QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə62/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   58   59   60   61   62   63   64   65   ...   94

 
137 
Ətraf mühit fiziki, kimyəvi, iqlim, bioloji və digər parametrləri ilə bioloji növlərin təkamülü baxımından 
nisbətən mühafizəkardır. Onun dəyişmə sürəti insan yaranana qədər canlı orqanizmlərin yeni mühitə (şəraitə) 
uyğunlaşmasına  macal  tapırdı.  İnsan  peyda  olduqdan  sonra  isə  vəziyyət  dəyişirdi.  İnsan  təbiətə 
uyğunlaşmaqdan  daha  çox  özü  onu  dəyişdirməyə  başladı.  Bununla  belə,  bu  cür  dəyişdirilmənin  sürəti  ilbəil 
artmaqda  davam  edir.  İnsan  fəaliyyətinin  ona  müsbət  effektləri  olsa  da,  mənfi  nəticələri  daha  çox  aydın 
görünməyə başlayır. Bu neqativ nəticələr təbii resursların tükənməsi, təbii komponentlərin çirklənməsi (su, 
hava, torpaq, biotanın), ozon təbəqəsinin dağılması, iqlimin qlobal istiləşməsi və s. kimi təzahür olunur.  
Təbiəti dəyişdirmək istiqamətində insan fəaliyyəti onun üçün nisbətən yeni həyat şəraitinin yaranmasına 
səbəb  oldu:  yeni  «ikinci  təbiət»  -  insan  tərəfindən  süni  yaradılan  və  onun  köməyi  ilə  saxlanılan  süni  su 
hövzələri, əkin sahələri, meşə əkinləri və s. və insan tərəfindən yaradılan təbii həyatla analoqu olmayan süni 
dünya – şəhərlər, binalar, asfalt, beton, sintetika və s. meydana gəldi.  
Bunun  nəticəsində  insanı  əhatə  edən  təbii  və  süni  mühit  o  qədər  tez  dəyişməyə  başladı  ki,  insan 
orqanizmi  bu  dəyişilmələrin  çoxuna  adaptasiya  olunmağa  belə  macal  tapa  bilmir.  Bu  isə  xəstələnmənin 
strukturunda dəyişmənin yaranmasına və kütləvi şəkildə yeni xəstəlikləin əmələ gəlməsinə səbəb oldu.  
Bu  vəziyyətdən  çıxmaq  üçün  insan  və  təbiət  arasında  birgə  təkamül  yaratmaq,  yəni  insan  fəaliyyətinin 
ətraf  mühiti  dəyişdirmə  sürəti  və  miqyasını  elə  nizamlamaq  lazımdır  ki,  insan  (və  digər  orqanizmlər) 
məskunlaşdığı yerin dəyişməsinə uyğunlaşmağa macal tapsın.  
XX əsrin 70-ci illərində Ümumittifaq Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə müxtəlif ölkələrdə qarışıq 
kontinentlərdə  insanın  vəziyyəti  50-60%-i  iqtisadi  təminolunma  və  həyat  tərzindən, 18-20%-i  ətraf  mühitin 
vəziyyətindən, 20-30%-i isə tibbi xidmətin səviyyəsindən asılıdır.  
L.Q.Melnik  və  N.S.Vladimirova  (1991)  xəstəliklərə  görə  iş  yerinin  itirilməsi  üzrə  mövcud  statistik 
materialların  təhlili  əsasında  bu  nəticəyə  gəlirlər  ki,  əhalinin  sağlamlığının  pisləşməsinin  43-45%-nə  havanın 
çirklənməsi səbəbkardır.  
A.N.Sısin  adına  RAMN  Elmi-Tədqiqat  insan  və  ətraf  mühitin  gigiyenası  İnstitutunun  məlumatına  görə, 
Rusiyada  şəhər  əhalisinin  yalnız  15%-i  atmosferin  yol  verilən  səviyyədə  çirkləndiyi  ərazidə  yaşayır.  Digər 
faktorlarla yanaşı, bu hal orqanizmin oksigenlə təmin olunma defisitliyinə gətirib çıxarır (ən çox uşaqlarda), bu 
isə  orqanizmin  bütün  sisteminin,  xüsusilə  immunitet  sisteminin  fəaliyyətinə  təsir  göstərən  kəskin  və  xroniki 
xəstəliklərin səviyyəsini təyin edir.  
 
 
 
Şəkil 10.1. Yaşayış mühitinin dəyişməsi və insanın sağlamlıq vəziyyəti  
 
 
Sənaye mərkəzlərinin əhalisinin ümumi xəstəliklərinin 20-30%-i atmosferin çirklənməsi ilə bağlıdır. Əsas 
sənaye müəssisələrinin ətraf mühitə əlverişsiz təsiri əhalinin sağlamlıq vəziyyətini əks etdirir. 
 
Атмосфер 
щавасынын 
чирклянмяси 
(кимйяви, 
биоложи) 
Ичмяли 
суйун вя 
рекреасийа 
тяйинатлы 
суйун 
чирклянмяси 
(кимйяви, 
   
Селитеб 
яразидя 
торпаьын 
чирклянмяси 
(кимйяви, 
биоложи, 
радиоактив ) 
Ионлашма 
шцаланмасы  
Инсан саьламлыьынын вязиййятиня 
тящлцкя вя йа онун писляшмяси  


 
138 
Cədvəl 10.2 
 
Sənaye müəssisələri tərəfindən ətraf mühitin çirklənməsi və insanın sağlamlığının pozulması 
(İ.P.Gerasimova görə, 1979) 
 
Çirkləndiricilər  
İnsanın sağlamlığının pozulması  


İstilik elektrik stansiyaları 
Tərkibində  sərbəst  silisium-oksidi 
və praktiki olaraq bütün metalları, 
o  cümlədəən  arsen,  vanadium, 
civə, qurğuşun olan toz, kül 
Ağciyərlərin havanın təmizlənmə qabiliyyəti və həcmi azalır, göz və 
yuxarı nəfəs yollarının selikli qişasını zədələyir. Orqanizmdə silisium-
dioksidin toplanması, silikoz. Ağciyər və bağırsaq xərçəngindən ölüm 
hallarının çoxalması.  
Dərinin  qıcıqlanması  və  zədələnməsi.  Zəhərlənmə.  Mədə-bağırsaq 
yolunda,  ağciyərlərdə  və  dəridə  arsen  duzlarının  adsorbsiyası. 
Yuxarı  nəfəs  yollarının  selikli  qişasının  qıcıqlanması.  Tonzillit, 
farinqit, rinit xəstəliklərinin çoxalması. Hemoqlobinin azalması. Dəri 
örtüyünün qıcıqlanması. Saclarda arsenin miqdarının artması   
Qurum 
tərkibində 
qətran 
maddələri,  o  cümlədən  benza-
pirin olur  
Ağ ciyər xərçəngi xəstəliklərini artırır 
Kükürd anhidridi, kükürd oksidi 
Orqanizmdə  ümumi  zəhərlənmə  baş  verir:  qanın  tərkibi  dəyişir, 
nəfəs  orqanlarının  zədələnməsinə  səbəb  olur,  infeksiyaya  meyillik 
artır,  maddələr  mübadiləsi  pozulur,  uşaqlarda  arterial  təzyiq 
yüksəlir,  paranqit,  bronxit,  bronxopnevmaniya,  rinit,  rinofarangit, 
emfizema, astma, allergiya reaksiyası, yuxarı nəfəs yollarının və qan 
dövranı sisteminin kəskin xəstələnməsi. 
Qısamüddətli  çirklənmə  zamanı  –  gözün  selikli  qişasının 
qıcıqlanması,  yaşaxma,  nəfəsalmanın  çətinləşməsi,  baş  ağrıları, 
ürəkbulanma,  qusma.  Ümumi  xəstələnmənin  və  ölüm  hadisəsinin 
artması. Yorğunluq, əzələ gücünün zəifləməsi, huşsuzluğun artması, 
ürəyin fəaliyyət qabiliyyətinin azalması      
Azot oksidləri 
Ağciyər  və  nəfəs  yollarının  kəskin  qıcıqlanması,  onlarda  iltihab 
proseslərinin,  metemoqlobinin  əmələ  gəlməsi,  qan  təzyiqinin  aşağı 
düşməsi   
Atom elektrik stansiyaları 
Stronsium-89  və  90.  Sezium-134, 
yod-129,  kobalt-60,  marqans-54 
və  56,  tretium,  maqnezium, 
natrium-24, 
xrom, 
mis-64, 
silisium-31,  fosfor-32,  barium, 
skandium, 
arsen-76. 
Termal 
çirklənmə (suda )  
Genetik  cəhətdən  qeyri-spesifik  bədxassəli  yeni  törəmələrin 
yaranma  xəstəliklərinin  artması.  Xroniki  təsir  zamanı  –  əsəb 
fəaliyyətinin,  cinsi  vəzilərin  funksiyasının,  mədə-bağırsaq  yollarının, 
nəfəs orqanlarının, ürək-damar sistemi fəaliyyətinin pozulması   
Qara metallurgiya kombinatları 
Karbon  oksidi,  kükürd  anhidridi, 
toz, azot oksidləri, hidrogen-sulfid, 
ammonyak 
Uşaqlarda  yuxarı  nəfəs  yollarının  kataraktı,  ağciyərlərin  iltihabı, 
bronxit,  konyunktivit,  larinqit,  tonziblit,  rinit,  fiziki  inkişafın  və 
sağlamlığın ümumi vəziyyətinin pisləşməsi, xəstəliyin artması  
Karbohidrogenlər,  o  cümlədən 
benz (a) piren  
Ağciyər xərçəngi xəstəliyinin və ondan ölüm hallarının artması  
Piridin, benzol, naftalen, fenol 
Qan  sisteminə  və  mərkəzi  əsəb  sisteminə  güclü  qıcıqlandırıcı  və 
ümumi zəhərləndirici təsirin təzahürü, yuxarı nəfəs yollarının, gözün 
selikli qişasının, dəri örtüyünün qıcıqlanması   
Marqans aerozolu 
Əsəb  sisteminin  pozulması,  pnevmaniya  xəstəliyinin  artması.  Beyin 
qabığında,  subtalamik  sahədə  və  pallidar  sistemdə  morfoloji 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə