QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə49/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   45   46   47   48   49   50   51   52   ...   94

 
111 
hətta yamaclarda rast gəlinə bilər, alt bataqlıqlar isə göl və axmazların bitkilərlə örtülməsi nəticəsində əmələ 
gəlir. Onlar su makrofitləri, bataqlıq bitkiləri və kollarla örtülə bilər.  
Bataqlıq  torpaqları  və  torfluqların  tərkibində  çoxlu  karbon  olur  (14-20%),  onların  kənd  təsərrüfatı  üçün 
becərilməsində havaya çoxlu miqdarda CO
2
 ayrılaraq karbon qazı problemini dərinləşdirir.  
 
7.3. Dəniz ekosistemləri 
Dəniz mühitinin xüsusiyyətləri və faktorları 
Məlum  olduğu  kimi,  dəniz  mühiti  Yer  kürəsinin  70%-dən  çox  hissəsini  tutur.  Okean  olduqca  böyük 
dərinliyə  malikdir.  Onun  bütün  sahələrində  həyat  mövcuddur,  lakin  materiklərə  və  adalara  yaxın  yerlərdə  o 
daha zəngindir.  Okeanda praktiki olaraq abiotik sahə yoxdur,  buna baxmayaraq heyvanların hərəkət etməsi 
üçün temperatur, duzluluq, dərinlik maneə ola bilər.  
Daima fəaliyyətdə olan küləklər (passatlar) nəticəsində okean və dənizlərdə güclü axınlar (qolfstrim – isti, 
kaliforniya  –  soyuq  və  s.)  hesabına  suyun  daim  sirkulyasiyası  baş  verir,  bu  isə  okeanların  dərinliklərində  də 
oksigen çatışmazlığının qarşısını alır.  
Dünya  okeanında  ən  məhsuldar  sahə  apvellinq  hesab  olunur.  Dik  materik  yamaclarından  küləklər  suyu 
kənara  (uzağa)  apararaq  daim  onu  qarışdırdığı  yerdə,  okeanın  dərinliyindən  soyuq  suların  qalxması  prosesi 
apvellinq  adlanır,  onun  əvəzinə  dərinlikdən  biogenlərlə  zənginləşmiş  su  qalxır.  Estuarilərin  suları  kənardan 
biogenlərin  gətirilməsi  hesabına  yüksək  məhsuldar  və  zəngin  olur.  Y.  Odum  (1975)  bu  hadisəni  autvellinq 
adlandırmışdır.  
Sahil  zonasında  Ay  və  Günəşin  cazibə  qüvvəsinin  əmələ  gətirdiyi  qabarmaların  rolu  böyükdür.  Onlar 
qruplaşmaların həyatında nəzərə çarpan dövrlüyə («bioloji saatlar») səbəb olur.  
Okeanın  orta  duzluluğu  35  q/l  təşkil  edir.  Onların  25%-i  natrium-xlorun  payına  düşür,  qalan  duzlar  – 
kalsium, maqnezium və kalium (sulfat, karbonat, bromid və b.), onlarca digər elementlər 1%-dən də azdır.  
Dəniz su hövzələri üçün sabit qələvi mühiti (pH=8,2) səciyyəvidir, lakin duzların və duzluluq dərəcəsinin 
nisbəti dəyişir.  Sahil zonasında çay mənsəblərinin az duzlu körfəzlərinin  suyunda duzluluq dərəcəsi azalaraq 
ilin  mövsümləri  üzrə  kəskin  dəyişir.  Ona  görə  də  sahil  zonasında  evriqal  (mühitin  duzluluğuna  və  kimyəvi 
tərkibinin çox dəyişməsinə dözən), açıq okeanda isə stenoqal (suda duzluluğun artıb-azalmasına dözməyən) 
orqanizmlər (heyvanlar) məskunlaşır.  
Biogen  elementlər  –  dəniz  mühitində  mühüm  limitləşdirici  faktor  olub  suyun  milyard  hissəsindən  bir 
neçəsini  təşkil  edir.  Biogen  elementlər  orqanizmlər  tərəfindən  tez  tutulub  praktiki  olaraq  heterotrof  zonaya 
(bioloji dövrana) çatmadan onların trofik  zəncirinə düşür. Deməli, biogen elementlərin aşağı konsentrasiyası 
onların ümumi defisiti demək deyildir.  
Dənizin dərinliyi dəniz biotasını ayıran əsas faktor hesab olunur. 
Dəniz ekosistemlərinin xarakteristikası  
Kontinental şelf sahəsi, neritik sahə 
Kontinental şelf sahəsi 200 m dərinliklə məhdudlaşır, bütün okeanın 8%-ni təşkil edir (29 mln. km
2
) və 
okeanda  faunistik  baxımdan  ən  zəngin  hesab  olunur.  Qidalanma  mühitinə  görə  olduqca  zəngindir.  Bentos 
faunasının sürfələri hesabına plankton yemi də zəngindir. Yeyilməyən sürfələr substrata çökərək ya epifauna 
(bərkimiş, yapışmış), yaxud da infauna (basdırılmış) əmələ gətirir.  
Apvellinq  sahələri  kontinentin  qərb  səhra  sahilləri  boyu  yerləşir.  Onlar  adalarda  yaşayan  balıq  və 
quşlarla  zəngindir.  Lakin  küləyin  istiqaməti  dəyişdikdə  planktonun  «çiçəkləməsi»  kəskin  azalır  və  oksigensiz 
şəraitin inkişafı nəticəsində (evtrofikasiya) balıqların kütləvi qırılması baş verir.  
Limanlar – sahilyanı yarımqapalı su hövzələridir, onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton 
kimi özünü göstərir. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır.  
Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin «tələsi» hesab olunur. Bütün il ərzində avtotroflar – 
makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların 
yemləmə yeridir. Dəniz məhsulları kompleksi ilə zəngindir (balıqlar, krab, krevet, istridyə və b.). Limanlar insanın 
təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.  
Okean sahəsi (ərazisi) – açıq okeanın evfotik zonası olub biogen elementlərlə kasatdır. Ona görə də 
sahil zona ilə müqayisədə fauna ilə də çox kasatdır. Arktika və Antarktika zonaları nisbətən məhsuldardır, belə 
ki,  isti  dənizlərdən  soyuq  dənizlərə  keçiddə  planktonun  sıxlığı  artır,  balıq  və  kitəbənzər  fauna  burada  xeyli 
zəngin olur.  


 
112 
Pelagik  sahənin  qida  zəncirində  fitoplankton  enerjisinin  ilkin  mənbəyi  –  produsenti  hesab  edilir.  İri 
heyvanlar,  ilk  növbədə  balıqlar  burada  əsasən  ikinci  (törəmə)  konsument  olub  zooplanktonla  qidalanır. 
Zooplankton üçün fitoplankton, həmçinin molyuskların plankton sürfələri produsent sayılır.  
Dərinlik artdıqca faunanın növ müxtəlifliyi azalır, buna baxmayaraq praktiki olaraq produsentlərin olmadığı 
abissal zonada balıqların müxtəlifliyi yüksəkdir, burada balıqlar əcayib forma alır, onların iri ağızları və dartılan 
(uzanan) qarınları olur. Bu, tamamilə qaranlıqda istənilən ölçüdə olan qidanı udmağa uyğunlaşmaq üçündür. 
Müxtəliflik isə uzun geoloji dövrlər ərzində abissal zonada stabil şəraitin olması ilə əlaqədardır, bu isə təkamülü 
ləngitmiş və uzaq geoloji epoxalardan bəri çoxlu növlər saxlanıb qalmışdır.  
 
 
Şəkil 6.18. Dənizin şaquli və üfüqi zonallığı (təxmini sxem) 
 
Okeanın  dərin  rift  zonasının  ekosistemləri  -  3000  m  və  daha  çox  dərinliklərdə,  başdan-başa 
qaranlıqda  yerləşir,  burada  fotosintez  prosesi  mümkün  deyildir,  yeraltı  isti  sular  və  zəhərli  metalların 
konsentrasiyası  vardır;  burada  canlı  orqanizmlər  borucuqlarda  yaşayan  giqant  qurdlardan  (poqonofor),  iri 
ikilaylı molyusklar, krevetlər, krablar və bir neçə balıq növündən ibarətdir. Burada molyusklarla simbioz halında 
yaşayan hidrogen-sulfid bakteriyaları prosudent kimi çıxış edir. Yırtıcılardan krabları, qarınayaqlı molyuskları və 
bəzi balıqları göstərmək olar.  
Okean planetimizdə həyatın beşiyi hesab edilir. 3 milyard il bundan əvvəl okeanda həyatın 
peyda olması biosferin formalaşmasının başlanğıcını qoydu. Yer səthinin 70%-ni tutaraq okean 
hazırda  da  materik  ekosistemləri  ilə  birlikdə  Yerin  müasir  biosferinin  bütövlüyünü  (vəhdətini) 
təyin edir. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə