Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə22/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   19   20   21   22   23   24   25   26   27

mə olub, görünür, “qıraq” (kənar) sözünün leksik xüsusiyyətini
aydınlaşdırır (23, 22–23). 
Çapar Kazımov “Qıraxdın” toponiminin izahında qırax (qıraq)
sözünün tayfa adı, -dın tərkibini isə qədim dövrlərdə dilimizdə
ismin çıxışlıq hal şəkilçisi kimi işləndiyini yazır (27, 15).
Goranboy  və  Xanlar  rayonlarında  da  qeydə  alınmış  Qırıqlı
oykoniminin mənbələrdə bu tayfanın adı ilə bağlı olduğu qeyd ol-
unur. 
QOBUQIRAQ. Rayonun  Hülövlü  İƏV-də  kənd.  Yaşayış
məntəqəsi  XIX  əsrdə  Quba  rayonunun  dağlıq  ərazilərindəki
kəndlərdən  köçüb  gəlmiş  ailələrin  qobu  adlı  coğrafi  ərazidə
məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Qobu (suyun
yardığı  çökək,  çay  dərəsi)  və  qıraq tərkibindən  ibarət  olub,
“Qobunun qırağı, kənarı” mənasındadır.
Qobu  sözü  ilə  əlaqədar  Azərbaycanda  bir  sıra  yer  adları
mövcuddur.  Bunlardan;  Abşerondakı  Qobu qəsəbəsi,  Ağdaş
rayonundakı Qobuüstü kəndi, Girdimançayın bir qolu və s.
QOÇAQLI. Kənd  Pirquluoba  İƏV-də  yerləşir.  XIX  əsrin
ortalarında Quba rayonunun dağlıq ərazilərindən köçüb gəlmiş
ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Qoçaq
(şəxs, yaxud əlamət bildirən ad) və qazma (yaz fəslində təsərrüfat
işləri görmək üçün müvəqqəti yaşayış tikilisi, yaxud mal-qara
saxlamaq  üçün  sığınacaq)  sözlərindən  ibarət  olub,  “Qoçağın
qazması, Qoçağa məxsus qazma” mənasındadır.
QUSARÇAY. Rayonun  eyniadlı  İƏV-də  yerləşən  bu  kənd
rayon mərkəzindən 15 km aralıdadır. Yaşayış məntəqəsi 1898-ci
ildə ingilislər tərəfindən tikilmiş dəmir yolu stansiyası əsasında
salınmışdır. Həmin stansiya yaxınlığında axan eyniadlı çayın adı
ilə əlaqədar olaraq belə adlandırılmışdır. Qusarçay yaşayış məntə -
qəsi əhalisinin əksəriyyətini Quba rayonunun dağlıq ərazilərindən
gəl miş ailələr təşkil edir. Kənddə 11 etnik qrupun tərkibinə daxil
76


olan  ailələr  yaşayır.  Oykonim  eyniadlı  stansiyanın  adı  ilə
əlaqədardır.
LAMAN. Rayonun  Qaraçı  İƏV-də  kənd.  Etnotoponimdir.
Oykonim şahsevənlərin laman tirəsinin adı ilə bağlıdır.
Mənbələrin  məlumatına  görə  Laman yaşayış  məskəni  kimi
XVIII əsrin axırlarından mövcuddur.
Ərdəbilli Təlabi Məhəmmədxan özünəməxsus şahsevən ailələri
ilə  birlikdə  Qubalı  Fətəli  xanın  (hakimiyyət  illəri  1762–1789)
icazəsi ilə Quba xanlığına gələrək Şabran və Müşkür mahallarında
bir çox əraziləri özünə bina etmişdir.
Lerik  rayonunun  Şingədulan  İƏV-də  eyniadlı  yaşayış
məntəqəsi vardır.
LƏCƏT. Kəndin keçmiş adı Ləcətoba olmuşdur. Oykonim Qusar
rayonundakı Ləcət kəndinə məxsus qışlaq yerində salındığı üçün
belə adlandırılmışdır. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən
kəndin adındakı ikinci komponent olan “oba” sözü düş müş dür.
Ləcət sözünün Azərbaycan dilinin dialektlərindəki ləc (ba taqlıq) və
ət (burada,  yer,  yurd,  məkan  mənalarında)  kom po nent lərindən
düzəlib, “bataqlıq yer” mənasında olduğu ehtimal edilir.
Ləcət ərazisi qədim yaşayış məskənlərindən biridir. Keçən əsrin
70-ci illərində Ləcət dəmir yolu stansiyası yaxınlığından tapılmış
içərisində “Həyat ağacı” təsviri verilmiş küp bunu deməyə əsas
verir. Yaşayış məntəqəsi rayonun eyniadlı İƏV-dədir.
MAQSUDKƏND
.  Rayonun  Susayqışlaq  İƏV-də  kənd.
Oykonim Maqsud (şəxs adı) və kənd coğrafi terminindən ibarətdir.
Yerli məlumata görə kəndi Maqsud adlı şəxs saldığı üçün belə
adlandırılmışdır. “Maqsuda məxsus kənd” mənasındadır.
MANAFOBA. Kənd rayonun Çinartala İƏD-də yerləşir. Ərazi
sakinləri  tərəfindən  paralel  olaraq  Mollaoba kimi  də  tanınır.
77


Oykonim Manaf (şəxs adı) və oba komponentlərindən ibarət olub,
“Manafa  məxsus  oba,  Manafın  obası” mənasındadır.  Yaşayış
məntəqəsi Quba rayonu Qrız kəndinin sakini Manaf adlı şəxsin
keçmiş oba yerində salındığı üçün belə adlandırılmışdır. Manaf
(şəxs adı) dini təhsilli (molla) şəxs olduğundan əvvəllər yaşayış
məntəqəsinin adı Molla Manaf oba adlanırdı. Yaşayış məntəqəsi
kimi XIX əsrin axırlarından məlumdur. Əvvəllər mövcud olmuş
Hacırüstəmoba oykonimi Manafobanın tərkibində itib-batmışdır.
MAŞIOBA. Rayonun Qımılqışlaq İƏV-də kənd. Oykonimin
Maşı antroponimindən (şəxs adı) və oba coğrafi terminindən ibarət
olması ehtimal olunur. Bir mülahizəyə görə, yaşayış məntəqəsinin
adı təhrif olunmuşdur. Bu oykonim meşəoba, yəni “meşədə oba,
meşədəki oba” mənasındadır.
MEHRƏLİQIŞLAQ. Rayonun Hülövlü İƏV-də kənd. Yaşayış
məntəqəsi XIX əsrin axırlarında Quba rayonunun Əlig kənd sakini
Mehrəli adlı şəxsə məxsus keçmiş qışlaq yerində salındığı üçün
belə  adlandırılmışdır.  Oykonim  “Mehrəliyə  məxsus qışlaq”
mənasındadır.
MEŞƏLİ. Rayonun Nabran İƏV-də qəsəbə. Yaşayış məntəqəsi
Yalama  6  №-li  balıq  vətəgəsi  yanında  salınmış,  1965-ci  ildən
rəsmi  olaraq  Meşəli adlandırılmışdır.  Qəsəbəyə  bu  ad  meşəlik
ərazidə, meşənin içində yerləşdiyinə görə verilmişdir.
MƏCİDOBA. Yaşayış məntəqəsi Quba rayonu Qrız kəndinin
sakini Məcid adlı şəxsə məxsus keçmiş oba yerində salınmışdır.
Oykonim “Məcidin obası, Məcidə məxsus oba” mənasındadır.
Kənd rayonun Uzunoba İƏV-də yerləşir.
MƏNÇƏROBA. Rayonun  Nərəcan  İƏV-də  kənd.  Oykonim
Mənçər (şəxs  adı)  və  oba komponentlərindən  ibarət  olub,
78


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə