150
saylı cədvəldə insanın qanında karboksihemoqlobinin miqdarından asılı olaraq baş verə biləcək mənfi
effektlərin siyahısı verilir (ÜST, 2000). Qanda COHb-in miqdarı işçilərdə işin sonunda 3,5% (Amerika gigiyena
əmək assosiasiyasının tövsiyəsinə görə), ümumi əhali qrupunda isə 2,5%-dən artıq olmamalıdır.
Ozon. Ozon oksigenin allatrop modifikasiyası (O
3
) olub, mavi rəngə, xarakterik iyə və partlayıcı xassəyə
malikdir, həmçinin güclü oksidləşdiricidir.
Troposfer və strotosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12-17 km-ə qədər, strotosfer
ozonu isə 50 km-ə qədər hündürlükdə yerləşir. Ozonun çox hissəsi strotosferdə yerləşir. Troposferdə isə
ozonun miqdarı azdır. O, atmosferdə elektrik və şimşək çaxması nəticəsində əmələ gəlir.
Troposfer ozonu həm də günəş radiasiyasının təsir şəraitində azot oksidlərinin krabohidrogenlərlə
fotokimyəvi reaksiyası nəticəsində əmələ gəlir. Havada olan karbon qazı və azot oksidi də əsasən antropogen
mənşəlidir (ən çox avtomobillərin yaratdığı).
Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji
fəlakətlərə gətirib çıxara bilər.
Atmosfer havasında ozonun fon konsentrasiyası adətən 30 mkq/m
3
-i keçmir. Rusiyada ozonun YVK-sı 20
dəqiqədə 160 mkq/m
3
, bu konsentrasiya il ərzində və 24 saat ərzində 30 mkq/m
3
müəyyən edilir. ÜST Avropa
Bürosu 8 saat ərzində ozonun normativini 120 mkq/m
3
səviyyəsində tövsiyə edir.
Sağlamlığa təsiri. Ozon suda az həll olduğu üçün havakeçirən yollarla insanın orqanizminə daxil olur. O,
qıcıqlandırıcı xassəyə malikdir. Ozonun 160-470 mkq/m
3
səviyyəli konsentrasiyada təsiri zamanı xarici
tənəffüsün funksiyasında əhəmiyyətli dərəcədə dəyişiklik gedir, öskürək və baş ağrıları baş verir. Ozonun uzun
müddətli təsiri ağciyərlərin mərkəzi hissəsinin epitelial və birləşdirici toxumalarının morfoloji dəyişməsinə
səbəb ola bilər.
• Mötərizədə zərərli maddələrin təsir müddəti göstərilir.
• İndeksi hesablamaq üçün maksimal konsentrasiya 8 saat, orta konsentrasiya – 1 saat ərzində istifadə
edilir.
Yuxarıda göstərilən çirkləndirici maddələrin təhlükəlilik təsirini qiymətləndirmək üçün Avropa Şurası (AŞ)
havanın keyfiyyətini göstərən 10 diapazon təklif edir, hər diapazona müəyyən neqativ effekt uyğun
gəlir (cədvəl 11.3).
Aşağıda havanın müəyyən çirklənmə səviyyəsinə uyğun zərərli maddələrin əhalinin sağlamlığına təsir
effektləri xarakterizə olunur (AŞ-nın tövsiyəsinə görə, 2001).
• Aşağı – müəyyən maddəyə hətta həssaslıq göstərən şəxslərə təsiri də güman edilmir.
Cədvəl 11.3
Müxtəlif keyfiyyət indekslərinə (diapazonlarına) uyğun gələn zərərli maddələrin (mqm/m
3
)
konsentrasiya diapazonları (Avropa Şurasının tövsiyəsinə görə, 2001)
Səviyyə
İndeks
PM
10
(1 saat)
Azot
2-oksid
(1 saat)
Kükürd
anhidridi
(15 dəq)
•
Karbon 1
oksid (8 saat)
•
Ozon
(8 və ya 1 saat)
••
Aşağı
1
0-16
0-95
0-88
0-3,8
0-32
2
17-32
96-190
89-176
3,9-7,6
33-66
3
33-49
191-286
177-265
7,7-11,5
67-99
Mülayim
(orta)
4
50-57
287-381
266-354
11,6-13,4
100-126
5
5-66
382-476
355-442
13,5-15,4
127-152
6
67-74
478-572
443-531
15,5-17,3
153-179
Yüksək
7
75-82
573-635
532-708
17,4-19,2
180-239
8
83-91
636-700
709-886
19,3-21,2
240-299
9
92-99
701-763
887-1063
21,3-23,1
300-359
10
≥100
≥764
≥1064
≥23,2
≥360
• Mülayim (orta) – zəif, həkimin müdaxiləsinə ehtiyac yoxdur, həssas fərdlər üçün müşahidə edilir.
• Yüksək – həssas fərdlərdə təzahür edilir.
• Çox yüksək – həssas fərdlərdə effektlər güclənir.
151
Flüor və flüortərkibli birləşmələr. Orqanizmə flüor başlıca olaraq qida və su ilə daxil olur. Qeyri-
endemik ərazidə yaşlı adamın orqanizminə daxil olan bu elementin miqdarı 0,8 mq-a (bədənin kütləsinin 1 kq-
na 0,011 mq) bərabərdir və 0,5-dən 1,2 mq arasında dəyişir. Flüorun konsentrasiyası suda, həmçinin çörək və
sulu xörəklərdə flüorun hesabına əhalinin qida rasionunda bir qədər çox olur. Qida məhsullarından flüorun
mənimsənilməsi suya nisbətən 16-20% az olur. Həzm traktından flüor qana keçir və sümüklərdə, dişlərdə
toplanır. İnsanın bərk toxumalarında 99,9% flüor vardır. O, orqanizmdən sidiklə, qismən saç və dırnaqlarla
xaric olunur.
ÜST flüorun suda səviyyə miqdarını 1,5 mq/l tövsiyə edir.
Flüorun suda yüksək miqdarı (mülayim iqlim şəraitində 1-2 mq/l-dən artıq, isti iqlim şəraitində 0,5-0,8
mql-dən artıq) əhalinin endem flüoroz xəstəliyinə səbəb olur, onun əsas əlamətlərindən biri dişin emalında
ləkələrin olmasıdır. Flüorun orqanizmə izafi daxil olması dişlərin dağılmasına səbəb olur, uşaqlarda böyümə
zəifləyir və skeletlərin sümükləşməsində pozğunluq yaranır, sinir sisteminin və qalxanvari vəzin fəaliyyətində
də pozğunluq müşahidə olunur, böyrəklər zədələnməyə başlayır.
Flüor kalsiumlaşmış toxumalarla birləşərək, dişlərin kariyesini azaldır və sümüklərin sıxlığını artırır.
Orqanizmə flüorun kifayət qədər daxil olmaması diş emalının əriməsini yüksəldir və dişin zədələnməsinə səbəb
olur. Bu, suda flüorun konsentrasiyası 1,5 mq/l-dən az olduqda baş verir. Rusiyada əhalinin 90%-dən çoxu
lazım olan miqdarda bu mikroelementi qəbul etmir.
Flüor çatışmayan rayonlarda suyun flüorlaşdırılması tövsiyə olunur. Lakin flüor yodun antoqonisti
olduğundan insan üçün zəruri sayılan bu elementi sıxışdırır.
İnsan üçün atmosfer havasında olan flüor birləşmələri olduqca təhlükəli hesab edilir. Onların ayrılması
mənbələri alüminium zavodlarının və mineral gübrələr istehsal olunan müəssisələrin tullantıları sayılır.
Alüminium zavodu yerləşən şəhərlərin atmosfer havasında HF-in orta illik konsentrasiyası yüksək olub orta
sutkalıq YVK-ni (ortasutkalıq YVK – 5 mkq/m
3
-dur) on dəfələrlə keçir.
Elektroliz istehsalı fəhlələrində və yaxınlıqda yaşayan insanlarda peşə flüorozun sümük formalarının,
sümük-əzələ sistemi, tənəffüs və ağız boşluğu xəstəliklərinin baş verməsi riski yüksəlir.
Alüminium zavodlarının yaxınlığında yaşayan əhali üçün dəridə ləkələr şəklində təzahür olunan flüoroz
xəstəliyi səciyyəvidir. Bu şəxslərin sidik, qan, sümük və dişlərində flüorun miqdarı yüksəklir. Flüorun təsir
indikatoru onun sidikdə olan miqdarıdır.
Kükürd tərkibli birləşmələr. Hidrogen-sulfid (H
2
S) – rəngsiz qaz olub, xarakterik iyə malikdir. O,
vulkan qazlarında, həmçinin bitki və heyvan zülallarının parçalanma prosesində bakteriyaların təsirindən əmələ
gəlir. Hidrogen-sulfid kükürd tərkibli kömürün kokslaşdırılması, təmizlənməmiş kükürdtərkibli yağların
rafinadlaşdırılması proseslərinin, karbon-sulfid, viskoz ipəyi istehsalının əlavə məhsulu hesab olunur. Rusiya
şəhərlərinin hava hövzəsinə hidrogen-sulfid sellüloz-kağız, koks-kimya, metallurgiya, neft və qaz emalı, neft-
kimya, həmçinin sintetik lif zavodlarından daxil olur.
Hidrogen-sulfid kəskin, xoşagəlməz lax yumurta iyinə malikdir. Maksimal birdəfəlik YVK iybilmə hüdudu ilə
təyin olunub 8 mkq/m
3
-dur. ÜST tərəfindən hidrogen-sulfidin miqdar normativi 30 dəq.-də 7 mkq/m
3
tövsiyə
edilir. Lakin bir qədər uzun vaxt təsiri – 24 saat ərzində daha mülayim normativ – 24 saat ərzində 150 mkq/m
3
tövsiyə olunur.
Atmosfer havasında hidrogen-sulfidin insanın sağlamlığına təsiri müxtləif olub – xoşagəlməz hissiyyatdan
ağır zədələnməyə qədər müşahidə oluna bilər. Belə bir faciəli hadisə Meksikanın Posa-Rika şəhərində baş
vermişdir. Burada 1950-ci ildə kükürdün bərpası zavodunda çıxan qazın yandırılması sistemində baş verən
qəza nəticəsində atmosferə külli miqdarda hidrogen-sulfid atılmışdır. Yanmayan qaz atmosfer inversiyası
şəraitində yaşayış qəsəbəsinin ərazisinə çatmış və 3 saat ərzində xəstəxanaya yerləşdirilən 320 adamdan 22-si
həyatını dəyişmişdir. Ən çox zədələnmə simptomu iybilmə duyğusunun itirilməsi olmuşdur. Qəsəbədə atmosfer
havasında olan hidrogen-sulfidin miqdarı haqqında məlumat yoxdur. Lakin ÜST-nin ekspertlərinin fikrinə görə,
çoxlu ölüm hadisəsi göstərir ki, hidrogen-sulfidin konsentrasiyasının 1 mln. mkq/m
3
olması ehtimal edilir.
Hidrogen-sulfidin gözün yaş toxumalarına bilavasitə qıcıqlandırıcı təsiri nəticəsində «qazlı göz» adlı məlum
olan keratokonyuktivit xəstəliyi inkişaf edir. Hidrogen-sulfidin inhalyasiyası (nəfəs alma) zamanı yuxarı
tənəffüs yolları qıcıqlanır və daha dərində yerləşən strukturları zədələyir. Hidrogen-sulfidin çox yüksək
konsentrasiyası (450 mkq/m
3
-a qədər) zamanı əhali xoşagəlməz iy, ürək bulanması, yuxunun pozulması,
gözlərin yanması, öskürək, baş ağrısı və iştahanın pozulmasından şikayətlənirdi. Hidrogen-sulfidin yüksək
konsentrasiyasının təsiri ağciyərlərin şişməsi inkişafına səbəb ola bilər.
Dostları ilə paylaş: |