QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə53/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   49   50   51   52   53   54   55   56   ...   94

 
119 
IX FƏSİL 
ANTROPOGEN EKOSİSTEMLƏR 
 
9.1. İnsan və ekosistemlər 
İnsan təbii ətraf mühitdə həyat uğrunda konkret mübarizədə özünün süni antropogen ekosistemlərini 
yaradır. Təxminən on min il əvvəl o, təbiətin sovqatlarını toplayan «adi» konsumentlikdən əl çəkib, bilavasitə 
öz  əmək  fəaliyyəti  ilə  kənd  təsərrüfatı  (bitkiçilik,  heyvandarlıq)  yaradaraq  bu  sovqatları  özü  əldə  etməyə 
başladı. Kənd təsərrüfatı modelinə yiyələnərək insan təxminən 200 il əvvəl sənaye inqilabına yaxınlaşdı. Müasir 
mərhələdə o, daim artan tələbatını ödəmək üçün təbii ekosistemləri dəiyşməyə və özü istəməsə də, hətta onu 
dağıtmaq məcburiyyətində qaldı.  
Enerji – həm təbii, həm də antropogen ekosistemlərin əzəl dövrlərdən hərəkətverici qüvvəsi olmuşdur. 
Bu  sistemlərin  energetik  resursları  həm  tükənməz  –  Günəş,  külək,  qabarma,  həm  də  tükənən  –  yanacaq-
energetik (daş kömür, neft, qaz və b.) ola bilər. Yanacaqdan istifadə edərək insan sistemə enerji əlavə edə 
bilər və ya hətta onu enerji ilə təmin edə bilər. Mövcud ekosistemlərin göstərilən energetik xüsusiyyətlərinə 
əsaslanıb, Y.Odum (1986) onların təsnifatını təklif edərək, dörd «fundamental ekosistem» tipi ayırır:  
1.
 
Günəşlə hərəkətə gətirilən təbii ekosistemlər;    
2.
 
Günəşlə hərəkətə gətirilən və digər təbii mənbələrlə yardım olunan ekosistemlər; 
3.
 
Günəşlə hərəkətə gətirilən və insan tərəfindən yardım olunan ekosistemlər; 
4.
 
Yanacaqla (yeraltı qazıntılar, üzvi və ya nüvə) hərəkətə gətirilənlər. 
Bu  təsnifat  prinsipcə  biom  təsnifatından  fərqlənib  mühitin  xassələrinə  əsaslandığından  ekosistemin 
strukturuna  əsaslanır.  Bununla  belə,  bu  təsnifat  biom  təsnifatını  tamamlayır. 1-ci  və  2-ci  tipləri  təbii 
ekosistemlərə, 3-cü və 4-cü tipləri isə antropogen ekosistemlərə aid etmək lazımdır.  
Birinci  ekosistem  tipinə  okeanlar,  yüksək  dağlıq  meşələri  aid  olub  Yer  Planetində  həyatın  təmin 
olunmasının əsası hesab edilir (enerji axını orta hesabla ildə 0,2 kkal/sm
2
). 
İkinci ekosistem tipinə dənizlərin estuariləri, çay ekosistemləri, «yağışlı» meşələr aiddir. Onlar qabarma 
dalğalarının,  axınların  və  küləyin  enerjisi  ilə  də  qidalanırlar  (yararlanırlar).  Enerji  axını  orta  hesabla  ildə  2 
kkal/sm
2
 təşkil edir. 
Birinci  tip  ekosistemlər  fauna  və  floranın  yüksək  sıxlığını  saxlamağa  qabil  olmasalar  da,  onlar  olduqca 
böyük  sahə  tutur.  Yalnız  okeanlar  Yer  kürəsinin  70%  ərazisini  zəbt  edir.  Onlar  tərəfindən  yalnız  Günəşin 
enenjisi hərəkətə gətirilir və Planetdə həyatın təminat şəraitini stabilləşdirici və saxlayıcısının əsası sayılır.  
İkinci tipə aid olan ekosistemlər yüksək təbii məhsuldarlığa malikdir, çünki burada yaşayan orqanizmlər 
(məsələn estuarilərdə) qabarma və axınların, yağışlı meşələrdə isə külək və yağışın əlavə enerjisindən istifadə 
etməyə uyğunlaşmışlar. Bu sistemlərin «istehsal etdiyi» ilkin biokütlə onların özlərini saxlamaqlarına çatmaqla 
yanaşı, bu məhsulun bir hissəsi digər sistemlərə aparılır, yaxud toplanır.  
Beləliklə,  təbii  ekosistemlər  insan  tərəfindən  heç  bir  qayğı  göstərilmədən  və  xərc  çəkilmədən  öz  həyat 
qabiliyyətini saxlayır və inkişaf edir. Bununla belə, bu ekosistemlərdə xeyli miqdarda qida məhsulları və digər 
materiallar yaranır, bu isə insanın özünün həyatı üçün zəruridir. Ən başlıcası isə, məhz burada havanın böyük 
həcmi təmizlənir, dövrana şirin su qayıdır, iqlim formalaşır və s.  
Antropogen  ekosistemlər  isə  tamamilə  başqa  cür  fəaliyyət  göstərir.  Bura  3-cü  tipə  aid  olan 
ekosistemlər yalnız Günəş enerjisi hesabına deyil, həmçinin insan tərəfindən təşkil edilmiş (verilmiş) yanacaq 
formasında  dotasiyanın  hesabına  qida  məhsulları  və  lifli  materiallar  istehsal  edən  aqroekosistemlər, 
akvakulturlar daxildir.  
Bu sistemlər təbii sistemlərə oxşayır, çünki vegetasiya dövründə mədəni bitkilərin inkişafı təbii proses olub 
onlara təbii Günəş enerjisi ilə həyat verilir. Lakin torpaq hazırlığı, səpin, məhsulun yığılması və s. insanın enerji 
sərfidir.  Həm  də,  insan  praktiki  olaraq  təbii  ekosistemi  bütövlüklə  dəyişir,  hər  şeydən  əvvəl  ekosistemi 
sadələşdirir, yəni növ müxtəlifliyi azalır və bəzən güclü sadələşmiş monokultura sisteminə çevrilir (cədvəl 9.1).  
 


 
120 
Cədvəl 9.1 
Təbii və sadələşmiş antropogen ekosistemlərin müqayisəsi 
(Millerə görə, 1993) 
 
Təbii ekosistemlər 
 (bataqlıq, çəmən, meşə) 
Antropogen ekosistemlər  
(tarla, zavod, ev) 
Günəş enerjisini alır, dəiyşdirir, toplayır 
Qazıntı və nüvə yanacağının enerjisini qəbul edir 
Oksigen  hasil  edir  və  kabon  qazından  istifadə 
edir 
Oksigendən  istifadə  edir  və  qazıntı  yanacağı  yandıqda 
karbon qazı hasil edir 
Münbit torpaq yaradır  
Münbit  torpağı  kasatlaşdırır  və  ya  onun  üçün  təhlükə 
yaradır  
 
Rütubət  toplayır,  onu  təmizləyir  və  tədricən 
ondan istifadə edir 
Çox sü sərf edir və onu çirkləndirir 
Yabanı 
təbiətin 
müxtəlif 
növləri 
üçün 
məskunlaşma şəraiti yaradır 
Yabanı təbiətin bir çox növlərinin yaşama yerini dağıdır 
Çirkləndirici və tullantıları heç bir xərc çəkmədən 
süzür 
Çirkləndirici 
və 
tullantılar 
hasil 
edir, 
onların 
zərərsizləşdirilməsinə xərc tələb olunur 
 
Özünüsaxlama  və  bərpa  olunma  qabiliyyətinə 
malikdir 
Saxlanması və bərpasına daima böyük xərc tələb olunur 
 
Müasir  kənd  təsərrüfatı  ilbəil  ekosistemləri  suksessiyanın  daim  erkən  mərhələlərində  saxlamağa  imkan 
yaradaraq, bir və ya bir neçə bitkidən (məsələn, qarğıdalı,  buğda, noxud və s.) maksimal ilkin məhsul əldə 
etməyə  cəhd  göstərir.  Kəndli  baha  qiymətə  yüksək  məhsul  əldə  edə  bilir.  Belə  qiymət  alaqlarla  mübarizə, 
mineral gübrələr, torpaq hazırlığı və b. işlərlə əlaqədardır (enerji axını orta hesabla 20 kkal/sm
2
⋅ il).  
Yeni davamlı növlərin, məs., ot növlərinin peyda olması təbii suksessiya proseslərinin nəticəsidir. Biz alaq 
adlandırdığımız «pioner» bitki növləridir, ziyanvericilər – həşəratlar və digər heyvanlardır, xəstəlik törədicilər 
isə – mikroorqanizmlərdir. Alaq otları, ziyanvericilər və xəstəlik törədicilərlə aktiv mübarizə aparılmazsa, bütün 
məhsul məhv olar.  
Heyvandarlıq  da  ekosistemin  sadələşməsinə  gedən  bir  yol  sayılır,  insan  özü  üçün  faydalı  kənd 
təsərrüfatı  heyvanlarını  (inək,  camış,  toyuq  və  s.)  qoruyub,  qida  resurslarına  rəqib  çıxan  otyeyən  vəhşi 
heyvanları və ev heyvanlarını məhv edən yırtıcıları yoxa çıxarır.  
Qiymətli  balıq növlərinin ovlanması su hövzələrinin ekosistemlərini sadələşdirir.  Hava və su hövzələrinin 
çirklənməsi də ağacların, balıqların məhv olmasına səbəb olur və təbii ekosistemlər «talanır».  
Ümumiyyətlə,  əhalinin  sayı  artdıqca  insanlar  bütün  yetkin  (klimaks)  ekosistemləri  sadə  cavan 
ekosistemlərə (məsələn, tropik meşələri, yetişmiş fıstıq, palıd meşələrini məhv edərək, bataqlıqları qurudaraq 
və  s.)  çevirir.  Bu  sistemləri  «cavan»  yaşında  saxlamaq  üçün  yanacaq-energetik  resurslarından  istifadə 
artacaqdır. Bununla yanaşı, növ (genetik) müxtəlifliklərində və təbii landşaftlarda itki baş verəcəkdir (cədvəl 
9.1).  
Cavan, məhsuldar ekosistemlər monotip növ tərkibinə malik olduğu üçün çox zəif olur. Belə ki, hər hansı 
bir  fəlakətli  hadisə,  məsələn,  quraqlıq  baş  verərsə,  genotip  dağıldığından  belə  ekosistemlər  bir  də  bərpa 
olunmur.  Lakin  bəşəriyyətin  həyatı  üçün  onları  saxlamaq  vacibdir.  Odur  ki,  vəzifəmiz,  sadələşdirilmiş 
antropogen  ekosistemlər  və  onunla  qonşuluqdakı  daha  mürəkkəb,  zəngin  genofonda  malik  olan  təbii 
ekosistemlər arasında balansı saxlamaqdır.  
Dördüncü  ekosistemlərdə,  yəni  sənaye-şəhər  sistemlərində  hadisə  tamamilə  başqa  cür  baş  verir. 
Burada yanacaq enerjisi Günəş enerjisini bütvölüklə əvəz edir, təbii ekosistemlərlə müqayisədə enerji axınının 
sərfi  iki-üç  dəfə  artıqdır.  Adambaşına  illik  qidaya  olan  tələbat  –  1  mln.  kkal-a  yaxındır.  Əgər  enerji  sərfi 
əhalinin sayına görə hesablanarsa, bu 10 dəfə yüksək olar (məs. ABŞ-da o, 86 dəfə çoxdur). Müxtəlif ölkələrdə 
enerji sərfi müxtəlifdir. Varlı ölkələrlə inkişaf etməkdə olan ölkələrin müqayisəsində bu sərflərin fərqi xüsusilə 
böyükdür  (bir  neçə  on  dəfələrlə,  bəzən  100  dəfəyə  qədər).  Bu  ölkələr  elə  bil  ki,  hələ  birinci-ikinci  tip 
ekosistemlər mərhələsindədir, lakin inkişaf etmiş ölkələr bütün dörd mərhələni artıq keçmişlər.  
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə