Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə14/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

nisbətən  yaxın  yaşayış  məntəqələri  isə  özündə  fərqləndirici
əlaməti əks etdirmişdir.
ARZU
. Yaşayış məntəqəsi Samur-Abşeron kanalının ya xın -
lığında Hacıəlibəy İƏV-də yerləşir. Kənd (qəsəbə) XX əsrin 50-ci
illərində 12 №-li sovxozun nəzdində salınmış və 1965-ci ildən
rəsmi olaraq Arzu adlandırılmışdır. Oykonimin belə adlandırılması
burada məskunlaşmış əhalinin xoş gələcəyə ümidi ilə bağlıdır. 
ASLANOBA
. Kənd Seyidlikənd yeri İƏV-də, Xəzər dənizinin
sahilindədir. Oykonim Aslan (şəxs adı) və oba sözlərindən düzəlib,
Aslana məxsus oba, kənd” dəməkdir. Aslan sözü antroponim və
etnonim  kimi  türk  dilli  xalqların  toponimiyasında  geniş
yayılmışdır: Aslanbud, Aslanbəyli, (Qazax rayonunda), Aslanlar,
Aslanlı (Ermənistan ərazisində), Aslan, Aslanşah, Qamışaslan,
Aslandüz (İran) və s. 
AŞAĞI  LƏGƏR.  Rayonun  Köhnə  Xudat  İƏV-də  qəsəbə.
Sovet  dövründə  Çkalov  adına  sovxozun  5-ci  şöbəsi  yanında
yaranmış və 1965-ci ildən Aşağı Ləgər adlandırılmışdır. Eyniadlı
oykonim  Qusar  rayonunda,  Qusar  maili  düzənliyində  də  var.
Oykonimin tərkibindəki aşağı sözü fərqləndirici komponent ol-
maqla “Aşağıda yerləşən Ləgər kəndi” dəməkdir. Ləgər sözü bəzi
mənbələrdə  ləgər//ləkər  (dağ  ətəyində  çökəklik)  və  ya  lüəkər
(yarğanlı yer) kimi hallanır. Bəziləri isə “ləkər” sözünü yaraşıq,
görkəm sözü  ilə  bağlayırlar.  Əslində  isə  ləkər//ləgər  sözü
laklar//ləklər etnoniminin tələffüz formasıdır. 
AŞAĞIOBA
. Bu yaşayış məntəqəsi rayonun Seyidlikənd yeri
İƏV-də,  Xəzər  dənizinin  sahilindədir.  Kənd  obalar əsasında
yaranmışdır.  Yaşayış  məntəqəsi  XIX  əsrin  ortalarında  Susay
kəndinə  məxsus  qışlaqda  yaranmış  iki  obadan  (Aşağıoba  və
Susayqışlaq) biridir. 
52


AŞAĞI  ZEYD. Kənd  Qara  çayın  sağ  sahilində,  rayonun
eyniadlı İƏV-də yerləşir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında
Quba rayonunun Zeyd kəndindən bir qrup ailənin həmin kəndə
məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır.
Oykonimin  birinci  komponenti  yaşayış  məntəqəsinin  coğrafi
mövqeyini bildirir. Zeyd ərəb mənşəli etnotoponimdir. Mənbələrdə
oykonimin “seyid” sözündən yaranması haqqında fikirlər var. 
Kəndin  əsasını  Zeyd  kəndindən  olan  Qasım  adlı  bir  şəxs
qoyduğu üçün “Qasım qışlağı” da adlanır. 
BABALI. Oykonim rayonun Müşkür İƏV-də yerləşir. 1917-ci
ildə  Bəbəli variantında  qeydə  alınmış  bu  kənd  o  zaman  Quba
qəzasının Dədəli bölgəsinə daxil idi. Keçmişdə Qoz Babalı (qo-
zluq  ərazidə  yerləşdiyi  üçün)  və  ya  Ərəb  Babalı da  adlanırdı.
Hazırda rayonun Qaraqaşlı kəndi yaxınlığında Ərəb Babalı adlı
xarabalıq  var.  Eyniadlı  yaşayış  məntəqəsi  Cəlilabad  rayonu
ərazisində də mövcuddur. Mənbələrdə göstərilir ki, kəndin əsasını
Xaçmaz rayonundan köçmüş babalılar qoymuşlar. Tədqiqatçılar
oykonimi VII əsrdə Azərbaycana köçürülmüş ərəb tayfalarından
birinin adı ilə bağlayırlar. Etnotoponimdir. 
BALAQUSARQIŞLAQ
. Mürəkkəb  üçkomponentli  oykon-
imdir.  Yaşayış  məntəqəsi  rayonun  Qusarçay  İƏV-də  yerləşir.
Oykonim Qusar rayonunun Bala Qusar kəndindən həmin kəndə
məxsus qışlaq yerinə köçmüş ailələrin məskunlaşması nəticəsində
yaranmışdır.  Oykonimin  mənası  “Kiçik  Qusar,  Bala Qusar
kəndinin qışlağı” deməkdir. 
BARAXUM. Qusar  çayı  sahilində  Uzunoba  İƏV-də  kənd.
1933-cü  ildə  rayonun  ərazisində  Baraxlı kəndi  də  qeydə  alın -
mışdır.  1917-ci  ildə  kiçik  və  böyük  Baraxum,  Köhnə  və  yeni
Baraxum  adlı  dörd  kəndin  Quba  qəzasının  Dədəli  və  Müşkür
bölgələrində yerləşməsi haqqında mənbələrdə məlumat verilir.
53


Oykonim baraxlı//barağlı etnonimindən yaranmışdır. Tədqi qat -
çılar Baraxum oykonimini Səlcuq türkləri ilə xristianlar (xristian
mənşəli baraxum tayfası) arasında gedən mübarizə nəticəsində
yaranmasını qeyd edirlər. Baraxumlar bu tayfanın başçısı Sultan
İbrahim Eynalın (Baraxum) adı ilə onun irsindən qalmışlar (44).
BAYOBA. Rayonun Hacıəlibəy İƏD-də kənd. Yaşayış mən -
təqəsini XIX əsrin ortalarında Quba rayonunun Cek kəndindən
köçüb gəlmiş ailələr salmışlar. Yerli sakinlərin verdiyi məlumata
görə oykonim kəndin əsasını qoymuş Bay adlı bir şəxsin adı ilə
adlandırılmışdır. Oykonim bəy və oba komponentlərindən ibarət
olub mənası “bəy kəndi, bəy obası” deməkdir. Bəy sözünün qədim
variantları  bay formasında  müasir  özbək,  qazax,  qırğız  və  s.
dillərdə işlənməkdədir. 
BƏYQIŞLAQ. Oykonim  bəy  və  qışlaq  komponentlərindən
ibarət olub, “bəyə məxsus qışlaq, bəyin qışlağı” mənasındadır. Bu
yaşayış məntəqəsi rayonun Hülövlu İƏV-nə daxildir. 
BOSTANÇI. Rayonun Dədəli İƏV-də kənd. Oykonimi etno-
toponim  hesab  edən  tədqiqatçıların  fikrincə,  toponim  bostan
(qırğızlarda  və  özbəklərdə  boston)  tayfa  adından  və  -çı
mənsubiyyət şəkilçisindən düzəlib. Kəndin ərazisində orta əsrlərə
aid ərəb yazılı daş sənduqələrin və sinə daşlarının tapılması onun
qədim yaşayış məskəni olmasından xəbər verir. Bostançı oykoni-
mini  bu  kənddə  yaşayan  əhalinin  qədim  məşğuliyyəti  ilə
bağlayanlar da var. Ermənistanda Bostançı Xaraba, Gürcüstanda
Bostançı,  Özbəkistanda,  Bostanlıq,  Bustan, Tacikistanda  Bus-
tankala toponimləri qeydə alınmışdır. 
CANAXIR. Rayonun Hülövlu İƏV-də kənd yaşayış məntə -
qəsini Quba rayonunun Əlik kəndindən çıxmış ailələr Canaxır ad-
lanan yerdə salmışlar. Kənd əvvəllər Aşağı Əlik də adlanmışdır.
54


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə