QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə61/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   57   58   59   60   61   62   63   64   ...   94

 
135 
onları dağıdır. Damarları dağıdaraq onlar qana keçir və bütün orqanizmə yayılır, bu metastaz adlanır.  
Onkoloji  xəstəliklər  insan  orqanizminə  konserogen  maddələrin,  şişəmələgətirən  viruslar  və  ya  güclü 
şüalanmanın  (ultrabənövşəyi,  rentgen,  qamma-şüalanma)  təsiri  nəticəsində  baş  verir.  Konserogenlər 
kimyəvi birləşmələr olub orqanizmdə ona təsir göstərərkən xoş və bəd xassəli yenitörəmələr əmələ gətirmək 
qabiliyyətinə malikdir. Təsir xarakterinə görə onlar üç qrupa bölünür: 1) yerli təsir edən; 2) orqanotrop, yəni 
ayrı-ayrı orqanı zədələyən; 3) çoxlu təsir, şişləri müxtəlif orqanlarda əmələ gətirir. Konserogen maddələrə bir 
sıra  tsiklik  karbohidrogenlər,  azotlu  rəngləyicilər  və  s.  aiddir.  Onlar  sənaye  tullantıları  ilə  çirklənmiş  havada, 
tütün tüstüsündə, daş kömür qatranı və qurumunun tərkibində olur. Bir çox konserogen maddələr orqanizmə 
mutagen  təsir  göstərir.  İqtisadi  cəhətdən  inkiaşf  etmiş  ölkələrdə  xərçəng  xəstəliyindən  ölüm  halları  ürək-
damar xəstəliklərindən sonra ikinci yerdə durur.  
İzafi  çəkili  (kök)  adamların  sayının  artması  çox  yeməklə,  qidanın  rasionu  və  ritmi  və  aşağı  fiziki 
aktivliklə  əlaqədardır.  Bununla  yanaşı,  populyasiyada  əksinə  olaraq  astenik  tiplər  (arıq,  zəif)  də  artır,  belə 
tendensiyaya az rast gəlinir. Hər iki hal bir sıra patogen nəticələrə səbəb olur.  
Vaxtından  qabaq  doğulmuş  (fiziki  yetişməmiş)  uşaqların  artması  genetik  aparatda  baş  verən 
pozuntularla və dəyişən mühitə adaptasiya ilə əlaqədardır. Fizioloji yetişməzlik, güclü transformasiyaya məruz 
qalan  mühitlə  kəskin  disbalansın  nəticəsindədir.  Bunlar  digər  nəticələrə  də,  o  cümlədən  akselerasiya  və 
insanda boyun artmasında digər dəyişkənliyə də səbəb ola bilər.  
Akselerasiya – bədənin ölçülərinin artması və daha erkən yaşlarında cinsi yetişkənliyin olması deməkdir. 
Bunun əsas səbəbi həyat şəraitinin yaxşılaşması, ilk növbədə yaxşı qidalanmaqdır.  
Akselerasiya uşaqların psixi və fiziki inkişafının tezləşməsində təzahür olunur. Bizim dövrümüzdə yaşlı bir 
adam  100  il  əvvəlkinə  nisbətən  10  sm  hündürdür.  Cinsi  yetişmə  tempində  də  tezləşmə  müşahidə  olunur. 
Akselerasiya  sosial  şəraitin  və  qidalanma  xarakterinin  dəyişməsi,  əhalinin  miqrasiyası,  irqlərin  və  millətlərin 
qarışma imkanlarının artması ilə bağlıdır. Aşağıdakı fiziki faktorların təsiri də ehtimal olunur: günəş aktivliyinin 
dəyişməsi;  radiasiya  fonunun  yüksəlməsi;  radio  və  televiziya  şəbəkəsinin  artması  ilə  əlaqədar  atmosferin 
elektromaqnit tərəddüdü ilə doyması.  
İnfeksiya  (yoluxucu)  xəstəliklər  –  Malyariya,  hepatit,  BUÇ  və  bir  sıra  digər  xəstəliklərə  tutulan 
adamların  sayı  böyük  rəqəmlərlə  hesablanır.  Bir  çox  tibb  mütəxəssisləri  bu  xəstəliklərə  qarşı  mübarizədə 
«qalib»  gəlmək  deyil,  yalnız  müvəqqəti  uğurlar  qazanır.  İnfeksiya  xəstəliklərinə  qarşı  mübarizənin  tarixi 
olduqca qısadır, ətraf mühitdə baş verə biləcək dəyişikliklər (xüsusən şəhər mühitində) xəstəliklərə qarşı əldə 
edilən uğurları heçə çıxara bilər. Elə buna görə də infeksiya səbəblərinin «qayıtması» viruslar arasında qeydə 
alınır. Bir çox viruslar təbii əsasdan «qoparaq» yeni mərhələyə keçir və insan məskunlaşdığı mühitdə yaşamaq 
qabiliyyətinə malik olur – qrip, xərçəngin virus formaları və digər xəstəliklərin törədicisinə çevrilir. BUÇ də belə 
formada ola bilər.  
Abioloji meyl  dedikdə  insanın  aşağıdakı  həyat  tərzi  xüsusiyyətləri  başa  düşülür:  hipodinamiya,  siqaret 
çəkmə,  alkoqolizm,  narkomaniya  və  b.  bir  çox  xəstəliklərin  (köklük,  xərçəng,  ürək  xəstəlikləri  və  s.)  baş 
verməsinə səbəb olur.  
Beləliklə,  insanın  sağlamlığı  və  xoşbəxtliyi  bir  sıra  problemlərin  (ekoloji,  tibb,  iqtisadi,  sosial  və  b.),  hər 
şeydən öncə isə, dünyada və ayrı-ayrı regionlarda əhalinin sıxlığı, şəhər və kənd yerlərində yaşayış mühitinin 
pisləşməsi problemlərinin həllindən asılıdır.    
 
10.5. Genetik faktorlar və onların insan sağlamlığına təsiri 
Ətraf mühitin rolu nə qədər çox olsa da, insanın sağlamlığı üçün irsiyyətin insan sağlamlığında əhəmiyyəti 
təyinedicidir. Başqa risk faktorlarından insan qaçına bilər, irsiyyət isə onun taleyi, qədir-qiymətidir.  
Genotip insanın morfofunksional quruluşunu, bu və ya digər əsəb və psixi proseslərin üstünlüyünü, bu və 
ya başqa xəstəliklərə meyilli olmasını və s.-ni determinasiya edir. İnsanın irsiyyətində həm də «həyatilik» olub, 
özündə fərdlərin nəsilvermə və uzunömürlülük qabiliyyətini əks etdirir. Məhz bu xassəyə görə necə deyərlər 
«uzunömürlülük  paradoksu»  aydınlaşdırılır,  belə  ki,  hətta  üzvlərində  və  toxumalarında  bir  çox  patomorfoloji 
pozuntuların olmasına baxmayaraq, bəzi adamlar uzun ömür sürür və yüksək iş qabiliyyətinə malik olur.  
İnsanın quruluşu ən çox onun üstünlük təşkil etdiyi tələbatı, yaşayış tərzi, qabiliyyəti, arzusu, alkoqol və 
digər zərərli vərdişlərə meyilliyi və s. ilə determinasiya olunmuşdur.  
Valideyn (ata-ana, baba) tərəfindən uşağa irsi keçən genotip bir çox nəsilləri həyatı boyu formalaşdırır. 
Onlara  çoxlu  saylı  mühit  faktorları  (fiziki,  kimyəvi,  bioloji,  sosial  və  b.)  təsir  göstərir.  Təsir  obyektinə  görə 
onları üç qrupa bölmək olar:  
1. Bir sıra sonrakı nəsillərə təsir. Bu halda ətraf mühitin vəziyyəti, coğrafi faktorlar, milli, dini, etnik və 


 
136 
ailə adətləri, ənənələr və s. böyük əhəmyyət daşıyır.  
2.  Gələcək  nəsillərin  (valideynlərin)  xromosomlarına  təsir.  Gələcək  nəsillərin  həyat  tərzi  başlıca 
əhəmyyət daşıyır, belə ki, məhz həyat tərzi cinsi toxumaların xromosomlarına və rüşeymə (embriona) yaxşı və 
mənfi təsir bağışlayır.  
3. Daxili bətn inkişaf dövründə rüşeymin (embrion) xromosomlarına təsir. Gen aparatı xüsusən 
erkən embrion inkişafı mərhələsində tez təsirə məruz qalır, bu vaxt genetik proqram orqanizmin əsas fəaliyyət 
sisteminin təməli qoyulma şəklində həyata keçirilir.  
Neqativ  faktorların  sayının  və  intensivliyi  təsirinin  artması  irsi  xəstəliklərin  çoxalmasına  səbəb  olur.  İrsi 
pozuntular çox vaxt gələcək valideynlərin, hamilə qadının həyat tərzindən asılı olur. Qadın hamiləlik dövründə 
çox vaxt bir sıra neqativ təsirlərə məruz qalır, bu isə dölün normal inkişafını pozur. Bura aşağıdakılar aiddir: 
hərəkət  aktivliyinin  kifayət  qədər  olmaması,  həddindən  artıq  yemək,  sosial,  peşəkarlıq  və  məişət  xarakterli 
psixi yüklənmə, zərərli vərdişlər və s.  
Genetik faktorlardan asılı olan bütün xəstəlikləri, şərti olaraq üç qrupa bölmək olar.  
1. Birbaşa təsirli irsi xəstəliklər (o  cümlədən anadangəlmə), bu zaman uşaq pozuntu əlamətləri ilə 
(hemofiliya, daltonizm, fenilketonuriya, daun xəstəliyi və b.) doğulur.  
2. Xarici faktorların təsiri vasitəsilə olan irsi xəstəliklər: maddələr mübadiləsinin pozulmasının bəzi 
növləri (məs., şəkər diabetinin bəzi növləri), psixi pozuntular və s. 
3.  İrsi  meyilliklərlə  bağlı  xəstəliklər:  ateroskleroz,  hepertoniya  xəstəliyi,  ürəyin  işemiya  xəstəliyi, 
bronxial astma və b.  
İrsi  patologiyanın  strukturunda  2-ci  və  3-cü  qrupa  aid  olan  xəstəliklər,  yəni  həyat  tərzi,  gələcək 
valideynlərin sağlamlığı və anaların hamiləlik dövrü ilə bağlı olan xəstəliklər üstünlük təşkil edir.  
Beləliklə, insanların sağlamlığının təmin olunmasında irsi faktorların böyük rolu şübhə doğurmur. Bununla 
belə, ağıllı-şüurlu həyat tərzi onların insan sağlamlığına neqativ təsir riskini azalda bilər.  
 
 
10.6. Ətraf mühitin vəziyyəti və onun insanın sağlamlığına təsiri  
Ümumdünya  Səhiyyə  Təşkilatına  görə  insan  sağlamlığı  –  yalnız  xəstəlik  və  fiziki  çatışmazlığın  olması 
deyil, o insanın tam fiziki, mənəvi və sosial rifahı ilə təyin olunur.  
Tibbi-bioloji  tədqiqatlarda  sağlamlığın  qiymətləndirilməsində  fiziki  inkişaf  göstəricilərdən  istifadə  edilir. 
Orqanizmin  funksiyası  əqli  (zehni)  və  fiziki  iş  qabiliyyəti  göstəriciləri  ilə,  adaptasiya  ehtiyatları  isə 
biokimyəvihermonal immunitet statusları göstəriciləri ilə qiymətləndirilir. Xəstəlik göstəricisi xəstəliklərin 
yayılmasını  əks  etdirir.  Bu,  il  ərzində  xəstəliklərin  sayını  1000-ə  vuraraq  əhalinin  orta  sayına  nisbəti  ilə 
müəyyən olunur.  
Məlum  olduğu  kimi, «ətraf  təbii  mühit»  anlayışı  təbii  və  antropogen  faktorların  məcmusunu  təşkil  edir. 
Təbii faktorlar – ərazinin iqlim, geoloji və bioloji xüsusiyyətlərinin insana təsirini səciyyələndirir.  
V.P.Protosova (2000) görə məişət-mənzil şəraiti, geyim, qidalanma, su ilə təmin olunma, xidmət sferi 
strukturunun inkişaf dərəcəsi, istirahətlə təmin olunma və ondan istifadə etmək vasitəsilə insana təsir göstərir.   
Sosial-iqtisadi sistem (tərz) insana sosial-hüquq vəziyyəti, maddi təmin olunma, mədəniyyət və təhsilin 
səviyyəsi vasitəsilə təsir göstərir.  
Antropogen  faktorlar  və  insanın  təsərrüfat  fəaliyyəti  çox  vaxt  insanın  özünə,  onun  həyat  şəraitinə  və 
sağlamlığına neqativ təsir göstərir.  
BMT-nin  1972-ci  ildə  Stokholmdakı  konfransında  qəbul  etdiyi  deklarasiyasında  deyilir  ki,  insan  eyni 
zamanda  öz  mühitinin  məhsulu  və  yaradıcısı  olub,  ona  həyatı  üçün  fiziki  əsas,  ruhən  əqli,  mənəvi,  ictimai 
inkişafına  imkanlar  yaradır.  Beləliklə,  bəşəriyyətin  rifahı-firavanlığı  və  insanların  əsas  hüququnu  həyata 
keçirmək  (o  cümlədən  yaşamaq  hüququ)  üçün  iki  aspekt  təbii  mühit  və  insanın  özü  yaratdığı  mühit 
mühüm əhəmiyyət kəsb edir.   
İnsan həyata qədəm qoyduğu vaxtdan daima həyat uğrunda, təbiətin əlverişsiz şəraiti ilə, təbii fəlakətli 
faktorlara qarşı mübarizə aparmaq ehtiyacı ilə qarşılaşmışlar.  
Əmək  alətlərinin  hazırlanması  mədəniyyətinə  yiyələnməklə,  qida  ərzaq  istehsal  etməklə,  yurd  salmaqla 
insan  özünü  mühitin  əlverişsiz  faktorlarından  xeyli  dərəcədə  təcrid  edə  bildi.  Bu  zaman  insanın  tələbatı 
getdikcə  artaraq  istehsalın  genişləndirilməsi  və  intensivləşdirilməsi  tələb  olunurdu.  İnsan  özünün  əzələ 
enerjisindən  getdikcə  az  istifadə  etməklə  təbii  materiallardan  və  enerji  mənbələrindən  daha  çox  istifadə 
etməyə başlayır. Belə vəziyyət, bir tərəfdən insanı xeyli dərəcədə bir çox risk faktorlarından uzaqlaşdırsa da, 
digər tərəfdən yenilərini törədir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə