QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə56/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   52   53   54   55   56   57   58   59   ...   94

 
125 
maşınqayırma, elektron və s.) və onlarla əlaqəli digər obyektlər yerləşir. Bu əraziətraf mühiti çirkləndirən əsas 
mənbə sayılır.  
Sanitar  –  mühafizə  zonasının  ölçüsü  3000  m  tələb  edən  sənaye  müəssisələri  şəhərdən  və  digər 
yaşayış məntəqələrindən kənarda yerləşdirilməlidir.  
Səhiyyə baxımından daha zərərli olan müəssisələr, partlayış və yanğın qorxusu olan müəssisələr sənaye 
rayonunun  yaşayış  zonasından  uzaqda  və  digər  müəssisələrə  nisbətən  külək  tutmayan  ərazidə 
yerləşdirilməlidir.  
Sənaye  rayonlarını  rekonstruksiya  etmək  üçün  aşağıdakılar  nəzərə  alınmalıdır:  planlaşdırmanı  qaydaya 
salmaq  üçün  və  tikinti  aparılan  rayonda  saxlanılan  müəssisələr  və  yeni  tikiləcək  istehsalat  obyektlərinin 
yerləşdirilməsi üçün ərazi ehtiyatlarının aşkar edilməsi; ərazi ehtiyatı olmayan kiçik və köhnəlmiş müəssisələr 
və obyektlərin, həmçinin yaşayış ərazisinə, qonşu müəssisələrə və ətraf mühitə mənfi təsir göstərən müəssisə 
və  obyektlərin  ləğv  edilməsi;  rayonda  nəqliyyat  əlaqələrini  qaydaya  salmaq,  az  fəaliyyətdə  olan  əsas 
magistrala  çıxan  dəmir  yollarının  ləğv  edilməsi;  sənaye  müəssisələrinin  ətraf  ərazisini  abadlaşdırmaq  və 
yaşıllaşdırmaq, ictimai və şəxsi nəqliyyat üçün dayanacaqlar təşkil etmək.  
Mühəndis  kommunikasiyalarını  iqtisadi  baxımdan  qənaətcil,  faydalı  həll  etmək,  yük,  təmir,  energetik, 
nəqliyyat  və  digər  təsərrüfat  müəssisələrini  ümumi  qrup  halında  təşkil  etmək  məqsədilə  hazırda  sənaye 
müəssisələrini kompleksləşdirmək meyli müşahidə olunur. Texnoloji prosesləri, xammal bazalarını, məhsul və 
ya  tullantıların  qarşılıqlı  utilizasiyasının  birləşdirilməsi  əsasında  müəssisələrin  birləşdirilməsi  daha 
məqsədəuyğun  olardı.  Sənaye  müəssisələrinin  ümumi  ərazidə  kompleks  yerləşdirilməsi  xüsusilə  kimya 
sənayesində inkişaf etmişdir.  
Müəssisələrin  qruplaşdırılmasında  texnoloji  əlamətlərlə  yanaşı,  bəzi  səhiyyə  göstəriciləri  də  nəzərə 
alınmalıdır.  Məsələn,  bəzi  kimyəvi  müəssisələrin  ərzaq  (qida)  məhsullarına  təsiri  nəzərə  alınmalıdır.  Aqressiv 
qaz və toz ayıran müəssisələr, fəhlələr və onların istehsal etdiyi məhsulları zərərli təsirlərdən mühafizə etmək 
üçün digər müəssisələrdən aralı olmalıdır.  
Atmosferə  zərərli  maddələr  ayıran  sənaye  kompleksləri  və  ayrı-ayrı  müəssisələr  elə  yerləşdirilməlidir  ki, 
hakim küləklər yaşayış zonasından sənaye komplekslərinə doğru yönəlsin.  
Səth  sularını  çirkləndirən  sənaye  rayonları  (istehsal  zonası)  müəssisələri  ilə  birlikdə  çayın  axın 
istiqamətində yaşayış ərazilərindən və səhiyyə-kurort yerlərindən aşağıda yerləşdirilməlidir.  
Atmosferə ayrılan tullantıların yayılması (səpələnməsi) prosesini yaxşılaşdırmaq üçün müəssisələrin daha 
yüksək sahədə yerləşdirilməsi məqsədə uyğundur.  
Sənaye  tərəfindən  çirklənmiş  meydançalara  malik  olan  müəssisələr,  çirkləndiricilərin  leysan  yağışları  ilə 
yaşayış  ərazilərinə  axmasının  qarşısını  almaq  üçün  yaşayış  yerləri  müəssisələrə  nisbətən  hündür  sahələrdə 
salınmalıdır.  
Səhiyyə  –  qoruyucu  zonası  sənaye  və  nəqliyyat  obyektlərinin  ətraf  yaşayış  yerlərinə  mənfi  təsirini 
azaltmaq üçün müəyyənləşdirilir.  
Səhiyyə-qoruyucu zonanın təşkili ətraf mühitin çirklənməsi ilə sanitar-texniki üsullarla mübarizəni istisna 
etmir və təmizləyici qurğularla təchiz olunmuş obyektlər yerləşən rayonlarda təşkil olunur.  
Səhiyyə-qoruyucu  zonanın  ərazisində  və  müəssisələr  arasında  mövcud  yaşıllıqlar  saxlanmalı  və  onların 
sahəsi  daha  da  artırılmalıdır.  Səhiyyə-qoruyucu  zonada  və  sənaye  müəssisələri  arasında  qaza-toza  dözümlü 
ağac  cinslərindən  istifadə  olunmalıdır.  Abşeron  şəraiti  üçün  onlardan  narıncı  maklüra,  daryarpaq  iydə, 
xırdayarpaq  qarağac,  yapon  saforası,  yaşıl  göyrüş,  lələk,  amerika  ağcaqayını,  kanada  qovağı,  şərq  səlbi, 
oleandr, tobira pittosporumu, yulğun və s. göstərmək olar.  
Sənaye  obyektlərinin  yaşıllıqlarındakı  meyvə-giləmeyvə  ağac  və  kolların  meyvə  və  giləmeyvələrindən 
yalnız  müəyyən  təcrübələr  apararaq  ayrılan  maddələrin  bitkilərdə  toplanmasını  təyin  etdikdən  sonra  istifadə 
etmək  olar.  Belə  ki,  alüminium  zavodunun  tüstü  atılan  zonasında  otarılan  inəklərin  südündə  xeyli  miqdarda 
flüor aşkar edilmişdir.  
Kommunal-anbarların yerləşdiyi zona – ticarət anbarlarının (ümumi, ixtisaslaşdırılmış və s.), tərəvəz, 
kartof  və  meyvə  anbarları;  nəqliyyata  xidmət  edən  (tramvay  deposu,  avtobus,  trolleybus  və  taksimotor 
parkları,  tədarük  maşınları  parkı);  məişət  xidməti  müəssisələri  (camaşır  fabriki,  kimyəvi  təmizləmə  fabriki); 
təkrar xammalın istifadəsi müəssisələri, maddi-texniki təchizat və s.  
Kommunal-anbar  zonası  yaşayış  ərazisindən  aralı  yerləşdirilir,  imkan  daxilində  bu  məqsədlə  sənaye 
müəssisələrinin səhiyyə-mühafizə ərazisindən istifadə olunur.  
Xarici nəqliyyat zonası. Bu zona nəqliyyat qurğularının yerləşdirilməsinə xidmət edir (sərnişin və yük 
stansiyaları, limanlar, gəmilərin yan alması üçün körpü və s.). 


 
126 
Meşə-park  və  yaşıllıq  zonası.  Bu  zona  müasir  şəhərlərdə  yaşıl  ağaclıqların  başlıca  sanitar-gigiyena, 
rekreasiya, quruluş-planlaşdırma, bədii dekorativ, estetik funksiyları daşıyır. 
Şəhər  və  digər  yaşayış  məntəqələrində  ətraf  mühitin  mühafizəsi  işində  yaşıllıqların  rolu  əvəzedilməzdir. 
Yaşıllıqlar havanı nəqliyyat və sənaye müəssisələrinin buraxdığı zəhərli qazlardan və tozdan təmizləyir, havanın 
rütubətliyini  artırır,  küləyin  sürətini  zəiflədir,  nəqliyyatın  səs-küyünü  azaldır,  yayın  qızğın  vaxtlarında  sərinlik 
yaradır. Bununla yanaşı, yaşıl xiyabanlar, bağlar, yolkənarı yaşıllıqlar, parklar, şəhər, qəsəbə və digər yaşayış 
məntəqələrinin abadlaşdırılması və memar-bədii tərtibatının mühüm elementlərindən biri sayılır.  
Yaşıl ağaclıqlar şəhər ərazisində mikroiqlimi yaxşılaşdırır, açıq havada istirahət üçün əlverişli şərait yaradır, 
torpağın, binaların divarlarının, asfaltın hədsiz qızmasının qarşısını alır. Qızmar havada bağda kölgəlikdə açıq 
sahəyə nisbətən temperatur 7-8
0
C aşağı olur. Yay günü küçədə havanın temperaturu 30
0
C-dən yüksəkdirsə, 
mikrorayonun bağında termometr 22-24
0
C-ni göstərir. Belə bağda istirahət etmək nə qədər xoşdur.  
Ağaclar geniş çətirləri ilə, tratuar boyu salınan kollar küçələrin mikroiqlimini yaxşılaşdırır. Bir çox bitkilər 
fitonsid deyilən bioloji aktiv maddələr əmələ gətirir. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox 
zərərli  və  xəstəlik  törədən mikrobları,  virusları  məhv edir,  bununla  da  havanı saflaşdırır.  Şam,  ardıc,  qovaq, 
cökə, tozağac, palıd, dəfnə, qaraçöhrə xəstəlik törədən virusları, mikrobları azvay (aloya), sarımsaq, soğan və 
istiotdan da tez məhv edir.  
Yaşıl  yarpaqlar,  çiçəkaçan  bitkilərin  gözəl  ahəngdarlığı,  onların  ətri,  yarpaqların  sakitləşdirici  xışıltısı 
insanda xoş sakitlik hissi yaradır, əsəb gərginliyini aradan qaldıraraq onun əhvali-ruhiyyəsini yaxşılaşdırır.  
1m
-2
  qazondan  saatda  200  qrama  qədər  su  buxarlanır.  Bu  havanı  xeyli  rütubətləndirir.  Yayın  qızmar 
günlərində  qazonun  yanındakı  piyada  yolda  insanın  boyu  hündürlüyündəki  havanın  temperaturu  asfalt 
örtüyündə  həmin  hündürlükdəkinə  nisbətən  2,5
0
C  aşağı  olur.  Qazon  külək  tərəfindən  gətirilən  tozu  özündə 
saxlayır.  
İsti yay günündə qızmış asfaltın və evlərin çardaqlarının dəmir örtüyündən isti havanın qalxan axını yaranır 
və xırda toz hissəciklərini yuxarı qaldıraraq havada uzun müddət qalır. Şəhərin mərkəzində salınan köhnə parkın 
üzərində  isə  yarpaqların  səthi  asfalta  və  dəmir  örtüklərə  nisbətən  xeyli  sərin  olduğu  üçün  havanın  enən  axını 
əmələ gəlir. Havanın enən axınını yarpaqlar özünə cəzb edir və toz yarpağın üstündə yığılır.  
Yaşıl ağaclar havadakı karbon qazını udmaqla yanaşı, həm də atmosferi dəm qazından təmizləyərək onun 
qatılığını təbii hala (0,00001%-ə) qədər endirir.  
Beləliklə,  yaşıl  ağaclıqlar  mikroiqlimi  yaxşılaşdırır,  istilik  rejimini  dəyişir,  havanı  rütubətləndirir  və 
təmizləyir,  onu  oksigenlə  zənginləşdirir  və  xəstəlik  törədici  mikrobları  məhv  edərək  insanlara  xoş  təsir 
bağışlayır.  
Keçmiş Sovetlər İttifaqının bir sıra şəhərlərində (Moskva, Minsk, Daşkənd, Donetsk, Novoçerkassk və b.) 
yaşıllaşdırma istiqamətində böyük işlər görülmüşdür. Bu yaşıllıqlarda əsas rolu təbii landşaftlar oynayaraq, süni 
yaşıllıqlarla gözəl ahəngdarlıq yaradılmışdır.  
Bakı  şəhərində,  Abşeronda  da  gözəl  tərtibatlı  yaşıllıqlar  salınmışdır.  Onların  demək  olar  ki,  hamısı  süni 
yaradılan yaşıllıqlardır. Aşağıda onların təsviri verilir.  
- Şəhər parkları. Bura aşağıdakılar daxildir:   
..  Nizami  parkı  1880-1890-cı  illərdə  Bakının  Qaraşəhər  deyilən  hissəsində  salınıb.  Hazırda  parkda  30 
ədəddən  artıq  hələb  şamı  qeydə  aldıq.  Onlar  parkın  əsas  sakinləri  olub  yaraşıqlı  və  möhtəşəm  gövdələri  ilə 
seçilirlər. Boyları 18-20 m, diametrləri 40-48 sm təşkil edir. Diametrləri 60-84 sm olan tut ağacları da özlərini 
yaxşı hiss edir. Parkda olan lələk ağaclarının boyları 16-20 m, diametrləri isə 64-84 sm-dir. Yapon saforasının 
diametri 52 sm-dir. Bağda 1 ədəd at şabalıdı (h=13 m, d=42 sm), zeytun, birgöz, 1 ədəd yapon əzgili var.  
.. Zabitlər parkı 1930-cu ildə 3,1 ha sahədə salınıb. Əsas ağac cinsi daş palıddan ibarətdir.  
.. Dənizkənarı Milli park (bulvar) birinci hissəsi 1908-ci ildə Azneft meydanından Kukla teatrına kimi, 
II  hissə  1931-32-ci  illərdə  Kukla  teatrından  Hökumət  evi  istiqamətində,  III  hissəsi  isə  1938-ci  ildə  Azneft 
meydanından köhnə «İnturist» mehmanxanasına qədər olan ərazidə salınaraq, zaman-zaman rekonstruksiya 
edilmiş, əsasən, ekzot ağac və kol cinslərindən istifadə edilmişdir.  
.. Dağüstü park, hazırkı Şəhidlər xiyabanı. 
.. Zığ parkı, 1930-cu ildə 50 ha sahədə salınıb. Zeytun, eldar şamı, nar, sərv, əncir, püstə ağaclarından 
istifadə edilmişdir.  
- Şəhər bağları. Bura qubernator bağı (1850-1860-cı illər), Axundov bağı (1925), Malakan bağı (1900-
1910), dəmir yolu bağı (1880), Sabir, S.Vurğun, S.Qazıyeva, Montin, İliç, fontanlar və b. daxildir. Bu bağlar 
vaxtaşırı rekonstruksiya olunaraq, yeni ağac və kollar əlavə edilmişdir.  
- Səhiyyə-qoruyucu əhəmiyyətli meşə-parklar. Bu istiqamətdə işlər 1970-ci ildən sonra aparılmışdır. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə