QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə68/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   64   65   66   67   68   69   70   71   ...   94

 
150 
saylı  cədvəldə  insanın  qanında  karboksihemoqlobinin  miqdarından  asılı  olaraq  baş  verə  biləcək  mənfi 
effektlərin siyahısı verilir (ÜST, 2000). Qanda COHb-in miqdarı işçilərdə işin sonunda 3,5% (Amerika gigiyena 
əmək assosiasiyasının tövsiyəsinə görə), ümumi əhali qrupunda isə 2,5%-dən artıq olmamalıdır.  
 
Ozon.  Ozon  oksigenin  allatrop  modifikasiyası  (O
3
)  olub,  mavi  rəngə,  xarakterik  iyə  və  partlayıcı  xassəyə 
malikdir, həmçinin güclü oksidləşdiricidir.  
Troposfer  və  strotosfer  ozonu  ayırırlar.  Troposfer  ozonu  yer  səthindən  12-17  km-ə  qədər,  strotosfer 
ozonu  isə  50  km-ə  qədər  hündürlükdə  yerləşir.  Ozonun  çox  hissəsi  strotosferdə  yerləşir.  Troposferdə  isə 
ozonun miqdarı azdır. O, atmosferdə elektrik və şimşək çaxması nəticəsində əmələ gəlir.  
Troposfer  ozonu  həm  də  günəş  radiasiyasının  təsir  şəraitində  azot  oksidlərinin  krabohidrogenlərlə 
fotokimyəvi reaksiyası nəticəsində əmələ gəlir. Havada olan karbon qazı və azot oksidi də əsasən antropogen 
mənşəlidir (ən çox avtomobillərin yaratdığı).  
Əgər  troposfer  ozonunun  konsentrasiyasının  azalması  xeyirlidirsə,  strotosfer  ozonunun  azalması  ekoloji 
fəlakətlərə gətirib çıxara bilər.  
Atmosfer havasında ozonun fon konsentrasiyası adətən 30 mkq/m
3
-i keçmir. Rusiyada ozonun YVK-sı 20 
dəqiqədə 160 mkq/m
3
, bu konsentrasiya il ərzində və 24 saat ərzində 30 mkq/m
3
 müəyyən edilir. ÜST Avropa 
Bürosu 8 saat ərzində ozonun normativini 120 mkq/m
3
 səviyyəsində tövsiyə edir.   
Sağlamlığa təsiri. Ozon suda az həll olduğu üçün havakeçirən yollarla insanın orqanizminə daxil olur. O, 
qıcıqlandırıcı  xassəyə  malikdir.  Ozonun  160-470  mkq/m
3
  səviyyəli  konsentrasiyada  təsiri  zamanı  xarici 
tənəffüsün funksiyasında əhəmiyyətli dərəcədə dəyişiklik gedir, öskürək və baş ağrıları baş verir. Ozonun uzun 
müddətli  təsiri  ağciyərlərin  mərkəzi  hissəsinin  epitelial  və  birləşdirici  toxumalarının  morfoloji  dəyişməsinə 
səbəb ola bilər.  
• Mötərizədə zərərli maddələrin təsir müddəti göstərilir. 
• İndeksi hesablamaq üçün maksimal konsentrasiya 8 saat, orta konsentrasiya – 1 saat ərzində istifadə 
edilir.  
Yuxarıda göstərilən çirkləndirici maddələrin təhlükəlilik təsirini qiymətləndirmək üçün Avropa Şurası (AŞ) 
havanın keyfiyyətini göstərən              10 diapazon təklif edir, hər diapazona müəyyən neqativ effekt uyğun 
gəlir (cədvəl 11.3).  
Aşağıda  havanın  müəyyən  çirklənmə  səviyyəsinə  uyğun  zərərli  maddələrin  əhalinin  sağlamlığına  təsir 
effektləri xarakterizə olunur (AŞ-nın tövsiyəsinə görə, 2001).  
 Aşağı – müəyyən maddəyə hətta həssaslıq göstərən şəxslərə təsiri də güman edilmir.  
 
Cədvəl 11.3 
 
Müxtəlif keyfiyyət indekslərinə (diapazonlarına) uyğun gələn zərərli maddələrin (mqm/m
3

konsentrasiya diapazonları (Avropa Şurasının tövsiyəsinə görə, 2001) 
 
Səviyyə 
İndeks 
PM
10
 
(1 saat) 
Azot 
2-oksid 
(1 saat) 
Kükürd 
anhidridi 
(15 dəq)
 
Karbon 1 
oksid (8 saat)
 
Ozon 
(8 və ya 1 saat)
••
 
Aşağı 

0-16 
0-95 
0-88 
0-3,8 
0-32 

17-32 
96-190 
89-176 
3,9-7,6 
33-66 

33-49 
191-286 
177-265 
7,7-11,5 
67-99 
Mülayim 
(orta) 

50-57 
287-381 
266-354 
11,6-13,4 
100-126 

5-66 
382-476 
355-442 
13,5-15,4 
127-152 

67-74 
478-572 
443-531 
15,5-17,3 
153-179 
Yüksək 

75-82 
573-635 
532-708 
17,4-19,2 
180-239 

83-91 
636-700 
709-886 
19,3-21,2 
240-299 

92-99 
701-763 
887-1063 
21,3-23,1 
300-359 
10 
≥100 
≥764 
≥1064 
≥23,2 
≥360 
 
 Mülayim (orta) – zəif, həkimin müdaxiləsinə ehtiyac yoxdur, həssas fərdlər üçün müşahidə edilir.  
 Yüksək – həssas fərdlərdə təzahür edilir.  
 Çox yüksək – həssas fərdlərdə effektlər güclənir.  


 
151 
 
Flüor  və  flüortərkibli  birləşmələr.  Orqanizmə  flüor  başlıca  olaraq  qida  və  su  ilə  daxil  olur.  Qeyri-
endemik ərazidə yaşlı adamın orqanizminə daxil olan bu elementin miqdarı 0,8 mq-a (bədənin kütləsinin 1 kq-
na 0,011 mq) bərabərdir və 0,5-dən 1,2 mq arasında dəyişir. Flüorun konsentrasiyası suda, həmçinin çörək və 
sulu  xörəklərdə  flüorun  hesabına  əhalinin  qida  rasionunda  bir  qədər  çox  olur.  Qida  məhsullarından  flüorun 
mənimsənilməsi  suya  nisbətən  16-20%  az  olur.  Həzm  traktından  flüor  qana  keçir  və  sümüklərdə,  dişlərdə 
toplanır.  İnsanın  bərk  toxumalarında  99,9%  flüor  vardır.  O,  orqanizmdən  sidiklə,  qismən  saç  və  dırnaqlarla 
xaric olunur.  
ÜST flüorun suda səviyyə miqdarını 1,5 mq/l tövsiyə edir.  
Flüorun  suda  yüksək  miqdarı  (mülayim  iqlim  şəraitində  1-2  mq/l-dən  artıq,  isti  iqlim  şəraitində  0,5-0,8 
mql-dən  artıq)  əhalinin  endem  flüoroz  xəstəliyinə  səbəb  olur,  onun  əsas  əlamətlərindən  biri  dişin  emalında 
ləkələrin  olmasıdır.  Flüorun  orqanizmə  izafi  daxil  olması  dişlərin  dağılmasına  səbəb  olur,  uşaqlarda  böyümə 
zəifləyir və skeletlərin sümükləşməsində pozğunluq yaranır, sinir sisteminin və qalxanvari vəzin fəaliyyətində 
də pozğunluq müşahidə olunur, böyrəklər zədələnməyə başlayır.  
Flüor  kalsiumlaşmış  toxumalarla  birləşərək,  dişlərin  kariyesini  azaldır  və  sümüklərin  sıxlığını  artırır. 
Orqanizmə flüorun kifayət qədər daxil olmaması diş emalının əriməsini yüksəldir və dişin zədələnməsinə səbəb 
olur.  Bu,  suda  flüorun  konsentrasiyası 1,5 mq/l-dən az  olduqda  baş  verir.  Rusiyada  əhalinin  90%-dən  çoxu 
lazım olan miqdarda bu mikroelementi qəbul etmir.  
Flüor  çatışmayan  rayonlarda  suyun  flüorlaşdırılması  tövsiyə  olunur.  Lakin  flüor  yodun  antoqonisti 
olduğundan insan üçün zəruri sayılan bu elementi sıxışdırır.  
İnsan  üçün  atmosfer  havasında  olan  flüor  birləşmələri  olduqca  təhlükəli  hesab  edilir.  Onların  ayrılması 
mənbələri  alüminium  zavodlarının  və  mineral  gübrələr  istehsal  olunan  müəssisələrin  tullantıları  sayılır. 
Alüminium  zavodu  yerləşən  şəhərlərin  atmosfer  havasında  HF-in  orta  illik  konsentrasiyası  yüksək  olub  orta 
sutkalıq YVK-ni (ortasutkalıq YVK – 5 mkq/m
3
-dur) on dəfələrlə keçir.  
Elektroliz  istehsalı  fəhlələrində  və  yaxınlıqda  yaşayan  insanlarda  peşə  flüorozun  sümük  formalarının, 
sümük-əzələ sistemi, tənəffüs və ağız boşluğu xəstəliklərinin baş verməsi riski yüksəlir.  
Alüminium  zavodlarının  yaxınlığında  yaşayan  əhali  üçün  dəridə  ləkələr  şəklində  təzahür  olunan  flüoroz 
xəstəliyi  səciyyəvidir.  Bu  şəxslərin  sidik,  qan,  sümük  və  dişlərində  flüorun  miqdarı  yüksəklir.  Flüorun  təsir 
indikatoru onun sidikdə olan miqdarıdır.  
 
Kükürd tərkibli birləşmələr. Hidrogen-sulfid (H
2
S)  – rəngsiz  qaz  olub,  xarakterik  iyə malikdir.  O, 
vulkan qazlarında, həmçinin bitki və heyvan zülallarının parçalanma prosesində bakteriyaların təsirindən əmələ 
gəlir.  Hidrogen-sulfid  kükürd  tərkibli  kömürün  kokslaşdırılması,  təmizlənməmiş  kükürdtərkibli  yağların 
rafinadlaşdırılması  proseslərinin,  karbon-sulfid,  viskoz  ipəyi  istehsalının  əlavə  məhsulu  hesab  olunur.  Rusiya 
şəhərlərinin hava hövzəsinə hidrogen-sulfid sellüloz-kağız, koks-kimya, metallurgiya, neft və qaz emalı, neft-
kimya, həmçinin sintetik lif zavodlarından daxil olur.  
Hidrogen-sulfid kəskin, xoşagəlməz lax yumurta iyinə malikdir. Maksimal birdəfəlik YVK iybilmə hüdudu ilə 
təyin olunub 8 mkq/m
3
-dur. ÜST tərəfindən hidrogen-sulfidin miqdar normativi 30 dəq.-də 7 mkq/m
3
 tövsiyə 
edilir. Lakin bir qədər uzun vaxt təsiri – 24 saat ərzində daha mülayim normativ – 24 saat ərzində 150 mkq/m
3
 
tövsiyə olunur.  
Atmosfer havasında hidrogen-sulfidin insanın sağlamlığına təsiri müxtləif olub – xoşagəlməz hissiyyatdan 
ağır  zədələnməyə  qədər  müşahidə  oluna  bilər.  Belə  bir  faciəli  hadisə  Meksikanın  Posa-Rika  şəhərində  baş 
vermişdir.  Burada  1950-ci  ildə  kükürdün  bərpası  zavodunda  çıxan  qazın  yandırılması  sistemində  baş  verən 
qəza  nəticəsində  atmosferə  külli  miqdarda  hidrogen-sulfid  atılmışdır.  Yanmayan  qaz  atmosfer  inversiyası 
şəraitində yaşayış qəsəbəsinin ərazisinə çatmış və 3 saat ərzində xəstəxanaya yerləşdirilən 320 adamdan 22-si 
həyatını dəyişmişdir. Ən çox zədələnmə simptomu iybilmə duyğusunun itirilməsi olmuşdur. Qəsəbədə atmosfer 
havasında olan hidrogen-sulfidin miqdarı haqqında məlumat yoxdur. Lakin ÜST-nin ekspertlərinin fikrinə görə, 
çoxlu ölüm hadisəsi göstərir ki, hidrogen-sulfidin konsentrasiyasının 1 mln. mkq/m
3
 olması ehtimal edilir.  
Hidrogen-sulfidin gözün yaş toxumalarına bilavasitə qıcıqlandırıcı təsiri nəticəsində «qazlı göz» adlı məlum 
olan  keratokonyuktivit  xəstəliyi  inkişaf  edir.  Hidrogen-sulfidin  inhalyasiyası  (nəfəs  alma)  zamanı  yuxarı 
tənəffüs  yolları  qıcıqlanır  və  daha  dərində  yerləşən  strukturları  zədələyir.  Hidrogen-sulfidin  çox  yüksək 
konsentrasiyası  (450  mkq/m
3
-a  qədər)  zamanı  əhali  xoşagəlməz  iy,  ürək  bulanması,  yuxunun  pozulması, 
gözlərin  yanması,  öskürək,  baş  ağrısı  və  iştahanın  pozulmasından  şikayətlənirdi.  Hidrogen-sulfidin  yüksək 
konsentrasiyasının təsiri ağciyərlərin şişməsi inkişafına səbəb ola bilər.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə