Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə24/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   19   20   21   22   23   24   25   26   27

PADAR. Rayonun  Yergüc  İƏV-də  kənd.  Etnotoponimdir.
Yaşayış məntəqəsi Qayı türklərinin Oğuz-Səlcuq tayfalarından biri
olan  padarların  adı  ilə  bağlıdır.  Tədqiqatçılara  görə  padarlar
Elxanilər  dövründə  (XIII  əsr)  Orta  Asiyadan  Azərbaycana
gəlmişlər.  Onlar  əvvəlcə Azərbaycanın  cənubunda  yaşamış  və
Səfəvilər tərəfindən (XVI–XVIII əsrlərdə) Azərbaycanın şimal
zonalarına köçürülmüşlər. Şahsevən tayfa ittifaqında mühüm rol
oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə
əlaqədar Azərbaycanın müxtəlif ərazilərinə yayılmışlar. Azərbay -
can ərazisində padarlar bir çox toponimlərdə iz buraxmışlar: Ağsu,
Dəvəçi, Hacıqabul, Oğuz rayonları ərazisində Padar, Zəngilanda
Padarçay, Cəbrayılda Padardərə çayı toponimləri.
Rayon  ərazisindəki  Padar  və  Armudpadar oykonimləri  bu
tirədən  hesab  edilir.  XX  əsrin  birinci  yarısında  (1896–1943)
yaşayıb-yaratmış  Azərbaycan  alimi  M.Vəlili  (Baharlı)  Quba
qəzasında padarların iki qolunun – Şabranpadar və Armudpadar
olması  haqqında  məlumat  verir.  Daha  sonra  müəllif  yazır  ki,
ləzgilərin  yaşadığı  hüdud  boyunda  sakin  olan padarları onlar
“kürə” deyə adlandırırlar (50, 50). 
PALÇIQOBA. Coğrafi relyeflə əlaqədar yaranan oykonimdir.
Kənd Çinartala İƏD-də, Qusar çayının yaxınlığında yerləşir. XIX
əsrin ortalarında Quba rayonunun Qrız kəndindən köçmüş ailələrin
məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsidir. Oyko -
nim keçmişdə Qusar çayının vaxtaşırı daşqınları nəticəsində obanın
ərazisində yaranmış bataqlıqlarla əlaqədar belə adlan dırıl mışdır.
Yaşayış məntəqəsi “palçıqlı oba yeri, palçıq olan yerdəki oba”
mənalarını ifadə etməklə digər qonşu obalardan fərqlən dirilmişdir.
PƏRDİQIRAN. Rayonun Susayqışlaq İƏV-də kənd. Keçmiş -
də bu yaşayış məntəqəsinin ərazisi palıd meşəsi olmuş və buradan
pərdi (balta ilə yonulub evin üstünə atılan tir) kəsildiyi üçün belə
adlandırılmışdır. Əvvəllər ərazi “pərdi qırılan yer” coğrafi anla -
yışını ifadə etmiş və bu, sonradan toponimik vahidə çevrilmişdir.
Ağacdan  pərdi  hazırlamaq  üçün  gələnlər  bir  neçə  gün  burada
83


qalardılar.  Əvvəlcə  bu  ərazidə  müvəqqəti  sığınacaq  yerləri
tikilmiş, getdikcə genişlənərək obaya çevrilmiş və “Pərdiqırılan
yer, oba” adlandırılmışdır. Pərdiqıran sözü oykonimin tələffüz
formasından alınmışdır.
PİRQULUOBA. Rayonun  eyniadlı  İƏV-də  kənd.  Yaşayış
məntəqəsi  Quba  rayonu  Qrız  kəndi  sakini  Pirqulu  adlı  şəxsin
keçmiş  oba  yerində  salınmışdır.  Oykonim  “Pirqulunun  obası,
Pirquluya məxsus oba” mənasındadır. 
RƏHİMOBA. Rayonun Hülövlü İƏV-də kənd. Yaşayış məntə -
qəsi Quba rayonunun Qrız kəndindən çıxmış ailələrin məskun -
laşması  nəticəsində  yaranmışdır.  1920-ci  ildə  Fatma  yurdları,
1930-cu ildə Çobanoba və Qıfoba, 1935-ci ildə isə Şıxoba adlı
Cek kəndindən olanların obaları da Rəhimobaya birləşdirildi. 
Rəhimobaya Şabran cekliləri də deyirlər. 1916–1917-ci illərdə
Şabrana taun xəstəliyi düşəndə Şabran ceklilərinin əksər hissələri
qırıldı.  Qalanları  isə  inqilabdan  sonra  qonşu  kəndlərə  dağıldı. 
O biri obaların ərazisi də Rəhimobaya beləcə qatıldı.
Oykonim Rəhim (şəxs adı) və oba komponentlərindən düzəlib,
“Rəhimin obası” mənasındadır. 
SABİROBA
. Rayonun Nərəcan İƏV-də kənd. Yaşayış məntə -
qəsi XIX əsrdə Quba rayonunun Qrız kəndindən çıxmış ailələrin
yaratdığı  obalardan  biridir.  Bəzi  tədqiqatçılar  oykonimi  hun
tayfalarının bir qolu olan cabirlərlə bağlayırlar. M.Vəliliyə görə
sabiran sözü “Şabran”la eynidir.
SAHİLLƏR. Rayonun Seyidlikənd yeri İƏV-də qəsəbə. Yaşa -
yış məntəqəsi Xəzər dənizinin sahilində yerləşdiyinə görə belə
adlandırılmışdır.
SAMURÇAY. Rayonun  Nabran  İƏV-də  qəsəbə.  Oykonim
Böyük Vətən Müharibəsi illərində yaranmış və Samur çayının
sahilində olduğu üçün belə adlandırılmışdır.
84


Hidronim mənşəli bu oykonim bir çox türk dillərində işlənən
sam (böyük) və mur (çay) komponentlərindən ibarət olub, “böyük
çay” mənasındadır.  Samur türkdilli  xalqların  toponimiyasında
geniş  areala  malikdir:  Kubanda  Samurlu, Tambov  vilayətində
Samursk kəndləri, Cənubi Azərbaycanda Samurçay və s. 
SAYAD. Rayonun Qalağan İƏV-də kənd. Yaşayış məntəqəsini
antroponim mənşəli olduğu ehtimal olunur. 1933-cü ildə Xızı ray-
onunda Sayadlar adlı kənd qeydə alınmışdır.
SEYİDLƏR. Oykonimin  keçmiş  adı  Digah  Şıxlar  Seyidlər
olmuşdur. Kənd rayonun Köhnə Xudat İƏV-də yerləşir. Yaşayış
məntəqəsi XIX əsrdə Quba rayonu Cek kəndinin obalarından biri
idi. Sonralar burada seyid ailələri məskunlaşdığı üçün oba belə
adlandırılmışdır.  Mənbələrdə  seyidlərin Azərbaycana  gəlişi
Səfəvilərin hakimiyyəti dövrlərinə aid edilir. Seyidlər ərəblərin
Qüreyş qəbiləsindəndirlər.  Azərbaycan  ərazisində  10-a  yaxın
yaşayış məntəqəsi bu addadır.
SEYİDLİKƏNDYERİ
.  Oykonim  əvvəllər  Seyidlikəndyeri
adlandırılmışdır. Rayonun eyniadlı İƏV-də yerləşir. Bu yaşayış
məntəqəsi Seyidli nəslinin kənd yeri adlı ərazidə məskunlaşması
nəticəsində yaranmışdır. Sonralar oykonimin tərkibindən “kənd -
yeri” tərkibi düşmüşdür.
Kəlbəcər rayonunda Kənd yeri adlı yaşayış məntəqəsi mövcuddur.
SƏLİMOBA. Oykonim XIX əsrin ortalarında Quba rayonunun
Əlik kəndindən çıxmış bir qrup ailənin qışlaq yerində məskun -
laşması nəticəsində yaranmışdır. Kənd obanın əsasını qoyan Səlim
adlı bir şəxsin adı ilə bağlı olub, “Səlimin obası” mənasındadır.
Yaşayış məntəqəsi Yalama İƏV-də yerləşir.
SƏRKƏRLİ. Rayonun  Yergüc  İƏV-də  kənd.  XIX  əsrin
ortalarında Ukraynanın Borispol əyalətindən köçüb gələnlər bu-
85


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə