QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə57/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   53   54   55   56   57   58   59   60   ...   94

 
127 
Bura Qaraşəhərlə 8-ci km arasında, Zığ zeytun plantasiyası, 8-ci km Bakıxanov qəsəbəsi – Qaraçuxur arasında 
salınan yaşıllıqları aid etmək olar.  
Bakı  şəhərinin  şimal  hissəsində  yerləşən  Biləcəri  yaşıllıqları,  qanlı  göl,  badamdar,  Şor  göl  və  Şıxov 
yaşıllıqları da meşə-park rolunu oynayır.  
-  Şəhərətrafı  meşə  parkları.  Bura  Ceyranbatan  gölü  ətrafındakı  və  aeroport  yanındakı  meşə-parklar 
daxildir.  
-Kurort  meşə  parkları.  Bura  Buzovna,  Zaqulba  və  Bilgəhdə  yerləşən  7  sağlamlıq  ocaqları  ərazisində 
salınan yaşıllıqlar daxildir.  
Qeyd etmək lazımdır ki, Bakı şəhərində və Abşeron yarımadasındakı yaşıllıqlar qeyri-bərabər yerləşmişdir. 
Bu baxımdan şəhərin yaşıllıq salmaq mümkün olmayan, dar küçəli köhnə hissəsi daha kasatdır. Havaya çoxlu 
miqdarda toksik maddələr ayıran metallurgiya, kimya, neft-kimya və sənayenin digər sahələrinin ərazilərində 
yaşıllıq işlərinin aparılması daha çətindir. Belə müəssisələr Abşeronda, əsasən, Qara şəhərdə, Sumqayıtda və 
Qaradağda  yerləşir.  Onların  ətrafında  və  ərazilərində  ilbəil  salınan  yaşıllıqlar  demək  olar  ki,  tamamilə  məhv 
olur. Belə ki, belə şəraitdə əkilən bitkilər havadan yerüstü orqanları ilə və torpaqdan aldığı zəhərli maddələr 
tərəfindən  məhv  edilir.  Odur  ki,  yaşıllıqlar  salarkən  sənaye  obyektlərinin  yanındakı  çirklənmiş  sahələrin 
meşəbitmə şəraiti nəzərə alınmalı və əkindən qabaq müvafiq tədbirlər görülməlidir.  
Hazırda Abşeron və Bakıda salınan yaşıllıqlarla qısaca tanış olaq.  
-  Zığ  parkı  –  dənizə  yönələn  alçaq  təpəli  relyeflə  səciyyələnir  və  Əhmədli  yaylası  şimal  tərəfdən  əsən 
küləkdən  bu  ərazini  qoruyur.  Burada  salınan  zeytun  bağları  çox  gözəl  nəticə  verməsinə  baxmayaraq,  onlar 
hissə-hissə məhv edilərək, yerində xüsusi tikintilər salınır.  
-  Şıxov  parkı  sahəsində  dənizə  yönələn  özünəməxsus  amfiteatr  yaranır  və  şimal  küləyindən  qorunur. 
Dənizdən  əsən  cənub  küləyi  zamanı  hava  yodla,  mineral  duzlarla  zənginləşir  ki,  o  da  amfiteatrın  ərazisində 
(parkda)  saxlanılır.  Badamdar  yaylası  şəhərdən  gələn  səsin  və  şimal  küləyinin  qabağını  alır,  eyni  zamanda 
şəhərdən  gələn  sənaye  çirkləndiricilri,  parka  daxil  olmasının  qarşısını  alır.  Ərazinin  yaşıllaşdırılması  başa 
çatdıqda  Şıxov  parkı  Şıx  yamacının  Xəzərə  baxan  amfiteatrında  «Dostluq»  parkı  və  Bayıl  yamaclarının 
yaşıllıqları  ilə  birlikdə  vahid  cənub-qərb  yaşıl  qurşağını  yaradacaq.  Hazırda  Xəzərin  səviyyəsinin  qalxması  ilə 
əlaqədar dəniz kənarındakı yaşıllıqların bir hissəsi quruyur və yerində qamışlıqlar yaranır.  
Bayıl  yamacları  və  «Dostluq»  parkı  yaşıllıqlarında  əsasən  eldar  şamından,  qismən  həmişəyaşıl  sərvdən 
istifadə  edilmişdir.  Bibi-heybət  (Şıxov)  qəsəbəsinə  yönələn  dik  yamacın  (35-45
0
)  cənub  cəhətində  süxur 
qırıntıları, iri qayalıqlar arasındakı yaşı 100-dən artıq olan 5 ədəd püstə ağacı diqqəti cəlb edir. Ağacların boyu 
4-5 m, diametri 24-32 sm-dir. Ağaclar bol meyvə gətirir. Bu ağaclar yəqin ki, keçmişdə salınan püstə bağının 
yadigarlarıdır. Səhranı xatırladan bu yamacda tək-tək yovşana, qanqala, kəvərə və efemerlərə təsadüf olunur. 
Maraqlıdır,  sahədə  tək-tək  püstə  yeniyetmələrinə  də  təsadüf  olunur.  Lakin  onlar  qoyunlar  tərəfindən  məhv 
edilir. Yayın qızmarında qoyunlar bu ağacların altında kölgədə daldalanır. Bu isə torpaq qatının yuyulmasına və 
qayalığın səthə çıxmasına səbəb olmuşdur.  
-  Şəhriyar  parkı  (köhnə  Dzerjinski)  şəhərin  sıx  əhali  yerləşən  massivində  idman  qurğuları  kompleksi 
ərazisində salınmışdır. Əhalinin ən çox gəzinti və istirahət yeri hesab olunur. Parkda eldar şamı üstünlük təşkil 
edir. Böyük qruplarda zeytun ağacları yaxşı nəticə vermişdir, lakin onlar suvarılmadığı üçün bir qədər solğun, 
sıxıntılı  görünür.  Sərv  və  şam  ağacları  suvarılmasa  da,  alçaq  boylu  olmasına  baxmayaraq,  öz  görkəmini 
saxlayır. Aylant və yapon saforası ağacları görkəmsiz olmaları ilə yanaşı, həm də qurumağa doğru gedir. Şam 
ağacları  altında  pittosporum  kolları  olduqda  cazibədar  görünür.  Bağın  aşağı  girəcəyində  fəvvarənin  yanında 
yoğunluğu  70  sm  olan  geniş  çətirli  daş  palıd  ağacı  bağa  yaraşıq  verir.  Onun  yaxınlığında  bağın  mikroçökək 
hissəsində  lələk  və  aylant  ağacları  quruyur,  iydə  və  yulğun  kolları  isə  yaraşıqlı  görünür.  Burada  bir  kökdən 
qoşa duran boyu 13-14 m, diametrləri 24-28 sm olan ekvaliptlər öz gözəllikləri ilə seçilir. Stadiondan Çaparidze 
heykəlinə doğru Azadlıq prospektinə qədər parkda yalançı sabun ağacı, lələk, qarağac üstünlük təşkil edir, tut 
və  maklüra  ağacları  da  çox  əkilmişdir.  Lakin  bu  ağacların  heç  biri  özünü  doğrultmur,  onlar  suvarılmadıqda 
solğun  görünür,  göbələk  xəstəliyinə  tutulduğundan  ağacların  qurumaqları  müşahidə  olunur.  Sonralar  sərv 
ağacları müdaxilə edildiyindən xiyabanın görkəmində canlanma görünür.      
Azadlıq  prospektindən  Semaşko  xəstəxanasına  doğru  50  m  enində  xiyaban  eldar  şamı,  zeytun,  sərv 
ağaclarından  ibarət  olub  çox  yaraşıqlı  görünür.  Xiyabanda  tut,  maklüra,  lələk  olan  sahələrdə  ağacların 
quruması və seyrəlməsi müşahidə olunur.  
Bütün  bunlar  göstərir  ki,  Şəhriyar  parkında  və  ondan  ayrılan  xiyabanda  tədricən  rekonstruksiya  işləri 
apararaq, əsasən həmişəyaşıl ağac növlərindən (şam, sərv, zeytun, daş palıd, evkalipt, yapon əzgili, sidr və s.) 
istifadə edilməlidir.  


 
128 
-  Ceyranbatan  gölü  ətrafında  1954-cü  ildən  başlayaraq  300  ha-dan  artıq  sahədə  qoruyucu  meşələr 
salınmışdır. Apardığımız tədqiqat işləri göstərdi ki, bu məqsədlə əsasən eldar şamı, yaşıl göyrüş, şabalıdyarpaq 
palıd  və  sərvdən  istifadə  olunmuşdur.  Həmçinin  lələk,  tut,  gilənar,  zeytun,  ağcaqayın,  mantar  palıdı,  ərik, 
qarağac, badam, saqqızağac, qovaq, ağ akasiya, yulğun, birgöz, naz, nar, şaftalıdan istifadə edilmişdir. Qeyd 
edək  ki,  çox  vaxt  ağacların  qarışdırılmasında  onların  bioloji  xüsusiyyətləri  nəzərə  alınmamışdır.  Son  illər 
suvarma aparılmadığından ağacların çoxunda quruma müşahidə olunur. Bu baxımdan eldar şamı, sərv, palıd, 
saqqız, naz daha dözümlüdür.  
-  Qanlıgöl  meşə  parkı,  gölün  şimal  və  şimal-qərb  hissəsində  salınmışdır.  Lakin  hazırda  bu  yaşıllıqlar 
hissə-hissə qırılıb yerində tikinti işləri aparılır. Burada ilboyu yaşıllığın mal-qaraya otarılması nəticəsində ağaclar 
məhv olmağa doğru gedir.  
-  Neftayırma  zavodu  (NBNZ)  ilə  8-ci  kilometr  qəsəbəsi  arasında  yaşıllıq  Əhmədli  yaylasının 
yaşıllıqları ilə geniş massiv yaradır. Bu böyük yaşıllıq massivi böyük səhiyyə-gigiyena əhəmiyyəti daşıyır. 8-ci 
kilometr  yaşayış  massivini,  Qara  şəhəri  bir  neçə  neftayırma  və  neft-kimya  zavodlarının  zərərli  təsirindən 
qoruyur.  
Hazırda  bu  böyük  yaşıllıq  massivi  demək  olar  ki,  başlı-başına  buraxılıb,  onun  çox  hissəsində  suvarma 
aparılmadığından  ağaclarda  quruma  müşahidə  olunur.  Suvarmanın  aparılmaması  nəticəsində  ən  çox  qovaq, 
topulqa, akasiya, ərkivan ağacları quruyub sıradan çıxır, göyrüş, itburnu, zeytun, qarağac, birgöz, oleandr da 
susuzluqdan  solur,  tədricən  onlarda  quruma  müşahidə  olunur.  Safora  və  zeytun  qurumasa  da  yarpaqları 
xırdalaşır,  bürüşür  və  görkəmini  itirir.  Eldar  şamı  və  sərv  bütün  ağac  növlərindən  daha  dözümlü  olduğunu 
göstərir və suvarılma dayandırıldıqda belə, öz həyatiliyini saxlayır. Qeyd edək ki, bu yaşıllıqlar da hissə-hissə 
məhv edilir və yerində müxtəlif tikintilər salınır.  
Qaraçuxur qəsəbəsi rayonunda meşə-park 8-ci km qəsəbəsindəki yaşıllıqlarla birləşərək Bakı şəhərinə 
geniş panorama yaradır. Lakin bu yaşıllıqlar da hissə-hissə məhv edilərək, yerində müxtəlif tikinti işləri aparılır 
və sahəsi get-gedə azalır.  
- Biləcəri meşə parkı Biləcəri yamaclarında, qayalı sahələrdə salınıb, əsasən eldar şamından ibarət olub 
təbii  meşəliyə  bənzəyir.  Bu  meşə-park  Bakı  şəhərinə  şimal  tərəfindən  daxil  olub,  Biləcəri  rayonu  əhalisinin 
gözəl istirahət məskənidir.  
- Aeroport meşə parkı. Bakı şəhəri ilə Aeroport arasında yolboyu bağ salınmışdır.  Bu ərazi şəhərdən 
kənarda  yerləşib  əhalinin  istirahət  yeridir.  Burada  ağacların  kəsilməsi  və  yerində  ticarət  tikintilərinin 
yaradılması adi hal olmuşdur.  
-  Abşeron  yaşıllıqlarını  Ü.M.Ağamirov,  F.M.Məmmədov  16  sağlamlıq  ocağı  ərazisində  dənizdən  olan 
məsafələrinə görə 2 qrupa bölür:  
1. Abşeronun şimal-şərq hissəsində dəniz sahilində yerləşən sağlamlıq ocaqları. Bura Buzovna, Zaqulba və 
Bilgəhdə yerləşən 7 sağlamlıq ocağı daxildir. 
2. Yarımadanın şimal-şərqində, dənizdən 3-5 km aralı yerləşən sağlamlıq ocaqları. Bu qrupa Mərdəkan və 
Şüvəlan  qəsəbələrində  yerləşən  9  sağlamlıq  ocağının  yaşıllaşdırılmasında  93  ağac  və  kol  növündən  istifadə 
olunmuşdur.  Bilgəhdə  yerləşən  kardioloji  sanatoriyaları  ərazisinin  yaşıllaşdırılmasında  48  növ,  Buzovnada 
yerləşən 4 və 5 saylı istirahət evlərinin, uşaq sümük-vərəm sanatoriyasının yaşıllaşdırılmasında isə cəmi 10-16 
ağac və kol növündən istifadə edilmişdir.  
Lakin  son  illər  Bilgəh  sanatoriyaları  ərazisindəki  yaşıllıqlara  lazımi  qulluq  edilmədiyindən,  çox  yerdə 
suvarılmadığından ağaclarda xəstəliklər və quruma müşahidə olunur.  
Zaqulbada  yerləşən  Daxili  İşlər  Nazirliyinin  istirahət  tipli  sanatoriyasının  ərazisində  apardığımız  tədqiqat 
işləri göstərdi ki, ərazinin dənizə yönələn iri qayalı yamacında çoxdan aza doğru aşağıdakı ağac və kollardan 
istifadə edilmişdir: iydə, naz, zeytun, badam. Badamlar bol, keyfiyyətli meyvə gətirir. Dənizə gedən asfalt yolu 
boyu  eldar  şamı  və  sərvdən  istifadə  olunmuşdur.  Qayalar arasında  əkilən  üzüm  kolları  da  bol  məhsul  verir. 
Suvarma  aparılmasa  da,  ağaclar  özünü  yaxşı  hiss  edir.  Ərazinin  düzən  hissəsində  əsasən  eldar  şamı  və 
sərvdən  istifadə  edilmişdir.  Onlarla  nar  kolları  bol  məhsul  verir. 4 ədəd  çinar  ağacı, 10 ədəd  dəfnə,  zeytun 
özlərini yaxşı hiss edir.  
Abşeron  yarımadasının  ərazisində  üzümlüklər,  bağlar,  tərəvəz  bitkiləri  əkinləri,  çoxlu  şor  göllər,  yaşayış 
sahələri,  neft  vışkaları  və  s.  olduğundan  başdan-başa  meşə-parkların  yaradılması  olduqca  vacib  məsələdir. 
Relyef  və  torpaq  şəraiti  meşə-parkların  salınmasına,  onların  suvarılmasına  imkan  yaratmadıqda  orada 
quraqlığa davamlı olan eldar şamı, püstə, əncir, qismən də zeytundan istifadə etmək məqsədə uyğundur.  
Abşeronda  çətin  iqlim  şəraitini,  xüsusən  şimal  küləklərini  nəzərə  alaraq  meşə-parklar  hakim  küləklərə 
(xəzriyə) perpendikulyar, yəni qərbdən-şərqə doğru yerləşdirilməlidir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə