Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   2   3   4   5   6   7   8   9   ...   27

Mənbələrdə ermənilərin bu ərazilərə 1768-ci ildə Cavad xanlığı
Şimal-şərqi Azərbaycan birliyinə – Quba xanlığına tabe olduqdan
sonra  köçürülməsi  göstərilir.  Qaradağ  və  Ərdəbildən  olan  bu
erməni köçəriləri mal-qarasını Muğan qışlağına gətirirdilər. M.
Vəlilinin  (Baharlı)  göstərdiyi  kimi,  onlar  xristianlığı  qoruyub
saxlasalar da tat (fars) dilində danışırdılar. 
İran dövləti XVIII əsrin 70-ci illərində Quba xanlığının Rusiya
ilə yaranmaqda olan isti münasibətlərə mane olmağa çalışırdı.
Bunun  üçün  İran  şahı  Kərim  xan  Zənd  müxtəlif  üsullardan  –
rüşvət, təxribat, “kəbin diplomatiyası”, etnik köçürmə siyasəti,
hətta hərbi yürüşlərdən də istifadə edirdi (43, 79).
Tarixən  başqa  dini-etnik  mənşəyə  mənsub  xalqların  bir
ərazidən başqa bir əraziyə köçürməsi siyasəti öz dövründə siyasi
qələbə  kimi  qiymətləndirilsə  də,  köçürülənlər  getdikcə  məs -
kunlaşdığı dövlətin ərazisində başqa dövlətlər üçün bir “daxili
nüvə silahı” rolunu oynamışdır.
“Quba tarixi” kitabında erməni ailələrinin Şamaxı, Müşkür,
Dərbənd ərazilərinə köçürmələri haqqında məlumat verilir. Fətəli
xan Dərbəndin yuxarı hissəsində – Narınqalada əvvəlcə yüzdən
çox erməni ailəsini yerləşdirmiş, sonra isə, 1776-cı ilin əvvəl -
lərində məlum olmayan səbəblərə görə həmin ermənilər şəhərin
aşağı hissəsinə köçürülmüşdür (43, 84).
Dini mənsubiyyət məsələsi də Rusiyanın apardığı ən başlıca
siyasət idi. Buna görə də çar Rusiyası himayəsində olan torpaqlara
xristian mənşəlilərin köçürülməsinə təkliflər və təzyiqlər nəticə -
sində nail olurdu. 1813-cü il “Gülüstan” və 1828-ci il “Türk mən -
çay” müqavilələrindən sonra Rusiya imperiyasının tabeçiliyində
olan Azərbaycan torpaqlarına quberniyalardan və İrandan açıq-
aşkar  şəkildə  kütləvi  surətdə  xristian  mənşəlilər,  o  cümlədən
ermənilər köçürüldülər (Bu barədə kifayət qədər rəsmi sənədlər
və elmi əsərlər var). Bunlar da rus həmdinlərinə arxalanaraq yaşa -
dıq ları  ərazilərdə  daim  azərbaycanlıları  sıxışdıraraq  məskun -
laşdıqları ərazi toponimlərini dillərinə uyğun dəyişdirirdilər.
Mərhələlərlə həyata keçirilən mürtəce etnik siyasətin nəticələri
27


Azərbaycan Respublikasının coğrafi-siyasi xəritəsində dərin izlər
buraxmaqla, ərazisi zaman-zaman kiçildilmişdir.
Mənbələrdə  göstərilir  ki,  1914–1918-ci  illər  Birinci  dünya
müharibəsi dövründə “Daşnaksütyun” partiyasının rəhbərlərindən
olan Muradyan adlı bir erməni tabeçiliyində olan 2000 erməni və
rus əsgərləri ilə özünü rus çarizminin ən yaxın müttəfiqi kimi
qələmə verməklə Müşkür mahalında əmin-amanlıq yaratmaq adı
ilə  bir  növ  ön  cəbhədən  yayınmışlar.  Onlar  cəbhəyə  getmək
əvəzinə Xaçmazda müsəlmanlara divan tutmuş və burada etnik
təmizləmə siyasətinə əl atmışlar (35, 14). 
Köhnə Xaçmaz kəndində sakin olan ermənilər də, M.Vəlilinin
(Baharlı)  qeyd  etdiyi  kimi,  xristian  olsalar  da,  tat  dilində
danışırdılar. Tat dilinin bəzi ləhcələrində “xaçamaz”, “xaçemaz”,
“xaçmaz” sözü  “qoz”  mənasında  başa  düşülür.  Bu  ərazilər
əvvəllər həqiqətən də, qoz ağacı sahələri ilə zəngin idi.
Xaçmaz oykonimini fitonim mənşəli hesab edənlər, görünür,
bu fikri əsas tuturlar. 
Xristian  mənşəlilərin  türkdilli  xeçmatak/xaçmatak tayfaları
haqqında məlumatları olmadan bu sözü özlərinin leksik sisteminə
uyğunlaşdıraraq “Xaçmaz” toponimik adını saxlamışlar. Xaçmaz
sözünün tərkibindəki “xaç” komponenti xristian mənşəlilərə çox-
dan tanış olmaqla, həm də sərfəli idi. Əks halda, Azərbaycanın bir
çox toponimləri kimi Xaçmazın da adını dəyişə bilərdilər. 
Deməli, Müşkür mahalına köçüb gələn ermənilər “Xaçmaz”
toponimik adını tat dilinə uyğun olaraq “qoz” sözü ilə bağlamışlar.
Əslində bu, zahirən belə idi. Gizli olaraq apardıqları siyasət isə bu
ərazilərdə erməni-xristian mənşəli əhalinin sayını artırmaq, ərazi
toponimlərinin adlarını rus və erməni dillərinə uyğunlaşdırmaq,
qırğınlar törətməklə yerli əhalinin sayını azaltmaq və rus dövləti
ilə qonşuluq şəraitində yaşamaq üçün muxtariyyət əldə etməkdən
ibarət idi.
Mənbələrdə göstərilir ki, 1918-ci ildə erməni daşnaklarının
Quba qəzasında törətdikləri vəhşiliklər vaxtı Xaçmaz onların əsas
dayaq məntəqəsi olmuşdur. Bolşevik rəhbərləri tərəfindən Bakı-
Qudermes stansiyasına qədər dəmiryol hərəkətinin milisi təyin
28


edilmiş David Gelovani qəza komissarı kimi fəaliyyətə baş la dıq -
dan  sonra  ermənilər  məkrli  siyasətlərini  həyata  keçirməyə
başladılar. Daşnak qulduru Amazasp qəzada – Xaçmazda qırğınlar
törətdiyi halda, balıq sənayeçisi Vartan Avapov və iri dəyirman
sahibi Harutunyan bir qrup erməni millətçiləri ilə siyasi işlərlə
məşğul idilər. Onlar bolşevik rəhbərlərini inandırmağa çalışırdılar
ki, Xaçmazda müsəlmanlar xristian əhalini sıxışdırır və bolşevik -
lərin hakimiyyətinə tabe olmaq istəmirlər. Bu məsələyə müəyyən
qədər nail olan ermənilər xristian dəstəyinə arxalanaraq Xaçmazda
müsəlmanları  qırmaqla  əhalinin  sayını  azaldır,  ətraf  yerlərə
ermənilərin köçüb gəlmələrinə şərait yaradırdılar. Burada erməni
kilsələri tikilir, İrandan və Ermənistandan keşişlər dəvət olunurdu.
Bütün bunlara baxmayaraq, xaçmazlıların fədakarlığı və vətən -
pərvərliyi  nəticəsində  onların  bu  niyyəti  baş  tutmadı.  Ancaq
kütləvi surətdə xristianlaşdırılan bəzi yaşayış məntəqələrinin adları
dəyişdirildisə də məqsədli şəkildə bu “Xaçmaz” toponiminə şamil
edilmədi. Belə ki, “Xaçmaz” onomastik vahidindəki “xaç” kom-
ponenti “Xaçmaz” toponiminin qoruyucusuna çevrilmişdir. 
Beləliklə, aydın olur ki, “xaçmaz” sözü türk mənşəli qədim
“xeç matak”// “xaçmatak” tayfalarının adı ilə bağlıdır. Sonralar
bu tayfaların bir qismi yerli əhali ilə qaynayıb-qarışmış və is -
lamiyyəti qəbul etmişlər. “Xeçmatak”// “xaçmatak” tayfalarının
bir qismi isə islamiyyətlə mübarizədə tab gətirə bilmədikləri üçün
Baş Qafqaz silsiləsinin yamaclarına və Dağlıq Qarabağa yaxın
ərazilərə çəkilmişlər.
Tarixdən  məlumdur  ki,  müəyyən  bir  etnik  tərkib  yaşadığı
ərazilərin toponimlərində öz etnik mənşəyinin izlərini yaşadır və
bunun yayılma areallarını genişləndirir. Bunu nəzərə alsaq görərik
ki, bu genişlik respublikamızın dağlıq əraziləri üçün (Balakən,
Daşkəsən, Xocavənd, Oğuz) daha xarakterikdir. Elə isə, bu fikir
Xaçmaz şəhərinin adındakı “xaçmaz” sözünün miqrasiya xarak-
terli  olmasını  deməyə  əsas  verir.  Miqrasiyanın  əsas  hərəkət
istiqaməti isə düzənlik ərazilərdən dağlıq ərazilərə yönəlmişdir.
Azərbaycan əraziləri türkün vətəni olmaqla, onun parçalanma
sahəsi kimi mərkəzi mövqe tuturdu (25, 12).
29


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə