Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə15/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

Azərbaycan dilinin əksər dialektlərində cana sözü “yararsız yer”
mənasındadır,  xır isə  “əkin  sahəsi,  taxıl  təmizləyən yer”
 mənasında işlənir. Bunu nəzərə alıb, oykonimin “əkin sahəsi üçün
yararsız yer” mənasında olmasını söyləmək olar. Əslində isə bu-
rada yaşayışın olması tunc və dəmir dövrlərinə aid edilir. Bunu
Canaxır kurqanlarından tapılmış maddi-mədəniyyət nümunələri
də sübut edir. 
CIĞATAY. Etnotoponimdir.  Kənd  rayonun  Qaraçı  İƏV-də
yerləşir.  Oykonim  türkdilli  cığatay  tayfasının  adındandır.  Bu
oykonim haqqında mənbələrdə Çingiz xanın oğlu Cığatayın adın -
dan olduğu göstərilir. Cığatayın türklərlə moğolların qarışığından
əmələ gəlməsi haqqında məlumat verilir (51, 48).
Oykonim XVIII əsrin sonlarında Fətəli xanın Qarabağdan bəzi
elləri, o cümlədən cığatayları Quba xanlığı ərazisində yerləşdiril -
məsi nəticəsində yaranmışdır. Cığataylar etnik adlarını Cığatay
oykonimində yaşada bilmişlər. 
Qəbələ rayonundakı Cığatelli oykonimi də “cığatayların məs -
kun laşdığı  kənd” deməkdir.  Oykonim  1917-ci  ildə  Cığataylı,
1933-cü ildə isə Cığatallı şəklində qeydə alınmış, tədricən Cı -
ğatelli variantına düşmüşdür.
XV əsr türk ədəbiyyatının ən böyük şairi Əlişir Nəvai cığatay
türkcəsində yazıb-yaratmışdır (12, 144).
ÇAXÇAXLI. Rayonun Susayqışlaq İƏV-də kənd. Mənbələrdə
oykonimin  çaxçax  (ağac  çəpər)  sözündən  və  -lı şəkilçisindən
düzəlib, “ağac çəpərlə bağlanan yer” mənasında olduğu göstərilir
(8, I c., 128). Çaxçax sözünün su dəyirman daşlarının çıxardığı
səslə əlaqəli olması haqqında fikirlər də var.
ÇAXMAQLI. Kənd Ağçayın sahilində dağətəyi düzənlikdədir.
Etnotoponimdir.  Rayonun  Qaraçı  İƏV-də  yerləşir.  Mənbələrin
verdiyi məlumata görə, çaxmaqlılar Qubalı Fətəli xanın dövründə
55


tayfa  başçısı  Şahsevən  Məhəmməd  xanın  tabeliyində  Ərdəbil
ətrafından Quba xanlığına köçüb Müşkür və Şabran mahallarında
məskunlaşmış səkkiz Şahsevən tayfasından biri olmuşdur. Bu tay-
falar Şabran və Müşkür mahallarında Çaxmaqlı, Cığatay, Hacılı,
Ustacallı, Laman və Qaradağlı ərazilərində yerləşdirilmişdir. 
ÇARXI. Rayonun  eyniadlı  İƏV-də  kənd.  Oykonim  çayarxı
sözünün təhrif olunmuş formasıdır. Cağacıq çayından çəkilmiş
böyük  suvarma  arxının  sahilində  olduğu  üçün  oykonim  belə
adlandırılmışdır. Bu sözün su üzərində qurulmuş ağac dəzgahla
(çarx) bağlılığı da ola bilər.
Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Səbrənli
Yəqub Çərxi adlı alimin adını çəkir. Tədqiqatçılara görə çarxılılar
Əfqanıstanın Qəznə vilayətinin Çərxi kəndindəndirlər. Tatar-mon-
qol istilaları dövründə Xəzər sahili ovalıq boyunca yaşayan əhalini
başqa yerlərə, Səfəvilərin hakimiyyəti dövründə isə imperiyanın
müxtəlif yerlərindən Quba əyalətinə xeyli əhali köçürülmüşdü.
Çarxılılar  da  bu  köçürmə  nəticəsində  burada  məskunlaşmış,
əvvəlki yaşayış məskəninin adını Çarxı oykonimində yaşatmışlar.
Çarxı sözü qədim türk və fars dillərində “sənətkar” anlamın -
dadır.  Qədimdə  müxtəlif  peşə  sahiblərinə  “çərxi”  deyilirdi.
İ.Şahbazova  görə  yaşayış  məntəqəsinin  adı  onların  qədim
məşğuliyyəti ilə bağlıdır (45).
ÇILĞIR. Rayonun  Aşağı  Zeyd  İƏV-də  kənd.  Oykonim
Vəlvələ  çayın  sahilində  yerləşir.  Çılqır/Çilğır  sözü  haqqında
müxtəlif  fikirlər  mövcuddur.  Ancaq  bu  sözü  türk  dilləri  ilə
bağlamaq daha düzgün olardı. Türk dillərində çıldır/sildir/çılqır
sözü “çay, suyun ətrafa yayılması daşqınməcrasından çıxan çay,
qəzəblənmə” mənalarında işlənir. V.V.Radlov da “çılğın” sözünü
“qızğın, qəzəbli” anlamları ilə bağlayır (40, 111).
Əvvəllər kəndin əhalisi Vəlvələ çayının sağ sahilində yaşa mış -
lar. Arası kəsilməyən daşqınlar nəticəsində əhali çayın sol sahilinə
56


köçmək  məcburiyyətində  qalmışdır.  Çılqırlılar özlərini  Şama -
xıdakı Şıxlar kəndindən gəlmə hesab edirlər. Şıxlar Çılqır kən -
dində toponimik yerdir. Şıxlar (Şeyxlər) isə başda Şıx Bəbələddin
baba olmaqla Şamdan gəlmədirlər. 
Yerli sakinlər kənd ərazisində vaxtilə daş qutu qəbirlərin ol du -
ğunu  da  bildirirlər.  Oykonimin  mənasını  “məcrasından  çıxan
çay”, “qəzəblənmiş çay və ya çayın ətrafa yayılan yeri” kimi izah
et mək olar. 
Oykonim “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”nə
düşməmişdir.
ÇİLƏGİR. Bu adla Azərbaycan ərazisində üç oykonim qeydə
alınmışdır; bunlardan biri Qusar maili düzənliyində Urva İƏV-də,
ikisi isə rayonun Aşağı Zeyd və Nərəcan İƏV-dəki kəndlərdir.
Tədqiqatçıların ehtimalına görə Çiləgir sözü etnotoponimdir. 
Oykonim  XVI  əsrdə  Anadoluda  yaşamış  Boz  Ulus  tayfa
ittifaqına daxil olan çılaxır tayfasının adı ilə bağlı yaranmışdır.
Quba rayonu ərazisindəki Cağacıq çayı ilə Qaraçayın suayırıcında
yerləşən dağ və həmin çayın bir qolu da Çiləgir adlanır.
ÇİNARTALA. Fitonim mənşəli bu oykonim rayonun eyniadlı
İƏD-də, Qusar çayının sol sahilindən bir qədər aralıda yerləşir.
Yaşayış məntəqəsi XIX əsrin ortalarında Quba rayonunun Qrız
kəndindən gəlmiş ailələr tərəfindən Çinarlı tala adlanan ərazidə
salındığından  belə  adlandırılmışdır.  Bu  ərazilər  əvvəllər  Qrız
kəndinin qışlaq və təsərrüfat yerləri olmuş, sonra daimi yaşayış
məntəqəsinə çevrilmişdir. Oykonim “çinar ağacları olan tala”
mənasındadır. 
ÇUXUROBA. Rayonun Qımılqışlaq İƏV-də kənd. Oykonim
çuxur (çökək)  və  oba (kəndin  bir  hissəsi)  komponentlərindən
ibarət  olub,  “çuxurda  olan  oba,  yurd” mənasındadır.  Kol lek -
tivləşmədən sonra oba daimi yaşayış məntəqəsinə çevrilmişdir. 
57


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə