Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə23/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   19   20   21   22   23   24   25   26   27

“Mənçərə məxsus oba, Mənçərin obası” mənasındadır. Yaşayış
məntəqəsi XIX əsrin axırlarında Quba rayonu Qrız kənd sakini
Mənçər adlı şəxsə məxsus olan oba yerində salınmışdır.
MİRZƏMƏMMƏDKƏND. Yaşayış məntəqəsini Mir zəməm -
mədkənd camaatı (Quba rayonu) keçmiş qışlaq yerində saldığı
üçün belə adlandırılmışdır. Əvvəllər Mirzəməmmədkəndqışlaq
adlanmış,  sonradan  oykonimin  tərkibindəki kənd  komponenti
düşdükdən sonra müasir şəklini almışdır. Oykonim “Mirzəməm -
məd  kəndə  məxsus  qışlaq,  Mirzəməmməd  kəndindən olanların
qışlağı” mənasındadır. Kənd rayonun Qımılqışlaq İƏV-də yerləşir.
MOLLABÜRHANLI
. Kənd  rayonun  Qımılqışlaq  İƏV-də,
Qudyalçayın sol sahilində yerləşir. Oykonim molla (dini rütbə) və
Bürhan (antroponim – şəxs adı) sözlərindən ibarət olub, “Molla
Bürhana məxsus kənd” mənasındadır.
MURUQOBA. Yaşayış  məntəqəsi  XIX  əsrin  ortalarında
Dağıstanın Çaroda rayonundakı Muruq kəndindən köçüb gəlmiş
ailələrin  məskunlaşması  nəticəsində  yaranmışdır.  Oykonim
“muruqluların obası, muruqlulara məxsus oba” mənasındadır.
Kənd Ləcət İƏV-nə daxildir.
MÜQTƏDİR. Rayonun eyniadlı İƏV-də qəsəbə. Antropon-
imdir. Əvvəllər adı Xudatbaza (Xudatın anbarları yerləşən yer)
olmuşdur. Qəsəbəyə sonralar inqilabçı Müqtədir Aydınbəyovun
(1884–1918) adı verilmiş və memorial toponimə çevrilmişdir.
MÜRSƏLLİQIŞLAQ. Yaşayış məntəqəsi XIX əsrin orta ların -
da Canaxır kəndindən çıxmış Mürsəlli nəslinə mənsub ailələrin
məskunlaşması nəticəsində yaranmışdır. Oykonim “mürsəllilərə
məxsus qışlaq” mənasındadır. Kənd Hülövlü İƏV-də yerləşir.
79


MÜRŞÜDOBA. Rayonun  Nərəcan  İƏV-də  kənd.  Əvvəllər
paralel olaraq dildə Ləcət də adlandırılırdı. Oykonim Mürşüd (şəxs
adı) və oba komponentlərindən ibarət olub, “Mürşüdə məxsus
oba” mənasındadır.  Kənd Alpançayın  sol  sahilində,  Xaçmaz-
Xudat yolunun kənarında yerləşir.
MÜŞFİQ. Rayonun Müşkür İƏV-də kənd. Memorial topon-
imdir.  1992-ci  ilə  qədər  kənd  Zaliyevka  adlanırdı.  Yaşayış
məntəqəsini XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr
salmışlar.
MÜŞKÜR. Rayonun  eyniadlı  İƏV-də  kənd.  XIX  əsrdə
ruslaşmaya  məruz  qalan  bir  sıra  yaşayış  məntəqələri  kimi  bu
kəndin də adı əvvəllər Yekaterinovka, daha sonra isə Pavlovka
adlandırılmışdı. Bu onunla bağlı idi ki, çar Rusiyasının ucqarlara,
o cümlədən Azərbaycana köçürmə siyasəti nəticəsində mərkəzi
quberniyalardan köçüb gəlmiş ailələrin məskunlaşması bu yaşayış
məntəqəsini əmələ gətirmişdir.
Müşkür  “qışlaq” mənasındadır.  Vəlvələçayla  Samur  çayı
arasındakı ovalıq Müşkür adlanırdı. Qədimdə Müşkür düzündə
yaşayan əhaliyə müşkür əhalisi deyilirdi.
Göyçay rayonunun Yeniarx İƏV-də Müşkürlü oykonimi qeydə
alınmışdır. Oykonim qədimdə Müşkür düzündə yaşamış ellərin
ümumi adı olmuşdur.
MÜZƏFFƏROBA. Rayonun Müşkür İƏV-də kənd. Yaşayış
məntəqəsi Quba rayonundakı Cek kəndinin sakini Müzəffər adlı
şəxsin  keçmiş  oba  yerində  salınması  nəticəsində  yaranmışdır.
Oykonim  “Müzəffərə  məxsus  oba,  Müzəffərin  obası”
mənasındadır.
NABRAN. Rayonun eyniadlı İƏV-də kənd. Xəzər dənizinin
sahilindədir.  Keçmiş  adı  Nabranqışlaq olmuşdur.  Mənbələrdə
80


Köhnə Xudat kəndinə məxsus qışlaq kimi qeyd olunur. XIX əsrin
əvvəllərində  həmin  kənddən  çıxan  ailələr  burada  kiçik  oba
yaratmış  və  sonralar  böyüyüb  yaşayış  evləri  artdıqca  kəndə
çevrilmişdir. Mənbələrdə qeyd olunur ki, 1821-ci ildə üç, 1859-
cu ildə isə yeddi ailədən ibarət olan bu obada XIX əsrin axırlarında
Dağıstanın müxtəlif kəndlərindən köçmüş ailələr məskunlaşmağa
başlamışlar.
Bəzi  tədqiqatçılar  oykonimi  “çaysahili  meşəlik” kimi  izah
edirlər. Əslində isə, oykonim qızılbaş tayfa ittifaqına daxil olan
zülqədərlərin nabur tirəsinin adı ilə bağlıdır. Etnotoponimdir. Bunu
keçmişdə Quba qəzasında mövcud olmuş Naburlu kənd adı da
təsdiq edir. 
Qobustan rayonu ərazisində Nabur oykonimi, Nabur hidronimi
(bulaq) və Nabur oronimi (palçıq vulkanı) mövcuddur ki, bunlar
da Qayı türklərinin məşhur qəbilələrindən olan zülqədər tayfasının
nabur tirəsini özündə yaşadır.
Nabran sözünün  ilkin  forması  naburan olmuşdur.  Sonralar
sözün  tərkibindəki  -u saiti  düşmüş  və  oykonim  müasir  yazılış
formasını  almışdır.  Oykonimin  tərkibindəki  -an topoformantı
Azərbaycan  toponimiyası  üçün  xarakterikdir:  Alpan,  Avaran,
Gilan, Qafan, Şirvan, Salyan və s. Deməli, bu topofotmant həm
də  qədimdir. Tədqiqatçılar  -an topoformantını  cəmlik  bildirən
şəkilçi  hesab  edirlər  (50,  81–82).  Deməli,  Nabran oykonimi
“naburların məskəni” mənasını ifadə edir.
NAĞIOBA. Rayonun  Dədəli  İƏV-də  kənd.  Oykonim  XIX
əsrin ortalarında Qrız kənd sakini Nağı adlı şəxsə məxsus keçmiş
oba yerində salındığı üçün belə adlandırılmışdır. “Nağıya məxsus
oba, Nağının obası” mənasındadır.
NƏRƏCAN. Rayonun  eyniadlı  İƏV-də  kənd.  Mənbələrdə
oykonimin türk dillərindəki nəri (o tərəfdə, o sahildə) və can (iki
çayarası ərazi) sözlərindən ibarət olub, “çayın o biri sahilində, iki
81


çay arasındakı ərazi” mənasında olması bildirilir. Tədqiqatçılar
“Nərəcan” oykonimini nərican sözü ilə bağlayaraq, Quba rayonu
ərazisindəki Nərican oronimi (dağ adı) ilə eyni mənşəyə malik
olmasını qeyd edirlər (8, II c., 133).
NİYAZABAD
. Rayonun eyniadlı İƏV-də yerləşir. XIV–XIX
əsr  lərə aid tarixi mənbələrdə tez-tez adı çəkilən orta əsr Azər bay -
can şəhəri olub. XVIII–XIX əsrlərdə Quba xanlığının əsas limanı
olan Niyazabad Xəzər dənizi sahilindədir. Əvvəllər Azərbaycanın
iqtisadi, ticarət əlaqələrinin genişlənməsində bu şəhər böyük rol
oynayırdı. Həştərxandan gəmilərlə gətirilən mallar Niyazabadda
boşaldılır, sonra isə karvan vasitəsilə Şabran, Quba, Şamaxı və
digər  ərazilərə  aparılırdı.  Sonralar  Xəzərin  səviyyəsinin  aşağı
düşməsi və feodal çəkişmələri Niyazabadın tənəzzülə uğramasına
gətirib çıxardı. 
XIX əsrin 30-40-cı illərində Rusiyadan buraya köçürülmüş rus
ailələrinin məskunlaşması nəticəsində yaşayış məntəqəsinin adı
təhrif  olunaraq Nizovaya şəklinə  düşmüşdü.  Rus  və  Avropa
səyyahlarının əsərlərində Niyazabad toponiminin NizobatNizovye
kimi variantlarına rast gəlinir. Əvvəllər Nizovaya şəklində işlədilən
bu oykonimi slavyan dillərinə məxsus “aşağı” mənasını verən
“nizovaya” leksemi ilə əlaqələndirirdilər. Əslində isə “Nizovaya”
sözü “Niyazabad”ın rus dilində tələffüz variantıdır. 
1992-ci  ildə  Nizovaya adı  Niyazoba variantı  ilə  əvəz  olun -
muşdur. Oykonim Niyaz (şəxs adı) və oba komponentlərindən
ibarət olub, “Niyaza məxsus oba” mənasını ifadə edir.
ORTAOBA. Rayonun Yalama İƏV-də kənd. Yaşayış məntəqəsi
XIX  əsrin  ortalarında  Quba  rayonunun  dağlıq  ərazilərindən
köçmüş  ailələrin  qışlaq  yerində  məskunlaşması  nəticəsində
yaranmışdır. Oykonim qonşu obalara nisbətən mərkəzdə, ortada
yerləşdiyinə görə belə adlandırılmışdır.
82


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə