QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə19/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   15   16   17   18   19   20   21   22   ...   94

 
40 
meqafaunasına  cənub  yarımqütbündə  tropikada  məskunlaşan  iri  oliqoxetlər,  xüsusilə  Megascolecidae 
fəsiləsindən  olan  nümayəndələri  aiddir.  Onlardan  ən  böyüyü  Avstaliya  Megascolides  australis  olub  uzunluğu 
2,5, bəzən 3 m-ə çatır.  
Torpağın  daimi  sakinlərindən  başqa  iri  heyvanlardan  yuvalarda  yaşayan  böyük  ekoloji  qrupu  (marmot, 
sünbülqıran, dovşan, porsuq, ərəbdovşanı və b.) ayırmaq olar. Onlar yerin üzərində qidalanır, lakin torpaqda 
çoxalır,  qışlayır,  istirahət  edir,  təhlükədən  qorunur.  Bir  sıra  digər  heyvanlar  da  bu  yuvalardan  istifadə  edir, 
burada əlverişli mikroiqlim tapır və düşmənindən gizlənirlər.  
Bir  sıra  ekoloji  xüsusiyyətlərinə  görə  torpaq  su  və  yerüstü  aralıq  mühit  hesab  olunur.  Torpağı  su  ilə 
yaxınlaşdıran cəhətlər onun temperatur rejimi, oksigenin azlığı, torpaq havasının su buxarları ilə doyması və 
suyun müxtəlif formalarda mövcudluğu, torpaq məhlulunda duzların və üzvi maddələrin olmasıdır.  
Torpağı  hava  mühiti  ilə  yaxınlaşdıran  torpaq  havasının  mövcudluğu,  üst  qatların  quruma  təhlükəsi  və 
temperatur rejiminin kifayət qədər kəskin dəyişməsidir.  
Heyvanların yaşama mühiti kimi torpağın aralıq ekoloji xassələrinə əsasən ehtimal etmək olar ki, torpaq, 
heyvanat aləminin təkamülündə mühüm rol oynamışdır.  
 
2.7. Yanğınlar ekoloji faktor kimi 
Y.Odum (1975, 1986) yanğınları (meşə, bozqır, torf bataqlığı və b.) iqlimin ayrılmaz hissəsi kimi yerüstü-
hava şəraitində ekosistemə özünəməxsus kompleks fiziki və kimyəvi təsir etdiyini göstərir və onu temperatur, 
yağıntı və torpaq kimi mühüm ekoloji faktor hesab edir. Buna uyğun olaraq biotik qruplaşmalar bu faktora da 
temperatur  və  suya  olduğu  kimi  adaptasiya  olunur.  Əksəriyyət  hallarda  insan  yanğın  faktorunu  həm 
gücləndirə, həm də zəiflədə bilir. 
Yanğınlar  mülayim  zonanın  meşə  və  bozqır  rayonlarında  və  tropika  rayonlarının  quraqlıq  mövsümündə 
xüsusilə  böyük  rol  oynayır.  Y.Odum  (1975)  qeyd  edir  ki,  ABŞ-ın  qərb  və  cənubi-şərq  rayonlarının 
əksəriyyətində  son  50  ildə  yanğın  hadisəsi  baş  verməyən  böyük  sahə  tapmaq  çətindir.  Sibir  və  Uzaq  Şərq 
regionlarında  da  qaraşam  meşələrində  gövdəsi  yanmayan  ağaca  təsadüf  edilmir.  Yanğının  təbii  başvermə 
səbəbi  çox  vaxt  ildırımın  vurması  olur.  Şimali  Amerika  induları  meşə  və  preriləri  qəsdən  (məqsədlə) 
yandırmışlar. Deməli, insan hələ ətraf mühiti güclü dəyişməzdən çox-çox əvvəllər yanğınlar limitləşdirici faktor 
olmuşdur.  Təəssüf  ki,  hazırkı  dövrdə  də  insanın  ehtiyatsız  davranışı  nəticəsində  məhsuldar  meşə  və  bozqır 
əraziləri yanğınlara məruz qalaraq pozulur və ya məhv edilir. Ekoloji təsirinə görə «üst» və «alt» yanğınlar 
ayrılır.  Üst  yanğınlar  zamanı  çox  vaxt  bitki  örtüyü  və  heyvanat  aləmi  tamamilə  məhv  edilərək  əksəriyyət 
orqanizmlərə limitləşdirici təsir göstərir. Biotik qruplaşmaların öz ilkin vəziyyətinə qayıtması üçün bərpa işləri 
yenidən başlanır və buna çox illər tələb olunur.  
Alt  yanğınlar,  əksinə,  seçici  təsir  göstərir,  orqanizmlərdə  oda  qarşı  adaptasiyanın  inkişafına  köməklik 
göstərir,  bakteriyaların  parçalanma fəaliyyətinə təkan verərək  mineral maddələrin yeni yaranacaq ekosistem 
nəslinin  qidalanması  üçün  əlverişli  formaya  çevirir,  üst  yanğınların  başvermə  təhlükəsini  zəiflədir, 
qruplaşmaların (biosenozların) bioloji müxtəlifliyinin çoxalmasına şərait yaradır. Alt yanğınlar azot fiksə edən 
paxlalı bitkilər üçün faydalıdır.  
Yanğından bəzən mühiti idarə edən faktor kimi də istifadə edilir. Bataqlıq şam meşələrinin məhsuldarlığını 
yüksəltmək, süpürgə kollu bataqlıqlarda ov heyvanlarını çoxaltmaq üçün yanğından zolaqlarla istifadə olunur. 
Pirogen (yanğın) faktoruna ekologiyada və bir sıra ekosistemlərin təkamülündə aparıcı faktor kimi baxmaq 
lazımdır. Yer kürəsinin bir çox regionlarında bitki örtüyü və heyvanat aləminin formalaşması bilavasitə təbii baş 
verən yanğınların (ildırım, vulkan püskürməsi) nəzarəti altında gedir. Biotaya təsir göstərən pirogen faktorların 
qədimliyini Q.Valter (1974) pirofit bitki qruplaşmalarının nisbətən çox olması ilə izah edir.  
Təbii faktorlardan başqa insan tərəfindən uzaq keçmişdən törədilən yanğınların bitki örtüyünə böyük təsiri 
olmuşdur.  Əkinçilik  dövründən  əvvəl  yanğınlar  insanlar  tərəfindən  kütləvi  ovçuluq  zamanı  törədilmişdir. 
Avstraliyada bu üsuldan indi də istifadə olunur. Maldarlığa keçdikdən sonra xam torpaqlar və kənd təsərrüfatı 
sahələri əldə etmək məqsədilə bu üsul (yanğın) universal silaha çevrildi.  
Yanğın  (od)  mühit  faktoru  kimi  ekosistemə  yüksək  intensivlikdə  eliminasiya  qəflətən  baş  verməsi  və 
qısamüddətli  olması  ilə  fərqlənir.  Bununla  belə  çox  vaxt  biotonun  (flora  və  faunanın)  məhvinə  səbəb  olmur 
(qalın  quru  torfluğun  yanması  müstəsna  olmaqla).  Məs.,  tayqa  ekosistemlərində  yanğından  sonra  biotonun 
bərpa olması növlər hesabına gedir: 1) yanğına davamlı növlər (şam, qaraşam, torpaq faunasının bir hissəsi); 
2) Vegetativ yolla bərpa oluna bilən bitki növlərinin (qaragilə, mərcangilə və digər kollar, titrək qovaq, tozağac 
və b.); 3) torpaqda toxum kimi qalan növlər (erika, ayıqulağı, moruq və b.); spor vasitəsilə (yosun, göbələk və 
b. yumurtacıq, pup halında (bəzi həşəratlar)); 4) çoxlu miqdarda toxum və spor verərək təzə yanğın yerlərini 


 
41 
zəbt edən növlər (yağıotu, müvəqqəti mamırlar); 5) bərpa olunan yanğın yerində passiv (aeroplankton) və ya 
aktiv halda əlverişli şərait tapan növlər (məs., sığın, may böcəyi, tetra quru və b.).  
Yanğın  hadisəsi  ekosistemin  bütün  komponentlərinə  (canlı,  cansız)  təsir  göstərərək  katastrofik 
diqressiyaya səbəb olmaqla bərabər, həm də ardıcıl diqressiya-demutasiya zənciri yaradır.  
Tayqa  ekosistemlərində  müəyyən  edilmişdir  ki,  quru  sahələrdə  təxminən  hər  50-100  ildən  bir,  rütubətli 
sahələrdə isə hər 150-300 ildən bir yanğın təkrar olunur (Korçagin, 1954). Yanğınlar xüsusilə açıqiynəli meşə 
ekosistemlərinə (qaraşam və şam) güclü təsir göstərir. Odur ki, bu meşələr yayılan regionlarda geniş sahələr 
ilkin  meşələrin  daim  pirogen-diqressiv  variantlarından  ibarətdir.  Bu  meşələrin  quru  sahələrində  yanğınlar 
hər  20-25  ildən,  rütubətli  sahələrdə  isə  40-50  ildən  bir  təkrar  olunur  (Utkin, 1965). Şərqi  Sibirin  qaraşam 
meşələrində yanğınlar  müntəzəm  baş  verir,  burada hətta  güclü  yanğından sonra  da suksessiya  prosesi cins 
dəyişmədən gedir. Yəqin ki, bu hal suksessiyanın xüsusiyyəti olub qaraşam meşə ekosistemlərinin və onların 
demudasiya komplekslərinin qədimliyindən xəbər verir.  
Yarpaqlı  (enliyarpaqlı)  meşələr  zonasında  yanğından  sonra  biotanın  (ekosistemin)  müvəqqəti 
qruplaşmaları  əvvəl  çəmən,  sonra  isə  törəmə  tipli  meşə  mərhələləri  keçirir.  Y.Odum  (1975)  enliyarpaqlı 
meşələrin  arealı  daxilində  palıd  meşələrinin  yerində  pirogen  subklimaks  tipli  qruplaşmalar  müşahidə  olunur 
(törəmə çəmən, bozqır, yaxud şam meşəsi).  
Bozqır  zonanın  ekosistemlərinin  müasir  görünüşü  və  təşkili  əsasən  antropogen  faktorların  təsiri  altında 
təşəkkül tapmışdır.  
Yarımsəhra  kompleksləri  bozqırlarla  müqayisədə  yanğınların  təsirinə  qarşı  az  davamlıdır.  Bu 
qruplaşmaların strukturuna pirogen təsir çox vaxt dönməyən və ya uzun müddət bərpa olunmayan dəyişikliyə 
səbəb  olur.  Arid  rayonlarında  pirogen  diqressiya  çox  vaxt  qumların  sovrulma  mənbəyinə  çevrilir,  burada 
yanğınlar səhralaşmaya səbəb ola bilər. Güclü diqressiya zamanı ayrı-ayrı sahələrdə barxanlar əmələ gətirir. 
Yanğınların və intensiv mal-qara otarılmasının yarımsəhra ekosistemlərinə məhvedici təsiri və Həştərxan qum 
massivinin (2,2 mln. ha) yaranmasını buna misal göstərmək olar. Bunun başlanğıcı XIX əsrin ilk onilliklərində 
bir  neçə  Kiçik  Orda  nəslinin  bura  köçməsi  dövrünə  təsadüf  edir.  XX  əsrin  sonunda  döyənəkli  və  sovrulan 
qumların sahəsi 30 dəfəyə qədər artdı.  
Pirogen suksessiyalar geniş yayılmışdır. Onların mövcudluğu ekosistem sıralarının müasir paylanmasında 
və təkamülündə yanğınların rolunu təsdiqləyir (Sannikov, 1981).  
 
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə