QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə69/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   65   66   67   68   69   70   71   72   ...   94

 
152 
Karbon-sulfid  (CS
2
).  Bu  qazın  atmosfer  havasına  atılma  mənbələri  süni  lif  instehsalı  müəssisələri 
(Rusiyada 26 belə müəssisə vardır) və koks-kimya zavodları hesab olunur.  
Karbon-sulfid  dəriyə  və  selikli  qişaya  güclü  qıcıqlandırıcı  təsirə  malikdir,  ferment  sisteminə,  vitamin 
mübadiləsinə, lipidlərə, endokrin və reproduktiv sistemlərə də təsir göstərir. İyinin (qoxusunun) hüdudu 200 
mkq/m
3
 təşkil edir, yəni o, birdəfəlik maksimal YVK-nı (30 mkq/m
3
) 7 dəfə ötdükdə hiss olunur.  
Karbon-sulfidin  istehsalat  şəraitində  uzun  müddətli  təsiri  damarlı  aterosklerotik  dəyişkənliyə  səbəb  olur. 
Karbon-sulfidin yüksək konsentrasiyasının təsirinə 10 ildən artıq müddətdə məruz qalan fəhlələr arasında ölüm 
hadisəsinin artması aşkar edilmişdir.  
Karbon-sulfidin təsir indikatoru onun sidikdə olan miqdarı sayılır. Süni (kimyəvi) lif müəssisələri (və koks-
kimya zavodu) yaxınlığında yaşayan uşaqların sidiyində karbon-sulfidin yüksək miqdarda toplanması müəyyən 
olunmuşdur.  
 
Digər  maddələr.  Stirol  (vinilbenzol)  –  Atmosfer  havasına  plastmass,  sintetik  kauçuk,  texniki  rezin 
məmulatı  tullantıları,  həmçinin  avtomobil  nəqliyyatının  atıntıları,  otağın  havasına  isə  polimer  materiallarının 
destruksiyası  zamanı  daxil  olur.  Stirolun  şəhərlərin  atmosfer  havası  ilə  daxil  olması  6  mkq;  sitirol  tullantıları 
mövcud  olan  şəhərlərin  havası  ilə  –  400  mkq;  otağın  havası  ilə  –  6-1000  mkq;  içməli  su  ilə  –  2  mkq; 20 
siqaretin çəkilməsi ilə – 400-600 mkq təşkil edir.  
Atmosfer  havasında  stirolun  aşağıdakı  normativləri  müəyyən  edilmişdir:  orta  sutkalıq  YVK  2  mkq/m
3

maksimal birdəfəlik YVK 40 mkq/m
3
; ÜST Avropa Bürosunun tövsiyəsi ilə 30 dəqiqəyə 70 mkq/m
3
.  
İri  kimya  istehsalı  olan  şəhərlərin  havasında  stirolun  ortaillik  konsentrasiyası  normativ  ölçüsünü  keçir. 
Rusiyanın  ərazisində  atmosfer  havasında  stirolun  yüksək  miqdarına  2  mln.  adam,  o  cümlədən  2-3  mkq/m
3
 
konsentrasiyalı havaya 0,6 mln., 4-5 mkq/m
3
 konsentrasiyaya 1,1 mln.,                6-7 mkq/m
3
-a 0,2 mln., 10 
mkq/m
3
-dan yüksək konsentrasiyaya isə 0,1 mln. adam məruz qalır (Reviç və b, 2004).      
Stirol  ümumi  toksik  təsirli  zəhərdir,  o,  qıcıqlandırıcı  mutagen  və  konserogen  effektə  malik  olub,  çox 
xoşagəlməz qoxusu vardır (iybilmə hissiyyatı hüdudu – 70 mkq/m
3
). Xroniki intoksikasiyası zamanı fəhlələrdə 
mərkəzi və periferik sinir sistemi, qanəmələgətirən sistem, həzm traktı zədələnir, azot-zülal, xolestrin və lipid 
mübadiləsi,  qadınlarda  reproduktiv  funksiya  pozulur.  Stirol  orqanizmə  əsasən  inhalyasiya  yolu  ilə  daxil  olur. 
Burun, göz və udlağa stirolun buxarı və aerozolu düşdükdə onları qıcıqlandırır.  
Hidrogen xlorid (HCl). Ətraf mühitə xlortərkibli bitki tullantıları, o cümlədən xlortərkibli bitki mühafizəsi 
vasitələri,  sellüloz-kağız  kombinatları,  kondensator  istehsalı,  kimya-metallurgiya  və  zibilyandıran  zavodların 
tullantıları ilə daxil olur.  
Hidrogen-xloridin  yüksək  konsentrasiyasının  təsiri  zamanı  aşındırıcı  qoxu  peyda  olur,  göz  və  yuxarı 
tənəffüs  yollarının  qıcıqlanması  hiss  olunur,  yüksək  konsentrasiyalı  qazşəkilli  HCl  və  xlor  suyu,  bəzi  halda 
ekzemaya keçən kəskin dermatit yarada bilər.  
Hidrogen-xloridin  uzun  müddətli  təsiri  yuxarı  tənəffüs  yollarının  katarına,  dişlərdə  qəhvəyi  ləkələrin  və 
eroziyanın, burunun selikli qişasının izharına, bəzən deşilməsinə səbəb olur. HCl-un 15 mq/m
3
 konsentrasiyası 
yuxarı tənəffüs yollarının və gözlərin selikli qişasını zədələyir.  
Ammonyak  (NH
3
).  Bu  qaz  spesifik  çirkləndirici  maddələr  qrupunda  liderlik  edir.  Amonyak  havaya 
metallurgiya  müəssisələrinin,  mineral  gübrələr  və  digər  kimyəvi  istehsalın  tullantıları  ilə  daxil  olur.  Onun 
ortasutkalıq YVK-sı 40 mkq/m
3
 və maksimum birdəfəlik YVK 200 mkq/m
3
 təşkil edir. Ammonyakın daha yüksək 
konsentrasiyası  mineral  gübrələr  istehsal  olunan  müəssisələr  yerləşən şəhərlərin  havasında aşkar  edilmişdir. 
Rusiya  şəhərlərinin  havasının  kimya  istehsalı  ilə  çirklənmə  səviyyəsi  digər  ölkələrlə  müqayisədə  yüksəkdir. 
Rusiyada yüksək konsentrasiyalı ammonyaklı çirklənmiş hava şəraitində 1,3 mln., o cümlədən 50-80 mkq/m
3
 
konsentrasiyada  0,8  mln., 90-120  mkq/m
3
-da  2,6  mln., 180-200  mkq/m
3
  NH
3
  konsentrasiyasında  0,3  mln. 
adam yaşayır.  
Ammonyakın  göstərilən  istehsalatların  fəhlələrinə  uzun  müddətli  təsiri  zamanı  onlarda  xroniki  bronxit 
inkişaf edir.  
Metilmerkaptan.  Bu  maddə  başlıca  olaraq  sellüloz-kağız  sənayesi  müəssisələri  tullantılarında  olur.  Bu 
müəssisələr yerləşən yaşayış məntəqələrində metilmerkaptan uşaqların sağlamlığına neqativ təsir göstərməsi 
aşkar edilmişdir. Uşaqlarda əsasən tənəffüs orqanları, dəri xəstəlikləri və otit müşahidə olunur. Bəzi şəhərlərdə 
bəzən qadınlarda reproduktiv funksiyanın pozulması qeydə alınır. Göstərilən müəssisələrin çirklənmə zonasında 
yaşayan, lakin orada işləməyənlərdə toksikozların sayı kontrol qrupa nisbətən 2 dəfə çoxdur.  
Fenol (C
6
H
5
OH). Fenolun ətraf mühitə düşməsinin əsas mənbələri metallurgiya və koks-kimya zavodları, 
fenolformaldehid qətranı, kley, müxtəlif plastiklər, dəri və mebel sənayesi hesab olunur. Atmosfer havası ilə 


 
153 
fenolun  orqanizmə  daxil  olması  havada  onun  konsentrasiyası  200  mkq/m
3
  olduqda  4  mq/sut.,  hisdə 
qurudulmuş qida ilə – 2 mq/sut. və içməli su ilə (300 mkq/l kensentrasiyada) – 0,6 mkq/sut. təşkil edir. Çəkisi 
70 kq olan adam üçün fenolun orta sutkalıq dozası 100 mkq/kq bədəninin kütləsi qədər təşkil edir.  
Fenol sinir sistemini zədələyir, ağız, burun-udlaq, yuxarı tənəffüs yollarının selikli qişasına, mədə-bağırsaq 
traktına qıcıqlandırıcı təsir göstərir, qusma, baş ağrıları, başgicəllənməsi, tərləmək, yuxunun pozulması, ürək 
döyüntüsü əmələ gətirir. Fenol dəriyə, tənəffüs yolları və mədə-bağırsaq traktı tərəfindən tez hopur, sonra isə 
böyrəklərdə və qaraciyərdə toplanır.  
ABŞ-ın Gigiyena Əmək Assosiasiyasının tövsiyəsinə əsasən fəhlələrin sidiyində fenolun miqdarı iş gününün 
sonunda 250 mq/q kreatini keçməməlidir.  
Fenol  içməli  suya  çirkab  suların  mənbəyindən  daxil  olur  və  ya  su  kəməri  sistemində  işlədilən  polimer 
materiallarından miqrasiya edir.  
Formaldehid, qarışqa aldehidi (CH
2
O) – kəskin iyli rəngsiz qazdır. Formaldehidin emissiya mənbələri 
kimyəvi  və  metallurgiya  zavodları,  tikinti  materialları  və  polimerlər  istehsalı,  mebel  fabrikləri,  avtomobil 
nəqliyyatının işlənmiş qazları hesab olunur.  
Yeni tikilmiş mənzillərdə formaldehidin miqdarı 160-240 mkq/m
3
-a çatır və yüksək konsentrasiya bir neçə 
il ərzində qalır. Daima siqaret çəkilən mənzillərdə formaldehidin miqdarı 100 mkq/m
3
-a çatır.  
Formaldehidin  insan  orqanizminə  sutkalıq  daxil  olması  atmosfer  havası  ilə  –  0,02;  yaşayış  və  ictimai 
binalarından – 0,5-2,0; su ilə 0,2; qida ilə – 1,5-14; 20 ədəd çəkilən siqaretlə – 1,0 mq təşkil edir. Formaldehid 
ümumi toksik təsirli olub, qıcıqlandırıcı, allergik, mutagen və konserogen (2A qrupu) təsirə malikdir. O, digər 
kimyəvi konserogenlərin, qismən benz(a)pirenin əmələ gətirdiyi konserogenezi gücləndirir.  
Vinilxlorid  (CH
2
=CHCl).  Zəif  xloroform  iyli  rəngsiz  qazdır,  keyidici  narkotik  maddədir.  Havada  az 
miqdarda  olduqda  insanın  başı  gicəllənir,  çox  olduqda  isə  insan  şüurunu  tamam  itirir,  çəng  olur  və  dərin 
yuxuya gedir.  
Vinilxlorid  mühitə  üzvi  sintez  müəssisələri,  polimer  materialların  istehsalı,  tullantıları  ilə  daxil  olur. 
Dünyada vinilxloridin tullantıları təxminən ildə 3000 tona çatır.  
Vinilxlorid  orqanizmə  toksik-immun  təsir  göstərərək  mərkəzi  sinir  sisteminin  pozulması,  damarların 
patologiyası,  sümük  sisteminin  zədələnməsi,  birləşdirici  toxumaların  sistemli  zədələnməsi,  immun  dəyişməsi, 
şişlərin  inkişafı  şəklində  təzahür  olunur.  O,  yalnız  kanserogen  deyil,  həm  də  mutagen,  embriotoksik  və 
teratogen  təsirə  malikdir.  Fəhlərlərdə  qaraciyərdə  angiosarkom  və  hemanqiosarkomun  inkişafı,  beyində 
neftroblastom,  neyroblastom  və  digər  bədxassəli  yeni  törəmələr,  ağciyərdə  alveolyar  şişlər,  mədədə 
adenokarsinom,  süd  vəzilərində  karsinoma,  birləşdirici  toxumalarda  müxtəlif  şiş  növləri  qeydə  alınmışdır. 
Yüksək  konsentrasiyalı  vinilxloridin  uzun  müddətli  təsiri  ilə  əlaqədar  sənaye  fəhlələrinin  ömrünün  kəskin 
qısalması qeydə alınmışdır.  
Ftalatlar. Son illər bu toksik maddələrdən geniş istifadə olunduğundan onlara diqqət artmışdır. Ftalatlar 
sintetik  polimerlərdən  müxtəlif  qab-qacaqlar,  oyuncaqlar,  tibb  avadanlıqlarının  (qanın  köçürülmə  sistemi) 
hazırlanmasında  plastifikator  kimi,  həmçinin  lak,  parfyumeriya,  həşəratlara  qarşı  repellentlər  istehsalında 
istifadə  edilir.  Bu  maddələr  həm  bilavasitə  daxil  olduqda,  həm  də  hava  və  dəri  vasitəsilə  düşdükdə  insanın 
bağırsağında  asan  absorbsiya  olunur.  Ftalatların  təsir  indikatoru  kimi  onun  sidikdə  miqdar  göstəricisindən 
istifadə olunur. Ftalatlar ətraf mühitin çirklənməsinin və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi üzrə 
ABŞ-ın  Milli  Proqramına  daxil  edilmişdir.  Bu  tədqiqatların  məlumatına  görə,  aşağı  gəlirli  və  təhsili  aşağı 
səviyyədə olan şəxslərin sidiklərində ftalatların sintetik materiallardan hazırlanan qablardan daha çox istifadə 
etməsi ehtimalı ilə aydınlaşdırılır.  
Radon (Ra) -  Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab 
olunur.  Quruda  onun  fon  konsentrasiyası  10  Bk/m
3
  təşkil  edir.  Bk  –  bekkerel  –  radioaktivlik  ölçüsü  olub, 1 
dəqiqə  ərzində  radioaktiv  parçalanmanın  sayıdır, 1 Bk  1  saniyə  ərzində  bir  radioaktiv  parçalanmaya  uyğun 
gəlir.  Radonun  mənzilə  əsas  daxil  olma  yolu  –  binanın  özülünün  (bünövrəsinin)  altından  onun  infiltrasiya 
olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində 
radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, 
havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və 
qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan 
yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən 
asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və 
zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır. Belə şəraitdə yaşayan insanların başlıca 
olaraq  ağciyərlərinin  şüalanma  dozası  yüksək  olur.  BMT-nin  atom  radiasiyasının  təsiri  üzrə  Elmi  Komitəsinin 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə