578  yaşayış  evi  və  bir  o  qədər  də  təsərrüfat
tikililəri  var  idi.  1959-cu  il  dekabrın  4-də  Xudat  rayonu  ləğv
edilərək ərazisi Xaçmaz rayonuna verilir (38, 119).
XURAY
. Rayonun Seyidlikənd yeri İƏV-də kənd. Keçmiş adı
Xurayqışlaq  olmuşdur.  Yaşayış  məntəqəsi  Qusar  rayonundakı
Xuray  kəndinə  məxsus  qışlaq  yerində  salınmışdır.  XIX  əsrin
ortalarından  həmin  kənddən  köçmüş  ailələr  burada  məskun -
laşmışlar. Oykonim ləzgi dilindəki xur/xür (kənd) sözü və -ay
(ismin  çıxışlıq  hal  şəkilçisi)  topoformantından  ibarət  olub,
“kənddən olan” mənasındadır.
İDRİSOBA
. Rayonun  köhnə  Xudat  İƏV-də,  Qusar  maili
düzənliyindədir. Yaşayış məntəqəsi keçmişdə Quba rayonu Qrız
kəndindən  olan  İdris  adlı  şəxsin  obası  olmuş,  sonralar  daimi
yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim İdris (şəxs adı) və oba
komponentlərindən ibarət olub“İdrisin obası” mənasındadır. 
İLXIÇI.  Eyniadlı  oykonimlə  rayon  ərazisində  iki  yaşayış
məntəqəsi mövcuddur.
1.  Qalağan  İƏV-də  kənd.  Kəndin  keçmiş  adı  İlxıçı  Həsən
Əfəndi olmuşdur. Quba xanları tərəfindən xanlığın qazisi Həsən
Əfəndiyə bağışlanmış və onlar vergilərdən azad edilmişdir. Bu,
İlxıçı  tayfasının  məskunlaşdığı  kənddir.  Sonradan  oykonimin
tərkibindəki Həsən Əfəndi komponenti atılmışdır.
66


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə