QəRİb məMMƏdov, mahmud xəLİlov


ədvəl 10.1    Risk faktorunun qruplaşdırılması və onların insan sağlamlığında rolu (Y.P.Lisitsin, 1987 və



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə60/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   56   57   58   59   60   61   62   63   ...   94

 
133 
Cədvəl 10.1 
 
Risk faktorunun qruplaşdırılması və onların insan sağlamlığında rolu (Y.P.Lisitsin, 1987 və 
E.N.Vaynerə, 2001 görə) 
 
Risk faktorlarının 
qrupları 
Risk faktorları 
Sağlamlıqda rolu 
(%-lə) Rusiya üçün 
Bioloji faktorlar 
Genetika, 
insanın 
biologiyası 
İrsi  və  fərdi  inkişaf  gedişində  qazanılan  (əldə  edilən) 
xəstəliyə meyillik  
15-20 
Ekoloji faktorlar  
Ətraf 
mühitin 
vəziyyəti  
Hava,  su,  torpaq,  qida  məhsullarının  çirklənməsi,  hava 
hadisələrinin kəskin dəyişməsi, radiasiya, maqnit və digər 
şüalanmanın yüksək səviyyəsi   
20-15 
Sosial faktorlar  
Həyat şəraiti və tərzi  
Siqaret  çəkmə,  alkoqol  və  narkotik  qəbul  etmə,  düzgün 
qidalanmama,  yuxusuzluq,  stress  vəziyyət,  hipo  və 
hiperdinamiya,  zərərli  iş  şəraiti,  pis  maddi-məişət  şəraiti, 
ailənin davamsızlığı, urbanizasiyanın yüksək olması  
50-55 
Tibbi təminat  
Profilaktiki tədbirlərin qeyri effektivliyi, tibbi xidmətin aşağı 
keyfiyyətdə olması və onun vaxtında göstərilməməsi 
10-15 
 
 
İonlaşmış şüalanma onkoloji faktorlardan biri sayılır. Torpaq və suyun ion tərkibinin xüsusiyyətləri 
və  bu  səbəbdən  bitki  və  heyvan  mənşəli  qida  məhsulları,  orqanizmdə  bu  və  ya  digər  element  atomunun 
izafiliyi  və  ya  çatışmazlığı  ilə  ələqadar  elementoz  xəstəliyinin  inkiaşfına  səbəbə  olur.  Məsələn,  içməli  suda 
yodun çatışmazlığı və tərkbində yodun az olduğu torpaqda qida məhsulu endemik zobun inkişafına səbəb 
ola bilər.   
Sosial risk faktorları – əlverişsiz mənzil – yaşayış şəraiti, müxtəlif stres vəziyyəti bir çox xəstəliklərin, 
xüsusən  ürək-damar  sistemi  xəstəliklərinin  risk  faktoru  sayılır.  Pis  vərdişlər,  məsələn,  siqaret  çəmkə  bronx-
ağciyər  və  ürək-damar  xəstəliklərinin  baş  vermə  risk  faktoru  hesab  olunur.  Alkoqoldan  istifadə  edilməsi 
alkoqolizm, qaraciyər, ürək və başqa xəstəliklərin inkiaşfı üçün risk faktoru sayılır. 
Risk  faktorları  ayrı-ayrı  individuum  üçün  (məsələn,  orqanizmin  genetik  xüsusiyyətləri)  və  ya  müxtəlif 
növlərin bir çox fərdləri (məs., ionlaşmış şüalanma) üçün əhəmiyyətli ola bilər. Bir neçə risk faktorunun birgə 
təsiri, məsələn köklük, hipodinamiya, siqaretçəkmə, karbohidrat mübadiləsinin pozulmasının birgə təsiri ürəyin 
işemiya xəstəliyinin inkişafını artırır.  
Xəstəliklərin  baş  verməsi  və  güclənməsinin  profilaktikasında  fərdi  şəkildə  risk  faktorlarını  aradan 
qaldırmaq, (zərərli  vərdişlərdən  əl  çəkmək,  idmanla  məşğul  olmaq,  orqanizmdə  infeksiya  mənbəyini  ləğv 
etmək və s.) işinə, həmçinin populyasiya üçün əhəmiyyətli olan risk faktorlarını kanarlaşdırmağa böyük diqqət 
ayrılır. Bunun üçün həm də, ətraf mühitin su təchizatı mənbələrinin mühafizəsi tədbirləri, torpağın və ərazinin 
səhiyyə baxımdan qorunması, təhlükəsizlik texnikasına riayət etmək və s. həyata keçirilməlidir.  
 
10.4. Üstünlük təşkil edən risk faktorları və müasir cəmiyyətdə onların təzahürü 
İbtidai insan mühitin limitli faktorlarının təsirindən praktiki olaraq mühafizə olunmamışdı.  Onun ömrü də 
çox olmayıb, populyasiyanın sıxlığı olduqca aşağı idi. Bu dövrdə yarıac-yarıtoxluq, hiperdinamiya və yoluxucu 
xəstəliklər başlıca məhdudlaşdırıcı faktorlar olmuşdur.  
İnsan  yaşamaq  üçün  özünü  ətraf  mühitin  əlverişsiz  faktorlarının  təsirindən  mühafizə  etməyə  çalışırdı. 
Bunun  üçün  o,  məskunlaşdığı  yerdə  süni  mühit  yaratmağa  başladı.  Lakin  buranın  da  özünün  risr  faktorları 
təsirini göstərir. Bu faktorlar şəhər mühitində özünü kəskin təzahür etdirir. Müasir cəmiyyətdə aşağıdakı risk 
faktorları üstünlük təşkil edir: hipodinamiya, həddtindən çox yemək, zərərli vərdişlər, stresslər, ətraf 
mühitin çirklənməsi.  
Hazırkı dövrdə insanı əhatə edən ətraf mühitin neqativ təsirləri aşağıdakı proseslərlə təzahür olunur:  
bioritmlərin pozulması (qismən yuxunun), əhalinin allergiyaya tutulması, onkoloji xəstəliklərin çoxalması, 
artıq  çəkili  adamların  sayının  çoxalması,  vaxtından  əvvəl  doğulan  uşaqların  artması,  akselerasiya,  həyatın 


 
134 
təşkilində abioloji meyillik (siqaret çəkmə, narkomanlıq, alkoqolluq və s.), uzağı görməmə, xroniki xəstəliklərin 
xüsusi çəkisinin artması, peşə xəstəliklərinin çoxalması və s.  
Bioloji ritmlərin pozulması hər şeydən əvvəl gündüz işığının müddətini uzadan və ümumi həyat ritmini 
dəyişən  süni  işıqlandırma  saylıır.  Çox  vaxt  ritmlər  asinxron  olub  xəstəliklərin  əmələ  gəlməsinə  səbəb  olur. 
Həyat  tempinin  artması,  informasiyanın  çoxluğu,  arasıkəsilməz  streslər  yuxunun  pozulmasının  tez-tez  baş 
verməsinə səbəb oldu. Yuxunun pozulmasında ən çox yuxusuzluğa rast gəlinir. Belə pozğunluq çətin yuxuya 
getmə, tez-tez oyanma və ya yuxunun qısa müddət olmasıdır. Bunun əksinə xarakterli əziyyət narkolepsiyaya 
məruz  qalan  xəstələrdə  müşaidə  olunur.  Narkolepsiya  qarşısıalınmaz  yuxu  tutmaları  ilə  təzahür  edən 
xəstəlikdir.  İnfeksion  xəstəliklərdən  (malyariya,  epidemik  ensefalit  və  b.)  sonra  kəllə-beyin  travmalarında, 
habelə  beyin  şişlərində  təsadüf  edilir.  Tutmalar  hər  cür  şəraitdə  (küçədə,  söhbət  zamanı,  yemək  yedikdə, 
gəzdikdə,  xüsusilə  sakit  şəraitdə)  gözlənilmədən  baş  verir. 1-30  dəq.  davam  edir,  xəstə  özü,  yaxud  yüngül 
təsirdən  ayılır.  Gediş  əsasən  xronikidir.  Yuxunun  digər  pozuntusundan  gecə  apnoesini  göstərmək  olar.  Bu 
nəfəsalmanın  müvəqqəti  dayanması  olub,  dilin  kök  hissəsinin  və  boğazın  əzələlərinin  zəifləməsi  nəticəsində 
ayılma  və  səciyyəvi  xorultu  ilə  müşayiət  olunur.  Bu  xəstəliyin  səbəblərindən  biri  çox  vaxt  köklük  hesab 
olunur.  
Bütün canlı varlıqlar kimi insan da Günəşdən asılıdır. Günəş şüası görmə analizatoru vasitəsilə insanı məkanda 
istiqamətləndirir, mərkəzi sinir sisteminin vəziyyətinə təsir göstərir. İşıq orqanizmdə fotokimyəvi proseslərə, həyatın 
sutkalıq ritminə, maddələr mübadiləsinə və s. təsir göstərir.  
Ultrabənövşəyi şüalar dəriyə təsir göstərərək, yerli və ümumi reaksiyaya səbəb olur: dəri qızarır, endokrin 
vəzilərin  fəaliyyəti  güclənir,  orqanizmin  reaktivliyi  dəyişir.  Günəş  işığının  təsiri  ilə  orqanizmdə  «D»  vitamini 
yaranır.  
Günəş  radiasiyasının  çoxluğu  və  azlığı  sağlamlığa  mənfi  təsir  göstərir.  İşıq  çatışmazlığının  uzun  müddət 
davam etməsi bir sıra xəstəliklərin baş verməsinə səbəb olur, vərəm və ürək-damar xəstəliklərinin müalicəsini 
çətinləşdirir.  Günəş  radiasiyasının  izafiliyi  zamanı  immunitet  zəifləyir,  bədxassəli  şişlərin  yaranması  təhlükəsi 
artır.  
İstilik,  rütubətlik  və  işığın  əmələ  gətirdiyi  müxtəlif  birləşmələr  hava  kütlələrinin  axınına,  atmosfer 
təzyiqinə,  elektrik  hadisələrinə,  yəni  iqlim  yaradaraq,  hava  amilləri  vasitəsilə  canlı  orqanizmə  təsir  göstərir 
(Məmmədov, Suravegina, 2000).  
İnsan  üçün  ən  əlverişli  şərait  40-60%  rütubətlik,  havanın  18-20
0
  temperaturudur.  Təmiz  hava  kifayət 
qədər oksigenə malik olduğundan insanda şən əhvali-ruhiyyə, fəal iş qabiliyyəti yaradır.  
Hava insana həm hərtərəfli, həm də ayrı-ayrı komponentləri vasitəsilə təsir göstərir. Barometrik təzyiqin 
tərəddüdü qanın oksigenlə doymasını aşağı salır və sinir çıxıntılarını mexaniki şəkildə qıcıqlandırır.  
Külək  dəri  reseptorlarını  qıcıqlandırmaqla  sinir  sistemini  həyəcanlandırır,  xəstə  adamlarda  qanaxma 
çətinliklə dayanır.  
Müəyyən  edilmişdir  ki,  havanın  kəskin  dəyişməsi  havadakı  ionların  və  müəyyən  yükə  malik  olan 
molekulların  nisbətini  dəyişir.  Mənfi  ionlar  sağlamlığa  müsbət,  müsbət  ionlar  isə  neqativ  təsir  göstərir. 
Mənfi ionlarla zəngin olan mühitdə, məsələn sürətli su axını olan yerin yaxınlığında tənəffüs etdikdə havanın 
rahatlayıcı, sakitləşdirici təsiri hiss olunur.  
Elektrik cihazları ilə dolu olan müsbət ionlarla zəngin mühitdə isə nəfəs aldıqda adam özünü pis hiss edir, 
baş gicəllənməsi, yuxululuq, beyində tormozlanma hiss olunur.  
Əhalinin allergiyaya tutulması insanın immunitet sisteminin zəifləməsi (orqanizmin davamlığının aşağı 
düşməsi) və təsirinə hələ adaptasiya olunmamış süni çirkləndiricilərin təsiri ilə əlaqədardır. Bunun nəticəsində 
insanda bronxial-astma, dərman allergiyası, örə xəstəliyi, revmatizm, qurdeşənəyi (dəri vərəmi) və b. inkişaf 
edir.  
Allergiya  –  orqanizmin  allergen  adlanan  hər  hansı  bir  maddəyə  qarşı  həddən  artıq  həssaslığı  və  ya 
reaksiyası  ilə  müəyyən  edilir.Orqanizmə  görə  allergenlər  xarici  (ekzoallergenlər)  və  daxili  (autoallergenlər) 
olur.  Ekzoallergenlər  infeksion  (xəstəliktörədən  və  xəstəlik  törətməyən  mikroblar,  viruslar  və  s.)  və  qeyri 
infeksion (mənzil tozu, heyvanların tükü, yunu, bitkinin tozcuğu, dərman preparatları, digər kimyəvi maddələr 
– benzin, xloramin və b. həmçinin qida məhsulları – ət, tərəvəz, meyvə, giləmeyvə, süd və b.) olur.  
Parça qırıqları, yanıq zamanı, şüanın təsiri, donuşluq və digər təsirlər autallergen ola bilər. Son zamanlar 
ətraf mühitin çirklənməsi ilə əlaqədar  allergiya genişlənib.  
Onkoloji  xəstəliklərin  artımı.  Onkoloji  xəstəliklər  şişlərin  əmələ  gəlməsi  ilə  baş  verir.  Şişlər 
yenitörəmələr  olub,  toxumaların  izafi  patoloji  inkişaf  edərək  artmasıdır.  Onlar  xoş  xassəli  olub  ətrafdakı 
toxumalara sıxlaşdırıcı təsir göstərir və bəd xassəli olub (xərçəng kimi) cücərərək ətrafdakı toxumalara keçir və 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə