QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə67/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   63   64   65   66   67   68   69   70   ...   94

 
148 
gərginləşməsi, bronxit xəstəlikləri hadisələrinin çoxalması, tənəffüs orqanlarının və ürək-damar xəstəliklərindən 
ölüm hallarının artmasına qədər təzahür olunur.  
AH
10
 (aslıı hissəciklərin) hissəciklərin qısamüddətli – 24 saat təsiri hər  10 mkq/m
3
 PM
10
 üzrə 0,8% (0,5-
dən 1,6%-ə qədər) sutkalıq ölüm dərəcəsinin artmasına səbəb olur. Bu zaman ölüm halları ən çox tənəffüs 
orqanlarının  xəstələnməsi  ilə  əlaqədar  artır,  bəzən  ürək-damar  xəstəliklərindən  də  ölüm  halları  çoxalır.  Çox 
vaxt xəstəxanalarda olanlarla müqayisədə evdə qalanlar daha çox ölür, çünki stasionar şəraitdə xəstələrə daha 
yaxşı tibb yardımı göstərməyə imkan vardır.  
PM
10
-nun  ortasutkalıq  konsentrasiyası  10  mkq/m
3
-a  qədər  yüksəldikdə  tənəffüs  orqanlarının 
simptomlarının  tezliyi  2,8%  yüksəlir,  bu  hal  həm  yuxarı,  həm  də  aşağı  tənəffüs  yollarına  aiddir.  PM
10
-nun 
konsentrasiyası bir ay ərzində 10 mkq/m
3
 yüksələrsə, uşaqlarda astma tutmaları 4,2% çoxalır.  
Asılı hissəciklərin xroniki təsiri  zamanı həm uşaqlarda, həm də yaşı 65-i keçmiş şəxslərdə bronxit xəstəliyi 
hadisəsinin sayı artır. PM
10
-nun konsentrasiyasının hər 10 mkq/m
3
 yüksəlməsi ilə əlaqədar bronxit xəstəliyinin 
və  xroniki  öskürəyin  baş  verməsi  hadisəsinin  10-25%  artması  müəyyən  edilmişdir.  PM
10
-nun 
konsentrasiyasının artması ilə əlaqədar ümumi ölüm hadisələri və ürək-damar, tənəffüs sisteminin və ağciyər 
xərçəng xəstəliyindən ölümün artması müşahilə olunur.  
Atmosferdə  xırda  dispers  tozun  mövcud  olduğu  Rusiyanın  ən  çirklənmiş  şəhərlərində  2  mln-luq  əhalidə 
aslıı hissəciklərin kəskin təsirindən əlavə ölüm hadisəsi 4 min, xroniki təsirindən isə əlavə ölüm 2 min təşkil 
edir (cədvəl 11.1).  
Cədvəl 11.1  
 
1 mln. əhalisi olan şəhərdə PM
10
 hissəciklərinin müxtəlif konsentrasiyada il ərzində təsiri 
nəticəsində əlavə ölüm hadisələrinin sayı (Avaliani, 2002) 
 
Təsirə məruz qalan 
əhalinin sayı 
mln. adam 
PM
10
-nun 
konsentrasiyası, 
mkq/m
3
 
Əlavə ölüm hadisəsinin sayı 
Tozun kəskin təsiri 
zamanı 
Tozun xroniki təsiri zamanı 
2,4 
≥165 və çox 
1831 
1237 
20 
83-165 
1376 
930 
50 
<83 
670 
450 
 
Havanın yüksək səviyyədə asılı hissəciklərlə çirklənən şəhərlərdə yaşayan insanların ömrü təxminən 4 il 
azalır.  
Rusiyanın  atmosfer  havasının  asılı  hissəciklər  və  digər  çirkləndiricilərlə  yüksək  səviyyədə  çirklənən 
şəhərlərinin əhalisində tez-tez faringit, konyuktivit, bronxit, bronxial astma və digər xəstəliklərə rast gəlinir.  
 
Azot 2 - oksid. Azot 2 – oksidin (NO
2
) ayrılmasının başlıca mənbələri metallurgiya istehsalı, avtomobil 
nəqliyyatı, istilik elektrik stansiyaları və müxtəlif qızdırıcı qurğuları hesab olunur. Azot 2-oksidi həmişə azot 1-
oksid  (NO)  müşayiət  edir:  onların  məcmusu  «N
x
»  kimi  ifadə  olunur.  Stasionar  mənbələrdən  azot  2-oksid 
tullantılarının  həcmi  ilbəil  azalır,  bununla  yanaşı,  avtomobil  nəqliyyatı  ilə  daima  artır.  Belə  ki,  son  illər 
avtomobillərin kəskin surətdə çoxalması azot oksidləri tullantılarının 30-40% artmasına səbəb olmuşdur.  
Rusiyanın müxtəlif şəhərlərində atmosfer havasında azot 2-oksidin ortaillik miqdarı 40-70 mkq/m
3
 təşkil 
edir.  Azot  2-oksidin  ən  yüksək  konsentrasiyası,  avtomobil  nəqliyyatının  buraxdığı  NO-nun  tullantısı  ümumi 
tullantıların  50-70%-ni  təşkil  edən  iri  şəhərlərdə  qeydə  alınır.  Son  illər  atmosfer  havasında  azot  2-oksidin 
miqdarı 20%-dən çox artmışdır.  Dioksid azotla havası yüksək səviyyədə çirklənən şəhərlərdə 6 mln-a qədər 
əhali  yaşayır,  o  cümlədən  onlardan  3,6  milyonu  60-70  mkq/m
3
, 2 milyonu  isə  70 .. 120 mkq/m
3
 
konsentrasiyalı çirklənməyə məruz qalır. ABŞ-da analoji şəraitdə 9 mln əhali yaşayır.  
Sağlamlığa  təsiri.  Azot  2-oksid  selikli  qişaya  və  tənəffüs  orqanlarına  qıcıqlandırıcı  təsir  göstərir.  Çox 
yüksək konsentrasiyada (məsələn, sənaye müəssisəsində qəza zamanı) NO
2
-nin təsiri ağciyərlərin dərhal ağır 
zədələnməsinə səsəb olur.  
NO
2
-nin sağlamlığa təsiri şəhərlərdə real müşahidə olunan xeyli aşağı konsentrasiyada da təzahür oluna 
bilər. NO
2
-nin yüksək konsentrasiyasının uzun müddətli təsiri orqanizmin geniş spektrdə cavab reaksiyasına, ilk 
növbədə  respirator  sistemində  (məsələn,  astmatiklərdə)  müşahidə  olunur.  Bronxial  astma  xəstəliyi  olan 
şəxslərdə  NO
2
-nin  380-560  mkq/m
3
  konsentrasiyası  ağciyərlərdə  dəyişkənliyə  səbəb  olur.  NO
2
-nin 


 
149 
konsentrasiyanın  hər  10  mkq/m
3
  səviyyədə  yüksəlməsi,  bronxial  astmalarda  tutmaları  6,5%,  aşağı  tənəffüs 
yollarının xəstələnməsi tezliyini 6,6%, yuxarı tənəffüs yollarınınkını isə 3,8% artırır.  
 
Kükürd  2-oksid.  Tullantıların  kütləvi  miqdarına  görə  SO
2
  digər  atmosfer  çirkləndiriciləri  arasında  ön 
cərgədə  durur.  Bu  maddə  havaya  yanacağın  İES-də,  qazanxanalarda,  sobalarda  yandırılmasından, 
metallurgiya, dağ-mədən və digər istehsalatlardan, dizel mühərriklərindən daxil olur.  
Müxtəlif  ölkələrdə  atmosfer  havasında  kükürd  2-oksidin  miqdarı  üçün  aşağıdakı  normativlər  qəbul 
edilmişdir: Rusiyada – ortasutkalıq YVK                    50 mkq/m
3
, maksimal birdəfəlik YVK – 500 mkq/m
3

ABŞ-da ortaillik konsentrasiya kimi milli standart – 85 mkq/m
3
 və 24 saata – 400 mkq/m
3
-dan istifadə edilir. 
ÜST-nin tövsiyəsinə uyğun olaraq: 10 dəqiqə təsir zamanı – 500 mkq/m
3
, 24 saata – 125 mkq/m
3
 və il ərzində 
orta konsentrasiya 50 mkq/m
3
 qəbul edilmişdir.         
Sağlamlığa təsiri. Kükürd 2-oksid kəskin xoşagəlməz iyə malik olub, ilk növbədə tənəffüs orqanlarına, 
gözə  və  dəriyə  qıcıqlandırıcı  təsir  göstərir,  mərkəzi  sinir  sistemini  zədələyir,  orqanizmdə  gedən  oksidləşmə 
proseslərini məhv edir. Kükürd 2-oksidin sorulması onun burun və udlaq boşluğunun selikli qişası ilə kontaktda 
olduqda  dərhal  başlayır.  Kükürd  2-oksidin  təsirindən  yaranan  zərərli  effektin  qiymətləndirilməsi  ehtimalını 
ümumi  ölüm,  ürək-damar  xəstəlikləri,  tənəffüs  orqanları  xəstəlikləri  və  astmatiklərin  tutmalarının  sayının 
armtası ilə irəli sürmək olar. Kükürd 2-oksidin havadakı törəmə məhsulu sayılan sulfat turşusu əsasən tənəffüs 
orqanlarına  təsir  göstərir.  Kükürdün  çoxnüvəli  ammonyak  duzları  və  ya  sulfat  üzvi  maddələri  alveollara 
(ağciyərdə qovuqcuqlar) mexaniki təsir göstərir və sonradan suda asan həll olunduğundan tənəffüs yollarının 
selikli qişası vasitəsilə sərbəst orqanizmə daxil olur.  
Kükürd 2-oksidin kəskin təsiri (üç günə qədər) ümumi ölüm hadisəsini 0,6% artırır.  
 
Karbon  1-oksid  (karbon  monooksid)  –  CO  (dəm  qazı)  tullantıların  kütləsinə  görə  asılı  hissəciklər  və 
kükürd 2-oksiddən sonra üçüncü yerdə durur.  
Rusiyada CO-nun atmosferdə ortasutkalıq YVK 3 mq/m
3
, maksimal birdəfəlik YVK – 5 mq/m
3
 təşkil edir. 
Digər  ölkələrdə  daha  yumşaq  normativlər  müəyyən  edilmişdir.  ABŞ-da  8  saata  10  mq/m
3
  və  1  saata                            
40 mq/m
3
, ÜST-nin tövsiyəsinə uyğun olaraq – YVK 15 dəqiqəyə 100 mq/m
3
, 30 dəq. 60 mq/m
3
, 1 saat – 30 
mq/m
3
, 8 saata – 10 mq/m
3
 müəyyən edilmişdir.  
Sağlamlığa  təsiri.  Karbon  1-oksidin  yüksək  konsentrasiyası  kəskin  zəhərlənməyə  səbəb  olur.  Xroniki 
təsir  zamanı  qanda  karboksihemoqlobinin  miqdarının  artması  və  uşaqlarda  psixi  hərəkət  reaksiyasının 
dəiyşməsi müşahidə olunur.  
Cədvəl 11.2  
İnsan qanında karboksihemoqlabinin konsentrasiyasının dəyişməsi ilə irəli gələn effektlər 
 
COHv-in 
konsentrasiyası, 

Effekt 


0-3 

2,5-3,0 
Stenokardiyadan əziyyət çəkənlərdə vaxt yükünün azalması  
5,0 
Ürək xəstəliyi olanlarda aritmiya tutmasının tezləşməsi  
3,0-8,0 
Siqaret çəkənlər üçün effekt yoxdur  
5,1-8,2 
Avtomobil sürmək qabiliyyətinin, koordinasiyanın, diqqətin zəifləməsi  
5,0-20 
Dərk etmə (tanıma) qabiliyyətinin zəifləməsi  
10-20 
Baş  ağrıları,  ürək  bulanma,  görmənin  zəifləməsi,  qıcıqlanma,  nəfəs  almanın 
çətinləşməsi  
20-30 
Ürək döyüntüsü, baş ağrıları  
30-40 
Güclü baş ağrısı, taxikardiya, huşun itirilməsi  
30-50 
Baş gicəllənməsi, ürək bulanma, zəiflik   
50-60 
Koma, ölüm  
 
Karbon  1-oksidin  təsir  indiaktoru  qanda  törəmə  hemoqlobinin  –  karboksihemoqlobinin  (COHb)  təyin 
edilməsidir. Bu metoddan həm ekoloji epidemiologiyada, həm də tibbi məhkəmədə geniş istifadə olunur. 11.2 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə