Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə21/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol
oynamış qızılbaşların müəyyən ərazilərdə qaradağlı tayfasının
məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi
Azərbaycanın Qaradağ mahalının adından almışdır. Onlar burada,
Qaradağın ətəklərində qoyunçuluqla məşğul olmuşlar. Səfəvilər
hakimiyyətə  gəldikdən  sonra  qaradağlılar müxtəlif  ərazilərə
yayılmışlar. Azərbaycanın ayrı-ayrı ərazilərində iyirmiyə yaxın
Qaradağlı toponimi mövcuddur.
QARAQAŞLI. Rayonun  Qaraçı  İƏV-də  kənd.  Oykonim
qaraqaşlı tayfasının adı ilə bağlıdır. XIX əsrin ortalarında 376
ailədən ibarət qaraqaşlılar Azərbaycanın müxtəlif zonalarında bir
sıra yaşayış məntəqələri salmışlar. Mənbələrdə onların Asiya və
Altayda yaşamış qarakeş tayfasının oğuz və monqolların tərki bin -
də Azərbaycana gəlmiş hissələri olduğu bildirilir. Eyniadlı oyko -
nim Ağsu, İmişli, Neftçala, Sabirabad rayonlarında da mövcuddur.
QARAQURDLU.  Rayonun  Qaraçı  İƏV-də  kənd.  Tədqi qat -
çılara görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Quba xanı
Fətəli xanın Qarabağdan köçürdüyü kəngərlilərin qurdlu tayfasına
mənsub olan ailələri Qarasu adlı gölməçə yaxınlığında salmışlar.
Həmin vaxtlar yaşayış məntəqəsi Qarasu Qurdlu adlandırılmış,
sonradan  oykonimin  tərkibindəki  su  komponenti  düşmüşdür.
Oykonim “Qarasu yaxınlığındakı Qurdlu kəndi” mənasındadır.
Türkdilli  xalqlarda  qurd  totem  seçilmiş  və  müqəddəs
sayılmışdır.
Mənbələrdə  Azərbaycan  ərazisində  (Qarabağda)  XIX  əsrin
əvvəllərində Dördlər Qurdu, Qurt-Qaradağlı, Qurt-Bərdə adlı yaşayış
məntəqələri olması haqqında məlumat verilir. Hazırda Ağ dam ray-
onunun Qasımlı İƏV-də və Bərdə rayonunun Kətəlparaq İƏV-də
qurdlu tirəsi ilə bağlı Qurdlar yaşayış məskənləri mövcuddur.
Keçən əsrdə Ukraynanın Odessa vilayətində bir, Krım vila -
yətinin Sak rayonunda isə iki Kara Kurt adlı yaşayış məntəqəsi
73


qeydə alınmışdır. Qurdluların yayılma arealları oykonimin etno-
toponim olmasını söyləməyə əsas verir.
QARĞALIQ. Kənd Qaraçayın sahilində, Niyazabad İƏV-də
yerləşir. Qarğalıq oykonimi qədim türk tayfalarından birinin adı
olan qarğa/karqa və qədim türk dili abidələrində bir sıra mənalarla
yanaşı, həm də -lı şəkilçisinin sinonimi kimi mənsubluq, aidlik
mənasında işlənmiş -lıq şəkilçisindən ibarət olub “qarğa tayfasına
məxsus kənd” mənasını daşıyır. Türkdilli xalqların toponimi ya -
sında Karqa coğrafi termin kimi “daşlı, çınqıllı zolaq” mənasında
da işlənir. 
Qarğalıq oykonimini,  bəzilərinin  qəbul  etdiyi  kimi  zoonim
(quş adı) hesab edilməsi doğru deyil.
Yerli sakinlər oykonimi “darğalıq” sözünün təhrif olunmuş
forması hesab edirlər. Onların fikrincə, kəndi vaxtilə Quba xanın
darğası idarə etdiyindən oykonim belə adlandırılmışdır.
Eyniadlı oykonim Babək rayonunda və Masallıda da mövcud-
dur.  Keçən  əsrdə  Tatarıstanda  Karqalı, Şimali  Qazaxıstanda
Karqalı, Krımda Karqalıq toponimləri qeydə alınmışdır.
QƏDİMƏLİQIŞLAQ.  Rayonun  Aşağı  Zeyd  İƏV-də  kənd.
Oykonim Qədiməli (şəxs adı) və qışlaq sözlərindən ibarət olub,
“Qədiməliyə məxsus qışlaq, Qədiməlinin qışlağı” mənasındadır.
XIX  əsrin  axırlarında  Quba  rayonunun  dağlıq  ərazilərindən
köçmüş ailələrin qışlaq yerində daimi məskunlaşması nəticəsində
yaranmışdır.
QIMILQIŞLAQ.  Rayonun  eyniadlı  İƏV-də  kənd.  Yaşayış
məntəqəsinin əsasını Qubanın Qımıl kəndindən olanlar XIX əsrin
ortalarında qoymuşlar. Hidronim mənşəli oykonim olması ehtimal
olunur. Qımıl sözü Sibir toponimiyasında Qılmimil “isti su, min-
eral su” mənasında qeydə alınmışdır. Qudyal çayının bir qolu
Qımıl adlanır. Qımılqışlaq əvvəllər Qubanın Qımıl kəndinə məx -
74


sus qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevril -
mişdir. Oykonim Qımıl (kənd adı) və qışlaq (coğrafi məkan) kom -
po nentlərindən  ibarət  olub,  “Qımıl  kəndinin  qışlağı”
mənasındadır.
QIRAQLI. Yaşayış məntəqəsi Çinartala İƏD-nə daxildir. Et-
nonim  mənşəli  bu  oykonimin  adı,  əslində  Qırağlı kimi  qeyd
olunmalıdır. Kənd  Qusar  çayı  ilə  Samur-Abşeron  kanalının
kəsişdiyi ərazidə yerləşir. “Azərbaycan toponimlərinin ensiklope-
dik  lüğəti”ndə  keçmiş  adının  Qırağlı-Cekli  olması  göstərilir.
Mənbədə  düzgün  olmayaraq  yaşayış  məntəqəsinin  XIX  əsrin
ortalarında Quba rayonunun Cek kəndindən köçüb gəlmiş bir qrup
ailənin məskunlaşması nəticəsində yaranması qeyd olunur (8, 54).
Halbuki,  ceklilər  köçüb  gəldikləri  zaman  Qırağlı  kəndi  artıq
mövcud idi. Ceklilərin bir qismi bu yaşayış məntəqəsində, bir
qismi isə Qusar çayının sağ sahilində məskunlaşmışdılar. Bunun
nəticəsində həmin yeni salınmış yaşayış məntəqəsi Qırağlı-Cekli
(yəni Qırağlı kəndi yaxınlığındakı ceklilər) adlandırılmışdır. Hər
iki yaşayış məntəqəsi vaxtilə Quba qəzasına daxil olduğu üçün
eyniləşdirilərək Qırağlı-Cekli adlandırılmışdır. Qırağlı oykonimi
heç də “çay qırağı”, “çay sahili” ilə bağlı deyil. 
Mənbələrdə Qırağlı yaşayış məskəninin bu ərazidə XVIII əsrin
ortalarında salınması faktı göstərilir (23, 22). 
Qırağlılar qayı adlanan türk tayfalarının əfşar qoludur. Nadir
şahın zamanında Azərbaycana gələrək Quba və Cavad qəzalarında
məskunlaşmışlar (49, 49). 1758-ci ildə Hüseynəli xanın vəfatından
sonra hakimiyyətə gələn Fətəli xan Quba xanlığının yüksəlişi ilə
bağlı və dövlətin sərhədlərini möhkəmləndirmək üçün Muğandan
Şahsevən qırağlılıların bir qismini xanlığın ərazisinə köçürmüşdü.
Bu  köçürmənin  1768-ci  ildən  sonra,  yəni  1774-cü  ilə  qədər
aparılması qeyd olunur (23, 16-17). “Qırağlı” sözü türk mənşəli
olub, qırağ (qədim türk dillərində “dağ silsiləsində məskən salan,
ucalan, ucalıq” mənalarında) və mənsubluq bildirən -lı şəkilçi -
sin dən ibarətdir. “ğ” samitinin “q”-yə keçməsi adi fonetik əvəzlən -
75


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə