QəRİb məMMƏdov, mahmud xəLİlov


 Kənd təsərrüfatı ekosistemləri (aqroekosistemlər)



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə54/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   50   51   52   53   54   55   56   57   ...   94

 
121 
9.2. Kənd təsərrüfatı ekosistemləri (aqroekosistemlər) 
İnsan  kənd təsərrüfatı fəaliyyətində torpaq, su, bitki heyvan və energetik resurslardan istifadə etməklə 
özünü ilk növbədə qida ilə təmin edərək başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir.  
XX  əsrin  sonu  XXI  əsrin  əvvəllərində  hər  gün  dünyaya  250  min  insan  gəlir  və  onları  yedizdirmək, 
geyindirmək və evlə təmin etmək lazımdır. 2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir. Yaxın 
20-25 il ərzində bu qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan indiki günə qədər (10 min ilə 
yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından da artıq ərzaq tələb olunur.  
Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı əlaqəli 
problem  sayılır.  Digər  mühüm  problem  isə  qidanın  keyfiyyəti,  onun  tərkibində  olan  zülal,  vitamin, 
mikroelementlər  və  s.-dir.  Dünya  kənd  təsərrüfatı  sisteminin  idarə  olunması  da  mühüm  məsələdir.  Bu  elə 
aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf mühitə zərərli təsiri minimuma endirilsin.  
Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın əsası kimi başlıca zəruri sərvət 
olub mövcudluğumuz ondan asılıdır. O, kənd təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının 
əsas  mənbəyidir.  Dəniz  və  süni  istehsal  sahələri  (hidroponika,  istixanalar)  qida  məhsulunun  əldə 
edilməsində olduqca az rola malikdir. Okeandan insan 30-40 mln. tona yaxın dəniz balığı, onurğasız heyvanlar 
və yosun əldə edir.  
Quruda hazırda 80 min qida bitkisi növü mövcuddur, bəşəriyyət isə əsasən cəmi 30 kənd təsərrüfatı bitkisi 
ilə qidalanır. Buğda, düyü (çəltik), qarğıdalı, kartof əsas bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir. FAO-
nun  məlumatına  görə  Avrasiya,  Avstraliya,  Afrika  və  Amerikanın  torpaqlarından  hər  il  300  mln.  tona  yaxın 
buğda, bir o qədər də düyü, 250 mln. ton qarğıdalı, 200 mln. ton arpa, vələmir, çovdar, 100 mln. ton kalış 
(sorqo), darı, 300 mln. ton kartof, 100 mln. ton meyvə, 60 mln. ton paxlalılar, 30 mln. ton pomidor və soğan, 
60 mln. ton təmiz şəkər, 20 mln. ton bitki yağı, 100 mln. ton ət, 400 mln. ton süd alınır.  
Kənd  təsərrüfatı  meydana  gəlməmişdən  bütün  yerüstü  fotosintez  edən  bitkilər  və  heyvanlar  100  mln. 
əhalinin  mövcudluğunu  saxlaya  bilərdi.  Kənd  təsərrüfatı  inkişaf  etdikcə  torpaqların  10%-i  insan  tərəfindən 
şumlanmış, gübrələnmiş, suvarılmışdır. XX əsrin 90-ci illərində bu torpaqlar 5 milyard insanın yaşamasını təmin 
edirdi.  
Oturaq kənd təsərrüfatı yarandıqdan sonra neolitin başlanğıcında (b.e.ə. 1-8 minilliklərdə) insanın biosferə 
təsiri köçəri təsərrüfata nisbətən bir neçə qat yüksəlir. İnsanların mənimsədiyi rayonlarda əhali sürətlə artır. 
Bitkilərin becərilməsi üçün torpağın hazırlanması üsulları və mal-qaranın saxlanma texnologiyası təkmilləşdirilir. 
Ötən dövr ərzində baş verimş dəyişikliklər ikinci texniki inqilab adlanır. Kənd təsərrüfatının inkişafı çox vaxt 
geniş ərazilərdə ilkin bitki örtüyünün tamamilə məhv edilməsi ilə müşahidə olunurdu. Qida üçün faydalı olan 
bitki  növləri  olan  kiçik  sahələr  insanlar  tərəfindən  saxlanılır  və  bu  növlər  tədricən  mədəniləşdirilir  və  onların 
daimi yerdə becərilməsi təşkil olunur.  
Kənd  təsərrüfatının  genişlənməsi  yerüstü  təbii  ekosistemlərə  böyük,  çox  vaxt  isə  faciəli  təsir  göstərir. 
Geniş  ərazilərdə  meşələrin  məhv  edilməsi,  mülayim  və  tropik  zonalarda  torpaqdan  səmərəli  istifadə 
edilməməsi  tarixən  formalaşmış  ekosistemlərin  birdəfəlik  dağılmasına  səbəb  olmuşdur.  Təbii  biosenozların, 
ekosistemlərin,  landşaftların  yerində  aqrosferlər,  aqroekosistemlər,  aqrosenozlar,  aqrar  landşaftlar  meydana 
gəlir. 
Aqrosfer  –  insanın  kənd  təsərrüfatı  fəaliyyəti  ilə  yer  ərazisində  dəyişilmiş  bütün  sahələrin  məcmusunu 
əks etdirən qlobal sistemdir.  
Aqroekosistemlər – kənd təsərrüfatı fəaliyyəti prosesində insan tərəfindən dəyişdirilən ekosistemlərdir. 
Bura kənd təsərrüfatı tarlaları, bağlar, üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir.  
Aqroekosistemlərin əsası aqrosenozlar hesab olunur.  
Aqrosenozlar – kənd təsərrüfatı istehsalı torpaqlarında kənd təsərrüfatı məhsulları əldə etmək məqsədilə 
yaradılan biosenozlardır. Bu biosenozlar müntəzəm olaraq insan tərəfindən saxlanmış biotik qruplaşmalar olub, 
ekoloji baxımdan az davamlı, lakin yüksək məhsuldar bir və ya bir neçə seçilmiş bitki və ya heyvan növləridir 
(çeşidlər, cinslər).  
Aqrar landşaft. Landşaftın (bozqır, tayqa, çəmən, meşə və s.)  kənd təsərrüfatının təsiri ilə dəiyşilərək 
formalaşan ekosistemlər aqrolandşaft adlanır.  
XX  əsrin  əvvəllərinə  qədər  aqroekosistemlər  kifayət  qədər  müxtəlif  olmuşdur:  xam  torpaqlar,  meşələr. 
çoxsahəli  oturaq  təsərrüfatları  olan  rayonlar  az  dəyişikliyə  məruz  qalmışdır.  Aqroekosistemlər  öz  ilkin 
nümayəndələrinə  (yabanı  bitkilər)  malik  idi,  insanlar  bu  bitkilərlə  bilavasitə  ov  və  ev  heyvanlarını  yeməklə 
dolayısı yolla qidalanmışlar. İlkin bitkilər – avtotroflar insanları bitki lifləri və meşə materialları ilə təmin edir-
di. İnsan bu ekosistemlərin əsas konsumenti sayılırdı, burada həmçinin çoxlu miqdarda vəhşi və ev heyvanları 


 
122 
böyük kütlə təşkil edirdi,  insan tərəfindən istifadə olunan məhsullar tullantılara transformasiya olunur,  onlar 
isə redusentlər və ya destruktorlarla parçalanaraq və həzm edilərək sadə maddələrə (nitratlar, fosfatlar, 
digər mineral birləşmələr) çevrilir, onlar isə fotosintez prosesində yenidən avtotroflar tərəfindən istifadə olu-
nur.  
Torpaq  və  suyun  özünütəmizləmə  prosesi  tam  gedirdi  və  ekosistemdə  maddələrin  dövranı pozulmurdu. 
İnsanın qidalanması zamanı maddələr mübadiləsi prosesində kimyəvi enerji şəklində aldığı günəş enerjisinin 
axını (adambaşına sutkada 4000 kkal), insanın istilik (odun yandırması) və mexaniki (çəkici  qüvvə) şəklində 
təxminən istifadə etdiyi enerjinin miqdarına bərabər idi.  
XIX  əsrə  kimi  aqrar  sivilizasiya  prosesində  bir  vegetasiya  dövrü  ərzində  ilkin  konsumentlər  tərəfindən 
toplanan, həmçinin çox illər ərzində ağaclar tərəfindən akkumulyasiya olunan enerjidən istifadə olunurdu. Bir 
insan tərəfindən istifadə olunan enerjinin ümumi miqdarı (22000 kkal/sutka), insanın neolit dövründə istifadə 
etdiyi enerjidən cəmi iki dəfə (sutkada 10000 kkal-ə qədər) artıq təşkil edirdi.  
Beləliklə,  aqrar  sivilizasiya  təşəkkül  tapdığı  zaman  insan  ekosistemi  yüksək  səviyyəyə  -  homeostaza 
malik idi. Ekosistemin antropogen dəyişməsinə baxmayaraq, insan fəaliyyəti biogeokimyəvi dövrana daxil idi 
və o, biosferdə enerji axınını dəyişdirmirdi.  
XX əsrdə kənd təsərrüfatı istehsalının artmasının təsiri nəticəsində Yerin biosferinin bərpa olunmaz qlobal 
dəiyşməsi kəskin gücləndi. XX əsrin 70-90-cı illərində intensiv texnologiyanın (monokultura, yüksək məhsuldar 
mühafizə  olunmayan  bitki  çeşidləri,  aqrokimyəvi  maddələr)  tətbiq  olunması  su  və  külək  eroziyası,  təkrar 
şorlaşma,  torpağın  gücdən  düşməsi,  torpağın  deqradasiyası,  edafon  və  mezofaunanın  kasatlaşması,  meşəlik 
faizinin azalması, şumlanan sahələrin artması və s. ilə müşayiət olunur.  
 
9.3. Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası  
Məlumdur ki, yer atmosferinin yuxarı qatının 1 sm
2
-a hər dəqiqə                   2 kalori Günəş enerjisi 
düşür, bu günəş sabiti və ya konstantı adlanır. İşıq enerjisinin bitkilər tərəfindən istifadə olunması nisbətən 
çox deyildir. Günəş spektrinin yalnız FAR (dalğasının uzunluğu 380-710 nm, günəş radiasiyasının 21-46%-ni 
təşkil  edən  fotosintetik  aktiv  radiasiya)  adlanan  kiçik  hissəsi  fotosintez  prosesində  iştirak  edir.  Təbii  və 
aqroekosistemlər fəaliyyət xüsusiyyətlərinə görə aşağıdakı fərqli xüsusiyyətlərə malikdir.  
1. Müxtəlif istiqamətli seçmə. Təbii ekosistemlər üçün təbii seçmə xarakterikdir, bu onların əsaslı 
xassəsi  –  davamlılığa  yönəldir,  qruplaşanın  davamsız,  həyata  qabil  olmayn  orqanizm  formalarını  sıradan 
çıxarır.  
Aqroekosistemlər insan tərəfindən yaradılır və saxlanılır. Burada seçmənin başlıca istiqaməti süni üsul 
olub, məqsəd kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltməkdir.  
İnsan  tərəfindən  mədəniləşdirilmiş  bitki  və  heyvan  növləri  süni  seçmə  hesabına  «təkamül»  keçirir  və 
insanın köməyi olmadan onlar vəhşi növlərlə rəqabətə girmək qabiliyyətinə malik deyildir.  
2.  Təbii  ekosistemlərdə  fitosenozun  ekoloji  tərkibinin  müxtəlifliyi  ayrı-ayrı  illərdə  hava  şəraitinin 
tərəddüdü  zamanı  onun  davamlığını  təmin  edir.  Bir  neçə  bitki  növünün  məhv  olması  digər  növlərin 
məhsuldarlığının  yüksəlməsinə  şərait  yaradır.  Bunun  nəticəsində  ayrı-ayrı  illərdə  ekosistemdə  fitosenoz 
bütvölüklə məhsulun müəyyən səviyyədə saxlanma qabiliyyətinə malik olur.    
Tarla bitkilərinin aqrosenozu isə monodominant, çox vaxt isə eyniçeşidli qruplaşma kimi təzahür olunur. 
Əlverişsiz  faktorların  aqrosenozun  bütün  bitkilərinə  təsiri  eyni  cür  olur.  Əsas  bitkinin  böyümə  və  inkişafının 
sıxılması  (zəifləməsi)  digər  bitkilərin  sürətlə  inkişafı  ilə  kompensasiya  oluna  bilməz.  Bunun  nəticəsində 
aqrosenozun məhsuldarlığının davamlılığı təbii ekosistemlərdən aşağıdır.  
3.  Müxtəlif  fenoloji  ritmə  malik  olan  bitkilərin  növ  tərkibinin  müxtəlifliyinin  mövcudluğu 
bütün vegetasiya dövründə fitosenoza tam (bütöv) sistem kimi fasiləsiz olaraq məhsulvermə prosesi həyata 
keçirməyə, istilik, rütubətlik və qida maddə resurslarından tam və qənaətlə istifadə etməyə imkan yaradır.  
Aqrosenozda  mədəniləşdirilmiş  bitkilərin  vegetasiya  dövrü  vegetasiya  mövsümündən  qısa  olur.  Təbii 
fitosenozlarda müxtəlif bioloji ritmlərə malik olan növlər vegetasiya mövsümünün müxtəlif vaxtlarında maksimum 
biokütləyə çatır. Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və inkişaf mərhələlərinin ardıcıllığı, bir 
qayda olaraq sinxronlaşmışdır.      
Təbii ekosistemlərdə bitkilərin inkişafının müxtəlif vaxtlarda, aqrosenozlarda isə eyni vaxtda baş verməsi 
məhsulvermə prosesi ritminin müxtəlif olmasına gətirib çıxarır.  
4.  Təbii  və  aqroekosistemlərin  mühüm  fərqi  ekosistemlərin  daxilində  maddələr  mübadiləsinin 
kompensasiya  (əvəz)  olunma  dərəcəsi  hesab  olunur.  Təbii  ekosistemlərdə  maddələr  dövranı  (kimyəvi 
elementlər) qapalı tsikllə, yaxud kompensasiya olunma ilə baş verir: maddələrin müəyyən dövrdə tsiklə daxil 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə