Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə19/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

2. Niyazabad İƏV-də kənd. Kəndin əvvəlki adı Məmmədxan
İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış İlxıçı
tayfasına mənsub ailələrin başçısının adıdır.
İlxıçı Səlcuq türklərinin tayfa adıdır. Bu türk tayfaları Osmanlı
imperatorluğu dövründə doğma vətənləri Anadolunu tərk edərək
Azərbaycana gəldilər və daimi olaraq burada qaldılar. Bu tayfalar
(İlxıçı və Qaradağlı – Q.İ.) Azərbaycana köçdükləri vaxtdan öz
qəbiləçilik  təşkilatlarını  unudaraq,  başqa  türk  əhalisiylə
qarışmışlar. Öz qəbilələri adıyla iz buraxdıqları oykonimlərdən
başqa, onlardan bir iz qalmamışdır. M.Vəlili (Baharlı) şahsevən
ilxıçı qəbilələrinin 1921-ci il məlumatına görə Quba qəzasında
aşağıdakı kəndlərdə iz buraxdıqlarını qeyd edir. “Quba qəzasında
–  Qasımqışlaqlı  (2),  Xəlifələr,  Ulduğ,  Zərgərli,  İlxıçı  Həsən
Əfəndi, İlxıçı Məmmədxan, İlxıçı Qaradağlı (2), Əhmədli (2),
Xırdaoymaq” (51, 45).
Şübhə yoxdur ki, bu kəndlərin əhalisi içərisində onların nəsil -
ləri qalmaqdadır. Şamaxı rayonu ərazisində, Pirsaat çayının sol
sahilində hündürlüyü 673 m olan eyniadlı dağ qeydə alınmışdır.
Burada keçmişdə ilxıçı tayfasına məxsus yaylaq yurdu olduğu
bildirilir.
KEYMƏRƏZ
. Oykonimin əvvəlki adı Ərəb Keymuraz olmuş -
dur. Vaxtilə Azərbaycanı fəth edib, burada sakin olan türkləşmiş
ərəblər bu adı yadigar qoymuşlar. Kənd Qalağan İƏV-də yerləşir.
Oykonim Keymuraz adlı şəxsin nəsillərinin burada məskunlaş -
ması nəticəsində yaranmışdır.
KİÇİK BARAXUM
. Rayonun Dədəli İƏV-də kənd. Vaxtilə
Baraxum kəndindən ayrılmış ailələr tərəfindən salındığı üçün belə
adlandırılmışdır.  Oykonimin  tərkibindəki  “kiçik”  komponenti
fərqləndirici əlamət daşıyır. 
67


KÖHNƏ  XAÇMAZ
. Rayonun  Müşkür  (Pavlovka)  İƏV-də
kənd. 1900-cü ildə Biləcəri-Dərbənd dəmir yolu xəttinin çəkilişi
ilə  əlaqədar  burada  tikilən  stansiyaya  Xaçmaz  stansiyası  adı
verilmişdi.  Xaçmaz  kəndi  tikilmiş  stansiyadan  əvvəl  mövcud
olduğu üçün belə adlandırılmışdır. XIX əsrin əvvəllərində çariz -
min xristianlaşdırma siyasəti nəticəsində bura ruslar və ermənilər
köçürülmüşdür. Çox güman ki, oykonimin belə adlandırılması
xristianlığın möhkəmləndirilməsi ilə bağlı olmuşdur.
KÖHNƏ  XUDAT
. Rayonun  eyniadlı  İƏV-də  kənd.  Xudat
şəhərinin yaxınlığındadır. Kənd Xudat dəmir yolu stansiyasından
əvvəl  mövcud  olduğu  üçün  fərqləndirmək  məqsədi  ilə  Köhnə
Xudat adlandırılmışdır.
KRASNI XUTOR
. Rayonun Uzunoba İƏV-də kənd. Oykonim
rus dilindəki krasnı(y) (qırmızı) və xutor (yaşayış yeri) kom po -
nentlərindən  düzəlib,  “qırmızı  qəsəbə,  kənd”  mənasındadır.
Yaşayış məntəqəsi XIX əsrin axırlarında çar hökuməti tərəfindən
“sürgün”  edilmiş  subbotniklərin burada  məskunlaşması  nəti -
cəsində yaranmış və belə adlandırılmışdır.
QADAŞOBA. Oykonim  Qadaş (şəxs  adı)  və oba kompo -
nentlərindən ibarət olub, “Qadasin obası” mənasındadır. Yaşayış
məntəqəsi Quba rayonu Küsnət kənd sakini Qadaş adlı şəxsin oba
yeri olmuş və sonralar nəsillərin artımı nəticəsində kəndə çevril -
mişdir. Kənd Qımılqışlaq İƏV-də yerləşir.
QALAĞAN
.  Rayonun  eyniadlı  İƏV-də  kənd.  Oykonimi
bəziləri yabanı tikanlı səhra bitkisinin adı ilə əlaqələndirirlər. Bu
səhv fikirdir. Əslində isə Qalağan etnotoponimdir. Qalağan sözü
“quliqan” etnoniminin təhrif olunmuş formasıdır. Quliqan qədim
türkdilli tayfanın adını əks etdirir. Quliqanlar mənşəcə erkən orta
əsrlərdə  Monqolustanın  qərbində  Sələng  çayının  hövzəsində
68


yaşamış tolos (tulus) tayfasının bir qolunu təşkil etmişlər. Toloslar
XII əsrdə monqollara qarışmış və Ön Asiyanın işğalında iştirak
etmişlər. XIII əsrdə onların müəyyən hissəsi Azərbaycanda məs -
kunlaşmışdır. Qalağan kəndinin qədim yaşayış məskənlərindən
biri  olması  faktını  ərazisindən  tapılmış  maddi-mədəniyyət
nümunələri olan əmək alətləri də təsdiqləyir.
QARABAĞLI
. Rayonun  Niyazabad  İƏV-də  kənd.  Yaşayış
məntəqəsi 1780–1781-ci illərdə Quba xanı Fətəli xanın Qarabağ
xanlığından  köçürdüyü  ailələrin  məskunlaşması  nəticəsində
yaranmışdır. Oykonim “Qarabağdan olanlar, Qarabağdan gələn -
lər” mənasındadır. Oykonimin Qara (böyük) və bak (qədim türk
dillərində el, tayfa, soy) sözlərindən ibarət olduğu ehtimal olunur.
Orta əsrlərdə Qafqaz Albaniyasında yaşayan peçeneqlərin qarabağ
qolunun adındandır. Oykonimin tərkibindəki -lı şəkilçisi “mənsub -
luq, məxsusluq” bildirir. 
Salyan və Samux rayonları ərazisində eyniadlı yaşayış məs -
kənləri mövcuddur.
QARACALLI. Rayonun Əhmədoba İƏV-də kənd. Məzarcayın
sahilindəki  düzənlikdə  yerləşir.  Etnotoponimdir.  Qaracallılar
türkləşmiş  kürdlərdir.  Bu  kürdlər,  demək  olar  ki,  öz  dillərini
tamamilə unutmuşlar. Kəngərlilərin Qaracallı tayfasına məxsus bir
qoldur. Qaracallılar müxtəlif dövrlərdə Azərbaycana yayılmışlar.
Qaracallı tayfasının bir qismini 1781-ci ildə Qubalı Fətəli xan
Qarabağdan öz xanlığının ərazisinə köçürmüşdü. Onlar öz etnik
tərkiblərini müxtəlif oykonimlərdə saxlaya bilmişdir. Məsələn:
Kürd, Kürdsaban, Kürdmaşı, Kürdqarabağlar (Göyçay); Kürd -
qaradağlı, Kürdlər (Şuşa);  Kürdmahmudlu, Kürdmahrızlı
(Cəbrayıl); Səfikürd (Gəncə); Bərgüşad, Kürdlər (Lənkəran) və o
cümlədən,  Qaracallı adı  ilə  dörd  yaşayış  məntəqəsi  (Ucar,
Qubadlı, Cəbrayıl və Xaçmaz rayonlarında).
Çapar Kazımov Cəbrayıl rayonundakı Qaracallı oykoniminin
69


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə