Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə25/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   19   20   21   22   23   24   25   26   27

rada məskunlaşandan sonra kəndin adı Borispol adlandırılmışdı.
1992-ci ildən yenidən əvvəlki adı qaytarılmışdır.
Oykonim maldarlıqla məşğul olmuş qədim sərkar elatının adı
ilə bağlıdır. Sərkarlar keçmişdə, əsasən Şirvanda yaşayan xanço -
banlıların bir qoludur. Şirvan xanları da bu tayfadandır. Müəyyən
tarixi hadisələrlə əlaqədar bir sıra ərazilərə köçmüş sərkarlar bu
tayfanın tirələrindən olmuşdur.
Kənddə Sərkartəpə adlı qədim yaşayış yeri aşkar edilmişdir.
Buradan tapılmış daş alətlər, məişət əşyaları, dərin qatlardan üzə
çıxarılmış yaşayış tikililəri bu yerlərdə bəşər övladının hələ orta
daş  dövründə  yaşamalarından  xəbər  verir.  Bir  vaxtlar  Bakıda
olmuş ABŞ professoru Flip Kol açıq səma altında olan Sərkartəpə
muzeyinin eksponatları ilə yerindəcə tanış olmaq üçün Xaçmazda
olmuş dur.  Sərkartəpə  abidələrinin  üst  qatı  ərəb  basqınları
dövrlərinə (VIII əsr) aid edilir (38, 20-21) 
Şamaxı rayonunun eyniadlı İƏV-də və Borçalı İƏV-də iki kənd
Sərkar adı ilə, Bərdə rayonunda isə Sərkarlar adı ilə mövcuddur.
SİBİROBA. Yaşayış məntəqəsini XIX əsrdə Quba rayonunun
Cek kəndindən çıxmış ailələr Sibir adlı qışlaq yerində salmışlar.
Oykonim Sibir və oba komponentlərindən ibarət olub, yaşayış
məntəqəsinin  yerləşdiyi  coğrafi  relyefi  bildirir.  Sibir monqol
dilində  bataqlıq,  cəngəllik mənalarını  ifadə  edir.  Görünür  bu
ərazilər əvvəllər keçilməz cəngəlliklər olmuşdur. Kənd Dədəli
İƏV-nə daxildir.
SUXTAQALAQIŞLAQ
. Rayonun Hacıəlibəy İƏV-də kənd.
Yaşayış  məntəqəsi  XIX  əsrdə  Quba  qəzasındakı Suxtaqala
kəndinin keçmiş qışlaq yerində salınmışdır. Suxtaqala oykonimi
fars  dilindəki  suxta (yanmış,  yandırılmış)  və  qala  sözlərindən
düzəlib, “yanmış, yandırılmış qala” deməkdir. Suxtakələ oykon-
imin tələffüz variantıdır.
SUSAYQIŞLAQ.  Rayonun  eyniadlı  İƏV-də  kənd.  Yaşayış
məntəqəsini Quba rayonu Susay kəndindən köçüb gəlmiş ailələr
86


kəndin qışlaq yerində salmışlar. Oykonim su və say (çayın dayaz
yeri) coğrafi terminindən ibarət olub, “dayaz, quru çay, çınqıl və ya
xırda çay daşları ilə örtülmüş quru çay yatağı” mənasındadır. Susay
hidronim mənşəli oykonimdir. Susayın Quruçay adlı çayın bir qol-
unun olması və həm də mənbəyini yağış və qar sularından aldığına
görə yay aylarında quruması kimi əlamətlər də bu faktı təsdiqləyir. 
ŞƏRİFOBA. Oykonim Şərif (şəxs adı) və oba komponent lərin -
dən düzəlib, “Şərifin obası, Şərifə məxsus oba” mənasındadır.
Kənd XIX əsrin axırlarında Quba rayonu Qrız kəndindən olan
Şərif adlı  şəxsin  keçmiş  oba  yerində  salınmışdır.  Rayonun
Uzunoba İƏV-də yerləşir.
ŞIXHAPIT. Rayonun  Aşağı  Zeyd  İƏV-də  kənd.  XIX  əsrin
ortalarında Quba rayonunun Hapıt kəndindən gəlmiş ailələr bu
ərazidə  iki  obanın  əsasını  qoymuşdular.  Onlardan  biri  Cağacıq
çayının sahilində yerləşdiyinə görə Cağacıq Hapıt adlandırılmışdı.
Hapıt kəndindəki Baba dilim adlı şeyxin övladlarından ibarət olan
ikinci oba isə Şıx Hapıt adlanırdı. Kənd həmin obanın adını daşıyır. 
Hapıtlılar Quba qəzasının əhalisi arasında böyük bir əksəriyyət
təşkil etmişdilər. Oradan da bütün məmləkətə yayılaraq türklər
arasında yaşamışlar. Onların söylədiyi dil avar dilinə yaxın bir
şivədir, danışıq dillərində isə türk sözlərinə çox təsadüf edilir.
Başqa qonşu millətlərə münasibət əsnasında (ünsiyyət zamanı) isə
ümumi olaraq türk dili işlədirlər (51, 29).
Tədqiqatçıların fikrinə görə, hapıtlılar da Strabonun qeyd etdiyi
26 alban dilində danışan etnoslardan biri olmuşdur. Y.Yusifov bu
cəhəti diqqətlə araşdıraraq yazır ki, “26 dil” anlayışı dedikdə Alba -
niyanın şimalında (Cənubi Dağıstanda) yaşayan əhalinin dil şəraiti
nəzərdə tutulur (7, 146).
Albaniyanın əsas əhalisi qafqazdillilərdən ibarət olmuş, son-
ralar bir neçə irandilli tayfalar da gəlmişlər (25, 51).
M.Vəlili  (Baharlı)  hapıtlıları “əsl  Qafqaziya  millətləri”
qrupuna (26 dil anlayışına – Q.İ.) aid edərək, onların XIX əsrin
axırlarında bir min miqdarında olduğunu qeyd edir.
87


“Azərbaycan  toponimlərinin  ensiklopedik  lüğəti”ndə  Hapıt
oykoniminin Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd
etdiyi Xabota ilə əlaqədar olduğu yazılmışdır (8, I c., 223).
Ağdaş rayonunda Hapıtlı oykonimi, Oğuz rayonu ərazisində
Haputuçuran oronimi (dağ) mövcuddur. Mənbələrdə XIX əsrin
ortalarında Göyçay qəzasında 736 hapıtlı ailəsinin məskunlaşdığı
Haputlu Məlikli, Haputlu Gideyli, Haputlu Nəfəş Qacar, Haputlu
Hacıhətəmli, Haputlu Mollaisaqlı kəndlərinin olması haqqında
məlumat  var.  İsmayıllı  rayonunun  Hacıhətəmli  və  Mollaisaqlı
kənd sakinləri özlərini Quba rayonu Hapıt kəndindən çıxma hesab
edirlər və bu bölgədə yalnız onlar bu dildə danışırlar.
ŞIXLAR.  Rayonun  Qımılqışlaq  İƏV-də  kənd.  Şıxlar  ərəb
mənşəli söz olub, şeyx mənasındadır. Mənbələrdə şıxlar sözünün
Qazax tayfalarından birinin adı olduğu da qeyd olunur. Kəndin
əzəl adı Şeyxlər olmuşdur.
XI–XII əsrlərdə Şamdan Qafqaza gəlib islam dinini yayan Sufi
təriqət başçıları Şeyxlər adlanırdı. Şeyx sözü “yaşlı adam, qoca”
mənasında da işlədilir. Azərbaycan ədəbiyyatı nümunələrində şeyx
hörmətli  adama  müraciət  məqsədilə  də  işlədilmişdir.  Bu  tipli
coğrafi adlar, “şeyxlərə məxsus, şeyxlər yaşayan yer şeyxlərin
nəsli, şeyxlərin dəfn olunduğu yer” və s. mənasındadır. Şıxlar
oykonimi ərazisindəki Azərbaycanın sufi filosofu və alimi Şeyx
Yusifin məzarı ilə əlaqədar adlandırılmışdır.
Abbasqulu ağa Bakıxanov Mövlanə Şeyx Yusif haqqında belə
yazırdı: “...Şeyx cənabları hicri VIII əsrin ortalarında dünyaya
gəlmişdi... Şeyxin məzarı və onların yurdu olan kənd (rayonun
Şıxlar kəndi – Q.İ.) Şeyxlər adı ilə adlandırılmışdır (38, 29).
Azərbaycan ərazisində “şıx” etnik tərkibli 10-dan çox oykonim
mövcuddur. Türkmənistan Respublikasının ərazisində Şıx etnoni -
mi qeyd olunmuşdur. Şıxlar oykoniminin geniş areal təşkil etməsi
onun etnotoponim olmasına sübutdur.
ŞİMALİ. Oykonim rayonun şimalında yerləşdiyi üçün 1965-ci
ildən rəmzi olaraq belə adlandırılmışdır. Yaşayış məntəqəsi Yala-
88


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə