QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə38/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   34   35   36   37   38   39   40   41   ...   94

 
82 
Ehtimal  ki,  bir  neçə  vaxtdan  sonra  (təxminən  50-60  il)  tozağacı  meşəliyinin  yerində  fıstıq  yenidən  bərpa 
olunaraq klimaks vəziyyətini alacaqdır.  
İkinci  (törəmə)  suksessiya  proseslərinə  fıstıq  və  palıd  meşələri  qurşağında  da  geniş  rast  gəlinir.  Fıstıq 
meşəsi yox edilərək kənd təsərrüfatı bitkiləri altından çıxan, sonralar isə yenidən meşə və kol basmış sahələrdə 
əksər  halda  fıstığa  az  təsadüf  edilir.  Fıstıq  kölgəsevər  və  rütubətsevər  bitki  olduğu  üçün  ilk  dəfə  «çılpaq» 
yamacları  tuta  bilmir.  Həmin  sahələri  əvvəlcə  vələs,  palıd,  ağcaqayın,  göyrüş  və  s.  ağaclar  və  bir  çox  kol 
növləri tutur. Hazırda Altıağac qəsəbəsinin qarşısında (Ataçayın sol sahili) dəniz səthindən 1300-1600 m 
yüksəklikdə, yamacın şimal cəhətində pöhrədən törəmiş palıd-vələs meşəliyində tək-tək fıstığa təsadüf olunur. 
Bu  ərazidə  fıstıq  meşəliyinin  yoxa  çıxmasını  yalnız  insan  fəaliyyətinin  mənfi  təsirilə  izah  etmək  olar.  Burada 
təbii  yayılan  fıstıq  meşələri  başdan-başa  qırılmış,  sonralar  ağacların  özbaşına  kəsilməsi  və  mal-qaranın 
otarılmasının  davam  etdirilməsi  fıstıq  meşəsinin  yoxa  çıxmasına  səbəb  olmuşdur.  Hazırda  təsvir  etdiyimiz 
sahədə və Bakı Dövlət Universitetinin kotteclərinin yaxınlığında törəmə tipli vələs, palıd meşəsində tək-tək və 
qrup halında fıstıq ağaclarına təsadüf olunur. Qeyd edək ki, fıstıq ağacları burada bitən digər ağac növlərinə 
(vələs, palıd, göyrüş, ağcaqayın) daha yaraşıqlı olması, düz qaməti və sürətli inkişafı ilə seçilir. Meşə altında 
çoxlu  fıstıq  yeniyetmələrinə  təsadüf  olunur.  Lakin  intensiv  mal-qara  otarılması  təsvir  olunan  ərazi  üçün 
edifikator sayılan  fıstığın bərpa olunub ilkin biosenozunu yaratmağa imkan vermir.  
Digər  bir  misal.  Talışın  orta  və  yuxarı  dağ-meşə  fıstıq  qurşağında  kənd  təsərrüfatı  bitkiləri  altında 
istifadə edilərək «atılmış» sahələrdə törəmə tipli kolluqlar formalaşmışdır, belə kolluqların tərkibində heç vaxt 
fıstığa təsadüf edilmir, belə ki, şumlanmış və kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuş sahələri fıstıq 
tuta  bilmir.  Kol  örtüyündə  yemişan,  əzgil,  itburnu,  alça  və  fındığın,  ağac  bitkilərindən  isə  cavanyaşlı  palıd, 
vələs,  azatağacın  mövcudluğu  vaxtilə  bu  yamaclarda  meşə  bitkilərinin  yayılmasını  sübut  edir.  Fıstığın 
tamamilə  iştirak  etməməsi  isə  meşəsizləşdirilmiş  sahələrdə  vaxtilə  fıstıq  meşəsinin  mövcudluğu  fikrinin  irəli 
sürülməsini  bir  qədər  şübhə  altına  alır.  Lakin  2-20  km  məsafəlikdə  analoji  yamaclarda  fıstıq  meşələrinin 
mövcudluğu vaxtilə burada onun meşələrinin geniş yayılmasını təsdiq edir. Hazırda burada fıstığın olmaması 
fikrimizcə,  meşəsizləşdirilmiş  sahələrin  taxıl  və  digər  bitkilər  altında  istifadə  edilməsi  nəticəsində  eroziya 
prosesinin intensiv inkişafı ilə əlaqədar torpağın üst münbit qatı yuyularaq aparılmış, ana süxur səthə çıxmış, 
ərazi  yarğanlarla  parçalanmış  və  onun  yerli  quraqlaşmasına  səbəb  olmuşdur.  Sonralar  sahənin  şumlanması 
dayandırılaraq  oradan  otlaq  və  biçənək  kimi  istifadə  edilmişdir.  Belə  əlverişsiz  mühit  şəraitində  ağac 
cinslərindən daha dözümlü  sayılan azatağac özünə məskən salmış,  sonralar onun tərkibində palıd da peyda 
olmağa başlamışdır. Fıstıq isə rütubətsevər ağac olduğundan hazırkı quru bitmə şəraitində ilk dəfə sahəni tuta 
bilmir.  Hazırda  sahədə  mal-qaranın  otarılması  əmələ  gələn  ağac  cinslərinin  kollaşmasına  səbəb  olur  və 
meşənin bərpası istiqamətində demutasiya suksessiyasının qarşısını alır. Belə güman etmək olar ki, mənfi 
antropogen  təzyiq  dayandırıldıqdan,  torpaq  örtüyü  və  rütubətlik  bərpa  olunduqdan  sonra  törəmə  tipli 
suksessiyalar seriyalarının edifikator (fıstıq) biosenozunun bərpası ilə başa çatması labüdlüyü gözlənilir. 
 
 


 
83 
VI FƏSİL 
 
BİOSFER 
 
«Biosfer» haqqında təlimi böyük rus alimi, akademik Vladimir İvanoviç Vernadski (1863-1945) yarat-
mışdır.Onun fikrincə biosfer Yerin həyat yayılan xarici qabığıdır. (sferi). Bura bütün canlı orqanizmlər və onla-
rın  məskunlaşdığı  mühit  daxildir.  V.İ.  Vernadski  təsdiq  edirdi  ki,  Yerin  canlı  orqanizmləri  biosferin  ən  güclü 
qüvvəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir. Onun fikrincə biosferin maddəsi mütəlif 
olub geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə, radioaktiv maddə, kos-
mik mənşəli maddə, seyrək yayılmış atomlar, atil (kosniy), biratil (biokos) ibarətdir. 
-
 
Canlı maddələrə  bitkilər, heyvanlar və mikroorqanizmlər daxildir. 
-
 
Biogen maddələrə geoloji tarix boyu canlı orqanizmlər tərəfindən yaradılan üzvi və üzvi-mineral maddələr 
(daş kömür, torf, neft, əhəng, gil, mərmər, qranit və b.) daxildir. 
-
 
Atil (kosnıy) maddələrə qeyri üzvi mənşəli dağ süxurları, su canlı orqanizmlərin yaşaması üçün substrat və 
ya mühit sayılır. 
-
 
Biokos maddələr canlı və cansız (atil) maddələrin sintezindən yaranır. V.İ. Vernadski yazır ki, bu maddələr 
biosferdə canlı orqanizmlərlə və atil proseslərlə eyni vaxtda yaranıb bir-birinin dinamik tarazlıq sistemini  təşkil 
edir. Orqanizmlər biokos maddələrdə mühüm rol oynayır. Planetin biokos maddələrinə çöküntü süxurları, aşın-
ma qabığı, bütün təbii sular, torpaq, sualtı torpaq (lil) və s. daxildir. Canlı və cansız maddələrin biokosda nis-
bəti tərəddüd edir. Məs. torpağın tərkibi orta hesabla 93% mineral (atil) və 7% üzvi (canlı və biogen) maddə-
lərdən ibarətdir. 
 
6.1. Canlı maddə və biosferdə həyatın paylanması. 
Əvvəllər planetimizin səthində geoloji zaman ərzində bir-birini əvəz edən proseslərin əksəriyyətinə sırf fiziki, 
kimyəvi və ya fiziki-kimyəvi hadisələr (yuyulma, həllolma, çökmə, hidroliz və b.) kimi baxılırdı. Vernadski isə ilk 
dəfə olaraq canlı orqanizmlərin geoloji rolu təlimini yaradaraq göstərdi ki, canlıların fəaliyyəti Yer qabığının də-
yişməsində əsas faktor sayılır. 
Vernadski yazırdı ki,  Yerin geoloji tarixində hər bir orqanizmin ayrılıqlı iştirakı cüzidir,  lakin yerdə canlılar 
hədsiz dərəcədə çoxdur və onlar yüksək çoxalma potensialına malik olub yaşama mühiti ilə aktiv qarşılıqlı əla-
qədədir, son nəticədə birgə (müştərək) xüsusi qlobal miqyasda inkişaf faktoru olub yerin üst qabığını dəyişdi-
rir. 
-
 
Canlı orqanizmlər hədsiz müxtəlifdir, hər yerdə geniş yayılmışdır, bir çox nəsillərdə təkrar yenidən təzələ-
nir və təbiətin digər komponentləri ilə müqayisədə seçmə biokimyəvi fəaliyyətə və müstəsna yüksək kimyəvi 
aktivliyə malikdir. 
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə