QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə66/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   62   63   64   65   66   67   68   69   ...   94

 
145 
həm də dolayı yolla müəyyən edir.  Ailə həyatında xoşbəxt olan şəxslər daha çox yaşayır, az xəstələnir. Dul 
qadınlar  arasında  ölüm  halları,  əri  olanlarla  müqayisədə  daha  çoxdur.  Əlverişsiz  psixi-emosional  vəziyyətin 
olduğu  ailələrdə  uşaqlar  daha  tez-tez  mədə  xorası,  sarılıq,  xroniki  qastritə  tutulurlar.  İstirahətin,  qida  və 
yuxunun  pozulması  ailənin  əksər  üzvlərində  ürək-damar,  əsəb  və  başqa  xəstəliklərin  baş  verməsinə  şərait 
yaradır.  
Ailə  özünün  qidalanma  ənənəsinə  malikdir.  İnsanın  sağlamlığı  və  uzunömürlülüyü  qidanın  kəmiyyət  və 
keyfiyyəti ilə, həmçinin qidalanma rejimi ilə müəyyən olunur.  
İnsan  orqanizminin  bioloji  xüsusiyyətlərinin  illər  ərzində  nəzərə  çarpacaq  dərəcədə  dəyişməsi  də,  onun 
həyat  tərzi  və  qidalanma  xüsusiyyətlərində  böyük  dəyişiklik  olmuşdur.  Belə  ki,  qədim  insanın  rasionuna  ət, 
balıq,  meyvə,  giləmeyvə,  bəzi  yabanı  bitkilərin  kök  yumruları  daxil  idi.  Oddan  istifadə  və  qida  maddələrinin 
istiliklə  hazırlanması  qidalanmanın  xarakterini  dəiyşdi,  çətin  həzm  olunan  qaba  yemlər  tez  mənimsənilən 
qidalarla əvəz olundu.  
Müasir insan xüsusi yetişdirilmiş bitki və heyvanlarla qidalanır. Onun qidasında heyvan mənşəli zülallar bitki 
ilə müqayisədə üstünlük edir. Alimlərin fikrincə, insanın qidası miqdarına və kaloriliyinə görə orta, tərkibinə görə 
müxtəlif  və  zəngin  olmalıdır.  Sağlam  dietada  (pəhrizdə)  yağ  və  duzlar  məhdudlaşdırılmalı,  meyvə  və  tərəvəz 
məhsulları,  qaba  un  məhsullarından  geniş  istifadə  edilməlidir.  Zülal  yeməyi  kimi  paxlalılar,  az  yağlı  süd 
məhsulları, balıq və ya pəhriz ətdən istifadə olunması məsləhətdir.  
İnsanın  sağlamlığı  üçün  hərəkət  ən  vacib  şərtlərdən  biridir.  Hərəkət  xüsusi  hormonların  ifrazını 
stimullaşdırır və stresin yaranmasına səbəb olan adrenalin və hormonları azaldır. Hərəkət mədəniyyəti, özünü 
idarə  etmək  qabiliyyətini  inkişaf  etdirir,  yəni  istənilən  vəziyyətdə  emosional  müvazinətin  saxlanmasına 
köməklik göstərir.  Hərəkətin azlığı orqanizmin  ümumi vəziyyətində öz əksini tapır: qan təzyiqi yuxarı,  ya da 
aşağı olur, sümüklər kövrəkləşir, insan tez yorulur, əhvali-ruhiyyə aşağı olur. Hərəkətin azlığı – hipodinamiya, 
izafi qidalanma, siqaret çəkmək kimi insanda ürək-damar xəstəliklərinin inkiaşfına səbəb olur.  
Həyat  tərzində  hər  insanın  fərdiliyi  nəzərə  alınmalıdır.  Konkret  insan  üçün  sağlam  həyat  tərzinin 
təşkilində aşağıdakı faktorlar nəzərə alınmalıdır:  
-  insanın  fərdi  irsi  xüsusiyyətləri  (morfofunksional  tipi,  yüksək  əsəb  fəaliyyəti  tipi,  vegetativ  əsəb 
nizamlanmasında üstünlük təşkil edən mexanizm və s.); 
-  insanın  həyatında  təbii-ekoloji  və  sosial-ekoloji  mühit  şəraiti  (ailə-məişət  və  peşəkarlıq  fəaliyyətində 
konkret həyat şəraiti); 
- insanın yaş və cinsi  mənsubiyyəti  və sosial-iqtisadi  həyat şəraiti  (ailə vəziyyəti, peşəsi, ənənə, əmək  və 
məişət şəraiti, maddi təminatı və s.).  
Sağlam həyat tərzinə aşağıdakı faktorlar daxil edilməlidir:  
- optimal hərəkət rejimi; 
- immunitet və möhkəmlik təlimi;  
- psixi-fizioloji tənzimlənmə; 
- psixo-seksual və cinsi mədəniyyət; 
- həyatın səmərəli rejimi;  
Sağlam həyat tərzi aşağıdakı məsələlərin həll olunmasını təmin edir: 
-  risk  faktorlarının  təsirini  və  xəstəliyi  azaldır  və  ya  aradan  qaldırır,  bunun  nəticəsində  müalicəyə  sərf 
olunacaq xərci azaldır;  
- insan həyatının sağlamlığına və ömrünün uzun olmasına səbəb olur; 
- ailədə yaxşı qarşılıqlı əlaqənin olmasını, uşaqların sağlamlığını və xəstəliyini təmin edir;         
-  insanın  özünü  reallaşdırma  tələbatının  təmin  olunmasının  əsası  sayılır,  yüksək  sosial  fəallığı  və  sosial 
nailiyyətləri təmin edir; 
-  orqanizmin  yüksək  iş  qabiliyyətinə,  işdə  yorğunluğun  azalmasına,  yüksək  əmək  məhsuldarlığına  və 
bunun əsasında, yüksək maddi bolluğa səbəb olur; 
- zərərli vərdişlərdən imtina etmək, aktiv istirahətin vasitə və metodlarından istifadə edib vaxtın səmərəli 
istifadəsini təşkil etməyə imkan yaradır; 
- həmişə şən, xoş əhvali-ruhiyyə və optimizm təmin edir. 
Uşaqlarda sağlam həyat tərzini hələ onlarda əsəb sistemi plastik olub, həyat yolu kifayət qədər davamlı 
olmamışdan  formalaşdırmaq  xüsusilə  vacibdir.  Bu  dövrdə  uşaqlarda  sağlam  həyat  tərzini  onların  marağı 
istiqamətində yaratmaq lazımdır. 


 
146 
Suda balıq yoxdursa, onun su olmasına inanmıram, havada 
qaranquş uçmursa, onun hava olmasına da inanmıram, vəhşi 
heyvana rast gəlinməyən, yalnız insan olan meşəyə meşə demək 
olmaz. 
 
M.M.Prişvin 
 
 
 
 
II HİSSƏ 
 
ƏTRAF MÜHİT VƏ  
İNSAN 
 
 
 


 
147 
XI FƏSİL 
 
ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ VƏ ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ  
ATMOSFER HAVASINDA ƏN ÇOX YAYILAN ÇİRKLƏNDİRİCİ MADDƏLƏR VƏ ONUN İNSAN  
SAĞLAMLIĞINA TƏSİRİ 
 
ASILI HİSSƏCİKLƏR 
 
 
Havada  olan  asılı  hissəciklərin  insan  sağlamlığına  neqativ  təsir  göstərməsi  hələ  çox  yüzilliklər  bundan 
əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli 
olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm 
hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir.  
Asılı  hissəciklər  dedikdə,  hər  şeydən  əvvəl  atmosferdə  mövcud  olan  bərk  hissəciklər,  havaya  bilavasitə 
daxil  olan  atmosfer  aerozolları  və  qazların  kimyəvi  çevrilmələri  prosesində  əmələ  gələn  bərk  hissəciklər 
nəzərdə  tutulur,  axırıncı  törəmə  asılı  hissəciklər  adlandırılır.  Kömür,  neft  və  benzinin  yandırılması  iri  asılı 
hissəcikləri (uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası 
nəticəsində əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot 
oksidlərinin reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, 
üzvi  aerozollar,  bərk  kömür,  müxtəlif  metallar  və  başqalarından  ibarətdir.  Belə  ki,  havada  dezinteqrasiya 
aerozolları  (məs.  sement  zavodlarında)  və  metalların  kondensasiya  aerozolları  (metallurgiya  zavodlarında 
əmələ gəlir) ola bilər.  
Asılı  hissəciklərin  ölçüsünü,  onların  təsvirini  və  davranışını,  mənşəyini,  həmçinin  kimyəvi  tərkibin  çökmə 
(düşmə)  vaxtını  və  ya  hava  mühitində  qalma  vaxtını  və  ərazidə  yayılmasını  müəyyən  etmək  birinci  dərəcəli 
əhəmiyyət kəsb edir. Asılı hissəciklərin havada ölçüsü 0,01-dən 100 mkm arasında dəyişir. Ölçüsü 10 mkm-
dən  iri  olan  hissəciklər  tez  çökür,  təmizləmə  apardıqda  onları  tutmaq  olur.  Kiçik  hissəciklər  (0,01-0,1 mkm) 
hava nümunəsində adətən az miqdarda müəyyən edilir.  
Hissəciklərin  xırda  fraksiyaları  (0,1-2,5  mkm)  havada  toplanır  və  uzaq  məsafələrə  aparıla  bilir.  İri 
hissəciklər  (2  mkm-dən  iri)  qravitasiya  çökmə  prosesində  yerə  düşür,  lakin  bəzən  küləyin  təsirindən  yuxarı 
qalxaraq  havanın  yenidən  çirklənməsinə  səbəb  olur.  Asılı  hissəciklərin  tərkibində  zərərli  mikroorqanizmlər 
(bakteriya,  virus  və  göbələklər)  atmosferin  bioloji  çirklənməsinə  səbəb  olur.  Müxtəlif  ölçülü  hissəciklərin 
orqanizmə təsiri mexanizmində və təsir dərəcəsində prinsipial fərq mövcuddur.  
Analiz  üçün  nümunə  götürərkən  selektiv  impaktordan  keçən  aerodinamik  diametri  10  mkm  olan 
hissəciklər  PM
10
  adlanır  (ingiliscə  partikulate  matter).  PM
10
  hissəcikləri  əsasən  raspirabel  fraksiyasından 
ibarətdir, yəni xirtləkdən (boğazdan) birbaşa ötərək orqanizmə daxil olur. Diametri 10 mkm-dən kiçik olan 
antropogen  tullantılarının  asılı  hissəciklərinin  başlıca  mənbələrinin  cəmi  avtonəqliyyatın  hərəkəti  (10-25%), 
stasionar qurğularda yanacağın yandırılması (40-55%) və sənayedəki texnoloji proseslər (15-30%) sayılır.  
Selektiv  impaktordan  keçən  2,5  mkm  aerodinamik  diametrli  hissəciklər  (həmin  diametrli  hissəciklərin 
50% ələnməsini təmin edən) PM
2,5
 adlanır. Tam ələnmənin yuxarı həddi 7 mkm-ə uyğun gəlir. Yüksək risk 
qrupundan (uşaqlar və müəyyən ağciyər xəstəliyi olan yaşlılar) olan şəxslərin tənəffüs (nəfəs) yolları sahəsinə 
daxil olan ümumi asılı hissəciklərin respirabel hissəsini təşkil edir.  
Asılı hissəciklərə hər yerdə rast gəlinməsi və mürəkkəb tərkibli olduğuna görə onların normalaşdırılması 
olduqca mürəkkəb məsələ sayılır. Rusiyada asılı hissəciklərin cəmi üçün yalnız iki normativ qəbul olunmuşdur: 
maksimal  YVK  (yol  verilən  konsentrasiya)  –  500  mkq/m
3
  və  orta  sutkalıq  YVK  –  150  mkq/m
3
.  Avropa 
ölkələrində və ABŞ-da ümumi asılı hissəciklər və ölçüsü 10 və 2,5 mkm-dən kiçik olan hissəciklər üçün daha 
parçalanmış  normativ  şkalası  hazırlanmışdır.  ABŞ-da  asılı  hissəciklərin  normalaşdırılması  yalnız  respirabel 
fraksiyası,  yəni  ölçüsü  10  və  2,5  mkm-dən  kiçik  olan  hissəciklər  üçün  hazırlanmışdır.  Bu  normativlər  asılı 
hissəciklərin mütənasib olaraq 83 və 50 mkq/m
3
 cəminin miqdarına uyğun gəlir. Avropa Şurası bu normativləri 
gələcəkdə daha da sərtləşdirmək (azaltmaq) üzrə xüsusi direktivlər hazırlayır.  
Hesablamalar göstərir ki, Rusiyada hər iki adamdan biri (70 mln-dan artıq) daim atmosfer havasında olan 
asılı gətirmələrin yüksək təsirinə məruz qalır. Həm də 2,4 mln. adam yüksək konsentrasiyanın (300 mkq/m
3

və  20  mln.  adam  isə  ortasutkalıq  YVK-dan  yüksək  təsirinə  məruz  qalır.  ABŞ-da  2  mln.  adam  havada  asılı 
hissəciklərin 300 mkq/m
3
-dən yüksək olan konsentrasiyasının təsirinə məruz qalır.  
Asılı  hissəciklərin  sağlamlığa  təsiri.  Bu  təsir  geniş  spektrli  bioloji  effektlər  şəklində:  oskürəyin 
tezliyinin, yuxarı və aşağı tənəffüs yollarının digər simptomlarının artmasından başlayaraq, bronxial astmanın 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə