Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə20/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

ilkin formasının Qarahacılı olduğunu qeyd edərək, tərkibindəki
“qara” sözünü “qorxmaz, cəsarətli” kimi mənalandırır (27, 12). 
“Azərbaycanın coğrafi adları” kitabında isə Qaracallı oykon-
imi kürd qəbiləsinə mənsub nəsil adı kimi qeyd olunur (50, 39). 
Qeyd edək ki, Xanlar rayonu ərazisində Qaracallı təpəsi (Əli
Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki to-
ponim də qeydə alınmışdır.
QARACIQ
. Etnotoponimdir. Mənbələrdə XVIII əsrdə Qarabağ
xanı Pənahəli xanın Naxçıvanın Qaracuq (Qaracıq) kəndindən
Qarabağa köçürdüyü kəngərlilərin bir hissəsini sonralar Qubalı
Fətəli xan öz xanlığının ərazisinə köçürməsi haqqında məlumat
verilir. Oykonim həmin ailələrin burada məskunlaşması nəticə -
sində yaranmışdır.
Yaşayış məntəqəsi Aşağı Zeyd İƏV-nə daxildir.
QARACIQ ZEYD. Rayonun Aşağı Zeyd İƏV-də kənd. Yaşayış
məntəqəsi XIX əsrin ortalarında Quba rayonunun Zeyd kəndindən
bir  qrup  ailənin  həmin  kəndə  məxsus  qışlaq  yerində  məskun -
laşması nəticəsində yaranmışdır. Yeni yaşayış məskəni Qaracıq
kəndinə çox yaxın olduğu üçün belə adlandırılmışdır. Oykonim
“Qaracıq kəndi yaxınlığındakı zeydlilər” mənasını bildirir.
QARAÇAYCEK. Oykonim XIX əsrin ortalarında Quba ray-
onunun Cek kəndindən bir qrup ailənin Şabran düzünə köçərək
məskunlaşması nəticəsində yaranmışdır. Kənd Qaraçayın sahilində
yerləşdiyindən belə adlandırılmışdır. Oykonim “Qaraçay sahilin -
dəki ceklilər” mənasındadır. Kənd Aşağı Zeyd İƏV-nə daxildir.
Cig  (cek) qədim  türk  tayfalarından  birinin  adıdır.  Herodot
ciglərin Qara dəniz sahillərində yaşamasından xəbər verir. Tar-
ixçi-alim,  həmyerlimiz  İ.Şahbazov  isə  mənbələrə  əsaslanaraq
ciglərin/cigllərin VI–VII əsrlərdə Yenisey çayının mənbəyində
yaşadıqlarını, IX əsrin əvvəllərindən X əsrin axırlarınadək onların
70


yaratdığı Qaraxanilər dövlətinin geniş bir əraziyə malik olmasını
yazır (46).
XI yüzilliyin müəllifi Mahmud Kaşqariyə görə ciglər Taraz
(Cambul)  vilayətinin  yaxınlığındakı  Cigil şəhərində  və  onun
ətrafında  yaşamışlar.  Mənbələrdə  Orta  əsrlərdə  İssıkkulun  hər
tərəfini cigil tayfalarının tutduğu bildirilir.
Quba rayonunun Cek kəndinin içərisində böyük bir qaya daşı
və bunun üstündə bir neçə ev var. Kəndin əhalisi bu daşa kum, Cek
kəndindən çıxmış obaların əhalisinə isə kumayti deyirlər. Kumayti
ceklərə görə “Cek kəndindən çıxanlar” deməkdir. Cek həm də,
türk dillərində “yarğan” mənasındadır.
QARAÇI
. Rayonun eyniadlı İƏV-də kənd. Ağçayın sahilində,
Samur-Dəvəçi ovalığındadır. Oykonim türkdilli xalqlar içərisində
siqan adlanan qaraçı xalqının adı ilə bağlıdır. XIX əsrin əvvəl -
lərində  kəndin  ərazisində  bir  neçə  qaraçı ailəsinin  yaşaması
mənbələrdən məlumdur. Mənşəcə Hindistanın Kəraçi vilayətindən
çıxmaları haqqında fikirlər geniş yayılmışdır. M.Vəlili yazır ki,
Azərbaycan  qaraçıları  öz  dilləri  və  türk  sözləri  ilə  qarışıq  tat
dilində danışırlar. Bununla bərabər onların dili hind-Avropa dillə -
rinin Şimal-Qərb qrupu əlamətlərinə malikdir (51, 64). Qaraçılar
əvvəl Azərbaycan ərazisində köçəri həyat sürürdülər. Hazırda isə
demək olar ki, oturaq həyata uyğunlaşmışlar.
Xaçmaz  rayonunda  Qaraçı kəndi,  Hacıqabul  yaxınlığında
Qaraçı karvansarası, Ağdaş  rayonu  Mollalar  kəndində Qaraçı
təpəsi, Xanlar rayonu ərazisində Qaraçı dərə, İsmayıllı rayonu
Güyüm kəndi yaxınlığında Qaraçıbulaq, Zəngilan rayonu Keşikli
kəndi ərazisində Qaraçı çuxuru toponimlərdə qaraçı etnoniminin
izlərini qoruyub saxlaya bilmişdir. 
QARADAĞ BUDUQ
. Oykonim Qaradağ və Buduq adlarının
birləşməsindən  yaranmışdır.  Qaradağlı  kəndinin  yaxınlığında
yerləşdiyinə görə digər Buduq kəndindən (indiki Ağyazı Buduq)
71


fərqləndirmək üçün belə adlandırılmışdır. Qaradağlı oykonimin -
dən sonralar -lı şəkilçisi düşmüşdür. Oykonim “Qaradağlı kəndi
yaxınlığındakı  Buduq  kəndi” mənasındadır.  Hülövlü  İƏV-də
yerləşir. 
Professor V.Piriyev yazır ki, “Buduq” oykonimi buduqlulara
qonşu xalqlar, etnik qruplar tərəfindən verilmiş addır. Buduqlular
isə özlərini “buduq” və ya “buduqlu” deyil, “budad” adlandı -
rırlar. O, XIII–XIV əsrlərin görkəmli tarixçisi, həkimi və dövlət
xadimi  Fəzlullah  Rəşidəddinin  “Came  ət-təbarix” (Tarixlərin
toplusu) əsərinə istinad edərək oykonimin budat/budad qəbiləsi
ilə əlaqədar olduğunu yazır. Budat/budad qəbiləsi isə qədim vaxt-
lardan monqol ləqəbi daşıyan türk qəbilələrindən olan “Nurun
türkləri” sırasına daxil edilir. Budat/budad sözü bud etnoniminin
-at/-ad mənsubiyyət  şəkilçisi  ilə  birləşməsindən  ibarət  olub,
“budlu, buda mənsub olan” mənasını verir. “t” samitinin “d”-
keçməsi adi fonetik haldır. Müasir buduqlular XIII əsrin birinci
yarısında Azərbaycana gəlmiş türk-monqol qəbilələrindəndir (11,
21–23). 
Buduq sözünə müxtəlif yanaşmalar da var. M.Vəlili (Baharlı)
buduqluları yerli – “xüsusi Qafqaz xalqları” (qrız, cek, xınalıq,
hapıt və s.) qrupuna daxil edir (50, 29).
Q.Qeybullayev  buduqluların  Şəki-Zaqatala  zonasından
(Albaniyanın Bed/Bex/Bis vilayətindən) gəlmələr olduğunu yazır
(55, 93).
Həmyerlimiz tarixçi alim İmammirzə Şahbazov isə Buduğun
tayfa adı olduğunu və Herodotun adını çəkdiyi budilərlə əlaqəsi
olduğu qənaətindədir (47). 
Buduqlular Bas Buduq, Agyazı, Qarabulaq, Qaradağ, Qaraçay,
Dəliqaya, Yergüc, Suxtakələ (Suxtaqala) buduqlusu və s. kimi
tanınırlar.
QARADAĞLI. Rayonun Hülövlü İƏV-də kənd. Qaradağlı ən
böyük Azərbaycan ellərindən birinin adıdır. Yaşayış məntəqəsi
72


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə