QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə30/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   26   27   28   29   30   31   32   33   ...   94

 
64 
Sinekoloji optimum – elə biotik əhatədir ki, növ düşmənləri və rəqibi tərəfindən ən az təzyiqə məruz 
qalır, bu isə onun müvəffəqiyyətlə artmasına imkan yaradır. Sinekoloji və fizioloji optimumlar çox vaxt uyğun 
gəlmir.  Əgər  uyğun  biotopda  ekoloji  sığınacaq  olduqca  güclü  rəqib  tərəfindən  zəbt  olunubsa  və  yırtıcı  və 
parazitlərin  təsiri  güclüdürsə,  növ  orada  yaşamır.  Biosenozu  formalaşdıran  növarası  əlaqələr  orada 
məskunlaşan  növlərin  qanunauyğun  münasibətinə,  onların  ekoloji  xüsusiyyətlərinə,  sayına,  məkanda 
paylanmasına şərait yaradır, başqa sözlə biosenozun müəyyən strukturunu yaradır.  
 
4.3. Yırtıcı – şikar, parazit-sahib əlaqələri.  
Canlılar arasında olduqca müxtəlif qarşılıqlı əlaqələr arasında müxtəlif sistematik qrupların orqanizmləri üçün ümumi 
olan müəyyən əlaqə tiplərini ayırmaq olar.  
Yırtıcı-şikar,  parazit-sahib  əlaqələri  bilavasitə  qida  əlaqəsi  olub,  partnyorlardan  biri  üçün  müsbət,  digəri 
üçün mənfi nəticə verir. Ekoloji qida əlaqələrinin bütün variantlarını, o cümlədən çəməndə otlayan inəyi də bu 
əlaqə  tipinə  aid  etmək  olar.  İstənilən  hoterotrof  orqanizm  qruplaşmada  digər  heterotrofu  və  ya  avtotrofu 
yeməyin hesabına yaşayır.  
 
 
Şəkil  4.3.  Lotki  –  Volter (V.Volterra) modelinə  görə  “yırtıcı  -  şikar” 
sistemində miqdarın qarşılıqlı əlaqəli tərəddüdü N

– şikar, N
2
 - yırtıcı  
 
Digər  heyvanlarla  (ovlayıb)  qidalanan  heyvan  yırtıcı  adlanır.  Yırtıcılar  üçün  xüsusi  ovlama  davranışı 
səciyyəvidir. Həşəratların çoxluğu və kiçik ölçüdə olması və asan əldə olunması fəaliyyəti ətyeyən heyvanları 
(adətən quşları) yırtıcıya çevirir. Onlar ovunu sadəcə «toplama» («yığma») ilə əldə edərək (quşlar toxumları, 
dəni yığaraq) onunla qidalanırlar. Həşəratyeyən yırtıcılar qidanı əldə etmək üsuluna görə otyeyən heyvanların 
otlamasına bənzəyir. Ekoloji baxımdan belə qidalanma üsulu həm çəməndə otlayan dırnaqlı sürülər, həm də 
ağacın  çətirində  yarpaqlarını  yeyən  tırtıl  üçün  səciyyəvidir.  Bəzi  quşlar  həm  həşəratla,  həm  də  toxumla 
qidalanır.  
 
Parazitlik  (parazitizm)  –  növlər  arasında  qida  əlaqə  forması  olub,  partnyor  orqanizm  (konsument) 
canlı  sahibinin  bədənindən  həm  qidalanma  mənbəyi,  həm  də  məskunlaşma  (yaşama)  yeri  (daim  və  ya 
müvəqqəti)  kimi  istifadə  edir.  Parazitlər  öz  sahibindən  xeyli  kiçik  olur.  Parazitizm  yırtıcılardan  fərqli  olaraq 
növlərin  dar  çərçivədə  ixtisaslaşması  ilə  səciyyələnir.  Belə  ki,  sahib  paraziti  yalnız  qida  ilə  deyil,  həm  də 
mikroiqlim,  mühafizə  və  s.  ilə  təmin  edir.  Parazit  sahibinin  orqanizminin  xüsusiyyətlərinə  nə  qədər  yaxşı 
uyğunlaşarsa, onun orada çoxalmaq və nəsilvermək ehtimalı da artar.  
Parazitlik əlaqələri ziyanverici həşərat və bitki, qansoran həşərat, heyvan və s. ola bilər. Parazit həşəratlar 
çox vaxt epidemiyanın yayıcısı ola bilər (bitlər-tif, gənələr-ensefalit xəstəliyi və s.). 
Parazitin  sahiblə  sıx  təmasda  olması  iki  cür  seçmə  nəticəsidir.  Parazitlərin  çoxları  tam  və  uzun  müddət 
sahibindən  istifadə  edərək  onun  tez  ölümünə  səbəb  olmur  və  özünün  daha  yaxşı  yaşamasını  təmin  edir.  Öz 
növbəsində  sahibinin  orqanizminin  müqavimət  gücünə  görə  seçmə  onun  üzərində  parazitlik  edənin  vurduğu 
ziyan getdikcə az hiss olunur. Təkamül gedişində sahib və parazit arasındakı kəskin əlaqələr neytral hala, daha 
sonra isə iki növ arasındakı əlaqə hər ikisinə faydalı əlaqəyə çevrilir.  
Parazitlər tərəfindən vurulan fəlakətli ziyan əksəriyyət halda əlaqələrin uzunmüddətli təbii seçmə yolu ilə 
hələ  sabitləşməsi  zamanı  müşahidə  olunur.  Odur  ki,  təsadüfi  başqa  yerdən  gətirilən  ziyanvericilər  kənd 
təsərrüfatı  bitkilərinə  və  heyvanlara  yerli  parazitlərdən  daha  çox  zərər  yetirir.  Y.Odum  (1975)  qeyd  edir  ki, 


 
65 
«yeni mənfi qarşılıqlı təzyiqin yaranmasından qaçınmaq və əgər o, baş verərsə, mümkün qədər onun qarşısını 
almaq lazımdır». 
Yırtıcılıq, parazitizm və digər qida əlaqələri variantlarının əsas ekoloji rolu canlı orqanizmlərin ardıcıl olaraq 
bir-biriləri ilə qidalanaraq maddələrin dövranına şərait yaratmaqdır, məlumdur ki, onsuz həyatın mövcudluğu 
qeyri-mümkündür. Bu əlaqələrin digər mühüm rolu növlərin sayının qarşılıqlı tənzimlənməsidir.  
Bir yırtıcının məhv etdiyi şikarın ümumi sayı əvvəlcə onun istifadə etdiyi növün sayına mütənasib sürətdə 
artır. Buna yırtıcının şikara qarşı funksional reaksiyası deyilir. Lakin istifadəçinin (yırtıcının) fiziki imkanından 
irəli hüdudu vardır. Yırtıcılar tam doyduqdan sonra adətən qurbana (şikara) qarşı reaksiyası zəifləyir. Şikarın 
sonrakı artımı yaxşı yem bazası əsasında yırtıcının sayının çoxalması ilə baş verir.  
Yırtıcı  və  şikarın  sayının  tərəddüdü  nisbətən  daimidir,  onların amplitudası  isə  mühitin  digər  faktorlarının 
təsiri ilə əlaqədar olaraq geniş hüdudda dəyişə bilər. Say tərəddüdü müxtəlif səbəblərdən (çox vaxt təsadüfi) 
partnyorlardan birinin sayı sıfıra enənə qədər davam edir. Belə tərəddüdlər xüsusilə, növarası əlaqələr müxtəlif 
olmayan  kasıb  qruplaşmalarda  (tundra  və  qütb  səhralarında,  bir  ağac  cinsi  hakimlik  edən  meşədə,  mədəni 
bağda və s.) aydın görünür.  
Y.Odum  (1975)  kommensalizm,  kooperasiya  və  mutualizmi  (simbiozu)  qarşılıqlı  təsirin 
müsbət  növünə  aid  edir.  Ekoloqların  çoxunun  fikrincə  sabit  (stabil)  ekosistemlərdə  mənfi  və  müsbət 
qarşılıqlı təsirlər tarazlıqda olmalıdır.  
Kommensalizm,  kooperasiya  və  mutualizmə  təkamül  gedişində  müsbət  qarşılıqlı  təsirin  ardıcıl 
mükəmməlləşmə mərhələsi kimi baxmaq olar.  
 
4.4. Kommensalizm – müsbət qarşılıqlı təsirin daha sadə tipi sayılır. İki növ arasında gedən qarşılıqlı 
təsirin bu formasında növün biri öz fəaliyyəti ilə (kommensala) qida və ya sığınacaq verir. Başqasının yaşayış 
yerinə  köçən  orqanizmlər  (kommensallar) «ev  yiyəsinə»  heç  bir  ziyan  yetirmir.  Sığınacaq  kimi  ya  tikintidən 
(yuva),  yaxud  digər  növün  bədənindən  istifadə  olunur.  Ağacların  gövdə  qabıqlarında  epifit  bitkilərin 
məskunlaşması  da  kommensalizm  sayılır.  Quş  və  gəmiricilərin  yuvalarında  buğumayaqlıların  olduqca  çoxlu 
növləri  məskunlaşır  və  orada  parçalanmış  (çürümüş)  üzvi  qalıqların  və  ya  digər  birgə  sakinlərinin  qalıqları 
hesabına qidalanırlar. Bir çox növlər yalnız yuvalarda yaşayır və oradan kənara çıxmırlar, belə növlər nidikol 
adlanır.  
Kommensalizm  əlaqə  tipi  təbiətdə  olduqca  mühüm  hesab  edilir.  Belə  əlaqə  növlərin  daha  sıx  birgə 
yaşamasına, mühitdən, qida resurslarından daha tam istifadə etməyə şərait yaradır.  
Lakin  bəzən  kommensalizm  başqa  əlaqə  tipinə  keçir.  Məsələn,  qarışqa  yuvasında  çoxlu  qarışqalarla 
birlikdə  stafilinid  böcəyinin  növlərinə  rast  gəlinir.  Onların  yumurtaları,  sürfə  və  pupları  qarışqa  balaları  ilə 
birlikdə olur. Bu balalar böcəyin yumurta, sürfə və baramasına qulluq edir, onları yalayır və xüsusi kameralara 
daşıyırlar. Bəzən qarışqalar iri böcəyi də qidalandırır.  
 
4.5. Mutualizm (simbioz) – Təbiətdə növlərin geniş yayılan qarşılıqlı faydalı əlaqəsi müfualizm adlanır. 
Mutualistik əlaqələr əvvəlki parazitizm və ya kommensalizmin əsasında baş verə bilər. Qarşıqlıqlı faydalı birgə 
yaşayışın  inkişaf  dərəcəsi  olduqca  müxtəlif  ola  bilər  –  müvəqqəti  qeyri-məcburi  əlaqələr  və  partnyorların 
iştirakı hər ikisinin həyatı üçün mühüm mütləq şəraitə çevrilən əlaqələr. İki növün belə ayrılmaz faydalı əlaqəsi 
simbioz adını almışdır.  
Simbiotik əlaqənin klassik misalı kimi şibyəni göstərmək olar. Şibyə göbələk və yosunun sıx birgə yaşayış 
tərzidir. Şibyələrin tərkibinə göbələklərin üç sinif nümayəndəsi (aksomiset, bazidiomiset və fikomiset) daxildir.  
Təbiətdə  sərbəst  vəziyyətdə  ehtimal  ki,  şibyəli  göbələyə  rast  gəlinmir.  Göy-yaşıl,  sarı-yaşıl,  yaşıl  və  qonur 
yosunlar şöbəsində 28 cinsin nümayəndələri aşkar olunmuşdur. Onların çoxuna sərbəst yaşama vəziyyətində 
rast  gəlinir.  Simbioz  (şibyə)  çox  güman  ki,  yosunun  üzərində  göbələyin  parazitizmi  ilə  əmələ  gəlmişdir. 
Təbiətdə  20000  növdən  artıq  belə  simbiotik  orqanizmlər  mövcuddur,  bu  belə  yaşamağın  (mövcudluğun) 
müvəffəqiyyətli  olmasını  göstərir.  Y.Odum  (1975)  obrazlı  surətdə  qeyd  edirdi  ki,  yosunun  parazitliyi  ilə  iki 
müxtəlif növün harmonik qarşılıqlı təsirə doğru keçdiyi yol – «lişay modeli» insan üçün simvolik yol olmalı, 
təbiətlə mutalistik əlaqə yaratmalıdır, çünki insanın özü heterotrofdur və mövcud resurslardan asılıdır.  
Çoxhüceyrəli  heyvan  və  bitkilərdə  mikroorqanizmlərlə  birgə  simbioz  çox  geniş  yayılmışdır.  Bir  çox  ağac 
növlərinin  mikoriza  göbələkləri  ilə  birgə  yaşayışı,  havadakı  molekulyar  azotu  fiksasiya  edən  kökyumru 
bakteriyalar  Rhizobium  məlumdur.  Azot  fiksasiya  edən  simbiontlar  200  növ  digər  örtülütoxumlu  və 
çılpaqtoxumlu  bitkilərin  köklərində  aşkar  edilmişdir.  Mikroorqanizmlərlə  simbiozun  tarixi  bəzən  çox  uzaq 
keçmişə gedir, ona görə simbiotik bakteriya koloniyalarına çoxhüceyrələrin xüsusi orqanları kimi baxmaq olar.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə