QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə23/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

 
49 
gətirir. Onlar uzun müddət, yaxud yalnız çoxalma dövründə mövcud ola bilər (məs. bir çox quşlarda – zağca, 
qaqarka, şimal dəniz quşu-tupik, qağayı və s.). 
Koloniyanın daha mürəkkəb formasında heyvanların həyat funksiyaları qarşılıqlı yerinə yetirilir, bu isə ayrı-
ayrı fərdlərin yaşayıb qalması ehtimalını artırır. Belə ümumi funksiyalar düşməndən qorunmaq və xəbərdarlıq 
siqnalı  vermək  üçündür.  Qağayılar,  kayralar,  bəzi  qazlar,  qaranquşlar  və  digər  quşlar  balalarını  və 
yumurtalarını  qorumaq  üçün  adətən  səs  çıxararaq  yırtıcının  üzərinə  atılır.  Qorxunu  hiss  edib  istənilən  quş 
tərəfindən qaldırılan həyəcan siqnalı bütün quşları səfərbər edir. Quşların birgə səfərbərliyi hətta iri yırtıcıları 
(tülkü, qırğı, bayquş və b.) da qaçırır.  
Məməlilər arasında kolonial həyat sürənlərdən marmot, süzən və ala quşu göstərmək olar. Məməlilərdə 
koloniyalar çox vaxt müxtəlif ailələrin ərazidə birləşməsindən deyil, törəməkdə olan ailələr arasında əlaqələrin 
saxlanması və ailə qruplarının artması əsasında yaranır.  
Daha  mürəkkəb  koloniyalar  kollektiv  halda  həyat  sürən  həşəratlarda  (termit,  qarışqa,  arı)  olur.  Onlar 
güclü artan ailələr arasında əmələ gəlir. Belə koloniyalarda – ailələrdə həşəratlar əsas funksiyaları (çoxalma, 
qorunma, özünü və nəsli yemlə təmin etmək, quruculuq və s.) birgə yerinə yetirir. Bu zaman ayrı-ayrı fərdlər 
və yaş qrupları arasında əmək bölgüsü və müəyyən əməliyyatları yerinə yetirmək üçün ixtisaslaşma aparılır. 
Koloniyanın üzvləri bir-birilə məlumat mübadiləsi əsasında hərəkət edir.  
Kolonial  heyvanlara  bəzi  qamçılılar,  süngərlər  və  bağırsaqboşluqlar,  ibtidai  xordalılardan  sinassidilər, 
slaplar aiddir.  
Kolonial bitkilərə müxtəlif birhüceyrləi yaşıl, göy-yaşıl, qızılı, sarı-yaşıl, diatom priofit yosunlar və evqlena 
yosunları daxildir. Onlar zoospor və avtosporla çoxalır.  
Dəstələr.  Heyvanların  müvəqqəti  cəmləşməsi  olub  hərəkətlərinin  bioloji  faydalı  mütəşəkkiliyini  təzahür 
etdirir.  Dəstə  (sürü)  növün  həyatında hər  hansı  funksiyanın  yerinə  yetirilməsini  (düşməndən  mühafizə,  yem 
əldə  etmək  (miqrasiya)  asanlaşdırır.  Dəstə  ilə  yaşamaq  quşlar  və  balıqlar  arasında  geniş  yayılmışdır, 
məməlilərdən  isə  bir  çox  itlər  üçün  səciyyəvidir.  Dəstələrdə  bənzətmə  (təqlidçilik)  reaksiyası  və  qonşudan 
oriyentir (səmt) götürmək güclü inkişaf etmişdir.  
Hərəkətləri uyğunlaşdırmaq (əlaqələndirmək) üsuluna görə dəstələr iki qrupa (kateqoriyaya) bölünür:  
1) ekvipotensial – ayrı-ayrı üzvlərin dominantlığı aydın görünmür;                 
2)  Liderli  dəstələr,  burada  heyvanlar  bir  və  ya  bir  neçə,  adətən  təcrübəli  fərdlərin  davranışına  görə 
istiqamət  alır.  Birinci  tipdə  cəmləşmək  əsasən  balıqlara  aiddir,  kiçik  quşlarda  və  köçəri  çəyirtkələrdə  də 
müşahidə olunur. İkinci dəstə tipinə adətən iri quşlar və məməlilərdə rast gəlinir.  
Quşlarda  dəstələr  mövsümi  köçmə  zamanı,  oturaq  və  köçəri  formalarda  isə  qış  yemlənməsi  dövründə 
formalaşır. Dəstələr yaratmaq köçmə zamanı koloniya halında yuva tikən və kollektiv yemlənən növlərə xasdır. 
Tək yuva quran və yemlənən növlər uçduqda dəstə əmələ gətirmir.  
Canavarlar qışda qrup halında ova çıxdıqda dəstə əmələ gətirir, belə halda onlar iri dırnaqlı heyvanların 
öhdəsindən gəlirlər.  
Sürü. Dəstəyə nisbətən sürü heyvanların daha uzun müddətə və daim cəmləşməsidir. Sürü qruplarında 
növün həyatında bütün əsas funksiyalar (yem əldə etmək, yırtıcılardan mühafizə olunmaq, miqrasiya, çoxal-
ma, balanı tərbiyə etmək və s.) yerinə yetirilir.  
Sürünün təşkil olunması variantlarından biri – müvəqqəti və ya nisbi daimi liderli qrup sayılır. Liderlər 
sürü  daxilindən  fərdlər  olub  digərlərinin  diqqəti  onlara  cəmləşir,  onlar  davranışları  ilə  yerləşmə  istiqamətini, 
yemlənmə  yerini,  yırtıcılara  qarşı  reaksiyanı  və  sürünün  digər  xassələrini  müəyyənləşdirir.  Liderin  fəaliyyəti 
bilavasitə digər fərdləri özünə tabe olmağa yönəldilməyib, sürünün daha təcrübəli üzvü liderlik edir. Məsələn, 
şimal maral sürülərini adətən yaşlı başçı aparır.  
Böyük sürülərdə də ailə və ya yaş qrupları cəmləşir, onlar arasında kontakt (əlaqə) digər analoji qrupların 
üzvləri  arasındakı  əlaqədən  daha  səmimi  olur.  Sürüdaxili  qruplaşmalarda  ümumi  liderdən  asılı  olmayan 
dominantlıq – tabelik əlaqəsi təşəkkül tapır. Başçı – dominantlar müxtəlif kollektiv funksiyasını yerinə yetirir. At 
ilxısında  məsələn,  başçı  hərəkəti  idarə  edir,  sürünü  təhlükədən  uzaqlaşdırır,  yırtıcılardan  qoruyur,  davanı 
saxlayır, daylaqlara və xəstə heyvanlara qayğı göstərir və s. Mürəkkəb vəziyyətdə müxtəlif növlərin başçıları 
kəşfiyyat aparır, sürüdən ayrılaraq sonradan geri dönür və təhlükəsiz istiqamət müəyyənləşdirir. Başçısı olan 
qruplarda baş verən münaqişə adətən onun iştirakı ilə müxtəlif növlərdə müxtəlif təcavüz dərəcəsinə görə həll 
olunur.  Pavian  (meymun  cinsi)  sürüsündə  başçı  incitmə  yolu  ilə,  qalib  başçısı  isə  çox  vaxt  qayda-qanunla, 
nəzərlə və ya başının işarəsi ilə bərpa edir.                           
  
3.9. Populyasiyaların dinamikası 


 
50 
 
Populyasiyanın sayının ümumi dəyişməsi, dinamikası dörd hadisənin hesabına yaranır: doğum, ölüm, köç-
mə, köçürülmə. 
 
Doğum 
Populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi,  yə’ni doğum əmə-
lə gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Za-
man vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm 
də mühit şəraitindən asılı olaraq dəyişir. (Məmmədov, Suravegina, 2000). Doğum çox olduqda ərazi vahidinə 
düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası  rəqabət güclə-
nir. Nəticədə fərdlər arasında ölüm halları artır. 
Ölüm – vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox 
səbəbdən  fərdlərin  genetik  və  fizioloji  mükəmməlliyindən  (yararlığından),  əlverişsiz  fiziki  mühit  şəraitinin  və 
yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin tə-
sir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə öl-
məsi ideal hadisə sayılır. buna populyasiyanın minimal ölümü müvafiq gəlir. Təbiətdə tez-tez rast gəlinən vari-
ant həyatının erkən dövründə fərdlərin yüksək ölümü hesab olunur. Yaşlı formalar daha çox qorunmuş və dö-
zümlü olur. İnsanlarda da bütün tarix boyu uşaq ölümü yüksək olmuşdur, son vaxtlar səhiyyənin inkişafı ilə 
əlaqədar uşaq ölümü azalmışdır. Ölümün sayı artdıqda populyasiyanın sayı azalır və bu zaman artımı stimullaş-
dıran mexanizmlər işə düşür.  Stress azalır,  cinsiyyət hormonlarının səviyyəsi artır,  doğum yüksəlir.  Beləliklə, 
populyasiyada onun sayını optimallaşdıran özünütənzimləmə mexanizmləri mövcuddur. 
 
Yerləşmə (yerini dəyişmə),  yerdəyişmə 
Populyasiyadan fərdlərin köçməsi və ya  onun yerinin gəlmələrlə (yadlarla) dolması növün mühüm bioloji 
xüsusiyyətlərindən  biri – onun yerdəyişmə  qabiliyyətinə əsaslanır. Hər bir populyasiyada fərdlərin bir hissəsi 
müntəzəm olaraq onu tərk edərək qonşu sahədəki populyasiyanı doldurur və ya həmin növ olmayan yeni əra-
ziyə köçür. Bu prosesə populyasiyanın dispersiyası deyilir. Yerdəyişmədə yeni biotoplar zəbt olunur, növün 
ümumi arealı genişlənir və yaşamaq uğrunda mübarizədə müvəffəqiyyət qazanılır. 
Müxtəlif heyvan və həşəratların yerdəyişməsi həyat tsiklinin müəyyən dövründə keçir. 
Bitkilər toxum və sporlar vasitəsilə yayılır (yer dəyişir). 
Yerdəyişmə dispersiyası populyasiyalar arasında əlaqə vasitəsini görür. Populyasiyanın sıxlığı artdıqda bu 
proses güclənir. Yerdəyişən fərdlərin həmin növ olmayan yeni əraziyə daxil olaraq oranı zəbt etməsi və yeni 
populyasiyalar əmələ gətirməsi invaziya adlanır. 
 
3.9.1. Say dinamikasının tipləri  
Canlı orqanizmlərin müxtəlif qrupları üzrə aparılan tədqiqatların nəticələri göstərir ki, təbii populyasiyaların 
sayı  daimi  qalmır.  Onların  dəyişməsi  konkret  faktorların  müsbət  və  ya  mənfi  təsirlərindən  asılıdır,  bütün 
növlərdə praktiki olaraq sayın qalxma və enmə prosesi qanunauyğun əvəz olunaraq dalğavari, dövri (tsikllik) 
xarakter alır və çox vaxt geniş əraziləri tutur.  
Populyasiyanın  sayının  qanunauyğun  dəyişməsi  xarakteri  bütövlükdə  növün  bioloji  xüsusiyyətlərindən, 
fiziologiyasından  və  təbii  ekosistemdəki  yerindən  asılıdır.  Hələ  1940-cı  illərin  əvvəlində  S.A.Seversov  (1941) 
məməlilər və quşların bir çox növlərinin sayının çoxillik gedişini təhlil edərək onun dinamikasının bir neçə tipini 
müəyyən etmişdir. 
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə