QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə41/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   37   38   39   40   41   42   43   44   ...   94

 
91 
 
Øÿêil 6.5. Ãóðóäà ìàääÿëÿðèí áèîýåîêèìéÿâè äþâðàíû ñõåìè (Ð.Êîøàíîâà 
ýþðÿ, 1984) 
 
Belə elementlər biofil element adlanır. Bu tsikl və dövranlarla bütövlükdə biosferdə canlı orqanizmlərin 
mühüm funksiyaları təmin olunur. V.İ,Vernadski 5 belə funksiya ayırır: 
- Birinci – qaz funksiyası – Yer atmosferinin əsas qazları, biogen mənşəli azot və oksigen, həm də bütün 
yeraltı qazlar – ölmüş orqanizmlərin parçalanma məhsulu; 
-  İkinci  –  konsentrasiya  funksiyası  –  orqanizmlər  bədənlərində  (gövdələrində)  çoxlu  kimyəvi 
elementlər  toplayır,  onların  arasında  birinci  yerdə  karbon,  metallar  arasında  –  birinci  kalsium  hesab  olunur. 
Silisiumun konsentratoru (toplayıcısı) diatom yosunları, yodunku – yosunlar (laminariya), fosforunku onurğalı 
heyvanların skeletləri; 
-  Üçüncü  oksidləşmə  –  reduksiya  funksiyası  –  su  hövzələrində  yaşayan  orqanizmlər  oksigen  rejimini 
nizamlayır və bir sıra metalların (V, Mn, Fe) və qeyri metalların (S) həll olmasına və çökməsinə şərait yaradır; 
- Dördüncü – biokimyəvi funksiya – canlı maddənin çoxalması, böyüməsi və ərazidə yerləşməsi; 
- Beşinci – insan fəaliyyətinin biogeokimyəvi funksiyası – Yer qabığının getdikcə artan maddələrini, 
o  cümlədən  insanın  təsərrüfat  və  məişət  ehtiyacı  üçün  lazım  olan  daş  kömür,  neft,  qaz  və  b.  bu  kimi 
konsentratorları əhatə edir.  
Biogeokimyəvi dövranda iki hissə ayırmaq lazımdır: 
1) ehtiyat fondu – orqanizmlərdən asılı olmayaraq hərəkət edən böyük kütlə; 2) mübadilə fondu – bir 
qədər  az,  lakin  aktiv  olub  orqanizmlər  və  onların  bilavasitə  əhatəsində  olan  biogen  maddənin  birbaşa 
mübadiləsindən irəli gəlir. Biosferi bütövlükdə təhlil (təsvir) etsək, onda aşağıdakıları ayırmaq olar: 1) atmosfer 
və hidrosferdə (okean) ehtiyat fondu ilə qazşəkilli maddələrin dövranı və 2) yer qabığında (geoloji dövranda) 
ehtiyat fondu ilə çöküntü tsikli.  
Bununla  əlaqədar  olaraq  Yerdə  yalnız  bir  prosesi  –  fotosintez  nəticəsində  üzvi  maddələrin  yaranmasını 
qeyd etmək lazımdır. Bu proses Günəş enerjisini sərf etmir, əksinə onu toplayır.  


 
92 
 
6.3. Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri 
Atmosfer, hidrosfer və o cümlədən planetin biosferinə daxil olan qatlarında gedən proseslərdə maddələrin 
dəfələrlə  (təkrarən)  iştirakı  elementlərin  dövranı  adlanır.  Oksigen,  karbon,  azot,  kükürd  və  fosforun  dövranı 
xüsusilə böyük əhəmiyyət kəsb edir.  
 
Oksigenin dövranı 
Oksigenin dövranı - biokimyəvi tsikli planetar proses olub, atmosferi və hidrosferi Yer qabığı ilə əlaqələndi-
rir.  Oksigenin dövranının əsas həlqələri bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı sərbəst oksigenin əmələ 
gəlməsi, bütün canlı orqanizmlərin  tənəffüsü üçün  oksigendən  istifadə edilməsi,  üzvi qalıqların və qeyri-üzvi 
maddələrin  (məs. yanacağın yandırılması) oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi dəyişikliklər, bun-
lar  karbon  qazı,  su  kimi  oksidləşmiş  birləşmələrin  əmələ  gəlməsinə  və  onların  fotosintetik  çevrilmələrin  yeni 
tsiklinə cəlb edilməsinə səbəb olur. 
Oksigenin  dövranında  canlı  maddənin  aktiv  geokimyəvi  fəaliyyəti  aydın  təzahür  olunur,  bu  canlı  maddənin 
tsikl prosesində aparıcı roludur. İl ərzində sintez olunan üzvi maddələrin kütləsinə əsaslanaraq (15% tənəffüs 
prosesinə sərf edilməsini nəzərə alaraq) bu nəticəyə gəlmək olar ki, planetin yaşıl bitki örtüyünün illik oksigen 
məhsulunun miqdarı 300x10
9
 ton təşkil edir. Onun az miqdarı, yəni 25%-dən bir qədər artığı quruda yerləşən 
bitki örtüyü tərəfindən, qalanı isə Dünya okeanının fotosintez edən orqanizmləri tərəfindən ayrılır, sərbəst oksi-
gen yalnız atmosferdə deyil, həmçinin təbii sularda həll olunmuş vəziyyətdə mövcuddur. Dünya okeanı suları-
nın həcmi cəmi 137x10
19
 litrə bərabərdir, 1 litr suda isə 2-dən 8 sm

oksigen həll olunur. Deməli, Dünya okeanı 
sularında 2,7-dən 10,9x10
12
 ton həll olunmuş oksigen vardır.  
 
 
 
Øÿêèë 6.6. Áèîñôåð, ùèäðîñôåð âÿ ëèòîñôåð àðàñûíäà îêñèýåí, êàðáîí ãàçû, 
ñó áóõàðû ìöáàäèëÿñèíèí ñõåìè. 
(Ìÿììÿäîâ, Ñóðàâåýèíà, 2000) 
 
Oksigen yanma prosesi və antropogen fəaliyyətin digər növləri üçün istifadə edilir. Bəşəriyyətin 1980-ci ilə 
qədər olan tarixində dünyada 84 mlrd. ton daş kömür, 30 mlrd. ton neft və 7,3 trln. m3 təbii qaz yanacağın-
dan istifadə olunmuşdur. Bu qədər yanacağın yandırılmasına 273 milyard ton oksigen sərf edilmişdir, bunun 


 
93 
nəticəsində 322 milyard ton karbon qazı əmələ gəlmişdir. Göstərilən yanacağın 90%-ə qədəri son 40-60 ildə 
yandırılmışdır. 
Bura insan, heyvan, bitkilərin tənəffüsünə, mikroorqanizmlərin oksidləşmə reaksiyalarına sərf olunan oksi-
geni əlavə etmək lazımdır.  
 
Karbonun dövranı 
Məlum olduğu kimi karbon biosferin ən mühüm kimyəvi elementlərindən biri sayılır. Bu aşağıdakılarla bağlı-
dır: 
a) Həyatın demək olar ki, bütün formaları karbon birləşmələrindən ibarətdir. 
b) Biosferdə karbon birləşmələrinin oksidləşməsi və reduksiyası reaksiyaları yalnız karbonun deyil, həmçi-
nin oksigenin və bir çox digər elementlərin qlobal yayılmasına və balansına səbəb olur; 
ç) Karbon atomlarının zəncir və həlqə yaratma qabiliyyəti üzvi birləşmələrin müxtəlifliyini təmin edir; 
 
 
 
Øÿêèë 6.7. Êàðáîí èêè îêñèäèí äþâðàíû. Ðÿãÿìëÿð áèîñôåðèí ÿñàñ ùèññÿëÿðèíäÿ âÿ 
îíëàðûí àõûíëàðäà (îõëàðëà) ÑÎ2-íèí (ìëðä. òîí) ìèãäàðûíû ýþñòÿðèð. 
 
c) tərkibində karbon olan qazlar – karbon qazı (CO
2
) və metan (CH
4
) – antropogen parnik effektində mü-
əyyən rol oynayır.  
Karbonun əsas ekosfer ehtiyatları hidrosfer, litosfer və atmosferdə yerləşir. Onlar arasında intensivliyi ildə 
on milyard tonlarla aktiv karbon mübadiləsi gedir. Bu mübadilədə okean karbonun əsas uducusu hesab olunur, 
bu qurudan çay axınları ilə üzvi maddələrin destruksiyası, həm də atmosferdən – bütün canlı orqanizm komp-
leksinin  (biotanın)  tənəffüsü  nəticəsində  daxil  olur.  Biosferdə  mühüm  proseslər  –  qeyri-üzvi  maddələrdən 
günəş enerjisinin iştirakı ilə (fotosintez) üzvi maddələrin formalaşması, biotanın (biosenozun) aerob və ana-
erob  proseslərin  fəaliyyəti  və  üzvi  maddələrin  destruksiyasından  üzvi  maddələrin  sərf  olunması  prosesləri 
gedir. 
Biokimyəvi tsikldə aktiv  iştirak edən  karbonun  əsas ehtiyatı Dünya okeanında yerləşir, burada o, müxtəlif 
formalarda olur. Son nəticədə karbonun əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərdə 
örtülür və beləliklə, ekosferdən kənara çıxır, bu zaman litosfer maddələrinin böyük tsiklində qalır. 
Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı prosesində yanacaqların yandırılması nəticə-
sində əmələ gəlir. Digər karbon axını isə quru ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi mad-
dələrinin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen axın nisbətən az olsa da onun miq-
darı durmadan artır və parnik effektinin güclənməsinə səbəb olur. Bu məsələ haqqında «Atmosfer» bölməsin-
də ətraflı məlumat verilir. Quruda fotosintez prosesi zamanı karbon qazının funksiyası, bununla da üzvi mad-
dələrin əmələ gəlməsi və əlavə olaraq oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar 
mikroorqanizmlər tərəfindən parçalanır, bunun nəticəsində ölü üzvi maddələrin karbonu oksidləşərək karbon 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə