QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə58/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   54   55   56   57   58   59   60   61   ...   94

 
129 
«Soyuzqiprolesxoz»  tərtib  etdiyi  sxemə  əsasən  Abşeron  yarımadasında  29,3  min  ha  qoruyucu  meşə 
zolaqları  salınmalıdır.  Salınacaq  yaşıllıqlar  yarımsəhra  landşaftı  kökündən  dəyişərək  başdan-başa  istirahət 
meşə-park zonasına çevriləcək, iqlim və hava şəraitini yaxşılaşdıraraq, yayın qızmar havasını mülayimləşdirib 
şimal küləklərini zəiflədəcəkdir. Bununla yanaşı, salınan meşə-parklar böyük estetik əhəmiyyətə malikdir.  
Rekultivasiya  yolu  ilə  Abşeronda  neft  mədənləri  tərəfindən  çirklənmiş  10  min  ha-dan  artıq  sahədə 
yaşıllaşdırma  işləri  yerinə  yetiriləcək,  orada  ilk  növbədə  çətin  torpaq  şəraitinə  dözümlü  ağaclardan  maklüra, 
aylant,  yulğun,  amerika  ağcaqayını,  yapon  saforası,  iydə,  yalançı  sabun  ağacı,  yaşıl  göyrüş,  oleandr,  ispan 
nazı, amorfa, sarı akasiya, qarağac, qismən eldar şamı və zeytundan istifadə olunması məsləhətdir.  
Abşeronun  ağır  iqlim-torpaq  şəraitində  yaşıllaşdırma  məqsədilə  ağac-kol  bitkilərinin  introduksiyası  üzrə 
aparılan  çoxillik  təcrübə,  salınan  yaşıl  ağaclıqların,  parkların,  meşə-parkların  və  bağların  tərkibində  ağac-kol 
cinslərinin çeşidlərini genişləndirməyə, onların tərkibini zənginləşdirməyə imkan yaradır.  
Abşeronda becərilən qiymətli ağac cinsləri ilə (zeytun, tut, püstə, badam, əncir, eldar şamı, hələb şamı və 
s.) yanaşı, indi dekorativ cəhətdən qiymətli bir sıra ağac cinslərindən də istifadə edilir. Onlardan çinarı, yapon 
saforasını, dəmirağacı göstərmək olar. Son vaxtlar yaşıllaşdırma işlərində çinarla yanaşı, gözəl çiçək açan və 
qiymətli ağac-kol cinslərindən daş palıd, yapon əzgili, sərv, dəfnə, at şabalıdı, ipək akasiyası, ispan nazı, nar, 
yapon  heyvası,  dovşanalması  növləri,  hind  yasəməni,  ərkivan,  pirakanta  növləri,  pittosporum,  himalay  sidri, 
evkalipt və maqnoliyanı göstərmək olar.  
Yaşıllaşdırma  işlərində  azqiymətli  ağaclardan  amerika  ağcaqaynı,  göyrüşyarpaq  ağcaqayın,  meliya, 
maklüra  və  çiçəklədiyi  vaxt  çox  pis  iyi  olan  aylantdan  çox  istifadə  edilməməlidir.  Görkəmli  yerlərdə  palma, 
maqnoliya, himalay sidri, evkalipt, yapon əzgili və daş palıda üstündük verilməlidir.  
Tut və qovaq növlərinin erkək nüsxələrindən istifadə edilməsi məsləhətdir. Çünki tutun meyvəsi yetişən 
dövrdə küçələri, adamların üst-başını çirkləndirir, dişi qovaq növləri isə ətrafa çoxlu tük yayır.  
Ümumiyyətlə, şəhər və qəsəbələrdə evlərin arasında və yollar boyu qovağın əkilməsi məsləhət deyil, çünki 
bu ağaclar sürətlə böyüyərək tez qocalır, yıxılır, binaları və əhalini təhlükə altına alır.  
Azqiymətli  ağacları  rekonstruksiya  etdikdə  küçələrin  ümumi  arxitekturasına  uyğun  olub  oraya  əlavə 
yaraşıq verən qiymətli ağac növlərinin iri əkin materialından (10 yaşdan yuxarı) istifadə edilməlidir.  
Respublikanın digər rayon və şəhərlərində də (Gəncə, Şəmkir, Tovuz, Qazax, Zaqatala, Qax, Şəki, Göyçay 
və  b.  şəhərlər)  mikroiqlimi  yaxşılaşdıran,  havanı  təmizləyən  və  oksigenlə  zənginləşdirən  yaşıllıqlar  təqdirə 
layiqdir. 


 
130 
X FƏSİL 
EKOLOGİYA VƏ İNSAN SAĞLAMLIĞI 
 
10.1. Təbii ekoloji faktorların insanın sağlamlığına təsiri  
Əzəl dövrdən Homo sapiyens (insan) ekosistemlərin bütün konsumentləri kimi ətraf təbii mühitdə yaşamış 
və  praktiki  olaraq  limitlənmiş  ekoloji  faktorların  təsirindən  mühafizə  olunmamışdır.  İbtidai  insan  da  bütün 
heyvanat  aləmi  kimi  ekosistemin  nizamlanma  və  özününizamlama  faktorlarının  təsirinə  məruz  qalmış,  onun 
ömrü  çox  olmamış,  populyasiyanın  sıxlığı  olduqca  aşağı  olmuşdur.  Başlıca  məhdudlaşdırıcı  faktorlar 
hipodinamiya  və  yarımaclıqdan  ibarət  olmuşdur.  Ölüm  səbəbləri  arasında  birinci  yerdə  təbii  səciyyəli 
patogen  (xəstəlik  törədən)  təsirdər  dururdu.  Onlar  arasında  bir  qayda  olaraq  təbii  mənbəyə  (ocağa)  malik 
olan  yoluxucu  xəstəliklər  xüsusi  yer  tuturdu.  Bir  çox  yoluxucu  xəstəliklərin  mahiyyəti  onların  törədicilərinin 
təbiətdə insan və ev heyvanları ilə əlaqəsi olmadan müəyyən ərazilərdə (ocaqlarda) yayılmasıdır. Onlar vəhşi 
heyvanların orqanizmində parazitlik edirlər. Təbii mənbə (ocaq) xəstəlik törədiciləri vəhşi heyvanlar, xüsusən 
gəmiricilər, quşlar, həşərat və gənələr hesab olunur.  
Bütün heyvanlar ekosistemin biosenozunun tərkibinə daxil olub müəyyən biotopla əlaqədardır. Buna görə 
də,  təbii  mənbə  (ocaq)  xəstəlikləri  müəyyən  ərazi,  bu  və  ya  digər  landşaft  tipi,  deməli,  oranın  iqlimi  ilə  sıx 
bağlı olub mövsümi xarakter daşıyır.  Y.P.Pavlovski (1938) «təbii ocaq» (mənbə) anlayışını ilk olaraq tövsiyə 
etmiş  və  taun,  tülyaremiya,  gənə  və  ağcaqanad  ensefaliti,  səpmə  yatalağı,  bəzi  helmin  tozları  təbii  ərazi 
xəstəliklərinə aid etmişdir. Tədqiqatlar göstərir ki, bir təbii ərazidə (ocaqda) bir neçə xəstəlik ola bilər.  
Təbii mənbə xəstəlikləri XX əsrə qədər insanların ölümünün əsas səbəbi olmuşdur. Bu xəstəliklərdən 
ən  dəhşətlisi  taun  xəstəliyi  sayılır.  Bu  xəstəlikdən  orta  əsrlərdə  və  bir  qədər  sonrakı  dövrlərdə  arası 
kəsilməyən müharibələrdə olduqca çox insan ölmüşdür.  
Taun insan və heyvanlarda kəskin yoluxucu xəstəlik olub karantin hesab olunur. Bu xəstəliyin törədicisi 
taun mikrobu sayılır. Taunun epidemiyası dünyanın bir sıra ölkələrində yayılmışdır. Eramızdan əvvəl VI əsrdə 
Şərqi  Roma  İmperiyasında  50  il  ərzində  bu  xəstəlikdən  100  mln.-dan  artıq  adam  ölmüşdür.  XIV  əsrdən 
etibarən taun xəstəliyi dəfələrlə Rusiyada, o cümlədən Moskvada qeydə alınmışdır. XIX əsrdə bu xəstəlikdən 
Zabaykalye,  Cənubi  Qafqaz,  Xəzəryanı  ölkələrdə,  XX  əsrin  əvvəlində  Qara  dənizin  liman  şəhərlərində,  o 
cümlədən Odessada olduqca çoxlu insan tələfatı olmuşdur. XX əsrdə ən böyük taun epidemiyaları Hindistanda 
qeydə alınmışdır.  
İnsanı  əhatə edən  ətraf  mühitlə  bağlı  olan  xəstəliklərə  qarşı  daim  mübarizə  aparılsa  da  hazırda  da  baş 
verir.  Onların  baş  verməsi  qismən  son  dərəcə  ekoloji  təbii  səbəblərlə,  məsələn  xəstəlik  törədicilərin 
daşıyıcılarının və özlərinin rezistentliyi (müxtəlif təsir faktorlarının təsirinə qarşı davamlılığı) ilə aydınlaşdırılır. 
Bu proseslərə malyariya (qızdırma) ilə mübarizəni səciyyəvi misal göstərmək olar.  
Malyariya plasmodeum cinsindən olan parazitlə yoluxur, bu xəstəliyə yoluxan ağcaqanadın dişləməsi ilə 
keçirilir. Bu xəstəlik ekoloji və sosial-iqtisadi problem sayılır.  
UNEP-in  məlumatına  görə  (1979) 1955-ci  ildə  malyariya  rayonlarında  yaşayan  2,65  mld.  adamdan  250 
milyona  qədər  malyariya  xəstəliyinə  tutulan  adamlardan  ildə  təxminən  2  mln.-u  ölmüşdür. 1943-cü  ildə 
ağcaqanada qarşı DDT-dən (dust) və digər pestisidlərdən daha intensiv istifadə olundu. Lakin artıq 1970-ci ilə 
yaxın  DDT-yə  qarşı  davamlı  olan  ağcaqanad  populyasiyalarının  sayı  artdı.  Bu  səbəbdən  məsələn,  yalnız 
Hindistanda malyariyaya yoluxan adamların sayı 6 mln.-a çatdı, halbuki, 1966-cı ildə bu rəqəm cəmi 40 min 
təşkil edirdi. 1976-cı ildə ağcaqanadın 43 növü müxtəlif intektisidlərə qarşı rezistentliyə malik oldu.  
Malyariyaya  qarşı  ekoloji  cəhətdən  özünü  doğrultmuş  kompleks  mübarizə  metodlarından  –  «həyat 
mühitinin  idarə  edilməsi»ndən  istifadə  olunur.  Bura  bataqlıqların  qurudulması,  suyun  duzluluğunun 
azaldılması və b. aiddir. Digər metod qrupu – bioloji metod olub ağcaqanadın təhlükəliyini azaltmaq üçün 
istifadə  olunur;  bu  məqsədlə  40  ölkədə  250  növdən  çox  sürfə  ilə  qidalanan  balıqlardan,  həmçinin 
ağcaqanadda xəstəlik törədən və onu məhv edən mikrobdan istifadə olunur.  
Taun və digər infeksiya (yoluxucu) xəstəliklər (vəba, malyariya, qarayara, tülyaremiya, dizenteriya, (qanlı 
ishal), difterit-yoluxucu boğaz xəstəliyi, skarlatina və b.) müxtəlif yaşlı insanların ölümünə səbəb olmuşdur. Bu 
əhalinin  sayının  artmasını  ləngitmişdir,  yer  üzərində  1860-cı  ildə  əhalinin  sayı  1  mld-a  çatmışdır.  Lakin  XIX 
əsrin sonunda Paster və başqa alimlərin yeni kəşfləri XX əsrdə profilaktik tibbin inkişafına, çox ağır xəstəliklərin 
müayinəsinə,  həyatın  səhiyyə-gijiyena  şəraitinin  xeyli  yaxşılaşmasına  böyük  təkan  oldu,  təbii-mənbə 
xəstəlikləri kəskin azaldı, bəziləri isə praktiki olaraq ləğv olundu.  
Gənə ensefaliti mərkəzi sinir sistemini zədələyən xəstəlikdir. Bu xəstəliyin törədicisi virus olub daşıyıcısı 
iksod gənəsidir. Gənələr əsasən Rusiyanın Avropa və Asiya hissəsində tayqa meşələrində yayılmışdır. Gənələr 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə