QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə59/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   55   56   57   58   59   60   61   62   ...   94

 
131 
«sahiblərinə»  yazın  başlanğıcında  qar  örtüyü  əridikdən  sonra  hücum  etməyə  başlayır.  Gənə  ensefaliti 
xəstəliyinə fəaliyyəti meşə ilə bağlı olan insanlar, meşə təsərrüfatı  işçiləri,  meşədə müxtəlif sahədə tədqiqat 
işləri aparanlar, ovçular, yol çəkənlər yoluxurlar.  
Bəzi  təbii-mənbə  xəstəliklərinin  yoluxdurulması  sahib-heyvan  hücumu  və  dişləməsi  (quduzluq),  su 
(sarılıqsız leptospizoz), qida (diyersenioz), hava-damcı (taun, ornitoz) vasitəsilə ötürülür.  
Quduzluq kəskin yoluxucu xəstəlik olub dünyanın hər yerində müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü 
30 gündən 90 günə kimidir.  
Qeyri-yoluxucu  endemik  xəstəliklər  də  mövcuddur.  Belə  xəstəliklər  həmin  ərazidəki  torpağın,  suyun  və 
havanın xüsusi tərkibi ilə əlaqədardır.  
Biokimyəvi vəziyyət ilə əlaqədar ən geniş yayılan xəstəliklərdən yod çatışmazlığı ilə bağlı olan endemik 
zobu, flüorun izafiliyindən yaranan flüorozu, əksinə flüorun çatışmazlığından yaranan dişlərin kariyesini
dəmir çatışmazlığından baş verən anemiyanı göstərmək olar.     
Yod insan orqanizmi üçün vacib olan mikroelement sayılır. Su və qida vasitəsilə daxil olan yodun insan 
orqanizmi üçün sutkalıq norması  0,05 mq-dir. Təbii sularda yodun miqdarı kifayət qədər deyilsə, bu ərazidə 
yetişdirilən  kənd  təsərrüfatı  məhsullarında  da  onun  miqdarı  az  olar.  Bunun  nəticəsində  insanda  maddələr 
mübadiləsi pozulur, inkişaf ləngiyir, psixika da pozulur.  
Lakin böyük şəhərlərdə içməli suyun tərkibində yodun miqdarı kifayət qədər olmadıqda belə, adamlarda 
endemik zob xəstəliyi demək olar ki, müşahidə edilmir, belə ki, əhali müxtəlif rayonlardan gətirilən məhsullarla 
qidalanır.  Kiçik  yaşayış  məntəqələrində  içməli  suda  yod  azlıq  edərsə,  profilaktika  məqsədilə  yodlaşdırılmış 
xörək duzundan istifadə etmək məsləhətdir.  
Təbii-mənbə xəstəliklərinin profilaktikasının əsas məqsədi yoluxmanın dövran etdiyi zəncirdə hər hansı bir 
halqanın  qırılmasıdır.  Bunun  üçün  landşaftın  sağlamlaşdırılması,  torpağın  düzgün  becərilməsi,  məhsulun 
vaxtında yığılması, gəmiricilərin və başqa virus daşıyıcıların vaxtında məhv edilməsi tələb olunur. İnsan, onu 
xəstəliklərdən qoruyan bütün profilaktik tədbirləri həyata keçirməlidir.  
Qeyd  etmək  lazımdır  ki,  ekosistemin  nizamlanmasında  təbii  faktorların  təsiri  ilə  mübarizə  aparmaq 
məqsədilə  insan  təbii  resurslardan,  o  cümlədən  əvəzolunmaz  resurslardan  istifadə  edərək  özünün  yaşaması 
üçün  süni  mühit  yaratmaq  məcburiyyətində  qalır.  Bu  halda  xəstəliklərin  baş  verməsində  aşağıdakı  faktorlar 
başlıca  rol  oynayır:  hipodinamiya,  həddindən  artıq  yemək,  informasiyanın  bolluğu,  psixoemosional 
stres.  Bununla  əlaqədar  aşağıdakı  «əsrin  xəstəlikləri»nin  daima  artması  müşahidə  olunur:  ürək-damar, 
onkoloji, allergiya xəstəlikləri, psixi-pozğunluq və nəhayət SPİD və s.  
 
10. 2. İnsanın tələbatları  
İnsanın  öz  tələbatını  ödəmək  cəhdi  onun  ətraf  mühitlə  əlaqəsini  təyin  edir.  Orqanizmin  normal  həyat 
fəaliyyəti  daxili  mühitin  tərkibini  nisbətən  sabit  saxlamaqla  mümkündür.  Tələbat-insanın  yaşama  şəraitindən 
asılılığını təzahür etdirən aktivlik mənbəyi, vəziyyətidir.  
Tələbatın iki səviyyəsi ayrılır. Birinci səviyyəyə vital, sosial və ideal tələbat aiddir. Vital tələbatlar 
insanın bir bioloji varlıq kimi həyat təminatı ilə bağlıdır (oksigen, su, qida, istilik, yuxu, təhlükəsizlik, doğumun 
davamı və s.). Sosial tələbat – insanın  cəmiyyətdə həyatı ilə bağlıdır (diqqətlilik, sevgi, qayğı, qrup və ya 
cəmiyyətdə norma və ideologiyaya əməl etmək, müəyyən yer tutmaq və s.). İdeal tələbat – insanda şüur, 
düşüncə,  idrakın olması ilə əlaqədardır (həqiqətə və inama tələbat; özünü,  ətraf aləmi və aləmdə öz yerini, 
həyatın mənasını, gözəllik tələbatını, haqq-ədaləti və s. dərk etmək).  
İkinci  tələbat  –  öz  müstəqilliyinə  tələbat  -  ikinci  dərəcəli  əlavə  tələbat  olub,  onsuz  birinci  tələbatları 
təmin etmək çətindir və ya mümkünsüzdür (silahlanmaya – güc və vəsaitə olan tələbat).  
Bu və ya digər tələbatı təmin etmək zəruriliyi insanın davranışını – əxlaqını təyin edir. İnsanın davranışı 
(əxlaqı)  –  hərəkət  hadisəsinin  mürəkkəb  kompleksi  olub  orqanizmin  tələbatını  ödəməyə  istiqamətlənib. 
İnsanın  fərdi  davranışı  –  əxlaqı,  onun  xarakteri  ən  çox  onun  sosial  təcrübəsindən  (adamlarla  ünsiyyət 
təcrübəsi və ətraf aləmlə), az dərəcədə isə ünsiyyətdən (qüsursuz doğulan adamlar üçün) asılıdır.  
Yuxarıda qeyd edildiyi kimi, insan biosferin bir hissəsi, onun təkamülünün məhsulu hesab olunur, odur ki, 
onun  sağlamlığı  və  iş  qabiliyyəti  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsindən  daha  çox  asılıdır.  İnsan  da  digər  canlı 
orqanizmlər  kimi  ətraf  mühitlə  maddələr  mübadiləsi  və  enerji  axını  ilə  əlaqədardır.  Ona  həm  də,  mühitin 
ekoloji  fəaktorları  təsir  göstərir.  Lakin  insan  müəyyən  dərəcədə  mühitin  əlverişsiz  faktorlarının  təsirindən 
qorunmağı öyrənmişdir. Bununla yanaşı, insan onu əhatə edən mühitə böyük təsir göstərir.        
 
10.3. RİSK FAKTORU 


 
132 
Risk faktoru anlayışı  
Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  nizamnaməsində  deyilir  ki,  sağlamlıq  insanın  ən  əsas 
hüquqlarından biridir. İnsanın daha mühüm hüququ onun sağlamlığını təyin edən faktorlar və ya risk faktorları 
haqqında informasiya almasıdır, belə ki, onların təsiri xəstəliklərə səbəb ola bilər.  
Risk  faktoru  –  müəyyən  xəstəliyin  bilavasitə  səbəbi  sayılmayan,  lakin  onun  baş  verməsi  ehtimalını 
artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri, həmçinin orqanizmin anadangəlmə 
və  ya  qazanılan  xüsusiyyətləri  aid  edilir.  Onlar  individiumda  (fərddə)  xəstəlik  ehtimalını  artırmaq,  yaxud 
mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək  qabiliyyətinə malikdir. Adətən bioloji, 
ekoloji və sosial risk faktorları ayrılır (cədvəl 10.1). Əgər risk faktorlarına bilavasitə xəstəliyə təsir göstərən 
faktorlarla da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır, onlar da analoji təsnifata malikdir.  
Bioloji  risk  faktorlarına  genetik  və  ontogenez  dövründə  insan  orqanizminin  qazandığı  (əldə  etdiyi) 
xüsusiyyətlər  aiddir.  Məlum  olduğu  kimi,  bəzi  xəstəliklərə  çox  vaxt  müəyyən  milli  və  etnik  qruplarda  rast 
gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkər diabeti və b. xəstəliklərə irsi meyillik də mövcuddur.  
Bir  sıra  xəstəliklərin,  o  cümlədən  şəkər  diabeti,  ürəyin  işemiya  xəstəliyinin  baş  verməsinin  ciddi 
faktoru köklük hesab olunur. Orqanizmdə xroniki infeksiya mənbəyinin mövcudluğu (məsələn, xroniki tonzil-
lit) revmatizm xəstəliyinə səbəb ola bilər.  
Ekoloji  risk  faktorları.  Atmosferin  fiziki  və  kimyəvi  xassələrinin  dəyişməsi,  məsələn,  bronx  ağciyər 
xəstəliyinin  inkişafına  təsir  göstərir.  Temperaturun,  atmosfer  təzyiqinin  və  maqnit  sahəsinin  gərginliyinin 
sutkalıq kəskin dəyişməsi ürək-damar xəstəliklərinin ağırlaşmasına səbəb olur.  
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə