Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə16/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

DALĞALI. Rayonun Nabran İƏV-də qəsəbə. Hidronim mən -
şəli düzəltmə oykonimdir. Xəzər dənizinin ləpədöyən sahilində
yerləşdiyi üçün belə adlandırılmışdır. 
DƏDƏLİ. Rayonun eyniadlı İƏV-də kənd. Mənbələrdə oykon-
imin əsl adının Ərəbdədəli olduğu bildirilir. Sonralar oykonimin
tərkibindəki  ərəb sözü  düşmüşdür.  Mənbələrdə  dədəlilərin
ərəbdədəli tayfasına mənsub olması haqqında məlumat var. 
XVIII əsr rus hərbi qulluqçusu P.Q.Butkovun Qafqaz tarixi
haqqında  topladığı  materiallarda  Dədəli kəndinin  adı  çəkilir.
Rusların  və  İran  hakimlərinin  Azərbaycandakı  zülmünə  qarşı
mübarizə aparan və dövlət müstəqilliyinə cəhd göstərən Müşkür
mahalının Dədəli kənd sakini Hacı Davud haqqında bu dövrün
tanınmış səyyahı Lopuxin də məlumat verir. Hacı Davud 1728-ci
ildə Krit adasında əsirlikdə ölmüşdür.
Ağsu və Füzuli rayonlarının ərazisindəki eyniadlı oykonimlərin
də ərəbdədəli tayfası ilə əlaqəli olduğu qeyd olunur. 
DİGAHOBA. Kənd Köhnə Xudat İƏV-nə daxildir. Oykonim
Digah (kənd adı) və oba sözlərindən ibarət olub “Digah kəndinin
obası, digahlılara məxsus oba” mənasındadır. Yaşayış məntəqəsi
kimi XIX əsrin ortalarından mövcuddur. Digah sözü tat dilindəki
di (kənd) və gah (yer) sözlərindən ibarət olub “kənd yeri, yurd”
mənasındadır. Digahoba kollektivləşmə illərindən sonra daimi
yaşayış məntəqəsinə çevrilmişdir. 
DOSTLUQ. Nabran yaxınlığında kiçik qəsəbə. 1965-ci ildə 6
№-li  balıq  vətəgəsi  yanında  salınmış  və  rəmzi  olaraq  belə
adlandırılmışdır.  Burada  əvvəl  balıqçılıqla  məşğul  olan  ailələr
məskunlaşmış,  sonra  yaşayış  evləri  artmışdır.  Dostluq Turizm
üçün ən əlverişli ərazilərdəndir. 
58


DÜZTAHİROBA.
Üçkomponentli  antroponim  mənşəli
oykonimdir.  Rayonun  Yalama  İƏV-də  yerləşir.  Oykonim  düz
(düzənlik), Tahir (şəxs adı) və oba komponentlərindən ibarət olub
“düzdə yerləşən Tahirin obası” mənasındadır. Dağlıq ərazilərdən
gəlmiş  ailələrin  məskunlaşması  nəticəsində  daimi  yaşayış
məntəqəsinə çevrilmişdir.
ƏBİLYATAQ. Rayonun Niyazoba İƏV-də kənd. Oykonim Əbil
(şəxs adı) və yataq komponentlərindən ibarət olub “Əbilin yataq
yeri, Əbilə məxsus yataq (mal-qara saxlanılan yer)” mənasındadır.
Əvvəllər Quba rayonunun Giləzi kəndinə məxsus yataq olmuş və
sonralar daimi yaşayış məskəninə çevrilmişdir.
ƏHMƏDOBA.  Rayonun  eyniadlı  İƏV-də  kənd.  Oykonim
Əhməd (şəxs adı) və oba komponentlərindən ibarət olub, “Əhmədə
 məx sus oba” mənasındadır. Oba sonralar daimi yaşayış mən tə -
qəsinə çevrilmişdir. 
ƏRƏB.  Rayonun  Qalağan  İƏV-də  kənd.  Yaşayış  məntəqəsi
özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının
başlanması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o
cümlədən,  Azərbaycana  xeyli  ərəb  tayfaları  köçürülmüşdür.
Mənbələrin  məlumatına  görə  təkcə  xəzər-ərəb  müharibələri
dövründə Hişam ibn Mərvan 731-ci ildə Şimal sərhədlərini qoru-
maq üçün Azərbaycanda Şamdan (Suriyadan) gəlmiş 40 min ərəb
ailəsi yerləşdirmişdi. Ərəblərin Azərbaycana köçürülməsi sonralar
kütləvi  hal  almışdı.  Gələn  ərəblərin  əksəriyyəti  Şam,  Mosul,
Yəmən,  Kufə,  Bəsrə  və  başqa  ərazilərdən  idi.  XIX  əsrin  əv -
vəllərinə aid mənbələrə görə Zaqafqaziyadakı ərəb komponentli
toponimlərin 29-dan 19-u Bakı quberniyasında idi. M.Vəliliyə
görə, vaxtilə Azərbaycanı fəth edib, burada sakin olmağa başlamış
ərəblər tamamilə türkləşmişlər (51, 54). Oykonim ərəblərin iz
buraxdığı kəndlərdəndir. 
59


Ağdaş, Laçın, Masallı rayonlarında eyniadlı oykonimlər qeydə
alınmışdır. Ümumiyyətlə, Azərbaycanda 15-dən çox “ərəb” kom-
ponentli oykonim mövcuddur.
ƏZİZLİ. Oykonim 1992-ci ilə qədər Aranovka adlanırdı. Kənd
Müskür İƏV-də yerləşir. 
FƏRZƏLİOBA. Köhnə Xudat İƏV-də kənd. 1917-ci ildə Hacı
Fərzəlioba variantında qeydə alınmışdır. Oykonim Fərzəli (şəxs
adı)  və  oba komponentlərindən  ibarət  olub  “Fərzəlinin obası,
Fərzəliyə  məxsus  oba” mənasındadır.  Sonralar  bu  oba  daimi
yaşayış məntəqəsinə çevrilmişdir.
GƏNCƏLİ. Müşkür İƏV-də kənd. Quruluşca düzəltmə oykon-
imdir. Bu oykonim Gəncə (şəhər adı) və mənsubluq bildirən -li
şəkilçisindən düzəlib, “Gəncədən olanlar” mənasındadır. Gəncəli
yaşayış  məntəqəsinin  Səfəvilər  dövründə  (1514-cü  ildən  –
Çaldıran döyüşündən sonra) yaranması güman edilir. Mənbələrdə
bu yaşayış məntəqəsini Gəncə şəhərindən köçüb gəlmiş ailələrin
saldığı göstərilir. Eyniadlı kənd Salyan rayonunun Çuxanlı İƏV-
də  də  mövcuddur.  M.Kaşqarinin  əsərlərindəki  bilgilərə  əsasən
Gəncək türk qəbilələrindən birinin adıdır. Professor R.Tağıyeva
məlumat verir ki, qıpçaq qrupu dillərindən fərqli olaraq, oğuz
qrupu türk dillərində bir çox hallarda söz sonundakı -k, -q səsləri
düşür  və  söz  əvvəlində  kar  samitlərin  cingiltiləşməsi  meyli
güclənir (28, 157). Deməli, Gəncə sözü Gəncək tayfasının adı ilə
əlaqədardır. Bəzi tədqiqatçılar isə Gəncə sözünü “xəzinə” kimi
mənalandırır. 
GÖDƏKLİ. Rayonun  Alekseyevka  İƏV-də  kənd.  Gödəkli
oykoniminin  mənbələrdə  qədim  türk  tayfası  olan  Xələclərin
gödəkli  tirəsinin  adı  ilə  bağlı  olduğu  göstərilir.  XX  əsrin
əvvəllərində Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş
60


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə