34
Dərinliyə getdikcə heyvanların da rəngləri qanunauyğun olaraq dəyişir. Litoral və sublitoral zonalarda
heyvanların rəngləri daha parlaq və müxtəlif olur. Dərinlik və mağara orqanizmlərinin piqmentləri olmur. To-
ran-qaranlıq zonada qırmızı rəng daha geniş yayılıb bu dərinlikdə göy-bənövşəyi işığa əlavə hesab olunur.
Rəngə görə əlavə şüalar bədən tərəfindən tam udulur. Bu isə heyvanlara düşmənindən gizlənməyə imkan ve-
rir, belə ki, onların qırmızı rəngi göy-bənövşəyi şüalarda qara kimi görünür. Qırmızı rəng toran-qaranlıq zonası
heyvanlarından olan dəniz xanı balığı, mərcan, xərçəngkimilər və b. üçün səciyyəvidir.
Su hövzələrinin üst qatlarında işığın miqdarı yerin en dairəsindən və fəsillərdən asılı olaraq kəskin dəyişir.
Arktikada və Antarktikaya yaxın su hövzələrində uzun qütb gecələri fotosintez üçün faydalı olan vaxtı
məhdudlaşdırır, qışda donan su hövzələrində buz örtüyü işığın keçməsini çətinləşdirir.
Okeanın qaranlıq dərinliklərində orqanizmin görmə mənbəyi informasiyası kimi canlı orqanizmlər buraxdığı
işıqdan istifadə edirlər. Canlı orqanizmin işıqlanması biolyuminessensiya adlanır. İşıqverən (işıqsaçan)
növlərə demək olar ki, su heyvanlarının bütün siniflərində – bəsit birhüceyrələrdən tutmuş balıqlara kimi hətta
bakteriyalar, ibtidai bitkilər və göbələklərdə rast gəlinir. Biolyuminessensiya yəqin ki, evolyusiyanın müxtəlif
mərhələlərində baş vermişdir.
Biolyuminessensiya heyvanların həyatında əsasən siqnal əhəmiyyəti daşıyır. İşıq siqnalları sürüdə
istiqamətlənmək (səmtlənmək), digər cinsi cəlb etmək, şikarı (ovu) tovlamaq (aldadıb çağırmaq),
maskalanmaq və ya yayındırmaq (azdırmaq) məqsədi daşıyır. İşıqsaçma yırtıcının gözünü qamaşdırmaq və
istiqamətini çaşdırmaq, ondan qorunmaqda da istifadə olunur. Məsələn, dərinlikdə yaşayan mürəkkəbböcəyi
(dəniz molyusku) düşmənindən xilas olunaraq işıqlanan sekret (şirə) buludu buraxır, halbuki işıqlı sularda
yaşayan növlər bu məqsədlə qara mayedən istifadə edir.
Daima toranda və zülmət qaranlıqda yaşayan hidrobiontların görmə səmtləşməsi imkanını məhdudlaşdırır.
İşıq şüalarının suda tez sönməsi ilə əlaqədar hətta yaxşı inkişaf edən görmə orqanlarının köməyi ilə yalnız
yaxın məsafədə istiqamətlənmək mümkündür.
Səs suda havada olduğundan daha tez yayılır. Hidrobiontlarda səslə istiqamətlənmə görməyə nisbətən
daha yaxşı inkişaf etmişdir. Bəzi növlər hətta çox aşağı tezlikli (infrasəs) səsləri eşidir və fırtınadan əvvəl
vaxtında üst qatlardan daha dərin qatlara enir (məs. meduzalar). Su hövzələrinin bir çox sakinləri – məməlilər,
balıqlar, molyusklar, xərçəngkimilər özləri səs verir. Xərçəngkimilər bədənlərinin müxtəlif hissələrini bir-birinə
sürtməklə;balıqlar üzücü kisələri, udlaq dişləri, çənələri və digər üsullarla səs çıxarırlar. Səs siqnalları hər
şeydən əvvəl növdaxili qarşılıqlı əlaqə, məsələn, sürüdə istiqamətlənmək, digər cinsin fərdlərini cəlb etmək
vəzifəsi daşıyır və bu xüsusən bulanlıq sularda və dərində qaranlıq şəraitində yaşayan orqanizmlərdə yaxşı
inkişaf etmişdir.
Bütün su heyvanlarına xas olan ən qədim üsul mühitin kimyəvi xassəsini qavramaqdır. Bir çox balıqlar
üçün xarakterik olan min kilometrlərlə miqrasiya zamanı əsasən iyə görə istiqamət götürür və çox dəqiqliklə
kürü qoymaq və ya kökəlmə yerlərini tapırlar.
Bəzi hidrobiontlarda süzmə (süzülmə) qidalanmaq tipi hesab olunur. Onlar suda həll olunan üzvi mənşəli
asılı hissəcikləri və bir sıra kiçik orqanizmləri süzdürür və ya çökdürür. Belə qidalanma tipində yem axtarmaq
üçün böyük enerji sərfi tələb olunmur və bəzi molyusklar, oturaq dərisitikanlılar, polixet, plankton
xərçəngciklər və b. üçün səciyyəvidir. 1 m
2
sahədə yaşayan midilər (dəniz molyusku) manti boşluğundan sutka
ərzində 150-280 m
3
su ötürərək asılı hissəcikləri çökdürür. Şirin suda yaşayan dafnilər, taygözlər və okeanda
ən kütləvi yayılan xərçəngciyin (Calanus finmarchicus) hər bir fərdi gün ərzində 1,5 litr suyu süzgəcindən
keçirir. Okeanın litoral zonası xüsusilə süzücü orqanizmlərlə zəngin olub effektli təmizləyici sistem kimi
fəaliyyət göstərir.
Yer üzərində daşqınlar, güclü yağışlar, qarın əriməsi və b. səbəblərdən əmələ gələn çoxlu müvəqqəti,
dərin olmayan su hövzələri mövcuddur. Bu su hövzələri qısa müddət mövcud olsalar da, orada çox müxtəlif
hidrobiontlar məskunlaşır. Bu quruyan hövzələrin sakinlərinin ümumi xüsusiyyəti qısa müddət ərzində çoxlu
nəsil vermək və uzun dövr susuzluğa dözməkdir. Onlar əlverişsiz şəraitdən (susuz) çıxmaq üçün olduqca
müxtəlif üsullardan istifadə edərək sonrakı ildə yenidən nəsil verməyə başlayır.
2.4. Temperatur və rütubətliyin birgə təsiri.
Temperatur və rütubətlik ümumi, qarşılıqlı, birgə qarşılıqlı təsir göstərərək ən mühüm iqlim faktorları
hesab edilir və iqlimin «keyfiyyətini» təyin edir: il ərzində yüksək rütubətlik temperaturun mövsüm ərzindəki
tərəddüdünü yumşaldır (zəiflədir), bu dəniz iqlimi sayılır. Havanın yüksək quraqlığı temperaturun kəskin
dəyişməsinə gətirib çıxarır, bu isə kontinental iqlim hesab olunur.
35
Temperatur və rütubətlik kəmiyyətcə kifayət qədər etibarlı qiymətləndirilir, çünki onlar bütün xarici
limitləşdirici faktorların təyinedicisidir, onların təsirilə heyvanat və bitki aləmində əksəriyyət ekoloji hadisələr
asan korrelyasiya olunur.
Temperatur və rütubətliyin, həmçinin əksər digər faktorların qarşılıqlı təsiri bu faktorların həm nisbi, həm
də mütləq ölçülərindən asılıdır. Belə ki, rütubətlik kritik vəziyyətə yaxın olduqda, yəni çox yüksək və ya çox
aşağı olduqda temperatur orqanizmə daha aydın limitləşdirici təsir göstərir. Əgər temperatur hüdud qiymətinə
yaxın olarsa, elə rütubətlik də yüksək kritik rol oynayır. Məsələn, rütubətlik aşağı və mülayim vəziyyətdə
olduqda pambıq taxılbiti yüksək temperatura dözür. Pambıqçılıq rayonlarında quru isti hava şəraiti
pambıqçılara taxılbitinin sayının artmasına siqnal olub, onlara çiləyiciləri hazırlamağa xəbərdarlıq edir. İsti
rütubətli hava taxılbitinin artması üçün az əlverişli olsa da, pambıq bitkisi üçün əlverişsizdir.
Qeyd edək ki, yarpağını tökən meşələr zonasında, xüsusən onun cənub hissəsində su yayın sonunda
limitləşdirici faktor kimi özünü göstərir. Yabanı bitki örtüyü dövri baş verən yay quraqlığına adaptasiya
olunmuşdur, lakin bu zonada yetişdirilən kənd təsərrüfatı bitkiləri quraqlığa adaptasiya olunmayıb. Odur ki, bu
zonada bəzi quraqlıq illərində süni suvarmanın aparılmasına tələbat vardır.
2.5. Atmosfer qazları ekoloji faktor kimi
Atmosfer mühiti az sıxlığa, cüzi dayaqlığa malikdir. Odur ki, orada yaşayan bütün orqanizmlər yer səthi ilə
bağlıdır. Lakin hava mühiti orqanizmlərə həm fiziki, həm də kimyəvi təsir göstərərək onların tənəffüs və
fotosintezini təmin edir.
Fiziki faktorlara hava kütləsinin hərəkəti və atmosfer təzyiqi aiddir.
Hava kütləsinin hərəkəti konvektiv təbiətin passiv qarışması və ya atmosferin tsiklon fəaliyyətinin külək
şəklində ola bilər. Passiv qarışma zamanı spor, tozcuq, toxum, mikroorqanizmlər və xırda heyvanların
yerləşməsi təmin olunur, bunun üçün xüsusi uyğunlaşma - anemoxorlar olur. Orqanizmin bu kütləsi birlikdə
aeroplankton adlanır. Külək isə aeroplanktonu xeyli uzaq məsafələrə aparır, bu zaman çirkli maddələr də
yeni zonalara aparıla bilər.
Külək çay axını kimi bitkiyə birbaşa, məsələn, onun böyüməsinə (Abşeronda xəzrinin təsiri ilə ağacların bir
tərəfə əyilməsi), heyvanların aktivliyinə (məs. quşların) mənfi təsir göstərə bilər.
Atmosfer təzyiqi orqanizmlərə, xüsusən onurğalılara böyük təsir göstərir, bunun sayəsində onlar dəniz
səviyyəsindən 6000 m-dən yuxarı ərazilərdə yaşaya bilmirlər.
Biosferin çox hissəsində su buxarlarının kəskin dəyişməsi nəzərə alınmazsa, atmosferin tərkibi
dəyişməzdir. Müasir atmosferdə karbon qazının (CO
2
) həcmə görə miqdarı (0,03%) və oksigeninki (21%) bir
çox ali bitkilər üçün limitləşdirilmiş faktor hesab olunur. Məlum olduğu kimi bir sıra bitkilərdə fotosintezin
intensivliyini yüksəkltmək üçün CO
2
-nin konsentrasiyasını qaldırırlar. Lakin Y.Odum (1975) Byerkmenin (1966)
paxlalılar və s. bitkilər üzərindəki təcrübələrinin nəticələrinə istinad edərək yazır ki, havada oksigenin miqdarını
5%-ə qədər azaltmaqla fotosintez prosesini 50% yüksəltmək olar. Görünür O
2
-nin konsentrasiyasını artırdıqda
fotosintezin yüksək dərəcədə bərpa olunan aralıq məhsulu ilə molekulyar oksigen arasında gedən reaksiya əks
istiqamətdə gedir; O
2
-nin fotosintezə inqibisiya (sıxışdırıcı, əzici) təsiri də bununla aydınlaşdırılır. Y.Odum
(1975) qeyd edir ki, tropik rayonlarda becərilən taxıl bitkiləri, o cümlədən qarğıdalı, həmçinin şəkər qamışında
oksigenin fotosintez prosesinə belə təsiri qeydə alınmamışdır, ola bilsin ki, bu bitkilər karbon iki oksidi başqa
yolla fiksasiya edirlər. Müəllif onu da ehtimal edir ki, enliyarpaqlı bitkilər peyda olan və inkişaf edən dövrdə
CO
2
-nin atmosferdə konsentrasiyası indikindən yüksək, O
2
-ninki isə aşağı olmuşdur.
Torpaqda və onun altındakı süxurlarda, qrunt suyuna kimi (aerasiya zonasında) karbon qazının miqdarı
10% qalxır, oksigen isə aeroboredusentlər üçün limitləşdirici faktora çevrilir, bu isə ölmüş üzvi maddələrin
parçalanmasını yavaşıdır.
Qeyd edildiyi kimi, suda oksigenin miqdarı atmosferə nisbətən 20 dəfə azdır və burada o, limitləşdirici
faktor hesab olunur, onun mənbələri atmosfer havasından diffuziya olunması və su bitkilərinin (yosunların)
fotosintezi sayılır. Oksigenin həll olmasına temperaturun aşağı olması, külək və su dalğaları səbəb olur. Suda
CO
2
-nin limitləşdirici təsiri aydın təzahür olunmur. Lakin məlum olduğu kimi onun miqdarının yüksək olması
balıq və digər heyvanların ölümünə səbəb olur.
CO
2
suda həll olduqda zəif karbonat turşusu (H
2
CO
3
) alınır, ondan isə asan karbonatlar və bikarbonatlar
əmələ gəlir. Karbonatlar – balıqqulağı və sümük toxumalarının qurulması üçün qida maddələrinin mənbəyi və
su mühitinin turşuluq (hidrogen) göstəricisini (pH) neytral səviyyədə saxlamaq üçün yaxşı bufer sayılır. Bu
göstəricinin əhəmiyyəti ondan ibarətdir ki, hidrobiontlar üçün pH üzrə tolerantlıq intervalı olduqca dar
(məhdud) olub onun optimumdan bir az kənara çıxması orqanizmin məhvinə səbəb olur.
Dostları ilə paylaş: |