133
Cədvəl 10.1
Risk faktorunun qruplaşdırılması və onların insan sağlamlığında rolu (Y.P.Lisitsin, 1987 və
E.N.Vaynerə, 2001 görə)
Risk faktorlarının
qrupları
Risk faktorları
Sağlamlıqda rolu
(%-lə) Rusiya üçün
Bioloji faktorlar
Genetika,
insanın
biologiyası
İrsi və fərdi inkişaf gedişində qazanılan (əldə edilən)
xəstəliyə meyillik
15-20
Ekoloji faktorlar
Ətraf
mühitin
vəziyyəti
Hava, su, torpaq, qida məhsullarının çirklənməsi, hava
hadisələrinin kəskin dəyişməsi, radiasiya, maqnit və digər
şüalanmanın yüksək səviyyəsi
20-15
Sosial faktorlar
Həyat şəraiti və tərzi
Siqaret çəkmə, alkoqol və narkotik qəbul etmə, düzgün
qidalanmama, yuxusuzluq, stress vəziyyət, hipo və
hiperdinamiya, zərərli iş şəraiti, pis maddi-məişət şəraiti,
ailənin davamsızlığı, urbanizasiyanın yüksək olması
50-55
Tibbi təminat
Profilaktiki tədbirlərin qeyri effektivliyi, tibbi xidmətin aşağı
keyfiyyətdə olması və onun vaxtında göstərilməməsi
10-15
İonlaşmış şüalanma onkoloji faktorlardan biri sayılır. Torpaq və suyun ion tərkibinin xüsusiyyətləri
və bu səbəbdən bitki və heyvan mənşəli qida məhsulları, orqanizmdə bu və ya digər element atomunun
izafiliyi və ya çatışmazlığı ilə ələqadar elementoz xəstəliyinin inkiaşfına səbəbə olur. Məsələn, içməli suda
yodun çatışmazlığı və tərkbində yodun az olduğu torpaqda qida məhsulu endemik zobun inkişafına səbəb
ola bilər.
Sosial risk faktorları – əlverişsiz mənzil – yaşayış şəraiti, müxtəlif stres vəziyyəti bir çox xəstəliklərin,
xüsusən ürək-damar sistemi xəstəliklərinin risk faktoru sayılır. Pis vərdişlər, məsələn, siqaret çəmkə bronx-
ağciyər və ürək-damar xəstəliklərinin baş vermə risk faktoru hesab olunur. Alkoqoldan istifadə edilməsi
alkoqolizm, qaraciyər, ürək və başqa xəstəliklərin inkiaşfı üçün risk faktoru sayılır.
Risk faktorları ayrı-ayrı individuum üçün (məsələn, orqanizmin genetik xüsusiyyətləri) və ya müxtəlif
növlərin bir çox fərdləri (məs., ionlaşmış şüalanma) üçün əhəmiyyətli ola bilər. Bir neçə risk faktorunun birgə
təsiri, məsələn köklük, hipodinamiya, siqaretçəkmə, karbohidrat mübadiləsinin pozulmasının birgə təsiri ürəyin
işemiya xəstəliyinin inkişafını artırır.
Xəstəliklərin baş verməsi və güclənməsinin profilaktikasında fərdi şəkildə risk faktorlarını aradan
qaldırmaq, (zərərli vərdişlərdən əl çəkmək, idmanla məşğul olmaq, orqanizmdə infeksiya mənbəyini ləğv
etmək və s.) işinə, həmçinin populyasiya üçün əhəmiyyətli olan risk faktorlarını kanarlaşdırmağa böyük diqqət
ayrılır. Bunun üçün həm də, ətraf mühitin su təchizatı mənbələrinin mühafizəsi tədbirləri, torpağın və ərazinin
səhiyyə baxımdan qorunması, təhlükəsizlik texnikasına riayət etmək və s. həyata keçirilməlidir.
10.4. Üstünlük təşkil edən risk faktorları və müasir cəmiyyətdə onların təzahürü
İbtidai insan mühitin limitli faktorlarının təsirindən praktiki olaraq mühafizə olunmamışdı. Onun ömrü də
çox olmayıb, populyasiyanın sıxlığı olduqca aşağı idi. Bu dövrdə yarıac-yarıtoxluq, hiperdinamiya və yoluxucu
xəstəliklər başlıca məhdudlaşdırıcı faktorlar olmuşdur.
İnsan yaşamaq üçün özünü ətraf mühitin əlverişsiz faktorlarının təsirindən mühafizə etməyə çalışırdı.
Bunun üçün o, məskunlaşdığı yerdə süni mühit yaratmağa başladı. Lakin buranın da özünün risr faktorları
təsirini göstərir. Bu faktorlar şəhər mühitində özünü kəskin təzahür etdirir. Müasir cəmiyyətdə aşağıdakı risk
faktorları üstünlük təşkil edir: hipodinamiya, həddtindən çox yemək, zərərli vərdişlər, stresslər, ətraf
mühitin çirklənməsi.
Hazırkı dövrdə insanı əhatə edən ətraf mühitin neqativ təsirləri aşağıdakı proseslərlə təzahür olunur:
bioritmlərin pozulması (qismən yuxunun), əhalinin allergiyaya tutulması, onkoloji xəstəliklərin çoxalması,
artıq çəkili adamların sayının çoxalması, vaxtından əvvəl doğulan uşaqların artması, akselerasiya, həyatın
134
təşkilində abioloji meyillik (siqaret çəkmə, narkomanlıq, alkoqolluq və s.), uzağı görməmə, xroniki xəstəliklərin
xüsusi çəkisinin artması, peşə xəstəliklərinin çoxalması və s.
Bioloji ritmlərin pozulması hər şeydən əvvəl gündüz işığının müddətini uzadan və ümumi həyat ritmini
dəyişən süni işıqlandırma saylıır. Çox vaxt ritmlər asinxron olub xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Həyat tempinin artması, informasiyanın çoxluğu, arasıkəsilməz streslər yuxunun pozulmasının tez-tez baş
verməsinə səbəb oldu. Yuxunun pozulmasında ən çox yuxusuzluğa rast gəlinir. Belə pozğunluq çətin yuxuya
getmə, tez-tez oyanma və ya yuxunun qısa müddət olmasıdır. Bunun əksinə xarakterli əziyyət narkolepsiyaya
məruz qalan xəstələrdə müşaidə olunur. Narkolepsiya qarşısıalınmaz yuxu tutmaları ilə təzahür edən
xəstəlikdir. İnfeksion xəstəliklərdən (malyariya, epidemik ensefalit və b.) sonra kəllə-beyin travmalarında,
habelə beyin şişlərində təsadüf edilir. Tutmalar hər cür şəraitdə (küçədə, söhbət zamanı, yemək yedikdə,
gəzdikdə, xüsusilə sakit şəraitdə) gözlənilmədən baş verir. 1-30 dəq. davam edir, xəstə özü, yaxud yüngül
təsirdən ayılır. Gediş əsasən xronikidir. Yuxunun digər pozuntusundan gecə apnoesini göstərmək olar. Bu
nəfəsalmanın müvəqqəti dayanması olub, dilin kök hissəsinin və boğazın əzələlərinin zəifləməsi nəticəsində
ayılma və səciyyəvi xorultu ilə müşayiət olunur. Bu xəstəliyin səbəblərindən biri çox vaxt köklük hesab
olunur.
Bütün canlı varlıqlar kimi insan da Günəşdən asılıdır. Günəş şüası görmə analizatoru vasitəsilə insanı məkanda
istiqamətləndirir, mərkəzi sinir sisteminin vəziyyətinə təsir göstərir. İşıq orqanizmdə fotokimyəvi proseslərə, həyatın
sutkalıq ritminə, maddələr mübadiləsinə və s. təsir göstərir.
Ultrabənövşəyi şüalar dəriyə təsir göstərərək, yerli və ümumi reaksiyaya səbəb olur: dəri qızarır, endokrin
vəzilərin fəaliyyəti güclənir, orqanizmin reaktivliyi dəyişir. Günəş işığının təsiri ilə orqanizmdə «D» vitamini
yaranır.
Günəş radiasiyasının çoxluğu və azlığı sağlamlığa mənfi təsir göstərir. İşıq çatışmazlığının uzun müddət
davam etməsi bir sıra xəstəliklərin baş verməsinə səbəb olur, vərəm və ürək-damar xəstəliklərinin müalicəsini
çətinləşdirir. Günəş radiasiyasının izafiliyi zamanı immunitet zəifləyir, bədxassəli şişlərin yaranması təhlükəsi
artır.
İstilik, rütubətlik və işığın əmələ gətirdiyi müxtəlif birləşmələr hava kütlələrinin axınına, atmosfer
təzyiqinə, elektrik hadisələrinə, yəni iqlim yaradaraq, hava amilləri vasitəsilə canlı orqanizmə təsir göstərir
(Məmmədov, Suravegina, 2000).
İnsan üçün ən əlverişli şərait 40-60% rütubətlik, havanın 18-20
0
temperaturudur. Təmiz hava kifayət
qədər oksigenə malik olduğundan insanda şən əhvali-ruhiyyə, fəal iş qabiliyyəti yaradır.
Hava insana həm hərtərəfli, həm də ayrı-ayrı komponentləri vasitəsilə təsir göstərir. Barometrik təzyiqin
tərəddüdü qanın oksigenlə doymasını aşağı salır və sinir çıxıntılarını mexaniki şəkildə qıcıqlandırır.
Külək dəri reseptorlarını qıcıqlandırmaqla sinir sistemini həyəcanlandırır, xəstə adamlarda qanaxma
çətinliklə dayanır.
Müəyyən edilmişdir ki, havanın kəskin dəyişməsi havadakı ionların və müəyyən yükə malik olan
molekulların nisbətini dəyişir. Mənfi ionlar sağlamlığa müsbət, müsbət ionlar isə neqativ təsir göstərir.
Mənfi ionlarla zəngin olan mühitdə, məsələn sürətli su axını olan yerin yaxınlığında tənəffüs etdikdə havanın
rahatlayıcı, sakitləşdirici təsiri hiss olunur.
Elektrik cihazları ilə dolu olan müsbət ionlarla zəngin mühitdə isə nəfəs aldıqda adam özünü pis hiss edir,
baş gicəllənməsi, yuxululuq, beyində tormozlanma hiss olunur.
Əhalinin allergiyaya tutulması insanın immunitet sisteminin zəifləməsi (orqanizmin davamlığının aşağı
düşməsi) və təsirinə hələ adaptasiya olunmamış süni çirkləndiricilərin təsiri ilə əlaqədardır. Bunun nəticəsində
insanda bronxial-astma, dərman allergiyası, örə xəstəliyi, revmatizm, qurdeşənəyi (dəri vərəmi) və b. inkişaf
edir.
Allergiya – orqanizmin allergen adlanan hər hansı bir maddəyə qarşı həddən artıq həssaslığı və ya
reaksiyası ilə müəyyən edilir.Orqanizmə görə allergenlər xarici (ekzoallergenlər) və daxili (autoallergenlər)
olur. Ekzoallergenlər infeksion (xəstəliktörədən və xəstəlik törətməyən mikroblar, viruslar və s.) və qeyri
infeksion (mənzil tozu, heyvanların tükü, yunu, bitkinin tozcuğu, dərman preparatları, digər kimyəvi maddələr
– benzin, xloramin və b. həmçinin qida məhsulları – ət, tərəvəz, meyvə, giləmeyvə, süd və b.) olur.
Parça qırıqları, yanıq zamanı, şüanın təsiri, donuşluq və digər təsirlər autallergen ola bilər. Son zamanlar
ətraf mühitin çirklənməsi ilə əlaqədar allergiya genişlənib.
Onkoloji xəstəliklərin artımı. Onkoloji xəstəliklər şişlərin əmələ gəlməsi ilə baş verir. Şişlər
yenitörəmələr olub, toxumaların izafi patoloji inkişaf edərək artmasıdır. Onlar xoş xassəli olub ətrafdakı
toxumalara sıxlaşdırıcı təsir göstərir və bəd xassəli olub (xərçəng kimi) cücərərək ətrafdakı toxumalara keçir və
Dostları ilə paylaş: |